Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə335/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   327   328   329   330   331   332   333   334   335

972 

ASƏF Q


ƏRİBOV 

 

 



plandadır.  Biz  hamımız  yaxşı  xatırlayırıq  ki,  vaxtilə  Naxçıvanı  elektrik 

enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin 

rəhbərliyi  ilə  Naxçıvanın  enerji  təhlükəsizliyi  məsələlərinin  həllinə  start 

verildi  və  bu  gün  biz  bu  siyasəti  uğurla  davam  etdiririk.  Son  illərdə 

Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanın enerji 

təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır” (9, s. 18). 

İqtisadi təhlükəsizliyin təmin edilməsinin hüquqi əsasları 2004-cü ilin 29 

iyununda  qəbul  edilmiş  “Milli  təhlükəsizlik  haqqında”  Azərbaycan 

Respublikası  Qanununda  öz  əksini  tapmışdır.  Qanunda  göstərildiyi  kimi, 

Azərbaycan  Respublikasının  iqtisadi  sahədə  əsas  milli  maraqları  iqtisadi 

potensialın  artırılmasından,  bazar  iqtisadiyyatının  inkişafı  və  onun  hüquqi 

əsaslarının  təkmilləşdirilməsindən,  iqtisadi  sabitliyin  təmin  olunmasından, 

iqtisadiyyatın  inkişafı  üçün  daxili  və  xarici  investisiyalardan  ötrü  əlverişli 

şəraitin  yaradılmasından,  təbii  və  maddi  sərvətlərin  qorunması  və  səmərəli 

istifadə  edilməsindən,  regional  və  dünya  bazarlarının  formalaşmasında  və 

fəaliyyət göstərməsində azad və bərabərhüquqlu inkişafın təmin edilməsindən 

ibarətdir.  

İqtisadiyyatımızın  inkişafının  müasir  mərhələsində  ölkənin  iqtisadi 

təhlükəsizliyinin gücləndirilməsi tədbirləri yeni qlobal çağırışlar kontekstində 

davam  etdirilir.  Azərbaycan  Respublikası  Prezidentinin  23  may  2007-ci  il 

tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  milli 

təhlükəsizlik  konsepsiyası”  dövlətin  müstəqilliyini,  ərazi  bütövlüyünü  və 

demokratik  inkişaf  yolunu,  strateji  seçimi  kimi  Avratlantik  məkana 

inteqrasiyasını,  bununla  yanaşı  tarazlaşdırılmış  xarici  siyasətinin 

çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət 

və  dövləti  xarici  və  daxili  təhdidlərdən  qorumağa  yönəlmiş  siyasət  və 

tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur (5, s. 327).  

Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  2020:gələcəyə  baxış”  inkişaf 

konsepsiyasında  da  qloballaşmanın  müsbət  amilləri  ilə  yanaşı  mənfi  yüklü 

iqtisadi  proseslərin  də  yayılmasına  diqqət  çəkilmiş,  bu  proseslərin 

ümumdünya təsərrüfat inteqrasiyasına cəlb olunmuş ölkəmiz üçün yaratdığı 

təhdidlərdən  qorunmaq,  iqtisadi  təhlükəsizliyin  daha  da  gücləndirilməsi, 

yüksək  rəqabət  qabiliyyətli  iqtisadiyyatın  formalaşdırılması,  ərzaq,  enerji, 




 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ 

ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ 

İXTİSASLAŞMA İSTİQAM

ƏTLƏRİ 

973 


 

nəqliyyat, 

informasiya 

təhlükə-sizliyinin, 

demoqrafik 

və 


ekoloji 

təhlükəsizliyin 

yüksəldilməsi  üçün  gələcək  fəaliyyətin  konseptual 

istiqamətləri müəyyən edilmişdir (7, s. 12). 

Təcrübə  göstərir  ki,  xarici  ticarət  fəaliyyətinin  iqtisadi  inkişafa  xidmət 

etməsi üçün onun tənzimlənməsi vacibdir. Müasir dövrdə belə fəaliyyətin əsas 

tənzimləyicisi kimi gömrük orqanları çıxış edir. Daxili bazarın yerli istehsal 

sahələri  nəzərə  alınmaqla  qorunması  xaricə  valyuta  axınının  qarşısını  alır, 

məşğulluğu  təmin  edir,  beynəlxalq  əlaqələrdən  asılılığı  aradan  qaldırmaqla 

iqtisadiyyatın  davamlı  inkişafına  münbit  şərait  yaradır.  Gömrük  orqanları 

tərəfindən  yerli  istehsalçıların  mənafeyinin  qorunması,  daxili  bazarda  yerli 

istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər 

nəinki  muxtar  respublikanın  ərzaq  təhlükəsizliyinin  həllinə,  habelə  ixrac 

potensialının artmasına da müsbət təsir göstərir. Bu gün Naxçıvan dünyanın 

56  ölkəsi  ilə  ticarət  əməliyyatları  aparır.  Xarici  ticarət  dövriyyəsində  ixrac 

əməliyyatlarının  həyata  keçirildiyi  ölkələrin  miqyasının  ilbəil  genişlənməsi 

müşahidə olunan mühüm yeniliklərdəndir. 

Muxtar  respublika  gömrük  orqanları  hüquq-mühafizə  fəaliyyətini  də 

günün  tələblərinə  uyğun  qurur,  gömrük  sahəsində  cinayətlərin  qarşısının 

alınması, aşkar edilməsi, açılması, onları hazırlayan, törədən və ya törətmiş 

şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini davam 

etdirir.  Qaçaqmalçılıq  və  gömrük  sahəsində  digər  hüquqpozma  hallarının 

qarşısının  alınması  üçün  ən  mütərəqqi  üsullardan  istifadə  olunur,  kinoloji 

xidmətin  keyfiyyəti  yüksəldilir,  digər  hüquq-mühafizə  orqanları  ilə  birgə 

fəaliyyət  təmin  olunur.  Muxtar  respublikanın  ticarət  əlaqələrinin  artması, 

gömrük  infrastrukturunun  və  maddi-texniki  bazanın  möhkəmlənməsi 

beynəlxalq  əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsinə  əlverişli  şərait 

yaradır.  2012-ci  ilin  oktyabr  ayında  türkdilli  dövlətlərin  gömrük  xidməti 

rəhbərlərinin  Naxçıvanda  keçirilən  görüşü  bu  sahədə  aparılan  məqsədyönlü 

işlərin daha bir göstəricisidir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük 

Komitəsinin  qonşu  İran  və  Türkiyənin  gömrük  xidmətləri  ilə  mövcud  olan 

qarşılıqlı  faydalı  əməkdaşlıq  əlaqələri  ticarət  və  gömrük  münasibətlərinin 

inkişafına öz müsbət təsirini göstərir. 

Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  bütün  ölkələrin  iqtisadiyyatı 

qarşısında duran ən mühüm və həlli vacib olan iqtisadi problemlərdən biridir. 



974 

ASƏF Q


ƏRİBOV 

 

 



Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 1995-ci ildən başlayaraq aqrar 

islahatların  hüquqi  əsasları  yaradılmış  və  islahatlara  start  verilmişdir.  Ölkə 

Prezidentinin  2  mart  2001-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasının 

Ərzaq  Təhlükəsizliyi  Proqramı”,  25  avqust 

2008-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə 

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına 

dair  Dövlət  Proqramı”  ölkəmizin  ərzaq  təhlükəsizliyinin  yüksəldilməsində 

mühüm  rol  oynamışdır. 

Ərzaq  təhlükəsizliyinin  təmin  olunması  üçün 

bitkiçilik  və  heyvandarlıq  sahələri  inkişaf  etdirilmiş,  ərzaq  məhsulları  ilə 

özünü  təminetmə  səviyyəsi  daha  da  yaxşılaşdırılmışdır.  Yerli  istehsal 

sahələrinin yenidən qurulması və aqrar islahatların uğurla aparılması bir sıra 

qida  məhsullarının  yerli  istehsalının  artmasına  və  idxalın  azalmasına  səbəb 

olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu son beş ildə 2,2 dəfə, kartof 

istehsalı 1,2 dəfə, tərəvəz istehsalı 1,1 dəfə, meyvə istehsalı 1,2 dəfə, üzüm 

istehsalı 1,1 dəfə artmışdır. Bu müddət ərzində diri çəkidə ət istehsalı 17,2 

faiz, süd istehsalı 9,1 faiz, yumurta islehsalı 30,4 faiz, yun istehsalı 9,8 faiz 

artmışdır  (9,  s.  10).  Nəzər-dən  keçirilən  dövrdə  muxtar  respublikada  əsas 

ərzaq  malları  üzrə  tələbatın  ödənilməsi  mənbələrinin  və  özünü  təminetmə 

səviyyəsinin təhlili göstərir ki, respublika əhalisinin mal əti və qoyun əti, quş 

əti, yumurta, süd və süd məhsulları, habelə meyvə və tərəvəzlə təmin olunma 

dərəcəsi demək olar ki, qənaətbəxşdir. 

Bunlardan  başqa,  nəqliyyat  təhlükəsizliyinin  təmin  edilməsi  ilə  bağlı 

proqramlar  qəbul  edilmiş,  beynəlxalq  nəqliyyat  dəhlizlərində  iştirakçılıqda 

ölkəmizin  milli  maraqları  yüksək  səviyyədə  təmin  edilmişdir.  İnformasiya 

təhlükəsizliyi  ilə  bağlı  bir  sıra  qanunlar  qəbul  edilməklə  informasiya 

cəmiyyətinə  keçidin  qanunvericilik  bazası  təkmilləşdirilmiş,  “Azərbaycanın 

inkişafı  naminə  informasiya  və  kommunikasiya  texnologiyalarının  inkişafı 

üzrə Milli Strategiya (2003-2012-ci illər)” və bu sahənin inkişafı ilə bağlı bir 

neçə dövlət proqramı təsdiq edilmişdir.  

Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli 

istifadə  olunmasını,  sosial-iqtisadi  vəziyyətin  yaxşılaşdırılmasını  və 

iqtisadiyyatın  tarazlı  inkişafını  təmin  etmək  məqsədilə  uğurla  icra  olunan 

dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin 

bariz  nümunəsi  olmaqla,  regionların  kompleks  inkişafına,  o  cümlədən 

infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal 



 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ 

ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ 

İXTİSASLAŞMA İSTİQAM

ƏTLƏRİ 

975 


 

müəssisələrinin,  sosial-mədəni obyektlərin  yaradılmasına,  yeni  iş  yerlərinin 

açılmasına,  əhalinin  həyat  səviyyəsinin  daha  da  yüksəldilməsinə  səbəb 

olmuşdur.  

Ötən  20  ilin  ümumiləşdirilmiş  xarakteristikası  ondan  ibarətdir  ki, 

Naxçıvan  Muxtar  Respublikasında  bütün  sahələr  üzrə  əsaslı  nailiyyətlər 

qazanılmış,  hərtərəfli  yüksəliş  təmin  olunmuşdur.  Düzgün  təməl  üzərində 

müəyyənləşən  bu  inkişaf  meyilləri  gələcəkdə  daha  geniş  miqyas  almaqla 

intibahın  əsas  amili  olacaqdır.  Bu  gün  muxtar  respublikada  təmin  olunmuş 

hərtərəfli  tərəqqi,  heç  şübhəsiz  ki,  ümummilli  liderimiz  Heydər 

Əliyevin 

müəyyənləşdirdiyi  inkişaf  strategiyasının  Azərbaycan  Respublikasının 

Prezidenti İlham 

Əliyevin müasir çağırışlara uğurlu cavabla icrasının məntiqi 

nəticəsidir.  

Muxtar 


respublika 

iqtisadiyyatının 

səmərəli 

strukturunun 

formalaşdırılması  məqsədilə  elmi  əsaslara  söykənən  idxal-ixrac  siyasətinin 

həyata keçirilməsi nəticəsində istehsalyönümlü sahibkarlığın inkişafına, son 

məhsul  istehsalının  artırılmasına,  daxili  bazarın  əsasən  yerli  istehsal 

məhsulları hesabına təmin edilməsinə, yerli xammal və materiallardan istifadə 

əsasında  istehsal  potansialının  gücləndirilməsinə,  xarici  əlaqələrin 

genişlənməsinə iqtisadi  stimul  yaradılmışdır.  Sosial-iqtisadi  inkişafa  bu  cür 

kombinə  edilmiş  yanaşma,  elmi  nəzəriy-yəyə  və  təcrübəyə  söykənən 

konsepsiya əsasında həyata keçirilən köklü islahatlar və irimiqyaslı quruculuq 

proseslərinin  nəticələri  muxtar  respublika  iqtisadiyyatında  və  sosial  sahədə 

əldə edilmiş yüksək inkişaf templərinin qorunub saxlanılmasına və daha da 

yüksəldilməsinə təminat verir. 



976 

ASƏF Q


ƏRİBOV 

 

 



Ədəbiyyat 

1.

 



Nuriyev 

Ə.X.  Regional  inkişafın  dövlət  tənzimlənməsinin  aktual 

məsələləri. Bakı: Elm, 2004, 224 s. 

2.

 



Əhmədov N.H. Heydər Əliyevin inkişaf modeli və Naxçıvanda dinamik 

inkişaf. Bakı: Elm və təhsil. 2010, 148 s. 

3.

 

Ölkənin  əsas  makroiqtisadi  göstəriciləri.  Azərbaycan  Respublikası 



Maliyyə Nazir-liyi. http://www. maliyye. gov.az./ node 940 

4.

 



Nağıyev  V.N,  Məmmədov  İ.

Ə.  Naxçıvan  MR-nın  faydalı  qazıntıları. 

Bakı: Elm, 2010, 240 s.  

5.

 



Məmmədov  Z.S.  Regionların  iqtisadi  inkişaf  problemləri.  Bakı:  Elm, 

2007, 469 s. 

6.

 

Şahverdiyev  Z.



Ə.Naxçıvan  bölgəsi  XIX  –  XX  əsrin  əvvələrində.  Bakı: 

Elm, 2008, 264 s. 

7.

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası. 



8.

 

Azərbaycan Respublikasının Statistik göstəriciləri 2013, Bakı – 2014.  



9.

 

2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının 



xülasəsi. Naxçıvan: 

Əcəmi, 2015, 87 s. 

10.

 

Azərbaycanın regionları. Statistik məcmuə. Bakı: Səda, 2012, 604 s. 




XIX ƏSRDƏ NAXÇIVANDA DUZ İSTEHSALI VƏ TİCARƏTİ 

Yashar RAHİMOV



*

  

XIX. YÜZYILDA NAHÇIVAN’DA TUZ ÜRETİMİ VE TİCARETİ 

 

Özet  

Orta  Aras  havzası  bölgesine  dahil  olan  Nahçıvan  tarihinin  öğrenilmesi 

tarih  bilimi  karşısında  duran  önemli  problemlerdendir.  XIX.  yüzyıl 

tarihimizin en zor ve karmaşık dönemlerinden biri olmuştur. Aynı dönemde 

ilkel tekniğe dayalı Nahçıvan endüstrisinin, özellikle “tuz sanayi”nin durumu, 

tuz  üretimi  ve  ticareti,  fiyatı,  ihracat  vb.  bu  gibi  meseleler  bugün  de  kendi 

güncelliği ile ilgi çekiyor. Nahçıvan’da tuz çıkarılması çok eski dönemden - 

taş devrinden mevcut olmuştur. Üretilmiş tuz, yerli nüfusun ihtiyaçlarını tam 

ödüyordu. XIX. yüzyılda Nahçıvan tuzu Azerbaycan ve Güney Kafkasya’nın 

çeşitli bölgelerine taşınıyordu. Çoklu tuz rezervinin olmasına rağmen gereksiz 

kurallar  üretimin  səmərələliyinə  olumsuz  etkiliyordu.  Orta  Aras  havzası 

bölgesinin  hayatında  ciddi  rol  oynayan  Nahçıvan  tuzuna  tüm  dönemlerde 

büyük  ilgi  olmuştur. Teknik  savunma  alım  ve  ulaşım  alanındaki  zorluklara 

rağmen XIX. yüzyılın sonlarına doğru tuz üretimi artırılmıştır.  

Çıkarılan  tuz  çeşitli  arazilere  binek  hayvanlar  vasıtasıyla  taşınıyordu. 

Nahçıvan kazasındaki dağlardan çıkarılan taş tuz birçok bölgelere olduğu gibi 

Karabağ’a da ihraç ediliyordu. Taş tuz madenlerinin çoğu Devlet Hazinesi’ne 

dahil idi. Nahçıvan taş tuz birikiminin haddinden fazla üretilmesine rağmen 

çoğu  kısmı  israfa  neden  oluyordu.  Eski  zamanlardan  beri  bölgenin  önemli 

ihtiyacını  karşılayan  Nahçıvan  tuzuna  günümüzde  olduğu  gibi  her  zaman 

ihtiyaç  duyulmuştur.  Makalede  yukarıda  belirtilen  konularda,  özellikle 

bölgedeki tuz üretimi ve ticareti konuları analiz edilmiştir. 

                                                      

*

 Tarih üzre felsefe doktoru, ANAS, Nahçıvan Bölümü, yaarrahimov@yahoo.com.tr 



 


978 

YASHAR RAHİMOV  

 

 

THE PRODUCTION AND TRADE OF SALT IN NAKHCHIVAN IN 



19

th

 CENTURY 

Abstract  

Study of the history of Nakhchivan which is sitnated in the middle Araz 

River basin, is an important issue for science history. The 19

th

 century was one 



of  the  most  challenging  and  difficult  periods  of  our  history.  Settling  on 

primitive technology of Nakhchivan industry at that lime as well as situation 

of the salt industry, salt production and trade, its price, export and etc. Even 

today such problems attract the attention of their relevance. Salt extraction in 

Nakhchivan was since ancient times even since the Stone Age. Extrcted salt 

was completlmet the needs of local population. In the 19

th

 century Nakhchivan 



salt  was  exported  to  different  regions  of  Azerbaijan  and  South  Caucasus. 

Despite the abundance of salt reserves unnecessary rules shoued a neqative 

impact on the efficiency of the industry. In all periods of time there was a great 

need to Nakhchivan salt, salt has played a serious role in the life of Middle 

Araz River basin. Despite the technical and transport difficulties by the end of 

the 19


th

 century salt production was increased.  

The  salt  was  carried  out  to  different  areas  as  draught  by  donkeys  and 

mules.  The  salt  form  mountains  of  Nakhchivan  region  were  exported  to 

Karabakh. Rock salt-mines was subject to treasure. Although the calculation 

of Nakhchivan rock salt reserves by hundreds of millions of tons, it was used 

very bad. Since of ancient times it has been a great demand for Nakhchivan 

salt at all times which that was strict role of regions’ life. The above mentioned 

problems and especially in the regions salt production, salt trade was analyzed 

in the article. 



Document Outline

  • Blank Page

Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə