Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə15/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

– Yox, yox, sən onun başını yoxla. 
– Bu mümkün deyil, onun axmaqlığı, bəlkə, sirayətedicidir. 
 
Ertəsi gün, saat üçə yaxın, Rastinyak zərif, qəşəng geyimdə qrafinya de Restonun yanına yola düşdü. O, 
yolda gənclərin həyatına zinət verən, onları həyəcanlandıran çılğın ümidlərə dalmışdı. Belə dəqiqələrdə 
gənclər heç bir maneə, heç bir təhlükə ilə hesablaşmır, hər şeydə müvəffəqiyyət qazanacaqlarına inanır, 
öz həyatlarına xəyalatla bəzək verir, cilovsuz arzulara əsaslanan planları pozulduqdan sonra isə dərhal 
iztirab çəkməyə başlayır və özlərini bədbəxt zənn edirlər. Onlar bu qədər təcrübəsiz və cəsarətsiz 
olmasaydılar, cəmiyyətdə intizam qeyri-mümkün olardı. Ejen ehtiyatla yeriyirdi ki, geyimi toza batmasın. 
Həm də o, qrafinya de Resto ilə nə danışacağını düşünür, ağıllı cümlələr axtarır, xəyalında yaratdığı 
söhbətdə cavablar fikirləşib tapırdı. Taleyran* üslubunda necə ifadələr və cümlələr hazırlayır, öz 
gələcəyini əsaslandırmaq istədiyi eşq etirafı üçün münasib olan müxtəlif xırda hadisələrə ümid bəsləyirdi. 
Bununla belə, zavallı tələbənin üst-başı toza bulaşdı. Pale-Royalda şalvarını və çəkmələrini təmizləməyə 
məcbur oldu. 
Ehtiyat üçün götürdüyü yüz suluq pulu xırdalayaraq fikirləşirdi: 
– Əgər varlı olsaydım, karet  minib gedər və sərbəst fikirləşə bilərdim. 
Nəhayət, Rastinyak Elder küçəsinə çatdı, qrafinya de Restonun harada yaşadığını soruşdu. Ejen, son 
nöqtədə qalibiyyət qazanacağına inanan bir adam kimi, onun həyətdən piyada keçdiyini görən və 
darvazanın yanında belə ekipaj gurultusunu eşitməyən nökərlərin nifrətlə dolu baxışlarına dilsiz bir 
hiddətlə dözməyə məcbur oldu. Bu baxışların təsirli olmasına səbəb var idi. Ejen vəziyyətinin miskinliyini 
hələ həyətə daxil olmamışdan əvvəl duymuşdu. Həyətdə varlı bir həyatdan xəbər verən və Parisin bütün 
nemətlərindən zövq almağa öyrənmiş bir həyatı andıran bəzəkli kabrioletə qoşulmuş və qiymətli qoşqu 
ləvazimatı olan gözəl bir at ayaqlarını yerə döyürdü. Ejen tamamilə yalqız olduğunu hiss etdiyindən 
kədərləndi. Beynində açılan və fikirlə dolu olduğunu zənn etdiyi qutular bağlandı – axmaqlığını hiss etdi. 
Lakey gələn qonağı qrafinyaya xəbər verməyə getdiyi zaman, Ejen dəhlizdəki pəncərənin yanında bir 
ayağının üstündə dayanıb, rəzəyə söykənmiş halda cavab gözləyir və biixtiyar həyəti seyr edirdi. Vaxt çox 
uzandı, cənublulara məxsus inadı olmasaydı, bəlkə də, çıxıb gedərdi. Bu inad, qorxmadan hərəkət etdiyi 
zaman, xariqələr yarada bilərdi. 
Lakey qayıdıb gəldi. 
– Cənab, – dedi, – qrafinya buduardadır və çox məşğuldur, o, mənə bir cavab vermədi. Əgər arzu 
edirsinizsə, qonaq salonuna keçə bilərsiniz: orada artıq başqa bir qonaq da var. 
Rastinyak öz sahiblərini ancaq bir sözlə mühakimə etməyə qadir olan bu nökərlərin dəhşətli hökmünə 
heyrətlənərək, ehtimal ki, evin quruluşuna bələd olduğunu bu arsız lakeylərə göstərmək niyyəti ilə, 
lakeyin yenicə çıx     qapını cəsarətlə açdı, lakin yanılaraq, içərisində çıraq, bufet olan və hamam 
mələfələrini qurudan cihazın qoyulduğu otağa keçdi. Bu otaqdan qaranlıq bir dəhlizə və içəri pilləkənə 
yol gedirdi. Ejen arxasında boğuq qəhqəhə səsi eşitdi; o, özünü lap itirmişdi. 


Lakey yeni istehza kimi səslənən qondarma bir ehtiramla... 
– Cənab, – dedi, – qonaq otağı bu tərəfdədir, buyura bilərsiniz. 
Ejen tez geri döndükdə ayağı vannaya           xoşbəxtlikdən, şlyapasını suya düşməyə qoymadı. Bu halda 
kiçicik çıraqla işıqlandırılmış dəhlizin sonunda bir qapı açıldı. Rastinyak qrafinya de Resto ilə Qorio atanın 
səsini və eyni zamanda öpüş marçıltısını eşitdi. Ejen yemək otağına daxil olaraq lakeylə birlikdə bu 
otaqdan keçdi və birinci qonaq salonuna çatdı. Bu otaqdan həyətin göründüyünü duyub, pəncərənin 
yanında dayandı. O, Qorio ataya baxmaq istəyirdi; doğrudanmı o, həmin Qorio ata idi? O, Votrenin 
dəhşətli mülahizələrini yadına saldı. Ejenin ürəyi şiddətlə döyünürdü. Lakey Rastinyakı ikinci qonaq 
salonunun qapısında gözləməkdə idi. Birdən salondan qəşəng geyimli bir gənc çıxaraq, səbirsizliklə dedi: 
– Moris, mən gedirəm, qrafinyaya deyərsiniz ki, mən onu yarım saatdan artıq gözləməyə məcbur oldum. 
Həyasız olmağa, şübhəsiz, haqqı olan bu arsız adam, astadan bir italyan ruladasını oxuya-oxuya, 
tələbənin kimliyini aydınlaşdırmaq və həyətə baxmaq üçün Ejenin dayandığı yerə doğru irəlilədi. 
Moris yenə dəhlizə qayıdaraq: 
– Xeyr, cənab qraf, – dedi, – bir dəqiqə də gözləsəniz, yaxşı olardı, qrafinya işlərini qurtarmışdır. 
Elə bu       Qorio ata həyət pilləkəni ilə darvazaya doğru endi. Qoca darvaza qapılarının taybatay açıq 
olduğunu sezmədən, çətirini düzəldib, yenicə açmaq istəyirdi ki, birdən içəriyə bir tilbüri daxil oldu. 
Tilbürini sürən yaxası ordenli bir gənc idi. Qorio ata atın altında qalmamaq üçün tez kənara çəkildi. At 
çətirdən ürkərək, yan tərəfə atıldı və alaqapıya doğru çapdı. Tilbüridəki gənc boylanıb Qorio atanı gördü, 
gərəkli sələmçilərə bəslənilən məcburi hörmət, yaxud ləkəli bir adama hadisələrin məcburiyyəti altında 
göstərilən, lakin sonra qızarmağa səbəb olan bir ehtiramla Qorio atanı salamladı. Qorio ata xeyirxahlıqla 
dolu dostanə bir tövrlə onun salamına cavab verdi. Bütün bu hadisə ildırım sürəti ilə baş vermişdi. Bütün 
diqqəti bu hadisədə olan Ejen salonda tək olmadığını belə unutmuşdu. Birdən qrafinya de Restonun səsi 
eşidildi. 
Qrafinya məzəmmət və yüngül bir narazılıq ifadə edən tövrlə: 
– Maksim, necə, siz gedirsiniz? – dedi. 
Qrafinya tilbürinin gəldiyini görməmişdi. Rastinyak kəskin bir hərəkətlə dönərək, qrafinyanı gördü: o, 
əyninə ağ k şmir  şaldan tikilmiş, açıq-qırmızı rəngli bantları olan bir penüar geymiş halda, səhərlər Paris 
qadınlarına məxsus bir ehtiyatsızlıqla daranmış saçları ilə Rastinyakın qarşısında dayanmışdı. Onun 
vücudundan ətir yayılırdı. Yenicə vanna qəbul etmiş olduğu görünürdü. Onun, sanki, yumşalmış 
gözəlliyində daha həssas bir təbiət duyulurdu. Gözləri nəm görünürdü. Gənclərin gözləri hər şeyi 
görməyə qadirdir, bir bitki özünə lazım olan dirilik maddələrini havadan çəkdiyi kimi, gənclərin hissləri də 
qadının saçdığı nurla birləşir. Odur ki Ejen bu qadının əllərinə toxunmasa da, bu əllərin gənclik təravətini 
hiss edə bilərdi. K şmir  penüarın arasından açıq-cəhrayı döşünün gözəlliyi hiss olunurdu. Penüar xəfifcə 
açıldığı zaman döşü də açıq görünürdü. Ejen sərsəm baxışlarla bunu bir an seyr etdi. Qrafinyanın korsetə 
ehtiyacı yox idi: onun belinin incəliyini kəmərin taxılmasından anlamaq olurdu. Boynu məhəbbətə 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə