Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə328/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   324   325   326   327   328   329   330   331   ...   335

948 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

divarın dibində uzunluğu 3-5 m olan səki olmuşdu. 5-ci və 8-ci salonda qrup 



halında  rast  gəlinən  vertikal  xətlər  maraqlıdır.  İki  dəstədə  50,  birində  44, 

digərində 35 və 12 işarə vardır. İşarələrin yerləşmə ardıcıllığının müşahidəsi 

onluq say sisteminin mövcudluğunu göstərir. 

Ən böyük qrupda hər birində 10 

işarə olan 5 sıra vardır. Tədqiqatçıların fikrincə, bu işarələr çıxarılan duzun 

miqdarını,  və  ya  şaxtada  keçən  iş  günlərin  sayını  göstərir.  Tunelin  cənub 

tərəfində daş çəkiclər, maral buynuzu, ağac və samandan hörülmüş ip qalığı 

və iki qara cilalı saxsı qab aşkar olunmuşdur. Tapılmış alətlər həm qədim duz 

mədəninin  dövrləşməsi,  həm  də  duzun  çıxarılma  üsullarını  müəyyən  etmək 

baxımından  əhəmiyyətlidir.  Müəyyən  edilmişdir  ki,  buynuz  alətlərlə  duz 

layları arasındakı meqrel təbəqəsi təmizlənmiş, sonra yaranan boşluqlara ağac 

pazlar çalınaraq, duz parçaları qoparılmışdır. İlkin hesablamalara görə qədim 

duz  mədəninin  tutumu  5700  m

3

-dən  artıqdır  ki,  bu  da  haqqında  danışılan 



mədəndən  11.500  ton  duz  çıxarıldığını  (hər  kub  metrdən  təxminən  2  ton) 

göstərir.  Arxeoloji  materiallara  əsasən  qədim  duz  mədənləri  e.ə.  III-II 

minilliklərə aid edilir (

Алиев, 1991:152-154). 

Xələc, 

Ərəbyengicə, Şortəpə, Sədərək, Maxta abidələrində və daha geniş 



qazıntılarla  öyrəndiyimiz  II  Kültəpə  qədim  yaşayış  yerinin  ilk  tunc  dövrü 

təbəqəsində  1978-1987-cı  illərdə  apardığımız  arxeoloji  qazıntılar  zamanı 

əkinçilik, maldarlıq və sənətkarlıq sahələrinin tədqiqi konkret olaraq qədim 

iqtisadiyyat  (poleoekonomika)  haqqında  fikirlər  söyləməyə  əsas  vermişdir. 

Bu ad altında qədim dövrün iqtisadiyyatı, təsərrüfat həyatı və onun ayrı-ayrı 

sahələrinin öyrənilməsi nəzərdə tutulur. 

II  Kültəpə  yaşayış  yerinin  ümumi  sahəsi  6  hektardan  artıqdır.  Biz 

abidənin  10  metr  qalınlığında  olan  ilk  tunc  dövrü  təbəqəsini  əvvəl  400  m

2



sonra isə 200 m



2

 sahədə öyrənmişik. Abidənin XII tikinti qatında tamamilə 

təmizlənmiş  dairəvi  planlı  otağın  diametri  5,3  m  idi.  Bu  təbəqədə  aşkar 

etdiyimiz  bütün  otaqların  diametrləri  5,5-7,5  m  arasında  olub.  Yalnız  bir 

otağın (X tikinti qatında) dimetri 12 metrə çatıb.  

I  Kültəpə  abidəsində  də  analoji  hal  müşayiət  olunub.  Burada  olan 

otaqların dimetri 3,5-7,3  m arasındadır. Buna görə  də 6 metr diametri olan 

otaqlar  Kür-Araz  tikintiləri  arasında  orta  rəqəm  kimi  götürülə  bilər.  Bu 

hesabla, bir otağın tutduğu sahə təxminən 28-30 m

2

-dir. Fikrimizcə, hər otaq 



5-6  nəfərdən  ibarət  olan  bir  ailənin  yaşaması  üçün  nəzərdə  tutulmuşdur. 


 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



949 

 

Evlərin yerləşməsini nəzərə alsaq, belə görünür ki, 6 hektar sahədə təxminən 



150  ev  olmuşdur.  Deməli,  ilk  tunc  dövründə  II  Kültəpənin  əhalisi  750-900 

nəfər təşkil etmişdir.  

Tədqiqatçı  Q.N.Lisitsınanın  fikrinə  görə,  Qeoksür  (enolit  yaşayış  yeri) 

əhalisinin  adam  başına  gün  ərzində  250-300  qram  taxıl  tələb  olunub 

(

Лисицына, 1965:141). Etnoqrafik müşahidələr göstərir ki, Naxçıvanın dağ 



kəndlərində  5-6  nəfərlik  ailənin  aylıq  taxıl  norması  50  kq-dan  artıq  deyil. 

Çünki,  istehsal  zamanı  bu  qədər  taxıldan  75-80  kq  çörək  alınır.  Deməli, 

təxminən  kültəpəlilərin  taxıla  olan  tələbatı  aylıq-7,5,  illik  90  ton  təşkil 

etmişdir. Növbəti ilin əkini üçün əlavə taxıla ehtiyacı nəzərə alıb, bu rəqəmi 

təxmini 95 ton qəbul etmək olar. 

Eramızdan əvvəl V-III minilliklərdə buğda və arpa toxumlarının qarışıq 

əkilməsini nəzərə alaraq demək olar ki, hər hektardan yığılmış məhsul orta 

hesabla 25-30 sentner olmuşdur. Bu məhsuldarlıqla 90 ton taxıl üçün 38-47 

hektar  torpaq  sahəsi  tələb  olunur.  V.M.Massonun  hesablamalarına  görə, 

qədim  zamanlarda  20  hektar  torpağı  becərmək  üçün  2500  adam-gün  tələb 

olunurdu  (

Массон,  1971:102).  Deməli,  38-47  ha  torpağı  becərmək  üçün 

5000-6250 adam-günə ehtiyac olmuşdur.  

Bu dövrün insanlarının rasionununda söz yox ki, əsas yerlərdən birini də 

ətə olan tələbat tutmuşdur. 

Ətdən hər gün istifadə edilmədiyini nəzərə alsaq, 

onda  gün  ərzində  130-150  qramı  qənaətbəxş  hesab  etmək  olar.  Bunu 

etnoqrafik müşahidələr də göstərir. Kənd yerlərində 4-5 baş qoyun bir ailənin 

ətə olan illik tələbatını ödəyir. Qış aylarında ət yeməklərinə tələbat çox olsa 

da, yay vaxtlarında əsasən süd məhsullarından istifadə olunur. Belə görünür 

ki, ətə olan aylıq tələbat bir ailə üçün 27 kq, bütün əhali üçün isə təxminən 4 

ton olmuşdur. Yaşayış yerinin ətə olan illik tələbatı isə 48 ton təşkil etmişdir 

ki, bu da təxminən 354 baş mal və ya 2700 baş qoyun edir. 500 baş heyvan 

sürüsünün 4 çoban tərəfindən otarılmasını nəzərə alsaq, onda maldarlıq üçün 

il ərzində orta hesabla 3700 adam-günə ehtiyac olmuşdur. Osteoloji qalıqların 

təhlili  göstərir  ki,  ətin  az  hissəsi  təsərrüfatda  ikinci  dərəcəli  yer  tutmuş 

ovçuluqla əldə edilmişdir. 

Tikinti  sahəsinə  gəldikdə,  diametri  6  m,  divarının  qalınlığı  40  sm  olan 

otağın həcmi 19 m

3

 edər. Bir evin tikintisi üçün təxminən 30x20x10 sm ölçüdə 



3000  çiy  kərpic  lazımdır.  İki  nəfər  gün  ərzində  100  kərpic  hazırlasa,  bu 


Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə