Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə77/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   69   70   71   72   73   74   75   76   77

– Siz bunu bilməkmi istəyirsiniz? Çox gözəl! Sizə deyə bilərəm. Bu axşam atanızı bürümək üçün kəfən 
almağa pul yoxdur. Mənim başqa heç bir şeyim olmadığına görə saatı girov qoymağa məcbur oldum. 
Delfina bir sıçrayışla yatağından qalxdı, sekreterə doğru yüyürdü, pul kisəsini çıxarıb Rastinyaka uzatdı. 
Sonra zəngi çaldı və çığırdı: 
– Gedirəm, bu saat gedirəm, Ejen! Paltarımı geyməyə imkan ver. Bəli, mən getməsəm, zalım olaram. 
Gedin, mən sizdən tez gələcəyəm. Tereza, – deyə qulluqçusunu çağırdı, – cənab de Nusingendən xahiş 
edin ki, bu saat mənim yanıma qalxsın, mən onunla danışmalıyam. 
Ejen qocaya qızlarından birinin bu saat gələcəyini xəbər verəcəyindən özünü xoşbəxt hiss edirdi. O, Nev-
Sent-Jenevyev küçəsinə şad halda qayıtdı. Karet n pulunu vermək üçün Delfinanın kisəsini eşələdi: bu 
qədər gənc, bu qədər varlı, bu qədər qəşəng bir qadının kisəsində ancaq yetmiş frank var idi. Ejen yuxarı 
qa xdığı zaman Byanşonun qocaya təkan verdiyini, feldşerin isə həkimin nəzarəti altında xəstəyə nə isə 
etdiyini gördü:  ızmış dəmir parçası ilə qocanın belini       ırdılar; bu, təbabət elminin son əlacı, faydasız 
əlac idi. 
Həkim Qoriodan soruşdu: 
– Siz bir şey hiss edirsinizmi? 
Qorio ata Rastinyakı görən kimi soruşdu: 
– Onlar gəlirlər, eləmi? 
Feldşer dedi: 
– O danışır, hələ can qurtara bilər. 
– Bəli, bu saat Delfina bura gəlir, – deyə Ejen cavab verdi. 
– Bəli də! O qızlarından danışır, onları yanına çağırır, paya üstə oturdulan adamlar su üçün yalvaran kimi, 
yalvarır. 
Həkim isə feldşerə dedi: 
– Kifayətdir. Burada artıq görüləcək bir iş qalmamışdır. Onu xilas etmək mümkün deyil. 
Byanşonla feldşer yenə xəstəni çirkli yatağın üzərinə uzandırdılar. 
Həkim dedi: 
– Hər halda, alt paltarı dəyişdirilməlidir. Doğrudur, ümid yoxdur, lakin insana hər zaman ehtiram 
lazımdır. Byanşon, mən yenə gələcəyəm. Xəstə yenə şikayət etməyə başlasa, sinəsinə tiryək qoyarsınız. 
Həkimlə feldşer getdilər. 
Byanşon Rastinyakla tək qaldıqdan sonra: 


– Hə, Ejen, – dedi, – ruhdan düşmə, dostum, toxta! Bu saat onun əyninə təzə köynək geyindirmək 
lazımdır, bir də            dəyişməliyik. Get Silviyaya de ki,          gətirsin, bizə kömək eləsin. 
Ejen aşağı düşdü. Madam Voke ilə Silviya yemək otağında süfrə hazırlayırdılar. Ejen yenicə Silviyaya 
tapşırıq vermək istəyirdi ki, madam Voke nə ziyan çəkmək, nə də alıcını hiddətləndirmək istəməyən 
tədbirli alverçi kimi yarıqaşqabaqlı, yarıxoş sifətlə ona yaxınlaşdı. 
– Əziz cənab Rastinyak, – dedi, – siz məndən də yaxşı bilirsiniz ki, Qorio atanın artıq bir su belə pulu 
yoxdur. O dünyaya getməyə hazırlaşan bir adama          vermək onu korlamaq deməkdir; hələ onsuz da 
birisini kəfənliyə verməyə məcbur olacağıq. Siz mənə onsuz da yüz qırx dörd frank borclusunuz; bunun 
üstünə bir qədər də          pulu və Silviyanın sizə yenə verəcəyi şamın pulunu gəlsək, cəmi iki yüz frankdan 
əskik etməyəcək. Mənim kimi dul qadın üçün bu qədər ziyan çəkmək isə yaramaz. Ədalətli olun, cənab 
Rastinyak, bu beş gündə mənim başıma gələn müsibətlərdən sonra yenə ziyan çəkməyim heç də yaxşı 
olmaz. Əgər bizim qoca mənə vəd etdiyiniz vaxta kimi evi tərk etsəydi, mən hələ on ekü belə özüm 
verərdim. Bu əhvalatlar isə mənim kirayənişinlərimə çox pis təsir göstərir. Əgər bu, müftə olacaqsa, mən 
onu xəstəxanaya göndərsəm, daha yaxşıdır. Mənim yerimdə olun. Pansionum mənə hər şeydən əzizdir: 
mən onun sayəsində dolanıram. 
Rastinyak cəld Qorionun otağına qalxdı. 
– Byanşon, saatın pulu haradadır? 
– Stolun üstündə. Üç yüz altmışdan bir az artıq qalmışdır. Mən aldığım şeylərin pulunu tərtəmiz 
vermişəm. Lombardın qəbzi pulun altındadır. 
Ejen pulu götürüb yenə cəld aşağı endi. İkrahla madam Vokeyə dedi: 
– Madam, indi də sizinlə hesablaşaq. Cənab Qorio sizin evinizdə çox yaşamayacaq... mən isə... 
Dul arvad yarıməlul, yarışad halda, iki yüz frankı hesablaya-hesablaya: 
– Bəli, – dedi, – biçarəni  qapıdan            çıxaracaqlar. 
Rastinyak: 
– Tez olun! – dedi. 
– Silviya,            verin, bir də, yuxarı qalxıb kömək edərsiniz. 
Ejen madam Vokenin qulağına pıçıldadı: 
– Silviyanı unutmayın, iki gecədir yatmır. 
Rastinyak ayrılan kimi qarı dərhal Silviyaya yaxınlaşıb qulağına pıçıldayaraq: 
– Yeddi nömrəli işlənmiş            apar, – dedi. – Vallah, ölü üçün bu da yaxşıdır. 
Ejen bir neçə pillə qalxdığından qarının tapşırığını eşitmədi. Byanşon ona dedi: 


– Hə, gəl köynəyini dəyişək. Onu düz saxla. 
Ejen xəstənin baş tərəfində dayanaraq, can verən Qorionu saxladı. Byanşon isə onun köynəyini dəyişdi. 
Qoca sinəsindən yapışdı, sanki, nə isə tutmaq istəyirdi. O, şiddətli ağrıdan inildəyən heyvan kimi uzun, acı 
bir nalə çəkdi. Birdən Byanşonun yadına düşdü: 
– Belə de! Bədəninə dağ    anda çıxardığımız medalyonu və saçdan toxunma zənciri axtarır. Zavallı! 
Medalyonu yenə boynuna taxmaq lazımdır. Odur, buxarının üstündədir.. 
Ejen, ehtimal ki, madam Qorionun saçlarından hörülmüş kül rəngli saç zəncirini buxarının üstündən 
götürdü. Medalyonun bir tərəfində Anastazi, o biri tərəfində isə Delfina yazılmışdı. Bu, onun qəlbinin 
nişanəsi idi, bunu həmişə sinəsində gəzdirirdi. Medalyonun içinə qızlarının hələ uşaqlıqda kəsilmiş saçları 
qoyulmuşdu. Medalyon qocanın sinəsinə toxunan kimi o, dərin bir ah çəkdi; bu, onun xoşhallığına işarə 
olsa da, görənlər üçün dəhşətli səhnə idi. Bu nalədə sanki insan hisslərinin mənbəyi və sığınacağı olan 
məchul mərkəzdə gizlənmiş məhəbbətin son sədası duyulurdu. Qorionun əyilmiş, qırışmış üzündə ağrılı 
sevinc göründü və yenə söndü. Hər iki tələbə hələ də yaşayan böyük bir hissin bu dəhşətli qığılcımından 
son dərəcə mütəəssir olmuşdu. Onların isti göz yaşları can verən qocanın üzünə düşdü. Qoca fərəhli səslə 
ucadan qışqırdı: 
– Nazi! Fifina! 
Byanşon dedi: 
– Hələ həyat onu tərk etməmişdir. 
Silviya dedi: 
– Həyat onun nəyinə gərəkdir? 
– İztirab çəkmək üçün, – deyə Rastinyak cavab verdi. 
Byanşon Ejenə işarə etdi və diz çöküb qollarını qocanın ayaqları altına uzatdı. Rastinyak da Byanşon kimi 
çarpayının o biri tərəfində diz çökdü, qollarını xəstənin bel tərəfindən uzatdı. Silviya hazır dayanmışdı ki, 
qocanı yuxarı qaldıran kimi dərhal köhnə            çıxarıb təzəsini döşəsin. Gənclərin göz yaşlarından 
aldandığı görünən qoca Qorio özünə güc verib qollarını uzatdı və çarpayının hər iki tərəfində tələbələrin 
başlarına toxunub, həyəcanla onların saçlarından yapışdı. Zəif səslə: “Ah, mənim mələk qızlarım!” – dedi. 
Ruhu bu bir neçə kəlməni pıçıldadı və bu kəlmələrlə də yox oldu. 
Heç bir məqsəd daşımayan bu dəhşətli yalanın son dəfə doğurduğu ən ülvi bir hisslə səslənən bu 
sözlərdən ürəyi yumşalan Silviya: 
– Yazıq, mehriban qoca, – dedi. 
Qocanın bu son ahı, heç şübhəsiz, sevinc ahı idi: Qorio atanın ahında onun bütün həyatının mənası 
səslənirdi: o, yenə aldanmışdı. 


Qorionu ehtiyatla çarpayının üstünə uzandırdılar. Bu dəqiqədən sonra onün üzündə artıq həyatla ölüm 
arasında gedən mübarizə öz əksini tapdı. Beyin artıq öz psixi qabiliyyətindən məhrum        , insan 
varlığının sevinc və kədəri də bundan asılı idi. Bədəndə gedən                    məsələsi idi. 
Byanşon dedi: 
– O, bir neçə saat hələ bu vəziyyətdə qala bilər. Hiss olunmadan öləcək, heç xırıldamayacaq. Beyni, 
görünür, tamamilə zədələnmişdir. 
Bu zaman pilləkəndən ayaq səsləri gəldi. Gənc qadının təntiyə-təntiyə nəfəs aldığı duyulurdu. Rastinyak 
dedi: 
– O gecikmişdir. 
Ancaq gələn Delfina deyil, qulluqçusu Tereza idi. 
– Cənab Rastinyak, baronessa ilə baron arasında atası üçün xahiş etdiyi pul üstündə böyük mübahisə 
oldu. Baronessa özündən getdi, həkim çağırdılar, qan aldırmaq lazım gəldi. O, hey çığırırdı: “Atam ölür, 
mən atamla vidalaşmaq istəyirəm”. Onun qışqırıqları lap adamın ürəyini parçalayırdı. 
– Kifayətdir, Tereza! Artıq onun gəlməyinin heç bir mənası yoxdur. Cənab Qorio huş            . 
Tereza dedi: 
– Yazıq, mehriban insan! Nə bədbəxtdir! 
Silviya: 
– Mən artıq sizə lazım deyiləm, – dedi, – gedim nahar hazırlayım, saat beşin yarısıdır. 
Silviya otaqdan çıxarkən pilləkənin üst meydançasında qrafinya de Resto ilə qarşılaşdı. 
Qrafinya de Restonun gəlişi təsirli və dəhşətli idi. Anastazi yeganə şamın zəif işığı ilə işıqlandırılmış ölüm 
yatağına baxdı, atasının hələ son dirilik əlamətlərindən məhrum olmayan, lakin artıq maskaya bənzəyən 
üzünə baxıb hönkürdü. Byanşon həya edib otaqdan çıxdı. 
Qrafinya dedi: 
– Mən bundan tez gələ bilməzdim. 
Ejen razılıq işarəsi ilə məlul-məlul başını əydi. Qrafinya de Resto atasının əlini əlinə alıb öpdü. 
– Bağışlayın məni, ata! Siz deyirdiniz ki, mənim səsim sizi qəbrinizdən ayağa qaldıracaq: elə isə bir an 
üçün bu dünyaya qayıdın, tövbə edən qızınıza xeyir-dua verin. Nə üçün mənim səsimi eşitmirsiniz? Ah, 
nə dəhşətli bir hal! Yer üzündə sizdən başqa heç kəs yoxdur ki, mənə xeyir-dua versin. Hamı nifrət edir, 
yalnız siz məni sevirsiniz. Məni də özünüzlə aparın, mən sizi sevəcəyəm, sizə qulluq edəcəyəm. Ah, o, 
mənim sözlərimi eşitmir, mən dəli oluram. 


Anastazi diz çöküb, çılğın nəzərlərlə onun ölən vücuduna baxırdı. 
Qrafinya Rastinyaka müraciətlə: 
– Mən çox bədbəxtəm, – dedi. – Qraf de Tray qaçmışdır, onun böyük borcları qalıb. Onun mənə xəyanət 
etdiyini öyrəndim. Ərim məni heç zaman bağışlamayacaq, mən də bütün sərvətimi ona təslim etdim. 
Bütün xülyalarım məhv oldu! Əfsus! Gör mənə pərəstiş edən bir adama (o, atasına işarə etdi) kimin xatiri 
üçün xəyanət edirəmmiş! Mən onu tanımaq istəmədim, onu rədd etdim, ona min əzab verdim. Mən 
nifrətə layiqəm! 
Rastinyak: 
– O, bunu bilirdi! – dedi. 
Birdən Qorio ata gözlərini açdı, lakin bu, ancaq göz qapaqlarının tərpənişi idi. Qrafinya atasına doğru 
atıldı, lakin bu aldanmış ümidin mənzərəsi, can verən qocanın baxışı kimi dəhşətli bir mənzərə idi. 
Qrafinya çılğınlıqla: 
– O, mənim səsimi eşitməyəcəkmi? 
Sonra isə öz-özünə “yox!” deyib, çarpayının yanında oturdu. 
Qrafinya de Resto atasının yanında qalmaq arzusunu bildirdi. Ejen bir az çörək yemək üçün aşağı endi.                  
hamısı süfrə başında idi. 
Rəssam soruşdu: 
– Deyəsən, yuxarıda balaca bir ölümrama hazırlanır, hə? 
– Şarl, mənə elə gəlir ki, zarafatlarınız üçün daha az kədərli mövzu tapsaydınız, yaxşı olardı, – deyə 
Rastinyak cavab verdi. 
Rəssam etirazla: 
– Belə məlum olur ki, biz burada gülə də bilmərik? – dedi. – Byanşon      de   qoca huşunu itirib, nə olsun 
ki? 
Muzey məmuru söhbətə qarışaraq: 
– Demək, o yaşadığı kimi də öləcək, – dedi. 
Birdən qrafinya çığırdı: 
– Atam öldü! 
Bu dəhşətli naləni eşidən Rastinyak, Byanşon, Silviya tez yuxarı yüyürdülər. Qrafinya bihuş olmuşdu. Onu 
özünə gətirib, darvazada dayanmış        apardılar. Ejen Anastazini Terezaya tapşıraraq, onu madam de 
Nusingenin yanına aparmağı əmr etdi. 


Byanşon aşağı endi. 
– Öldü! – dedi. 
Madam Voke                            : 
– Cənablar, əyləşin, xörək soyuy r. 
Tələbələr yanaşı oturdular. 
Ejen Byanşondan soruşdu: 
– İndi nə etmək lazımdır? 
– Gözlərini        , qayda ilə uzandırmışam. Bələdiyyə idarəsinin həkimi bizim bəyanatımıza         ölümü 
təsdiq  dikdən sonra qocanı kəfənə bürüyüb dəfn edəcəklər. Səncə, bəs nə etmək lazımdır? 
Pansionerlərdən biri qocanı yamsılayaraq: 
– O artıq, çörəyi belə, iyləyə        cək, – dedi. 
Repetitor etiraz etdi: 
– Kifayətdir, cənablar, Qorio atadan əl çəkin, zəhləmi tökməyin. Düz bir saatdır hey ondan danışırsınız. 
Bu şanlı Paris şəhərinin ən gözəl məziyyəti budur ki, burada heç kəsin nəzər-diqqətini cəlb etmədən 
doğulmaq, yaşamaq və ölmək mümkündür. Mədəniyyətin yaratdığı bu əlverişli şəraitdən istifadə edək. 
Bu gün Parisdə üç yüz adam ölmüşdür; biz ki Paris gekatombaları* üçün dərd çəkməyəcəyik! Qorio ata 
ayaqlarını uzatmışdır: bu, onun xeyrinədir! Əgər o, sizin üçün çox əzizsə, gedib yanında əyləşə bilərsiniz, 
qoyun biz rahat xörəyimizi yeyək! 
Dul arvad dedi: 
– Əlbəttə, onun üçün ölmək daha yaxşıdır! Görünür, zavallının bu dünyada ömrü o qədər də xoş 
keçmirmiş! 
Bu, Ejenin nəzərində atalıq məhəbbətinin timsalı olan bir insanın cənazəsi üzərində söylənilən yeganə 
nitq idi. On beş pansioner,  həmişəki kimi,      boşboğazlıq etməyə başladı. Byanşonla Rastinyak 
doyduqdan sonra bıçaqların və çəngəllərin cingiltisi, gurultulu laqqırtılar arasında səslənən qəhqəhələr, 
üzlərdə görünən qarınqululuq və laqeydlik əlamətləri birdən-birə onlarda insan qəlbini donduran ikrah 
hissi oyatdı. Dostlar mərhum üçün keşiş çağırmaq və dua oxutdurmaq məqsədi ilə evdən çıxdılar. 
Mərhuma son borclarını vermək niyyəti ilə bütün xərclərini ixtiyarlarında olan kiçik məbləğə görə 
uyğunlaşdırmağa məcbur idilər. Axşam saat doqquzda cənazəni yenə həmin yoxsul otaqda bir-birinə 
calaşdırılmış iki taxta və iki şam arasında qoydular, keşiş də cənazənin yanında əyləşdi. Rastinyak 
yatmazdan əvvəl dəfn mərasiminin və ibadətin neçəyə başa gələcəyini keşişdən soruşub, baron de 
Nusingen və qraf de Restoya məktub yazaraq, dəfn xərcini ödəmək üçün vəkillərini göndərməyi xahiş 
etdi. Məktubları Kristofla göndərib, yorğun, əldən düşmüş halda yatağına uzandı. 


Ertəsi gün Rastinyakla Byanşon bələdiyyə idarəsinə Qorionun ölümünü şəxsən xəbər verməyə məcbur 
oldular. Saaat on ikidə artıq ölüm rəsmən müəyyən edilmişdi. Rastinyak iki saat sonra keşişin haqqını 
şəxsən özü verməyə məcbur oldu, çünki kürəkənlərin nə vəkilləri gəldi, nə də pul göndərdilər. Silviya 
cənazəni dəfnə hazırlamaq və kəfənə bürüyüb tikmək üçün on frank tələb etdi. Ejenlə Byanşon haqq-
hesab çəkib gördülər ki, mərhumun qohumları heç bir kömək etməsələr, pulları çatmayacaq. Byanşon 
güzəştlə Kaşen xəstəxanasından aldığı yoxsullara məxsus tabuta cənazəni özü qoymağa qərar verdi. 
Rastinyaka dedi ki: 
– Bu alçaqların başına bir oyun açmalısan: Per-Laşezdə beş il müddətinə yer al, kilsədə ibadət və dəfn 
idarəsində üçüncü dərəcə ilə dəfn mərasimi təşkil elə. Qocanın kürəkənləri və qızları xərcləri ödəmək 
istəməsələr, başdaşı üzərində bu sözləri yazdırarsan: “Burada iki tələbənin pulu ilə qrafinya de Resto və 
baronessa de Nusingenin atası cənab Qorio dəfn edilmişdir”. 
Ejen dostunun məsləhəti ilə de Nusingen və de Restogilə getdi, ancaq onu qapıdan içəri belə 
buraxmadılar. Hər iki evdə qapıçılara ciddi tapşırıq verilmişdi. Qapıçılar deyirdilər ki: 
– Cənablar heç kəsi qəbul etmirlər. Ataları vəfat etmişdir, bu saat matəm saxlayırlar. 
Ejen Parisin kübarlar aləmini yaxşı tanıdığına      təkid etmədi. Delfina ilə görüşmək belə mümkün 
olmadığını görüb məyus oldu, qapıçının yanında bu sözləri yazdı: 
“Atanızı son mənzilinə ləyaqətlə             üçün qiymətli şeylərinizdən birini satın”. 
O, kağızın ağzını bağladı və baronun qapıçısına verdi ki, Tereza vasitəsilə baronessaya çatdırılsın, lakin 
qapıçı məktubu baronun özünə verdi, o isə kağızı buxarıya atdı. Ejen əlindən gələni etdikdən sonra saat 
üçdə pansiona qayıtdı və küçə qapısında iki stulun üstünə qoyulmuş, üstünə qara parça salınmış tabutu 
gördüyü zaman, ixtiyar    gözləri yaşardı. Gümüşü mis tasın içindəki müqəddəs suda köhnə, əldən 
düşmüş buxurdan görünürdü; hələ heç kəs ona toxunmamışdı,         belə qara çəkməmişdilər. Bu, bir 
dilənçi ölümü idi: nə təntənə, nə qohum, nə dost, nə aşna, heç nə, heç kəs yox idi. Xəstəxanada məşğul 
olan Byanşon Rastinyaka məktub yazaraq, ibadət haqqında danışmış olduğunu xəbər verirdi. Günorta 
ibadətinə gücləri çatmayacaq, ancaq daha ucuz qiymətə başa gələn axşam duası ilə kifayətlənməyə 
məcburdurlar. Bu xüsusda dəfn k ntoruna Kristof vasitəsilə məktub göndərmişdi. Ejen Byanşonun qara-
qurasını yenicə oxuyub qurtarmışdı ki, birdən madam Vokenin əlində qızıl çərçivəli medalyonu gördü: 
Qorionun qızlarının saçı bu medalyonda idi. 
Rastinyak soruşdu: 
– Siz bunu necə cəsarət edib götürdünüz? 
Silviya təəccüblə: 
– Yoxsa onunla bərabər dəfn edəcəyik? Axı qızıldır. 
Rastinyak hiddətlə: 
– Əlbəttə, qızıldır! – dedi. – Qoy o, qızlarından qalan bu yeganə xatirəni özü ilə aparsın. 


Matəm arabası gəldikdən sonra Ejen tabutun yenə yuxarıya qaldırılmasını əmr etdi, qapağını açıb, hələ 
Delfina ilə Anastazinin gənc, pak, günahsız olduqları, can verən qocanın söylədiyi kimi, “mühakimə     
mədikləri” zamanların maddi inikası olan bu medalyonu dərin ehtiramla qocanın sinəsi üstünə qoydu. 
Bu zavallı atanın cənazəsini Nev-Sent-Jenevyev küçəsinin yaxınlığındakı Sent-Etyen-dü-Mon kilsəsinə 
aparan matəm arabasını ancaq Rastinyak, Kristof və iki məzarçı ötürürdü. Kilsəyə çatdıqdan sonra 
cənazəni kiçicik və qaranlıq bir ibadətxanaya qoydular. Rastinyak kilsədə Qorio atanın qızlarını və 
kürəkənlərini axtardısa da, görmədi. Tabutun yanında yalnız Rastinyak və Kristof qaldı. Kristof bəzən 
sayəsində pul qazandığı bu qocaya son borcunu vermək üçün qalmışdı. Rastinyak iki keşişin, müğənni 
oğlanın və dua oxuyanın yolunu gözləyirdi. O, bir kəlmə      danışmaq iqtidarında deyildi,         Kristofun 
əlini sıxırdı. 
– Bəli, cənab     , –             , – o, yaxşı, namuslu adam idi: heç kəslə savaşmazdı, heç kəsə mane olmazdı, 
heç kəsə pislik etməzdi. 
Nəhayət, iki keşiş,                oğlan və dua oxuyan gəldi. Kilsənin müftə ibadət etmək üçün o qədər də varlı 
olmadığı zamanlarda yetmiş franka nə mümkün idisə elədilər. Keşişlər bir cüz Li era və De  rofundis 
duasını oxudular. Bütün ibadət iyirmi dəqiqə çəkdi. Keşiş və müğənni üçün ancaq bir matəm karet  vardı; 
onlar Ejeni və Kristofu da özləri ilə aparmağa razı oldular. 
Keşiş dedi: 
– Cənazəni ötürən yoxdur, saat altının yarısıdır, ləngiməmək üçün tez də sürmək olar. 
Lakin tabut arabanın üzərinə qoyulduğu zaman üstü gerbli iki karet yaxınlaşdı, içində heç kəs yox idi. Bu, 
qraf de Resto ilə baron de Nusingenin karetl r  idi. Karetl r Per-Laşez qəbiristanına qədər dəfn 
mərasiminin        ca gəldi. Saat altıda Qorio atanın cənazəsini təzə qazılmış qəbrə qoydular, qəbrin 
ətrafında qızlarının       lakeyləri dayanmışdı, lakin onlar da yoxsul tələbə pulu ilə qoca üçün oxutdurulan 
qısa bir duadan sonra çəkilib getdilər. 
İki məzarçı tabutun üstünü örtmək üçün bir-iki bel torpaq atdıqdan sonra dayandı. Məzarçılardan biri 
Rastinyakdan araqpulu istədi. Ejen cibini eşələdi, bir şey tapmadığın       Kristofdan iyirmi su borc aldı. Öz-
özlüyündə əhəmiyyətsiz görünən bu hadisə Rastinyaka dərin təsir bağışladı, qəlbini dəhşətli kədər 
bürüdü.            , rütubətli qaranlıq əsəblərə toxunurdu. Ejen məzara baxaraq, saf qəlbinin müqəddəs 
həyəcanlarının doğurduğu gəncliyinin son göz yaşlarını bu məzarda dəfn etdi. Bu göz yaşlarının bir 
damcısı yerə düşüb, buradan göylərə qalxırdı. Rastinyak qollarını sinəsində çarpazlayıb, buludları seyr 
etməyə başladı. Kristof onun bu halına bir az baxdı və çıxıb getdi. 
Ejen yalqız qaldıqdan sonra qəbiristanlığın təpəciyinə qalxdı və buradan Senanın ətrafında qıvrılmış Parisi 
gördü. İşıqlar yenicə yanmağa başlamışdı. Ejen gözlərini Vandom sütunu* ilə Əlillər Evinin günbəzi 
arasındakı yerə zillədi: burada onu cəzb edən kübarlar dünyası yerləşmişdi: Ejen uğuldayan bu arı 
pətəyini, balın dadını duymuş kimi, həris gözlərlə nəzərdən keçirdi və qəti qərarla dedi: 
– İndi                        ;    ,          ! 


O, kübarlar dünyasına meydan oxuyaraq ilk addımını atdı: Delfina de Nusingenin evinə nahar etməyə 
getdi. 
 
 

Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə