Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə326/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   322   323   324   325   326   327   328   329   ...   335

942 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

Şomutəpə eneolit dövrü mədəniyyəti ilə ilk tunc dövrü Kür-Araz mədəniyyəti 



arasında  dövr  etibarı  ilə  birincidən  sonra,  ikincidən  əvvələ  aid,  onlardan 

fərqlənən  mədəniyyət  mövcud  olmuşdur.  Bu  fərq  ondan  ibarətdir  ki,  bu 

mədəniyyətin yaşayış məskənlərində kərpic tikintilər düzplanlı üslubda inşa 

edilmişdir.  Materialın  əksəriyyətini  təşkil  edən  saxsı  qablar  öz  formalarına 

görə  tamamilə  fərqlidir.  Naxçıvan  ərazisində  bu  tip  abidələr  sırasına 

Ovçulartəpəsi, Xələc, Damlama, Şortəpə, 

Ərəbyengicə daxildir. 

Leylatəpədən 

aşkar  olunan  maddi-mədəniyyət  qalıqlarının  ən 

qiymətlilərindən  biri  metallurgiyaya  aiddir  (

Нариманов,  Джафаров, 

1990:5-14). Buradan nəinki müxtəlif metal əşyalar, həm də onların bilavasitə 

yaşayış  məskənlərində  hazırlanmasını  göstərən  maddi  qalıqlar  tapılmışdır. 

Yəni  misi  əridib  tökərkən  sıçrayan  külli  miqdarda  mis  zərrəcikləri  yerə 

dağılmış və otağın içərisində torpağa yapışmış şəkildə aşkar olunmuşdur. Bu 

məlumat nəinki Azərbaycanda, hətta bütün Qafqazda yerli metal istehsalına 

aid ilk tapıntı idi. 

Bu dövrə aid təkmil metal əşyalar və metal emalı ilə bağlı olan kürələr 

e.ə.  IV  minilliyin  ortalarında  dağ-mədən  işinin  və  metallurgiyanın  bir-

birindən  ayrıldığını  göstərir.  Lakin  Azərbaycanda  indiyədək  erkən  tunc 

dövrünə  aid  mədənlər  aşkar  edilməyib.  Ehtimal  ki,  onlar  sonrakı  dövrlərin 

mədənləri  tərəfindən  dağıdılıb.  Naxçıvan  ərazisində  Vayxır  mis  yataqları 

aşkar olunan qədim mədənlərin ətrafından daş çəkiclər və saxsı qab parçaları 

tapılıb (

Бахшалиев, 1985:83).  

II  Kültəpənin  ilk  tunc  dövrü  təbəqəsindən  aşkar  olunan  metaləritmə 

kürəsinin  qalıqları  metallurgiyanın  öz  dövrünə  görə  yüksək  inkişaf 

mərhələsini əks etdirməklə, süni üfürmə texnikasının tətbiq edildiyini göstərir 

(

Сеидов, 1993:126). Süni üfürmədə hərarətin yüksəldilməsinə xidmət edən 



körük ucluqları buna misaldır. Yüksək hərarətin alınması və tənzim edilməsi 

qədim  metallurqların  iqtisadi  imkanlarını  artırmış,  yataqların  dərinliyində 

yerləşən sulfidli filizlərin əridilməsi üçün şərait yaratmışdır. 

Naxçıvan  ərazisində  metallurgiyanın  yüksək  inkişaf  səviyyəsi  heç  də 

təsadüfi olmayıb, qonşu ərazilərdə bu sahənin tərəqqisi ilə bağlıdır. Qarabağ 

ərazisində yerləşən Leylatəpənin Kür-Araz dövrünə qədər olan təbəqəsindən 

tərkibinə  mərgümüş  və  nikel  qatılmış  mis  ərintilərinə  rast  gəlinmişdir 

(

Нариманов,  Джафаров,  1990:8).  Çatal-Höyük  (Рагимова,  1978:42)  və 




 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



943 

 

Yarımtəpənin  (



Мунчаев,  1961:307-315)  mədəni  qatlarından  e.ə.  VII-VI 

minilliklərə  aid  edilən  filiz  qalıqları  artıq  bu  dövrdə  şübhəsiz  ki,  filizin 

əridilmək üçün yaşayış yerlərinə gətirildiyini göstərir. Naxçıvan abidələrindən 

əldə  edilən  metal  şlak  qalığı  burada  metallurgiyanın  inkişafını  göstərən 

dəllillərdəndir. 

Naxçıvan  ərazisində  eneolit  və  ilk  tunc  dövrü  metallurgiyası  üç 

mərhələdən  keçmişdir.  Birinci  mərhələ  misdən  hazırlanmış  kiçik  əşyalarla 

xarakterikdir. İkinci mərhələdə təmiz  mislə bərabər, tərkibinə mərgümüş və 

ya  az  miqdarda  nikel  ərintisi  qatılmış,  süni  yolla  hazırlanmış  alətlərə  rast 

gəlinir. Üçüncü mərhələ e.ə. IV minilliyin əvvəllərindən başlayaraq Kür-Araz 

mədəniyyəti dövrünü əhatə edir ki, bu mərhələdə metallurgiya tərəqqi edərək, 

tuncdan  çoxsaylı  alətlərin  hazırlanmasına  şərait  yaratmışdır.  Bəzi  metal 

əşyaların tədqiqi onun ara qızdırmalarla döyülməyə məruz qaldığını göstərir 

(

Сеидов, 1993:125).  



Dövrün  gil  qəlibləri  bu  dövrdə  tökmə  texnikasının  yüksək  səviyyədə 

inkişaf etdiyini göstərir. I Kültəpədən tunc baltalar tökmək üçün qəlibin aşkar 

edilməsi, bu dövrdə ikitaylı qəliblərdə tökmə texnikasının mənimsənildiyinə 

işarədir. I Kültəpədən metal yarımfabrikatlar tökmək üçün qəliblərin tapılması 

hazır  metal  məmulatının  əsas  istehsal  mərkəzlərindən  digər  rayonlara 

yayıldığını  göstərir.  Müxtəlif  məqsədlər  üçün  istifadə  edilmiş  gil  qəliblərin 

mövcudluğu  tökmə  istehsalının  çoxsahəli  və  intensiv  xarakter  daşıdığını 

göstərir.  Şübhəsiz  ki,  metal  əşyaların  istehsalı  ilə  yüksək  ixtisaslı  ustalar 

məşğul olmuşdur. Belə ki, mürəkkəb konfiqurasiyalı baltalar və nizə ucluqları 

müəyyən vərdişlərə yiyələnmiş ustalar tərəfindən hazırlana bilərdi.  

Tunc 

dövrünün  sonrakı  mərhələlərinə  aid  metal  əşyaların 



hazırlanmasında  tökmə,  döymə,  kəsmə,  burma,  yastılama,  prokat  və  digər 

texnoloji üsullardan istifadə edilmişdir. Metallurgiya və metalişləmə sənətinin 

meydana  gəlməsi  və  inkişafının  xarakterinin  müəyyən  edilməsində 

abidələrdən aşkar olunan balta, nizə, xəncər, əmək alətləri və müxtəlif bəzək 

əşyalarının mühüm əhəmiyyəti vardır.  

Azərbaycan ərazisinin mis və polimetal yataqları ilə zəngin olması orta 

tunc dövründə metallurgiya və metalişləmənin inkişafını təmin etmişdir (foto 

7).  



944 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

Tunc dövrünün inkişaf etmiş mərhələlərinə aid abidələrdən aşkar olunan 



əşyalar,  xüsusilə  qızıl  və  gümüşdən  hazırlanan  mükəmməl  əsərlər  metal 

emalının  yüksək  səviyyədə  ixtisaslaşdığını,  zərgərliyin  meydana  çıxdığını 

göstərir. Qızıl əşyalara Qızılburun daş qutularında və Şahtaxtı nekropolunda 

(

Алекперов, 1960:56) rast gəlinmişdir. 



Arazboyu  arxeoloji  abidələrin  tədqiqindən  göründüyü  kimi,  bu  dövrdə 

qalaylı  tuncdan  geniş  istifadə  edilmişdir.  I  Kültəpədə  aşkar  olunan  metal 

əşyaların  tərkibində  1-10,8%,  Qızılburunda  0,1--8,4%,  II  Kültəpədə  4%, 

Çalxanqalada  0,3-12%  (Seyidov,  Hasanova,  2005:51,  107,  109-114)  qalay 

olduğu müəyyən edilmişdir.  

Tədqiqatların nəticəsi göstərir ki, Naxçıvanda tunc dövrü metallurgiyası 

Qədim Şərq ölkələri ilə əlaqəli şəkildə inkişaf etmişdir. Azərbaycan ərazisində 

metallurgiya  və  metalişləmənin  yerli  zəmində  formalaşmasına,  inkişaf 

etməsinə  baxmayaraq,  onun  Yaxın  Şərq  ölkələrinin  naaliyyətlərindən  də 

bəhrələnməsini inkar etmək olmaz. Azərbaycan eyni zamanda Cənubi Qafqaz 

və  Şərq  ölkələrini  xammal  və  hazır  metal  məmulatı  ilə  təmin  edən  başlıca 

istehsal  mərkəzlərindən  biri  olmuşdur.  Arxeoloji  material  bu  dövrdə  tunc 

metallurgiyasının yüksək inkişaf dövrü keçdiyini göstərir. 

Eramızdan  əvvəl  V-II  minilliklərdə  dulusçuluğun  inkişafında  hiss 

ediləcək irəliləyiş gözə çarpır. Bu dövrdə dulusçuluq ev sənəti çərçivəsindən 

kənara  çıxaraq,  ixtisaslaşmış  istehsal  sahəsinə  çevrilir.  Eneolit  dövrünə  aid 

saxsı məmulatında müəyyən dərəcədə qabalıq hiss olunsa da, tunc dövrünün 

ilk mərhələsindən başlayaraq qabların yaxşı yoğrulmuş gildən hazırlanması, 

simmetrik formalaşdırılması, keyfiyyətli bişirilməsi və anqoblanması bununla 

bağlıdır.  Keramika  məmulatı  təkmil  konstruksiyalı,  birkameralı  dulus 

kürələrində bişirilir.  

II  Kültəpənin  VII  tikinti  qatında  (

Сеидов,  1993:31)  dulus  kürəsinin 

qalıqlarına  rast  gəlinmişdir.  Azərbaycanın  digər  abidələrində-Mingəçevir, 

Bitdili  (Şamxor)  və  s.  dulus  kürəsinin  qalıqları  izlənmişdir.  Hələ  eneolit 

dövründə  Azərbaycan  ərazisində  yaşayan  tayfalar  mükəmməl  dulus 

kürələrindən istifadə etmişlər (

Əliköməktəpəsi, Çalağantəpə və s.). E.ə. III-II 

minilliklərdə dulusçuluq sənətində ixtisaslaşma nəzərə çarpır. Bu mərhələdə 

nazik divarlı, yaxşı cilalanmış qablar çoxluq təşkil edir. Bəzi qabların üzəri 

qara  rəngli  boya  ilə  örtülür.  Onlar  əsasən  dulus  çarxında  hazırlanır.  Bu 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə