Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə334/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   327   328   329   330   331   332   333   334   335

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ 

ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ 

İXTİSASLAŞMA İSTİQAM

ƏTLƏRİ 

969 


 

vəziyyəti,  milli  valyutanın  ehtiyat  valyutaya  nisbətən  sabitliyi  göstəriciləri 

bazasında həyata keçirilə bilər. Bura həmçinin xarici ticarətin həcmi, xarici 

investisiya,  iqtisadi  artımın  proqnoz  parametrləri  də  daxildir.  Məlumdur  ki, 

xarici in-vestorların marağı beynəlxalq maliyyə institutlarının konkret ölkəyə 

qarşı  tutduqları  mövqedən  və  ölkənin  kredit  reytinqindən  birbaşa  asılıdır. 

Kreditorları əsasən riskin dərəcəsi və investisiyanın gəlirliliyi maraqlandırır. 

Ölkənin beynəlxalq iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər son illər əsas 

yerlərdən  birini  tutur.  Azərbaycanda  inflyasiyanın  aşağı  həddə  endirilməsi, 

milli  valyutanın  məzənnəsinin  sabitləşdirilməsi  kimi  tədbirlər  xarici 

investorların fəallığı üçün ilkin şərait yaratmış, get-gedə möhkəmlənən siyasi 

sabitlik  ölkənin  investisiya  mühitinin  xarici  investisiyaları  cəlb  etmək 

baxımından imkanlarını genişləndirmişdir (5, s. 214). 

Yuxarıda  qeyd  olunan  tələblər  baxımından  qarşıda  duran  vəzifələrin 

reallaşmasının  ən  mühüm  şərtlərindən  biri  blokada  vəziyyətində  yaşayan 

Naxçıvan  Muxtar  Respublikasının  iqtisadi  təhlükəsizlik  sisteminin  və 

ixtisaslaşma  istiqamətlərinin  konseptual  əsaslarını  işləyib  hazırlamaqdan 

ibarətdir. Bu konsepsiyalar iqtisadi inkişafın müasir pilləsində konkret tarixi 

əhəmiyyət kəsb etməklə mövcud reallıqlar baxımından yaşadığımız blokada 

vəziyyətinin  ən  mühüm  problemlərindən  biri  hesab  edilir.  Beynəlxalq 

təcrübəyə  görə  daxildə  siyasi  sabitlik  təmin  olunsa  belə,  ölkənin  iqtisadi 

inkişaf durumu üçün xarici təhlükələr daim qalır. Çünki heç bir xarici dövlət, 

beynəlxalq təşkilat, xarici investor başqa ölkəyə maraqsız kömək etmir, hər 

belə köməyin arxasında mənafelər durur. Ona görə də hər bir xarici kömək 

mənafelər baxımından qiymətləndirilməlidir. 

Müstəqilliyimizin ilk illərində Muxtar respublika müəssisələrinin xarici 

bazarlarda  möhkəmlənməsinin  və  yeni  bazarlar  əldə  etməsinin  ən  mühüm 

prinsiplərindən  biri  region  iqtisadiyyatının  xarici  iqtisadi  əlaqələr  sisteminə 

səmərəli və uğurlu inteqrasiya edilməsindən ibarət idi. İstər daxili və istərsə 

də  xarici  bazarlarda  regionun  maraq  və  mənafelərin  tarazlaşdırılması  zəruri 

məhsullara görə daxili bazarın ehtiyaclarının əsasən xüsusi mənbələr hesabına 

ödənilməsini,  xarici  valyutaya  olan  tələbatın  isə  ixrac  yönümlü  fəaliyyət 

hesabına təmin edilməsini nəzərdə tutur. 

Regionun  xarici  ölkə  bazarlarına  yüksək  rəqabət  qabiliyyətinə  malik 

məhsullar  ixrac  etməsi  onun  tədiyyə  balansında  müsbət  saldonun 



970 

ASƏF Q


ƏRİBOV 

 

 



yaranmasına,  büdcəyə  daxilolmaların  həcminin  artmasına,  iqtisadiyyatın 

kapital  və  investisiya  resurslarına  olan  tələbatının  daxili  mənbələr  hesabına 

ödənilməsinə imkan yaradır. Muxtar respublikanın strateji milli maraqlarının 

qorunması xeyli dərəcədə onun xarici iqtisadi əlaqələr sisteminə inteqrasiya 

edilməsi dərəcəsindən asılıdır. Məhz bu baxımdan daxili və xarici bazarlarda 

aparılan  səmərəli  ticarət  siyasəti,  yerli  əmtəə  istehsalçılarının  iqtisadi 

maraqlarının  ardıcıl  surətdə  qorunması  və  onların  iqtisadi  cəhətdən 

stimullaşdırılması  muxtar  respublikanın  iqtisadi  təhlükəsizlik  sisteminin 

əsasını təşkil edir. 

Son  illər  muxtar  respublikada  rəqabətqabiliyyətli  iqtisadiyyatın 

qurulması, daxili və xarici ticarət fəaliyyətinin liberallaşdırılması və region 

iqtisadiyyatın dünya təsərrüfatçılıq sisteminə inteqrasiyası sahəsində mühüm 

tədbirlər  həyata  keçirilir.  Bu  tədbirlər  mövcud  xarici  iqtisadi  fəaliyyətin  və 

region  iqtisadiyyatının  beynəlxalq  münasibətlər  sisteminə  inteqrasiyasının 

iqtisadi səmərəliliyinə xidmət edir. Təcrübə göstərir ki, muxtar respublikada 

xarici  iqtisadi  fəaliyyətin  səmərəliliyi  bu  prosesdə  regionun  maraqlarının 

qorunması səviyyəsindən asılıdır. 

Azərbaycanın  müstəqilliyinin  ilk  dövrlərində  iqtisadi  təhlükəsizlik 

siyasətinin  mahiyyəti,  istiqamətləri,  mexanizmləri  haqqında  əsaslandırılmış 

yanaşma və təsəvvürlər olduqca səthi olmuşdur. Xalqın tələbi ilə hakimiyyətə 

gələn 

ümummilli  liderimiz  Heydər 



Əliyev  ölkənin  təhlükəsizlik 

problemlərinin  həllini  prioritet  məsələ  kimi  önə  çəkmiş,  bu  istiqamətdə 

mühüm addımlar atmışdır. Yalnız 1993-cü ildən başlayaraq ölkə səviyyəsində 

xüsusi  istiqamət  kimi,  vahid  prinsiplərə  söykənən  milli  inkişaf  və 

təhlükəsizlik  siyasəti  həyata  keçirilməyə  başlanmışdır.  Azərbaycanın  milli 

inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi 

və elmi müzakirəyə çıxarılmış, onun konseptual əsasları müəyyən edilmişdir 

(8, s. 10). İlk növbədə ölkə daxilində iqtisadi sabitliyin yaradılması və inkişaf 

üçün  islahatların  həyata  keçirilməsinə  başlanmış,  xarici  ölkələrlə  və 

beynəlxalq təşkilatlarla milli maraqlarımıza uyğun olan əməkdaşlıq əlaqələri 

yaradılmışdır.  

Enerji  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində  məqsədyönlü  və 

strateji fəaliyyətin əsası 1994-cü ildə “

Əsrin müqaviləsi” ilə qoyulmuş, 2003-

2010-cu  illərdə  “Energetika  haqqında”  Azərbaycan  Respublikası  Qanunu, 



 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ 

ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ 

İXTİSASLAŞMA İSTİQAM

ƏTLƏRİ 

971 


 

“Alternativ  və  bərpa  olunan  enerji  mənbə-lərindən  istifadə  olunması”  üzrə 

Dövlət Proqramı qəbul edilmiş, neft və qaz ixrac boru kəmərləri şəbəkəsinin 

yaradılması  və  şaxələndirilməsi  üzrə  uğurlu  siyasət  həyata  keçirilmişdir. 

Elektrik  stansiyalarının  tikilib  istifadəyə  verilməsi  enerji  təhlükəsizliyinin 

təmin olunmasında son dərəcə əhəmiyyətli rola malikdir. Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın 

elektrik enerjisinin daxili imkanlar hesabına ödənilməsinin strateji əhəmiyyət 

kəsb etdiyini bildirərək demişdir: “Hər bir ölkə üçün elektrik enerjisi strateji 

sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə 

proqramlar  qəbul  olunaraq  icra  edilir.  Enerji,  ərzaq  təhlükəsizliyi  təmin 

olunan  ölkələrin  iqtisadiyyatı  isə  sabit  və  davamlı  inkişaf  edir.  Azərbaycan 

Respublikasında  da  ərzaq  və  enerji  təhlükəsizliyinin  təmin  olunması 

istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan 

Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində 

saxlanılır. Muxtar  respublikada  yeni  elektrik  stansiyaları tikilir,  əhalinin  və 

iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan 

elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən 

muxtar respublikaya çevrilmişdir.” (9, s. 14). 

Muxtar  respublikanın  mövcud  hidroenerji  potensialından  səmərəli 

istifadə olunmaqla ekoloji və iqtisadi cəhətdən daha səmərəli olan su elektrik 

stansiyalarının  tikilib  istifadəyə  verilməsi  də  elektrik  enerjisi  təchizatında 

mühüm  əhəmiyyətə  malikdir.  2006-cı  ilin  dekabrında  Heydər 

Əliyev  Su 

Anbarı  üzərində  4,5  meqavat  gücündə  su  elektrik  stansiyası,  2010-cu  ilin 

oktyabrında  isə  Gilançay  üzərində  22  meqavat  gücündə  Biləv  Su  Elektrik 

Stansiyası istismara verilmişdir. Sonrakı dövrdə Şərur rayonu ərazisində 20,5 

meqavat  gücündə  “Arpaçay-1”  və  1,4  meqavat  gücündə  “Arpaçay-2”  Su 

Elektrik  stansiyaları  fəaliy-yətə  başlamışdır.  Muxtar  respublikada  bu 

istiqamətdə  işlər  davam  etdirilir.  Hazırda  Ordubad  rayonu  ərazisində  36 

meqavat gücündə yeni derivasiyatipli su elektrik stansiyasının tikintisi davam 

etdirilir.  Bu  gün  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Energetika 

Agentliyinin  balansında  olan  7  elektrik  stansiyasından  6-sı  müstəqillik 

illərində istismara verilmişdir. Enerji təhlükəsizliyini daim diqqət mərkəzində 

saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham 

Əliyev muxtar 

respublikada 

bu 


istiqamətdə 

həyata 


keçirilən  tədbirləri  yüksək 

qiymətləndirərək  demişdir:  “Naxçıvanın  enerji  təminatı  məsələləri  ön 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə