Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə2/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   2   3   4   5   6   7   8   9   ...   77

Mansardalı bu dördmərtəbəli ev yumşaq daşdan tikilmiş və Parisin, demək olar, bütün evlərini bayağı bir 
mənzərəyə çevirən eyni sarı rənglə rənglənmişdir. Hər mərtəbənin xırda çərçivəli və pancurlu beş 
pəncərəsi var. Lakin bu pancurların heç biri o biri pancurlarla bir bərabərdə qalxmır, bəlkə, hamısı ayrı və 
yanakı sallanmışdır. Evin yan fasadının hər mərtəbədə ancaq iki pəncərəsi var, həm də aşağı mərtəbənin 
pəncərələrində heç bir bəzək-düzək yoxdur; bu pəncərələr dəmir torla qapanmışdır. Evin arxa tərəfində 
iyirmi fut enliyində bir həyət var, burada donuzlar, ev dovşanları və toyuqlar bir-birinə qarışmışdır. 
Həyətin dibində odun anbarı görünür. Anbarla mətbəx pəncərəsi arasında ərzaq üçün bir qutu sallanır, 
qutunun altından isə mətbəxin yağlı-çirkab suyu axır. Həyətdən Nev-Sent-Jenevyev küçəsinə tərəf balaca 
bir qapı açılmışdır. Qara aş hər zaman evin zirzibilini bu qapıdan bayıra tökür, həm də yolux    xəstəli  
yaydığı üçün cərimə təhlükəsi baş verə biləcəyindən, həmin zibil yığınlarını təmizləmək üçün bol-bol su 
işlədir. 
Aşağı mərtəbə sanki qəsdən ailə pansionu üçün yaranmışdı. Birinci otağın pəncərələri küçəyə baxırdı. 
Qapısı isə şüşəbənd idi. Bu, qonaq otağı idi. Qonaq otağından yemək otağına keçmək olurdu, bu da 
mətbəxdən pilləkən çərçivəsi ilə ayrılmışdı. Taxta pillələr isə rənglənmiş və sürtülmüşdü. Qonaq otağı nə 
qədər yoxsul və cansıxıcı görünürdü... Stullar və kreslolar gah parlaq, gah da tutqun rəngli zolaqları olan 
tüklü qumaşla örtülürdü. Otağın ortasında üstü qara xallı mərmərdən girdə bir stol, stolun üstündə isə 
bəzək üçün qızılı kənarları sürtülüb getmiş ağ çinidən bir qəhvə servizi qoyulmuşdu. Bu cür servizlərə bu 
saat hər yerdə rast gəlmək mümkündür. Otağın döşəməsi birtəhər döşənmişdir, divarlarına adam çiyni 
hündürlüyündə panellər vurulmuş, bundan yuxarıya isə parıldayan kağızlar yapışdırılmışdır. Kağızların 
üzərində “Telemak”* romanının əsas səhnələrinin təsvirləri var. Antik dünyanın qəhrəmanları boya ilə 
təsvir edilmişdir. Torlu pəncərələrin aralığındakı divarda pansionerlərin gözləri qarşısında Kalipso 
pərisinin Odisseyin oğlu şərəfinə düzəltdiyi ziyafətin mənzərəsi açılır. Qırx ildən bəridir bu mənzərə gənc 
pansionerlərin istehzasına hədəf olmuşdur. Onlar elə xəyal edirlər ki, ehtiyacın məcburiyyəti altında 
yeməyə məcbur olduqları nahara rişxənd etməklə öz talelərinin fövqünə yüksələ bilirlər. Son dərəcə 
təmiz göründüyündən, ancaq ən təntənəli günlərdə yandırıldığı anlaşılan buxarı göyümtraq mərmərdən             
biçimsiz bir saatla bəzədilmişdi, yan tərəflərində isə şüşə qapaq altında içində süni və solğun çiçək olan 
iki vaza qoyulmuşdu. 
Bu birinci otaqda xüsusi qoxu var: bizim dilimizdə buna münasib bir ad olmasa da, hər halda, buna 
meyxana qoxusu demək olar. Qoxuda iylənmiş bir şey, kif, çürüntü hissi duyulur. Bu qoxu insanın ətini 
ürpəşdirir, çürüntü iyi başa vurur, paltardan keçir, yenicə nahar edilmiş bir yemək otağı iyini verir, aşxana 
kimi, lakey damı kimi, arabaçı damı kimi iy verir. Onun ürəkbulandırıcı bütün tərkib hissələrini meydana 
çıxarmaq üsulu icad edildikdən sonra, bəlkə də, onu təsvir etmək mümkün ola biləcəkdir: bunlar hər bir 
gənc, yaxud qoca pansionerdən əmələ gələn xüsusi xəstə qoxular idi. Nəhayət, bütün bu bayağı dəhşətə 
baxmayaraq, qonaq otağını qonşu yemək otağı ilə müqayisə edəcək olsanız, birinci otaq buduar kimi 
zərif və rayihədar görünəcəkdir. 
Yemək otağının divarlarına başdan-ayağa qədər bəzəkli taxta vurulmuşdur. Vaxtilə bu otaq müəyyən bir 
rənglə boyanmışdı, lakin indi bunun rəngini təyin etmək qeyri-mümkündür. Bu ancaq çirk təbəqələrinin 
yaratmış olduğu qəribə nəqşlərə bənzəyir. Divarların yanında çirkli bufetlər, bunların da içində oyuq-
oyuq və tutqun rəngli qrafinlər, üzərində suyun fışqırması təsvir edilmiş və tənəkədən             qabaltıları, 
Turnedə* hazırlandığı anlaşılan mavi zolaqlı qalın çini boşqablar görünür. Otağın bir küncündə gözləri 


nömrələnmiş qutu qoyulmuşdur ki, burada hər bir pansionerin şəraba bulaşmış, yaxud sadəcə, 
çirklənmiş salfetləri ayrıca mühafizə olunur. Otaqda hələ də hər bir yerdən qovulmuş, lakin mədəniyyətin 
lazımsız şeyləri, sağalmaz naxoşlar üçün saxlanılan xəstəxanalara yerləşdirildiyi kimi, buraya 
yerləşdirilmiş və hələ sökülüb dağılmamış mebelə təsadüf etmək mümkündür. Burada bir barometr var 
ki, yağış yağmağa başlayan kimi dərhal içindən bir kapusin çıxır. Divardan asılmış murdar lövhələrə 
baxdıqda adamın iştah    qaçır. Bu lövhələrin çökük yerlərinə zər vurulmuş taxta çərçivələri qapqaradır. 
Divar saatının kənarları buynuz şəklində mis bəzəklərlə işlənmişdir. Bir tərəfdə şirələnmiş yaşıl soba, o 
biri tərəfdə boyası toza bulaşmış Arqan kenketləri* görünür. Uzun stolun üstündəki müşəmbə o qədər 
çirklidir ki, zarafatcıl bir pansioner onun üstündə öz adını stilos* olmadığına görə, barmağı ilə yaza bilər. 
Sınıq stullar, yırtıq köhnə həsirlər daim istifadə olunur, atılmır. Bir yanda da heç kəsə lazım olmayan 
boğazları çevrilmiş, dəstəkləri qupquru qurumuş, ilgəkləri sınıq qrelkalara təsadüf olunur. Bütün bu 
otaqdakı şeylərin nə qədər köhnə, çürük, yırıq-yırtıq, əldən düşmüş, davamsız, əyri-üyrü, sınıq-sökük,     
gəlməz olduğunu təsəvvür etmək mümkün deyildir. Bunun üçün uzun bir təsvirə ehtiyac var, lakin belə 
təsvir hekayətimizi xeyli uzada bilər ki, məşğul adamlar buna görə də bizi bağışlamazlar. Qırmızı döşəmə 
dəfələrlə rəngləndiyindən və sürtüldüyündən çatlaq-çatlaq olmuşdur. Müxtəsər, bu otaq şeriyyətdən 
məhrum, sürtülmüş, əprimiş, qatılaşmış bir səfalət səltənətinə bənzəyir. Bu, hələ çirk olmasa da, artıq 
ləkəlidir, hələ yırtıqları və cındırları olmasa da, çox çəkməz ki, çürüyüb tökülə bilər. 
Bu otaq, təxminən, səhər saat yeddiyə yaxın par-par parıldayır. Madam Vokenin pişiyi sahibəsindən 
qabaq bu otağa daxil olur, bu bufetdən o bufetə sıçrayıb, öz səhər nəğməsini miyoldaya-miyoldaya, 
ağzına boşqab qoyulmuş süd kasalarını iyləyir. Bir az sonra başına örtdüyü tül c tqunun altından 
qondarma, yalançı və səliqəsiz taxılmış saçları pırt aşıq halda madam Vokenin özü görünür. Dul arvad 
köhnə tuflilərini şappıldada-şappıldada yeriyir. Əprimiş piyli üzünün düz ortasından, burnu tutuquşu 
dimdiyi kimi uzanır. Madam Vokenin totuq əlləri, kilsə siçanı kimi şişmiş vücudu, həddən artıq iri və 
sallaq döşləri dərd və kədərlə qaynayan, qazanc ehtirasının gizləndiyi və madam Vokenin ürəyi 
bulanmadan isti, mənfur havasını tənəffüs etdiyi bu salonla dedikcə ahəngdar görünür. İlk payız soyuğu 
kimi soyuq üzü, qırışlarla əhatə olunmuş gözləri rəqqasənin süni təbəssümündən qaşqabaqlı sələmçinin 
məşum görünüşünə qədər bütün ifadələri bildirən gözləri, nəhayət, onun bütün varlığı, şəxsiyyəti 
pansionun vəzifəsini, pansion isə onun şəxsiyyətini təyin edirdi. Nəzarətçisiz katorqa yoxdur, bunları bir-
birindən ayrı təsəvvür etmək mümkün deyil. Xəstəxanaların zəhərli havasının nəticəsi tif olduğu kimi, bu 
xanımın solğun şişkinliyi də onun sürdüyü həyatın məhsulundan başqa bir şey deyildi. Köhnə paltardan 
tikilmiş üst paltarının altından görünən və söküklərindən pambıq sallanan toxunma yun tumanı kiçilmiş 
şəkildə bu qonaq və yemək otaqlarını, bu bağçanı təcəssüm etdirir, mətbəxin xüsusiyyətlərindən xəbər 
verir, burada yaşayan pansionerlərin kimlərdən ibarət olduqlarını bilmək üçün imkan yaradırdı. Vokenin 
gəlişi ilə artıq mənzərə tamamlanırdı. Təxminən əlli yaşında olan madam Voke bütün üzü üzlər görmüş 
arvadlara bənzəyirdi. Gözləri şüşə kimi mənasız, görünüşü malını daha baha qiymətə satmaq üçün 
birdən-birə qızışa bilən, lakin yenə də öz taleyini yüngülləşdirmək üçün hər şeyə hazır olan, Pişeqrü və 
Jorju* bir daha satmaq mümkün olsaydı, Pişeqrü və Jorju belə satmağa hazır olan aradüzəldən bir qadın 
görünüşü kimi məsum və günahsız idi. Bununla belə, pansionerlər yenə də onun haqqında, ümumiyyətlə, 
pis arvad deyildir, deyirdilər və onun da özləri kimi inildədiyini, şikayətləndiyini gördükcə pulu olmadığını 
zənn edirdilər. Cənab Voke nəçi idi? Madam Voke heç vaxt mərhumdan söhbət açmazdı. Ondan: 
“Mərhumun var-yoxu əlindən necə çıxdı?” – deyə soruşduqda, “onunku gətirmədi”, – deyə madam Voke 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə