Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə333/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   327   328   329   330   331   332   333   334   335

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ 

ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ 

İXTİSASLAŞMA İSTİQAM

ƏTLƏRİ 

967 


 

2001-2008-ci  illərdə  bölgəmizdə  xarici  ticarət  dövriyyəsinin  artan 

dinamikası  davam  etmişdir  ki,  bu  da  muxtar  respublikanın  sosial-iqtisadi 

inkişafı,  dünyaya  açılması,  yerli  istehsal  məhsullarının  xarici  bazarlara  yol 

açması,  xarici  iş  adamlarının  maraq  dairəsinə  düşməsi,  yerli  sahibkarlığın 

daha da inkişaf etməsi ilə səciyyələnir. Statistik məlumatlara görə, müqayisə 

dövrünün  əvvəlində  muxtar  respublikanın  xarici  ticarət  dövriyyəsi  31,9 

milyon ABŞ dolları həcmində olduğu halda, 8 il sonra bu göstərici 3,3 dəfə 

artaraq 103,7 milyon ABŞ dollarına bərabər olmuşdur (3, s. 59). 

2009-cu  ildən  başlayaraq  müasir  istehsal  avadanlıqları  ilə  təchiz 

olunmaqla  yaradılan  rəqabətədavamlı,  ixracyönümlü  məhsul  istehsal  edən 

müəssisələrin  formalaşması  ixracın  idxalı  üstələməsinə  imkan  vermiş  və 

sonrakı  illərdə  bu  proses  artım  dinamikası  ilə  davam  etdirilmişdir.  Belə  ki, 

2009-cu ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 220 

milyon ABŞ dolları olduğu halda, 2013-cü ildə bu göstərici 512 milyon ABŞ 

dolları təşkil etmişdir ki, bu da 2,3 dəfə artım deməkdir. Bu dövrdə ixracın 

həcmi 3,6 dəfə artdığı halda, idxalın həcmi cəmi 1,7 faiz artmışdır. 

2014-cü ildə xarici ticarət dövriyyəsindəki artım dinamikası davam etmiş 

və  il  ərzində  517,4  milyon  ABŞ  dolları  həcmində  xarici  ticarət  dövriyyəsi 

aparılmışdır. Bu, bir il öncəki göstəricini 1,1 faiz üstələmişdir. İxracın həcmi 

1,5 faiz artaraq 408,6 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 299,9 

milyon  ABŞ  dolları  həcmində  müsbət  saldo  yaranmışdır.  İxracın  tərkibinin 

313,5 milyon manatını sənaye məhsulları, 95,1 milyon manatını isə tələbatdan 

artıq  istehsal  edilmiş  kənd  təsərrüfatı  məhsulları,  xüsusilə  meyvə-tərəvəz 

məhsulları təşkil etmişdir. İdxalın həcmi isə bir il öncəyə nisbətən azalmışdır. 

Bütövlükdə, son 20 il ərzində muxtar respublikada  xarici ticarət dövriyyəsi 

27,2 dəfə, o cümlədən ixracın həcmi iki yüz dəfədən çox artmışdır (3, s. 92). 

2015-ci ilin ötən dövründə xarici ticarət dövriyyəsinin həcmi 493 milyon 

667  min  ABŞ  dolları  həcmində  olmuşdur.  Ticarət  əməliyyatlarının  412 

milyon  920  mini  ixracın,  80  milyon  747  mini  idxalın  payına  düşür.  İxracın 

idxalı üstələmə tendensiyası bu il də qorunub saxlanmış, müsbət saldo 332 

milyon 173 min ABŞ dolları təşkil etmişdir. 

Son illərdə Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrinin 

coğrafiyası  genişlənmiş  və  dövriyyəsində  iştirak  edən  dövlətlərin  sayı  56-ı 

ötmüşdür. Özəl sektor və fiziki şəxslərin xarici ticarət dövriyyəsindəki payı 



968 

ASƏF Q


ƏRİBOV 

 

 



2015-ci  ilin  sonuna  83,2  faiz  təşkil  etmişdir.  Hazırda  Naxçıvan  Muxtar 

Respublikasının dünyanın ən inkişaf etmiş dövlətləri olan ABŞ, Fransa, Çin, 

Türkiyə, Rusiya, Hindistan, eləcə də Gürcüstan, Macarıstan, Bolqarıstan və 

digər  ölkələrlə  ticarət  əlaqələri  mövcuddur.  Muxtar  respublikada  xarici 

ticarətin  inkişaf  etdirilməsi  və  onun  əhatə  dairəsinin  genişlənməsi  daxili 

bazarın  qorunması  əsas  götürülməklə  həyata  keçirilir  və  aparılan  nəhəng 

quruculuq işləri idxalın həcminin müəyyən hədd daxilində artması ilə dövlət 

büdcəsinə  nəzərdə  tutulmuş  gömrük  ödənişlərinin  çoxalması  ilə  müşahidə 

olunur. Belə ki, dövlət büdcəsinə yığılan gömrük rüsumu və vergilərin həcmi 

1992-ci ildə cəmi 7 min 326 manat olduğu halda, bu göstərici 2013-cü ildə 8 

milyon 355 min manat olmuş, artım yüz dəfələrlə ölçülmüşdür (8, s. 29). 

Bu  gün  muxtar  respublikada  sahibkarlığın  inkişafına  göstərilən  dövlət 

qayğısının və qonşu dövlətlərlə ticarət əlaqələrinin genişlənməsinə yönəlmiş 

iqtisadi-sosial  siyasətin  nəticəsidir  ki,  artıq  naxçıvanlı  sahibkarlar  xarici 

ticarət  dövriyyəsini  artırmaqla  yanaşı,  digər  dövlətlərdə  Naxçıvan  markası 

altında iri ticarət şəbəkələrinin fəaliyyət göstərilməsinə nail olmuşlar. Xarici 

ticarət  dövriyyəsindəki  indiki  dinamika  daimi  xarakter  almışdır  ki,  bu  da 

muxtar  respublikada  aparılan  məqsədyönlü,  düşünülmüş,  regionun 

reallıqlarına əsaslanan sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. 

Qeyd  edək  ki,  xarici  iqtisadi  əlaqələrin  dövlət  tərəfindən  aktiv  şəkildə 

tənzimlənməsi  və  müəyyən  edilmiş  strategiyaya  uyğunlaşdırılması  dövlətin 

xarici  iqtisadi  siyasətinin  əsas  məqsədini  təşkil  edir.  Xarici  iqtisadi  siyasət 

ölkənin iqtisadi potensialından tam səmərəli şəkildə istifadə etməklə dünyada 

baş verən iqtisadi qloballaşma prosesindən maksimum faydalanmaq məqsədi 

daşıyır.  Beləliklə,  xarici  iqtisadi  siyasət  dövlətin  öz  potensialını  (siyasi, 

iqtisadi, hərbi, sosial, ekoloji, elmi-texniki və s.) möhkəmləndirməsi və dünya 

iqtisadiy-yatında  səmərəli  iştirak  etməsi  üçün  xarici  iqtisadi  əlaqələrin 

formalaşdırılması və istifadəsi üzrə həyata keçirdiyi məqsədəuyğun tədbirlər 

sistemi kimi, xarici iqtisadi siyasət vasitəsilə xarici ticarət və istehsal amilləri 

axınının istiqaməti, tərkibi və həcminə təsir göstərmək imkanına malik olur. 

Xarici iqtisadi əlaqələrin inkişafı hər bir ölkə və rayonun təbii ehtiyatlarla 

zəngin  olmasından,  çoxsahəli  istehsalın  inkişafından,  müasir  standartlara 

uyğun məhsul istehsalından daha çox asılıdır. Ölkənin xarici iqtisadi fəaliyyəti 

iqtisadi  təhlükəsizliyin  qiymətləndirilməsi  baxımından  tədiyyə  balansının 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə