30
şirkətinin agentləri olan tacir-səyahətçilərin - Antoni Cenkinsonun, Tomas
Olkonun, Riçara Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor
Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin,
Vekyettinin
97
qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər
dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları,
ticarət yolları, ölkə təsərüffatının aparıcı sahələrindən biri olan ipəkçiliyin
vəziyyəti və imkanları haqqında xeyli məlumata təsadüf edilir.
Erməni mənbələri arasında Ohanes Saretsinin tərtib etdiyi, Təbrizli
Arakelin “Hirk patmutyans” (“Tarixlər kitabı”)
98
adlı böyük əsərinə 55-ci
fəsil kimi daxil edilmiş 1547-1600-cü illər dövründə Qafqaz Albaniyası
(Aqvaniya) tarixinə dair qısa salnamə maraqlıdır. XVI əsr Azərbaycan
tarixinə dair gürcü mənbələrinin məlumatları təsadüfi və yarımçıqdır
99
.
Sosial-iqtisadi münasibətlərin, feodal torpaq sahibliyinin və vergi
verən əhalinin vəziyyətinin öyrənilməsində sənədli mənbələrin-Səfəvi
hökmdarları fərmanlarının böyük köməyi olmuşdur.
Səfəvi fərmanlarının aşkara çıxarılması və sistemli nəşri sahəsində
son dövrdə böyük işlər görülmüşdür
100
. A.D.Papazyanın hazırladığı
“Matenadarın fars fərmanları”nın iki cilddə çapdan çıxdığını qeyd etmək
kifayətdir.Səfəvi hökmdarlarının burada dərc olunmuş fərmanları (o
cümlədən ilk Səfəvilərin 15 fərmanı), əsasən erməni kilsəsinin və erməni
icmalarının hüquqlarına aid olsa da, həmin sənədlər dövlətin digər
vilayətlərində, o cümlədən də Azərbaycanda feodal münasibətlərini
öyrənmək üçün yardımçı mənbələrdir. Gürcü kolleksiyalarında toplanmış
farsdilli sənədlərin iki nəşrini V.S.Puturidze həyata keçirmişdir. Son illərdə
Azərbaycanda da yerli arxiv və fondlarda göstərilən dövrün nisbətən
daha az miqdarda olan farsdilli tarixi sənədlərin toplanması və nəşri işi
canlanmışdır. Üç məcmuə nəşr edilmiş T.M.Musəvi bu mühüm işə
faydalı töhfə vermişdir.
Xaricdə bu qəbildən olan nəşrlərdən
101
danışarkən V.F.Minorskinin
dərc etdirdiyi Ağqoyunlu Qasimin 1498-ci il soyurqal fərmanını birinci
qeyd etməliyik. Həmin nəşrdə bu mənbənin mətni və tərcüməsi hərtərəfli
tədqiq edilmiş və şərh olunmuşdur ki, bu da mürəkkəb və az öyrənilmiş
31
sosial-iqtisadi terminləri açmağa imkan vermişdir. Bu iş Avropa
iranşünaslarında buna bənzər sənədləri öyrənməyə və aydınlaşdırmağa
böyük maraq oyatmışdır. Tezliklə ayrı-ayrı fərmanlar və onların
məcmuələri işıq üzü gördü ki, bunlardan da Ağqoyunlu və Səfəvilərin bir
neçə fərmanını əhatə etmiş H.Horstun və J.Obenin nəşrlərini qeyd edə bilərik.
Sonuncuların arasında Naxşıvana aid olan gömrük rüsumlarının ləğv
edilməsi haqqında I Şah Təhmasibin 1565-ci il fərmanı böyük əhəmiyyət
kəsb edir.Vergi terminlərinin müxtəlifliyinə münasibətdə J.Obenin nəşr
etdiyi həmin şahın iki soyurqal fərmanı diqqət cəlb edir. Qaraqoyunlu,
Ağqoyunlu və Səfəvi hökmdarlarının 23 fərmanı Britaniya muzeyinin
farsdilli sənədlər məcmuəsinə daxil olmuş və 1959-cu ildə kitabda
müsəlman diplomatiyasının tədqiqinə dair müqəddimə yazılmış H.Busse
tərəfindən nəşr edildi. 1965-ci ildə B.Martin XVI əsr Səfəvi hökmdarlarının
bilavasitə Azərbaycanın cənub vilayətlərindəki (Təbriz,Ərdəbil və Xalxalda)
bəxşiş torpaqlara aid yeddi fərmanını dərc etdirdi.
İndiyədək İranda bu sahədə ciddi bir iş görülməmişdir. Çap
olunmuş nəşrlər, bir qədər olaraq, sosial-iqtisadi problemlərlə
əlaqələndirilmiş və Səfəvilər dövrünün şəxsi və dövlət yazışmaları
nümunələri kimi məhdud əhəmiyyətə malikdir. Bu mənada Əbdül
Hüseyn Nəvainin dərc etdirdiyi I Şah İsmayıl və I Şah Təhmasib
hakimiyyətinin sənəd və məktublarının iki məcmuəsi müəyyən əhəmiyyət
kəsb edir
102
.
Keçmiş sovet tarixçiləri Səfəvilər dövlətinin sosial-iqtisadi tarixi
məsələlərinin tədqiq edilməsində müəyyən uğurlar qazanmışlar.Bu dövlətin,
onun tərkibinə daxil olmuş ölkələrin və xalqların sosial-iqtisadi tarixinin bir
çox mühüm məsələlərinin əsərlərində dərindən və hərtərəfli işıqlandıra
bilmiş İ.P.Petruşevskinin həmin sahədə xidmətləri xüsusilə böyükdür. Onun
Azərbaycanda son orta əsrlərdə feodal münasibətlərinə həsr olunmuş
monoqrafiyasında Səfəvilər dövlətində feodal torpaq təsisatlarının
(tiyul,soyurqal,mülk), hakim sinif və onun təşkilati quruluşunun dəqiq və
mükəmməl xarakteristikası verilmişdir, kəndlilərin feodal istismarının
mürəkkəb sistemi və sinfi mübarizə məsələləri tədqiq olunmuşdur
103
.
32
Səfəvilər dövründə torpaq mülkiyyəti məsələləri B.N. Zaxoderin və
N.Filrozenin əsərlərində tədqiq edilmişdir
104
. XIII-XIV əsrlərdə
Azərbaycanın həmhüdud ölkələrin tarixinə dair Ə.Ə.Əlizadənin
İ.P.Petruşevskinin əsərləri də nəzərdən keçirilən dövrün ictimai
münasibətlərinin və sosial-iqtisadi terminlərinin xarakterini başa düşmək
üçün böyük əhəmiyyətə malikdir
105
. S.B.Aşurbəylinin A.P.Novoseltsevin,
M.X.Heydərovun, K.K.Kutsiyanın və başqalarının əsərləri
106
XVI-XVII
əsrlərdə Səfəvilər dövləti şəhərlərinin sosial inkişafı prosesini öyrənmək üçün
əhəmiyyətlidir.
Xarici tarixşünaslıq Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinə
indiyədək xüsusi maraq göstərmir.Bununla belə, Yaxın və Orta Şərqdə
göstərilən dövrdə feodal münasibətləri probleminə bu və ya digər dərəcədə
toxunulan əsələr mövcuddur. Onların arasında V.F.Minorskinin böyük və
çox vaxt yeni faktik material əsasında yazılmış tədqiqatlarına öz
əhəmiyyətinə görə birinci yeri vermək lazımdır
107
. Anna Lambtonun müasir
İranda torpaq sahibliyi və renta haqqında yazılmış və Səfəvilər dövründə
həmin məsələlərə həsr olnmuş kiçik bir fəsil olan əsəri də qeyd
olunmalıdır
108
. İran alimi Tağı Bəhraminin əsərində bizi maraqlandıran
dövr haqqında səthi danışılır
109
.
XVI əsrdə Səfəvilər dövlətinin siyasi tarixi,daxili və xarici
siyasəti,Avropa ölkələri və Rusiys ilə ticarət-iqtisadi ələqələri bir sıra
əsərlərdə işıqlandırılmışdır. Onların arasında ilk dəfə olaraq XVI-XVII əsr
Azərbaycan tarixinin ilkin m\nbələrinə əsaslanan qiymətli oçerkini yaratmış
İ.P.Petruşevskinin əsərləri xüsusi yer tutur.Onun İranda islamın tarixinə dair
kitabı orta əsrlər Azərbaycanında şiəlik və onun ifrat təriqətlərinin
ideologiyasının təsiri altında baş vermiş xalq müqavimət hərəkatlarını dərk
etmək üçün böyük əhəmiyyətə malikdir
110
.
N.D.Mikluxo-Maklayın Səfəvilər dövlətinin Şeybanilər dövləti ilə
qarşılıqlı siyasi münasibətlərinin xarakterini və XVI əsrin əvvəlində şiəliyin
sosial rolunu aşkarlayan əsərlərinin mühüm əhəmiyyəti vardır
111.
XVI əsr
Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinin bir çox məsələləri kimi,onun
siyasi tarixinin mənzərəsi də “Azərbaycan tarixi”nin birinci cildinin
Dostları ilə paylaş: |