Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə9/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

Ejen dil və hüquq elmləri bakalavrı dərəcəsini aldıqdan sonra tətilə getməzdən əvvəl, özü dərk etmədən, 
belə bir məktəbi keçməyə müvəffəq ola bilmişdi. Artıq onun uşaqlıq xəyallarından, əyalət görüşlərindən 
heç bir əsər qalmamışdı. Anlayışları dəyişmiş, şöhrətpərəstliyi isə xeyli artmışdı. Odur ki öz ata-baba 
malikanəsində yaşadığı zaman hər şeyə ayıq nəzərlə baxırdı. Atası da, anası da, iki qardaşı, iki bacısı da, 
təqaüddən başqa heç bir sərvəti olmayan xalası da kiçicik Rastinyak mülkündə yaşamaqda idi. Təxminən 
üç min franklıq mədaxili olan bu mülk, üzüm təsərrüfatındakı dəyişkənlikdən asılı olmasına baxmayaraq, 
hər il Ejen üçün min iki yüz frank əzib çıxarmalı idi. Ejen, ailəsinin daim ethiyac içində olduğunu və bu 
ehtiyacı alicənablıqla ondan gizlətməyə çalışdıqlarını görürdü. O, istər-istəməz, uşaqlıqda gözəl görünən 
bacılarını, xəyalında yaratdığı gözəllik nümunəsini təcəssüm edən Paris qadınları ilə müqayisə edirdi. O, 
ən ucuz ərza ın xırdaçı adamlara xas olan bir qayğı və qənaətlə gizlədildiyini görürdü. O, öz ailəsi ilə 
birlikdə üzüm cecəsindən hazırlanmış içki içərdi. Bir sözlə, xatırladılması bihudə olan bir çox hadisələr 
onun qəlbində həyatda müvəffəqiyyət qazanmaq arzusunu on qat artırmış və cəmiyyətdə qabağa 
getmək ehtirasını oyatmışdı. Alicənab adamlara məxsus bir tərzdə, o da yalnız öz şəxsi xidmətlərinə 
güvənmək niyyətində idi. Bununla belə, o, qəlbən, iliklərinə qədər cənublu olaraq qalırdı. Açıq dənizə 
çıxdıqdan sonra hansı sahilə doğru üzməyi, yelkənlərini hansı səmtə çevirməyi bilməyən bir gənc kimi, 
onun da qərarları sabit olmayacaqdı. Ejen əvvəlcə bütün varlığı ilə çalışmaq niyyətində idi, lakin bir az 
sonra lazımi əlaqələr yaratmaq həvəsinə düşdü. Qadınların cəmiyyət həyatında nə qədər böyük nüfuza 
malik olduqlarını duyduqdan sonra o, özünə himayət göstərəcək bir qadın tapmaq üçün dərhal əyan 
məclislərinə daxil olmaq fikrinə düşdü. Ağıllı və həssas bir gənc isə ağıl və xüsusilə coşqunluqdan başqa 
zərif vücuda və qadınları düşküncəsinə cəzb edən bir növ çılğın gözəlliyə malik olduqdan sonra belə 
qadınlara rast gəlməyə bilərdimi? Keçmişdə gülüşə-gülüşə bacıları ilə gəzdiyi düzləri dolaş rkən Rastinyak 
bu cür xəyallardan uzaqlaşa bilmirdi. Artıq bacıları da onun xeyli                    . Vaxtilə xalası madam de 
Marsi yak sarayda xidmət edərdi. Onun yüksək kübarlar mühitində tanışları vardı. Xalası öz xatirələrini 
tez-tez və cazibədar  şəkildə ona söylərdi. Gənc şöhrətpərəst, hüquqşünaslıq məktəbindəki 
müvəffəqiyyətlər qədər əhəmiyyətli olan cəmiyyətdəki qələbələri üçün bu xatirələrdə bir çıxış nöqtəsi 
tapdı. Ejen hansı qohumluq münasibətlərini yenidən bərpa etmək mümkün olduğunu xalasından 
soruşdu. Qocalmış xanım               silkələdikdən sonra bu qərara gəldi ki, varlı qohumlarının xudbin tayfası 
içərisində onun bacısı oğluna yardım göstərmək üçün az-çox münasib bir şəxs varsa, o da vikontessa de 
Boseandır. O, bu məqsədlə gənc xanıma köhnə üslubda bir məktub yazaraq Ejenə verdi və dedi ki, 
vikontessanın hüsn-rəğbətini qazanmağa müvəffəq olarsa, bu xanımın vasitəsilə başqa qohumları da ələ 
keçirə biləcəkdir. Rastinyak Parisə gəldikdən bir neçə gün sonra xalasının məktubunu madam de Boseana 
göndərdi. Vikontessa onu bala dəvət etməklə cavab verdi. Bal ertəsi günə təyin edilmişdi. 
1819-cu il noyabrın axırlarında ailə pansionundakı işlərin ümumi vəziyyəti bu şəkildə idi. Bir neçə gün 
sonra madam de Boseanın balında iştirak edən Ejen evə gecə saat ikidə qayıtmışdı. Tələbə itirdiyi vaxtı 
geri qaytarmaq üçün hələ rəqs edərkən belə səhərə kimi işləməyi qəhrəmancasına özünə vəd etmişdi. 
Kübar həyatının parıltıları qarşısında qəlbində hiss etdiyi yalançı qüvvənin sehrinə qapılaraq, ömründə 
birinci dəfə Rastinyak yaşadığı məhəllənin sükunətində öz gecəsini yuxusuz keçirməyə hazır görünürdü. 
O gün Rastinyak pansionda nahar etmədi. Bu surətlə kirayənişinlər onun yalnız səhərə yaxın gələcəyini 
fərz edə bilərdilər. O, doğrudan da, adətən, Odeonda*, yaxud Pradoda* verilən ballardan ipək 
corablarını palçığa bulayıb, bal tuflilərini tapdaq-tapdaq edib, səhərə yaxın qayıdardı. Kristof qapının 
rəzəsini çəkməzdən əvvəl qapını açdı və küçəyə göz gəzdirdi. Elə bu dəqiqədə Rastinyak göründü. O, 


içəriyə gurultusuz daxil oldu və xeyli səs-küy salan Kristofla birlikdə yuxarı mərtəbəyə qalxdı. Ejen 
soyunub gecə başmaqlarını ayağına keçirtdi, köhnəcə sürtukunu geydi, sobadakı torfu yandırıb, tələsik 
işləməyə hazırlaşdı. Kristof ağır ayaqqabılarının gurultusu ilə tələbənin çox da gurultulu olmayan 
hazırlığının səsini batırdı. 
Ejen hüquq kitablarına qapılmazdan əvvəl, bir neçə dəqiqə dalğın-dalğın oturdu. O, bir az əvvəl 
vikontessa de Boseanı görmüşdü. Vikontessa Paris əyan məclislərinin çariç    idi, onun evi Sen-Jermen* 
məhəlləsinin ən xoş evlərindən biri sayılırdı. O, istər adı və istərsə də sərvəti ilə kübar aləmin yuxarı 
təbəqələrinə mənsub idi. Xalası de Marsi yakın sayəsində bu yoxsul tələbə vikontessa tərəfindən yaxşı 
qəbul edilmişdi, lakin o, bu hüsn-rəğbətin nə demək olduğunu özü belə başa düşmürdü: bu qızıla qərq 
olmuş salonlarda qəbul edilmək yüksək zadəganlıq haqqını verən bir fərmana bərabərdi. Ejen ən 
məhdud məclislərdən birində özünü göstərməklə artıq hər yerə getmək haqqını qazanmış olurdu. Bu 
məclisin parıltılarından gözləri qamaşan Ejen vikontessa ilə ancaq bir neçə kəlmə danışa bilmişdi ki, 
nəzərini rautda toplaşan Paris ilahələrindən biri cəlb etdi. Bu ilahə gənclərin dərhal məftun olduğu 
qadınlardan idi. Ucaboylu, qəşəng vücudlu qrafinya Anastazi de Resto öz gözəlliyi ilə bütün Parisdə 
şöhrət qazanmışdı. İri qara gözləri, gözəl qolları, hamar baldırları olan, hərəkətindən od yağan bir qadını 
təsəvvürünüzə gətirin. Markiz de Ronkerol ona “cins at” deyirdi. Çılğın zərifliyi qətiyyən onun 
gözəlliklərini pozmazdı: dolubədənli idi, lakin onu həddən artıq köklükdə məzəmmət etmək olmazdı. Cins 
at, cins qadın kimi təbirlər artıq “səma mələkləri”ni, “Ossian sifətləri”ni*, dendizmin rədd etdiyi bütün 
köhnə eşq mifolojisini əvəz edirdi. Lakin qrafinya de Resto Rastinyakın nəzərində sevilən bir qadın kimi 
idi. Onun yelpazəsində qeyd olunan kavalerlər siyahısında Rastinyak özünə iki rəqs ala bilmiş və birinci 
kadrildə danışmaq imkanı qazanmışdı. 
Rastinyak qadınlara xoş gələn bir ehtirasla, açıqcasına soruşdu: 
– Madam, sizi harada görmək olar? 
– Haradamı... – deyə o cavab verdi, – Bulon meşəsində də olar, Bufonlarda* da olar, öz evimdə də olar, 
hər yerdə olar. 
Təşəbbüskar cənublu fürsəti fövtə verməyərək, bu cazibədar qrafinya ilə yaxınlaşmağa tələsdi. Bir 
kontrtansla üç vals müddətində bir gənc qadına bundan artıq yaxınlaşa bilməzdi. Ejen xanımını “adlı-
sanlı” xanım hesab edərək, özünü madam de Boseanın kuzeni1 kimi təqdim etdi, bundan sonra isə 
qrafinya onun evinə, sadəcə, gəlməyə icazə verdi. Vidalaşarkən gülümsəməsindən Ejen belə bir nəticə 
çıxartdı ki, ona mütləq vizit vermək lazımdır. Xoşbəxtlikdən, Ejen, onun sadədilliyinə gülməyən bir şəxsə 
təsadüf etdi. Halbuki bu dövrün əyyaşları arasında sadədillik ən böyük günah sayılardı. Molenkur, 
Ronkerol, Maksim de Tray, de Marse, de A uda-Pinto, Vandenes kimi dövrün məşhur əyyaşları ledi 
Brendon, hersoginya de Lanje, qrafinya Kerqaruet, madam de Serizi və madam de Lanti, hersoginya de 
Karilyano, qrafinya Ferro, markiza d’Eqlemon, madam Firmiani, markiza de Listomer, markiza d’Espar, 
hersoginya de Mof inyez və Qranlye bacıları kimi ən ehtişamlı qadınların məclisində dolaşar və öz çılğın 
modabazlıqları ilə göz qamaşdırardılar. Beləliklə, təcrübəsiz tələbə, xoşbəxtlikdən, hersoginya de 
Lanjenin məşuqu markiz de Monrivoya təsadüf etdi. Markiz general olsa da, uşaq kimi sadəlövh idi. O, 
qrafinya de Restonun Elder küçəsində yaşadığını Rastinyaka xəbər verdi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə