Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə3/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   2   3   4   5   6   7   8   9   ...   77

cavab verərdi. Cənab Voke dul arvadla pis rəftar etmişdi: ona yalnız ağlamaq üçün göz, yaşayıb 
dolanmaq üçün ev, bir də heç kəsin dərdinə və fəlakətinə mərhəmət bəsləməmək haqqını qoyub 
getmişdi; madam Vokenin sözlərindən belə məlum olurdu ki, o, insanın dözə biləcəyi hər dərdə dözmüş, 
hər fəlakətin üzünü görmüşdü. 
Yavaş-yavaş yeriyən sahibəsinin ayaq səslərini eşidən yoğun qara aş Silviya kirayənişin pansionerlər üçün 
səhər yeməyi hazırlamağa tələsirdi. Kənardan gələn pansionerlər isə adətən, ancaq nahar etməyə 
gələrdilər. Naharın qiyməti ayda otuz frank idi. 
Bu hekayətin başlandığı zamanlarda pansionda yalnız yeddi nəfər kirayənişin yaşayırdı. İkinci mərtəbə iki 
ən yaxşı otaqdan ibarət idi. Otaqların birində – kiçik otaqda madam Vokenin özü, o birisində isə 
Respublika dövrünün kruqs-komissarının dul arvadı madam Kutür yaşayırdı. Madam Kutürlə birlikdə 
Viktorina Tayfer adlı gənc bir qız yaşayırdı ki, madam Kutür ona analıq edirdi. Hər iki qadının yeməyi ildə 
min səkkiz yüz franka başa gəlirdi. Üçüncü mərtəbədəki iki otaqdan birində Puare adlı bir qoca, o birində 
isə qara parikli, boyanmış bakenbardlı, özünün dediyinə görə, keçmişdə ticarətlə məşğul olan, indi isə 
cənab Votren adlanan qırx yaşında bir kişi yaşayırdı. Dördüncü mərtəbə dörd otaqdan ibarət idi. Bu dörd 
otağın ikisində daimi kirayənişinlər yaşayırdı: otaqların birində yaşayan – qarımış qız madmazel Mişono, 
o birində – sabiq vermişel, buğda kraxmalı və makaron fabrikantı idi. O, hamıya özünü Qorio ata 
çağırmağa icazə vermişdi. Yerdə qalan iki otağa gəlincə, bunlar, burada yaşayan madmazel Mişono və 
Qorio ata kimi, yeməklə mənzilə beş frankdan artıq sərf etmək iqtidarında olmayan yoxsul tələbələrtək 
gəldi-gedərlər üçün idi. Ancaq madam Voke onları o qədər də əziz tutmazdı. Daha yaxşı kirayənişin 
tapmadığına görə bunlara razı olurdu. Ancaq onlar həddindən çox çörək yeyirdilər. 
Bu zaman otaqlardan birində hüquq elmini öyrənmək üçün Anqulemdən Parisə gəl   bir gənc yerləşmişdi.  
ilə     böyük olduğundan,    -      ağır bir çətinliklə ona dolanmaq üçün ildə min iki yüz frank göndərirdilər. 
Bu gənc Ejen de Rastinyak adlanırdı. Ejen de Rastinyak ehtiyac nəticəsində zəhmətə alışmış gənclərdən 
idi. Bu cür gənclər ata-analarının onlara nə qədər ümid bəslədiklərini başa düşürdülər. Buna görə onlar 
bilik qazanmağın mənfəətini qabaqcadan ölçüb-biçir, bu bilikləri ictimai quruluşun gələcək inkişafına 
qabaqcadan uyğunlaşdırırdılar ki, bunun meyvəsini birinci yığanlar sırasına daxil ola bilsinlər. Rastinyakın 
qızğın müşahidələri və Paris salonlarına daxil olmaq qabiliyyəti olmasaydı, bu hekayətin də ləzzəti itərdi; 
çünki hekayətimizin doğru ahənglərinə səbəb, əlbəttə, Rastinyakdır. O, öz dərrakəsi və ağlı sayəsində 
insanda dəhşət oyadan vəziyyətlərin sirrini açmağa meyil edərdi. Bu vəziyyətin müqəssiri və qurbanı 
olanlar bu sirləri nə qədər gizlətməyə çalışsalar da, Rastinyakdan bunu gizlətmək mümkün olmurdu. 
Dördüncü mərtəbənin damında, adətən, paltar sərib qurudardılar. Buradakı iki mansardada Kristof adlı 
xidmətçi ilə qara aş yoğun Silviya yatardı. 
Yeddi kirayənişin pansionerdən başqa, madam Voke ildə ən azı səkkiz hüquqşünasa, yaxud təbib 
tələbəyə xörək verərdi. Bundan başqa, iki-üç nəfər də öz məhəlləsində yaşayan müştəriləri vardı. 
Bunların hamısı ancaq nahar üçün abunə yazılmışdı. Nahar vaxtı yemək otağına on səkkiz nəfər yığışardı, 
lakin iyirmi nəfəri də əyləşdirmək mümkündü. Səhərlər isə buraya ancaq yeddi nəfər kirayənişin gələrdi, 
həm də bunların səhər yeməyi üçün toplanışı, adətən, bir ailə süfrəsinə oxşayırdı. Hamı ev tuflilərini 
geyib gələr, sərbəst şəkildə kənardangəlmə pansionerlərin paltarı, yaxud görünüşü haqqında, ya da 


keçən axşamın hadisələri haqqında mülahizələr yürütməyə başlayardı. Onlar dostanə, bir-birinə qarşı 
etimad hissi ilə söhbət edərdilər. Madam Voke bu yeddi pansionerin nazını daim çəkir, pansion haqqının 
miqdarından asılı olaraq bir münəccim dəqiqliyi ilə hər pansionerə öz qayğı və diqqətini paylayırdı. 
Təsadüfən bir yerə toplaşan bu yeddi insana qarşı eyni ölçü tətbiq edilərdi. Üçüncü mərtəbədə yaşayan 
iki kirayənişin ayda iki frank verərdi. Belə ucuzluq yalnız Sen-Marso qəsəbəsində, Salpetrierlə Burb* 
arasında mümkün ola bilərdi. Madam Kutürün yeməyi üçün alınan pul müstəsna hal təşkil edirdi. Bu, onu 
göstərirdi ki, burada yaşayan pansionerlər az-çox aydın görünən fəlakətlərin yükünü öz üzərlərində 
daşıyırdlar. Buna görə də bütün evin qəmli mənzərəsi eyni dərəcəyə alçalmış olan pansionerlərin 
paltarında belə təkrar olunurdu. Kişilərin sürtuklarının rəngini təyin etmək çətin idi, ayaqqabıları isə elə 
şəkildə idi ki, bu cür ayaqqabıları varlı məhəllələrdə, adətən, darvazadan bayıra tullayırlar. Tuman-
köynəkləri də tamam əldən düşmüşdü. Bir sözlə, bu, paltar deyil, paltarın görünüşü idi. Qadınların 
əynində isə dəbdən düşmüş, dəfələrlə boyanmış və yenidən rəngi        paltarlar, köhnə, dəfələrlə 
yamanmış krujevalar vardı. Əlcəklərinin lakı çoxdan silinib getmişdi, yaxalıqları həmişə sapsarı idi, 
çiyinlərinə saldıqları baş örtükləri isə cırıq və yırtıq idi. Lakin onların paltarı bu cür olsa da, demək olar 
hamısının bədəni möhkəm görünürdü. Vücudları həyat boranlarına davam gətirə bildiklərini göstərirdi, 
sifətləri soyuq, sərt təsir bağışlayır, sürtülmüş pula bənzəyirdi. Büzülmüş ağızları yırtıcı dişlərlə 
silahlanmışdı. Kirayənişinlərin görünüşündə tamamlanmış, yaxud hələ də davam edən faciələr hiss 
olunurdu. Bu faciələr rampanın işığında, üzərinə şəkillər çəkilmiş kətanlardakı faciələrə bənzəmirdi. Bu, 
həyatla dolu, yaxud buz kimi donuq, dilsiz, lakin qəlbi dərindən həyəcanlandıran faciələr, nəhayəti 
olmayan faciələr idi. 
Qoca Mişono zəifləmiş gözlərinin üstünə yaşıl taftadan tikilmiş, mis məftillə bağlanmış kirli bir günlük 
taxırdı. Mərhəmətli mələklər belə buna baxsaydılar, dəhşətə gələrdilər. Seyrək saçaqlı şalı sanki sk letə 
sarınmışdı: şalın altında gizlənmiş vücudun sümükləri kələ-kötür şəkildə görünürdü. Təsəvvür etmək 
olardı ki, bu vücud bir zamanlar gözəl və boylu-buxunlu olmuşdur. 
Görəsən, bu məxluqun qadın cizgilərini hansı bir turşu zəhərləmişdir:  ünahmı, fəlakətmi, yoxsa 
xəsislikmi? Bəlkə, bu qadın məhəbbət nəşələrindən sui-istifadə etmiş, bəlkə, köhnə paltar alıb-satmaqla 
məşğul olmuş, bəlkə də, sadəcə, bir kurtizanka olmuşdur? Bəlkə də, nəşələri sel kimi özünə cəlb edən        
gəncliyin zəfərlərini o, yolçuları belə özündən qaçmağa məcbur edən qocalığı ilə bağışlatmağa çalışırdı? 
İndi onun boş və mənasız baxışlarından soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. 
Onun incə səsi qış ərəfəsində kol-kos arasında gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi. Dediyinə 
görə, o, sidik kisəsinin katarı xəstəliyinə düçar olmuş bir qocaya qulluq edirmiş, uşaqları isə onun pulu 
olmadığını güman edib, qocanı atıb getmişdilər. Qocadan ona ömrünün axırına qədər min franklıq bir 
renta qalmışdı, lakin qocanın varisləri Mişonoya hər cür iftiralar ataraq, bu vəsiyyətnaməni ləğv etməyə 
çalışırdılar. Onun üzünün dərisi ehtiras fırtınalarından büzüşsə də, bir zamanlar ağ və incə olan dərinin 
əlamətləri hiss olunurdu. Buna əsasən onun vücudunda bəzi gözəllik izlərini sezmək mümkün idi. 
Cənab Puare bir növ avtomata bənzəyirdi. Budur, o, boz bir kölgə kimi Botanika bağının xiyabanında 
dolaşır: başında köhnə əzik papaq, zəif əlində fil sümüyündən olan başı saralmış əsa vardır, sürtukunun 
rəngi solmuş, ətəkləri yellənir, nə elə bil iki ağacın üzərinə geydirilmiş qısa şalvarını, nə də ki sərxoş 
ayaqları kimi silkələnən nazik ayaqlarındakı mavi corabların üstünü örtə bilirdi; yuxarıdan isə bu acı 
mənzərəni çirkli ağ bir jilet seyr edir, hinduşka boynu kimi uzun və nazik boynundakı bükülmüş 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə