NAXÇIVAN DİALEKT V
Ə ŞİVƏLƏRİNDƏ VƏ IĞDIR
AĞIZLARINDA SAİTL
ƏRİN ƏVƏZLƏNMƏSİ
913
Iğdır ağızlarında isə bu hadisəyə təsadüf hallarda rast gəlinir: evle < öğle.
u > ı. u saitinin ı saiti ilə əvəzlənməsi hadisəsi Naxçıvanda geniş
yayılmışdır. Bu əvəzlənmə çox zaman sözün birinci hecasında sonor və y, c,
z, s samitlərindən əvvəl özünü göstərir: bıra < bura, vır < vur, zırna < zurna,
bılax < bulaq, tırp < turp, bılaşıx < bulaşıq, bızav < buzov, bıxav < buxov,
qahım < qohum, qavın < qovun, armıd < armud, Mahmıt < Mahmud,
savırmax < sovurmaq, qavdı < qovdu.
A.B.Ercilasun yazır ki, dodaq samitlərinin təsiriylə və ya qədim
şəkillərini mühafizə edərək yazıda ahəng qanununun pozulduğu bir çox kəlmə
Iğdır ağızlarında uyuma girmiş və u > ı əvəzlənməsi meydana gəlmişdir: çamır
< çamur, yağmır < yağmur, barıt < barut, havız < havuz, navrız < nevruz,
tavıh < tavuk (Ercilasun, 2002, s.91).
ü > i. Cənub qrupu dialekt və şivələrində, o cümlədən Naxçıvanda ü
saitinin i saiti ilə əvəzlənməsi hadisəsi o qədər də geniş yayılmış hadisə
deyildir. Bu hadisə çox zaman sözün müxtəlif yerlərində süzgün sonor
samitlərindən (l, r) əvvəl özünü göstərir: bitəv < bütöv, sümbil < sümbül,
Miseyib < Müseyib, milayim < mülayim, kömir < kömür, kiflət < külfət,
sibut// subut < sübut,
Əbdil < Əbdül, Zileyxa < Züleyxa, Zilfiqar < Zülfüqar.
Iğdır ağızlarında da bu hadisəyə çox az rast gəlinir: bilbil < bülbül,
miselman < müsliman, bitün < bütün.
u > i. Qalın dodaqlanan u saitinin incə, dodaqlanmayan i saiti ilə
əvəzlənməsi hadisəsi hən Naxçıvan şivələri, həm də Iğdır ağızları üçün
xarakterik fonetik hadisə deyildir. Aparılan müşahidələr zamanı u > i
əvəzlənməsinə bir neçə sözdə təsadüf etdik: bizov < buzov, Temir < Teymur,
məlimat < məlumat; Iğdırda: nitgi < nutku.
Açıq saitlərin qapalı saitlərlə əvəzlənməsi. Azərbaycan dilinin saitlər
sistemi özünün bütün tarixi inkişafı boyu qapalılıq, açıqlıq fərqləndirici
əlamətini qorumuşdur. Qapalı və açıq saitlərin bir-birini əvəzləməsinə demək
olar ki, təsadüf edilməmişdir (Şirəliyev, 2008:23). Ona görə də həm Naxçıvan
dialektində, həm də Iğdır aığzlarında açıq saitlərin qapalı saitlərlə əvəzlənməsi
o qədər də geniş yayılmış hadisə deyil. Burada az da olsa a > ı, ə > i, o > u
hadisələri təzahür edir.
914
NURAY
ƏLİYEVA
a > ı Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrinə məxsus olan
səciyyəvi xüsusiyyətdir. Bu hadisəyə söz köklərində az təsadüf edilir. a > ı
əvəzlənməsi daha çox saitlə bitən isimlərə y səsi ilə başlayan şəkilçi
artırıldıqda baş verir. Belə ki, bu zaman y səsinin təsiri altında
dodaqlanmayan, qalın, açıq a saiti darlaşaraq qapalı ı səsi ilə əvəz olunur:
manıt < manat, sırmaşmax < sarmaşmaq, başdıyır < başlayır, kasıya < kasaya,
yaşdıyır < yaşlayır.
Iğdırda bu əvəzlənmə geniş şəkildə işlənir. Burada da Naxçıvanda olduğu
kimi, daha çox bitişdirici y samitinin təsiri ilə meydana çıxır: avlıyıp <
avlayıp, satmıya < satmaya, mandıyı < mandayı, Irızıya < Rızaya.
ə > i, e > i. ə saitinin i saiti ilə əvəzlənməsi Azərbaycan dilinin dialekt və
şivələrində az təsadüf olunan fonetik hadisələrdəndir. Bu hadisə də y səsinin
təsiri ilə baş verir. y səsinin təsiri altında açıq ə səsi qapalı i səsi ilə əvəz
olunur: zincir < zəncir, ginə < yenə, bir qədir < bir qədər, midaxil < mədaxil,
yihər < yəhər, şikil < şəkil, çimən < çəmən, təpiyə < təpəyə, meşiyə < meşəyə.
Iğdır ağızlarında da bu hadisə eynilə Naxçıvanda olduğu kimi, y samitinin
təsiri ilə baş verir. Belə ki, dodaqlanmayan, incə saitlə bitən sözlər saitlə
başlanan şəkilçi qəbul edən zaman y bitişdirici samiti bu səs əvəzlənməsini
meydana gətirir: neniye < neneye, deviye < deveye.
o > u əvəzlənməsi Naxçıvanda olduğu kimi, Iğdırda da çox az müşahidə
olunur. Naxçıvanda: paprus < papiros, telfun < telefon, traxdur//tıraxdur <
traktor, dirextur//direxdur < direktor, balqun < balkon, unbir < on bir. Iğdırda:
dohdur < doktor, foturaf < fotoraf, tumates < domates, urman < orman.
Qapalı saitlərin açıq saitlərlə əvəzlənməsi Naxçıvan və Iğdırda ı > a, i >
ə hadisələrində özünü göstərir.
ı > a. ı satinin a saiti ilə əvəzlənməsi hadisəsi Naxçıvanda az təsadüf
olunan fonetik hadisələrdən biridir. Bu hadisəyə bir neçə sözdə sözün kökündə
təsadüf edilir: kağaz < kağız, aşağa < aşağı, xarman//xərmən < xırman, sayax
< sayıx, ahaldamax < ahıldamaq (inildəmək).
Iğdırda da bu hadisə o qədər geniş yayılmamışdır. A.B.Ercilasun yazır:
“Iğdırın Erhacı kəndində birinci şəxs cəm şəkilçilərində bu əvəzlənmə
NAXÇIVAN DİALEKT V
Ə ŞİVƏLƏRİNDƏ VƏ IĞDIR
AĞIZLARINDA SAİTL
ƏRİN ƏVƏZLƏNMƏSİ
915
qaydaya çevrilmişdir: yaşıyırah < yaşayırıq, burdayah < burdayıq” (Ercilasun
2002, s.94).
Nümunələrdən də görünür ki, ı saitinin a saiti ilə əvəzlənməsinə səbəb
tam irəli və ya geri assimilyasiyadır. Belə ki, a səsi özündən sonra və ya əvvəl
gələn ı səsini öz məxrəcinə salır.
i > ə. i saitinin ə saiti ilə əvəzlənməsi hadisəsi Azərbaycan dilinin dialekt
və şivələrində az təsadüf edilən fonetik xüsusiyyətlərdəndir. i səsinin ə səsi ilə
əvəzlənməsinə bir neçə sözdə təsadüf edilmişdir. Bu fonetik hadisə iki hecalı,
sonuncu hecada ə saiti olan sözlərə y səsi ilə başlanan şəkilçi artırıldıqda y
səsinin təsiri altında baş verir: meşiyə < meşəyə, meyviyə < meyvəyə.
Iğdırda bu əvəzlənmə i > e şəkilndə heş < hiç, getdi < gitdi, beçera <
biçare, peşman < pişman, beçara < biçare sözlərində var.
Ümumiyyətlə, həm Naxçıvan qrupu dialekt və şivələri, həm də Iğdır
ağızları fonetik cəhətdən olduqca mürəkkəbdir. Belə ki, dilimizin əksər dialekt
və şivələrində müşahidə edilən bir sıra fonetik xüsusiyyətlər eynilə burada da
mövcuddur, lakin burada elə fonetik xüsusiyyətlərə də təsadüf olunur ki,
onlara tədqiq olunmuş digər dialekt və şivələrimizdə ya rast gəlmirik, ya da
çox təsadüfi hallarda rast gəlirik.
Nümunələrdən də göründüyü kimi, həm Naxçıvan, həm də Iğdır
ağızlarında saitlərin əvəzlənməsi çox geniş yayılmışdır və hər iki bölgədə
ortaq dil hadisələri mövcuddur. Bu hadisələrin öyrənilməsi dil tarixi üçün
mühüm faktlar verir. Həm dillərin eyni kökdən gəlməsi, həm də Azərbaycan
müstəqillik eldə etdikdən sonra Türkiyə ilə əlaqələrin genişlənməsi Naxçıvan
dialekt və şivələri ilə Iğdır, ümumilikdə Şərqi Anadolu ağızları arasında
fonetik, leksik və qrammatik baxımdan çoxlu ortaq xüsusiyyətlərin meydana
çıxmasına səbəb olmuşdur. Bunların öyrənilməsi, həmin dalekt və şivələrin
müqayisəli şəkildə tədqiqata cəlb olunması müasir dialektologiyamızın
qarşısında duran ən mühüm məsələlərdəndir.
Dostları ilə paylaş: |