Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə4/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   2   3   4   5   6   7   8   9   ...   77

boyunbağısından ayrılan köhnəlmiş ucuz muslin yaxalığı görünür. Ona təsadüf edən adamlarda istər-
istəməz belə bir sual doğardı: bəlkə də, bu kölgə İtaliya bulvarında qanad çalan Yafəs nəslinin cəsur 
oğullarındandır? Bəs hansı bir məşğələ onu bu hala salmışdır? Hansı bir ehtirasdan onun şişkin üzü o 
dərəcə qaralmışdır ki, karikaturada belə bunlar qeyri-təbii görünə bilərdi? Keçmişdə o nəçi olmuşdur? 
Kim bilir, o, bəlkə, ədliyyə nazirliyində, bütün cəlladların öz xərclərinə imza atdıqları, ata qatillərinə qara 
pərdə hazırlamaq üçün hesab verdikləri gilyotin* altındakı səbətlərə taxta tozu, gilyotin bıçağına kəndir 
hazırlamaq üçün hesabat təqdim edilən şöbədə xidmət etmişdir? Bəlkə də, sallaqxana qapılarında 
vergiyığan, yaxud xalq səhiyyəsi nəzarətçisinin müavini olmuşdur. Bir sözlə, bu adamın bizim böyük 
ictimai dəyirmanımızın yük eşşəyi, öz Bertranını* belə tanımayan Paris Rotonlarından* biri, ətrafında 
fəlakətlər və insan çirkabı fırlanan bir çarx olduğu görünürdü. Sözün qısası, belə adamlar haqqında: “Çarə 
yoxdur, belələri də lazımdır!” deyirik. Bəzəkli, dəbdəbəli Paris bu mənəvi, yaxud cismani iztirablardan üzü 
saralmış insanları tanımır. Lakin Paris, həqiqətən, okeana oxşayır. Bu okeana lot atın, lakin onun 
dərinliyini müəyyənləşdirə bilməzsiniz. Onu nəzərdən keçirmək və təsvir etmək istəmirsinizmi? Necə 
istəsəniz nəzərdən keçirin, təsvir edin, səy edin: tədqiqatçı nə qədər çox olur-olsun, yenə də bu okeanda 
hər zaman əl dəyməmiş bir sahəyə, məchul bir mağaraya, incilərə, çiçəklərə, divlərə, ədəbiyyat 
üzgüçülərinin nəzərdən qaçırdığı ağlasığışmayan heybətli səhnələrə rast gələcəksiniz. Bu heybətli 
səhnələrdən biri “Vokenin evi”dir. 
Burada kirayənişin və kənardangəlmə pansionerlərə nisbətən kəskin təzad təşkil edən iki şəxs var. 
Onlardan biri Viktorina Tayferdir. Doğrudur, bu gənc qızın da üzündə qansız qızların solğunluğuna 
bənzəyən xəstə bir sarılıq vardır. Doğrudur, onun üzündəki adi məyusluq, hərəkətlərindəki sıxıntı, zavallı 
görünüşü, sısqalığı bütün bu lövhədə bir zəmin təşkil edən ümumi iztirab əhvali-ruhiyyəsinə uyğun 
gəlirdi, lakin bununla belə, onun üzü qocalıq təsiri bağışlamazdı, hərəkətlərində, səsində isə bir 
gümrahlıq hiss olunurdu. Bu gənc,                 yenicə qeyri-münasib bir zəminəyə köçürülmüş saralmış kola 
oxşayırdı. Onun üzünün sarı rəngində, sarışın saçlarında, həddən artıq incə belində müasir şairlərin orta 
əsr heykəllərində duya bildikləri bir şuxluq görünürdü. Qaraya çalan boz gözlərində həlimlik və xristian 
miskinliyi ifadə olunurdu. Sadə, ucuz parçadan tikilmiş paltarı altında qız vücudunun cizgiləri qabarırdı. 
Başqaları ilə müqayisə edilərsə, ona, hər halda, qəşəng demək olardı, qisməti isə başqa olsaydı, füsunkar 
qız təsiri də bağışlaya bilərdi: qadının gözəlliyi bəzəkdə olduğu kimi, şeriyyəti də onun ruhi qidasındadır. 
Əgər bal ziyafətinin şənliyi al bir şəfəq kimi bu solğun bənizə kölgə salmış olsaydı, əgər zərif bir məişətin 
fərəhi bu xəfifcə batıq yanaqları doldurmuş və qızartmış olsaydı, məhəbbət bu qəmli gözlərə həyat nuru 
saçmış olsaydı, Viktorina hər hansı bir gözəl qızla yarışa bilərdi. O, qadına yeni həyat verən bir şeydən – 
pal-paltardan və eşq məktublarından məhrum edilmişdi. Onun macərası böyük bir kitabın süjetini belə 
təşkil edə bilərdi. 
Viktorinanın atası müxtəlif bəhanələrlə öz qızını tanımaq istəmir, onunla birlikdə yaşamaqdan çəkinir, 
dolanmaq üçün ona ildə altı yüz frankdan artıq vermək istəmirdi, bütün əmlakını tamamilə oğluna 
vermək məqsədi ilə qiymətli kağızlara çevirmişdi. Viktorinanın anası qızı uzaq qohumu olan dul Kutürün 
yanına gətirmişdi. Ana dərdin şiddətindən öldükdən sonra madam Kutür yetim qızı öz sevimli övladı kimi     
məyə başladı. Təəssüf olsun ki, Respublika dövrü kriqs-komissarının dul arvadının pensiya ilə dulluq 
vəsaitindən başqa heç bir şeyi yox idi. Yoxsul, təcrübəsiz, heç bir təminatı olmayan qızcığaz isə madam 
Kutürün qayğısı olmasaydı, tamamilə yalqız, kimsəsiz qalardı. Bu mərhəmətli qadın hər bazar günü 


Viktorinanı kilsəyə ibadətə, iki həftədə  bir isə etirafa aparardı ki, qız hər bir təsadüfə rəğmən yenə də 
namuslu və həyalı bir qız qala bilsin. Madam Kutür, doğrudan da, haqlı idi. Atasını sevən və anasının 
əfvini ona yetirməyə çalışaraq hər il yanına gedən, lakin hər dəfə ata evində amansız qapalı bir qapıya 
rast gələn bu rədd edilmiş qızın qarşısında dini hisslər, hər halda, gələcəyə doğru bir yol açırdı. Ata ilə 
qızın arasında yeganə vasitə olan qardaşına gəlincə, o, dörd il ərzində bir dəfə belə bacısının yanına 
gəlməmiş, ona heç bir yardım göstərməmişdi. Viktorina atasının gözü açılsın, qardaşının qəlbi isə 
mütəəssir olsun deyə Allaha yalvarır, heç birini məzəmmət etmədən, hər ikisi üçün dua edirdi. Ata ilə oğ 
lun vəhşi rəftarını söyləmək üçün madam Kutürlə madam Voke söyüşlər lüğətində münasib ibarələr belə 
tapa bilmirdilər. Onlar bu namussuz milyoneri söydükləri halda, Viktorinanın iniltisində yenə də 
məhəbbət səsi duyulan yaralı bir göyərçinin ötməsinə bənzəyən məsumanə sözlər eşidilirdi. 
Ejen Rastinyakın üzü tipik bir cənublu üzü idi; özü ağ, saçları qara, gözləri göy, hərəkətlərində, 
münasibətlərində, qıvraqlığında aristokrat nəslindən olduğu sezilirdi. Bu cür ailələrdə uşağın tərbiyəsi ilk 
yaşlarından yalnız qədim nəzakət qaydalarına uyğun olar. Ejen öz paltarını qorumalı və adi günlərdə 
keçənilki paltarını geyməyə məcbur olsa da, yenə də bəzən gənc bir          yaraşan libas geyərək evdən 
çıxmaq iqtidarında idi. Bununla belə, hər gün onun əynində köhnə bir sürtuk, sarsaq bir jilet, birtəhər 
bağlanmış və əzilmiş ucuz qara qalstuk, eyni şəkildə pantalon və altına təzədən yamaq vurulmuş çəkmə 
görmək olardı. 
Təsvir etdiyimiz bu iki şəxsiyyətlə başqa kirayənişinlər arasında bağlayıcı bir halqa təşkil edən qırx yaşlı, 
boyanmış bakenbardlı cənab Votren idi. Votren kimi adamlar haqqında el arasında belə deyirlər: “Amma 
nə qoçaq adamdır!” Onun çiyinləri enli,             , əzələləri möhkəm,  əlləri     idi. Barmaqlarının üzərində 
od rənginə çalan sıx sarı tüklər görünürdü. Üzündə vaxtından tez əmələ gəlmiş qırışlardan daşürəkli 
olduğu hiss olunurdu, bu isə onun xoş və nəzakətli rəftarına zidd görünürdü. Xoş təsirdən məhrum 
olmayan qadın səsi onun kobud şənliyinə tamamən uyğun gəlirdi. Votren hər kəsə qulluq göstərər və 
gülməkdən xoşlanardı. Təsadüfən bir qıfıl yaxşı açılmadığı zaman o, “bizə tanış işdir”, – deyə qıfılı sökər, 
itiləyər, yağlayar və yenidən düzəldərdi. Onun hər şeydən xəbəri vardı, hər şey ona tanış görünürdü. 
Fransa, dəniz, gəmilər, yad ölkələr, alver işləri, insanlar, hadisələr, qanunlar, mehmanxanalar, 
həbsxanalar – hər şey ona tanış görünürdü. Birisi öz taleyindən şikayət edən kimi o, dərhal öz köməyini 
təklif edərdi. Dəfələrlə madam Vokeyə və bir neçə kirayənişinə borc pul belə vermişdi. Lakin o, xeyirxah 
adama oxşasa da, qətiyyətlə dolu qəribə, dərin baxışları ilə hamıda elə bir dəhşət oyadırdı ki, ondan borc 
pul alanlar borcu qaytarmamaqdansa ölməyi üstün tuturdular. Onun ancaq tüpürcəyini tullamaq adəti 
belə sarsılmaz bir soyuqqanlığa malik olduğunu göstərirdi. Onun nəzərləri, elə bil, ciddi bir hakim kimi 
hər bir məsələnin, hər bir hissin, hər bir vicdanın dərinliyinə qədər enmək iqtidarında idi. O, adətən, 
gününü belə keçirərdi: səhər yeməyindən sonra evdən çıxar, nahar vaxtı geri dönər, sonra yenə gedərək 
bütün axşamı görünməz, ancaq gecəyarısı qayıdardı. Madam Vokenin etibarı sayəsində ehtiyat açarı 
həmişə yanında idi. Bu iltifat ancaq Votrenə göstərilərdi. Onun dul arvadla yaxşı münasibəti vardı: 
həmişə Vokeyə “cici” deyər, belindən tutub qucaqlardı. Voke bu yaltaqlanmağın mənasını başa 
düşməzdi. Madam Voke açıq ürəklə elə zənn edirdi ki, onu qucaqlamaq sadə şeydir, halbuki onun kimi 
ağır bir kötüyü qucaqlamaq üçün Votrenin əlləri kifayət qədər uzun görünürdü. Onun daha bir 
xüsusiyyəti vardı: o, səxavət göstərərək, ayda on beş frank “qlori a”1 üçün verər və şirniyyatla içərdi. 
Paris həyatının qasırğasına düşən bu gənclər kimi o qədər də diqqətsiz olmayan adamlara və eləcə də 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə