Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə331/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   327   328   329   330   331   332   333   334   335

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ 

ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ 

İXTİSASLAŞMA İSTİQAM

ƏTLƏRİ 

963 


 

çevrilmiş,  muxtar  respublikamızda  iqtisadi  və  sosial  sahədə  makroiqtisadi 

göstəricilər  hər  il  yüksələn  xətlə  davam  etmişdir.  Bütün  makroiqtisadi 

göstəricilərin pozitiv meyilli yüksəlişi təmin olunmuş, hazırda ümumi daxili 

məhsulun həcmi 1995-ci ilə nisbətən 38 dəfə, hər nəfərə düşən ümumi daxili 

məhsulun  həcmi  31  dəfə,  sənaye  məhsulunun  həcmi  69  dəfə,  əsas  kapitala 

yönəldilən investisiyalar 261 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 7 dəfə, 

nəqliyyat  sektorunda  yük  daşınması  18  dəfə,  infor-masiya  və  rabitə 

xidmətlərinin  həcmi  90  dəfə,  pərakəndə  əmtəə  dövriyyəsi  20  dəfə,  əhaliyə 

göstərilən pullu xidmətlər 30 dəfə, ixracın həcmi 142 dəfə, dövlət büdcəsinin 

gəlirləri  26  dəfə,  əhalinin  gəlirləri  44  dəfə,  hər  bir  nəfərə  düşən  gəlirlər  35 

dəfə,  orta  aylıq  əməkhaqqı  isə  21  dəfə  artmışdır.  Bir  sıra  əsas  göstəricilər 

baxımından  son  20  il  ərzində  yaradılmış  iqtisadi  potensial  və  qazanılmış 

uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1995-ci ilədək-yəni 

71 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir (1, s. 114). 

Mühüm  bir  fakt  ondan  ibarətdir  ki,  1924-1995-ci  illər  ərzində  muxtar 

respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 56-ya 

bərabər  olmuş,  ötən  20  il  ərzində  isə  sənaye  sahəsində  reallaşdırılan 

islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 373 yeni müəssisə işə başlamış 

və hazırda bu göstərici 429-a çatmışdır. Analoji qaydada sənaye məhsullarının 

sayı  üzrə  də  müsbət  meyillər  özünü  göstərməkdədir. 

Əgər  1924-1995-ci 

illərdə  muxtar  respublikada  istehsal  olunan  sənaye  məhsullarının  sayı  üzrə 

maksimum  göstərici  28-ə  bərabər  idisə,  ötən  20 il ərzində  əlavə  olaraq  215 

yeni sənaye məhsulunun istehsalına başlanıl-mış və bu göstərici ümumilikdə 

243-ə  çatmışdır.  Sənayedə  yerli  kənd  təsərrüfatı  məhsulları-nın  emalı  və 

faydalı qazıntı hasilatı xüsusi yer tutur (1, s. 48). 

Xarici  iqtisadi  əlaqələrin  təhlili  göstərir  ki,  Naxçıvanın  tarixən  İran  və 

Türkiyə  dövlətləri  ilə  əlverişli  coğrafi  mövqedə  olması  iqtisadi  əlaqələrin 

inkişafına müsbət təsir göstərmişdir. Bu əlaqələrin inkişafı və coğrafiyasının 

genişlənməsində  təbii  ehtiyatlar,  o  cumlədən  mineral  sular,  duz  ehtiyatları 

əhəmiyyətli  rol  oynamışdır.  Yeraltı  və  yerüstü  sərvətlərlə  zəngin  olan 

Naxçıvanın təbii resurslarından olan Duzdağ yataqları Naxçıvan şəhərindən 

12  kilometr  aralı  məsafədə,  dəniz  səviyyəsindən  1173  metr  yüksəklikdə 

yerləşir.  Naxçıvan  MR-dakı  Duzdağ,  Nehrəm  və  Püsyanın  yer  təkində  bir–

birilə birləşən daş duz yataqları çoxdan məşhurdur. Araz zonasının duzdaşıyan 




964 

ASƏF Q


ƏRİBOV 

 

 



hövzəsinin  uzunluğu  300  km-ə,  eni  15–20  km-ə  və  qalınlığı  onlarca  metrə 

çatır. Naxçıvanda duz ehtiyatı bir neçə milyard tondan çoxdur (4, s. 72). 

Qədim  dövrlərdən  başlayaraq  duz  ehtiyatları  xarici  iqtisadi  əlaqələrin 

yaranması  və  inkişafına  təkan  vermiş,  eləcə  də  infrastruktur  elementlərin 

formalaşmasında xüsusi yer tutmuşdur. Naxçıvan duz mədənlərində istehsal 

edilən məhsulların müxtəlif regionların isteh-lakçılarına göndərilməsi ən-ənə 

halını  almışdır.  Məlumat  üçün  qeyd  edək  ki,  Duzdağdan  aşkar  olunmuş 

maddi-mədəniyyət  nümunələri,  xüsusilə  daş  çəkiclər  qədim  duzdağ 

mədənlərindən  hələ  eramızdan  əvvəl  III-II  minilliklərdə  geniş  istifadə 

edildiyini göstərir. Primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla 

yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə 

aparılmışdır. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına ilk dəfə 

1927-ci ildə başlanılmış, sovetlər dönəmində bu sənaye müəssisəsində istehsal 

edilən daş duz İttifaq respublikalarına göndərilmişdir. 90-cı illərdə Naxçıvan 

duz  mədənlərində  100  min  tondan çox  duz  hasil  edilərək  birbaşa  vaqonlara 

yüklənərək  Baş-Başı  stansiyası  vasitəsi  ilə  İttifaq  Respublikalarına 

göndərilmışdir (6, s. 211).  

Naxçıvanın hərbi-strateji və iqtisadi əhəmiyyəti qədim zamanlardan təbii 

ehtiyatların iqtisadi əlaqələrə cəlb edilməsi ilə həmdə onu nəqliyyat qovşağına 

çevirmişdi.  XIX-XX  əsrin  başlanğıcında  Şimali  Azərbaycanda  nəqliyyatın 

inkişafına  dair  tədqiqatın  müəllifinin  yazdığı  kimi  “Naxçıvan  xanlığından 

keçən başlıca karvan yolları İrana və Təbrizə doğru uzanırdı. Bu yollar tranzit 

ticarətində  mühüm  rol  oynayırdı.  Azərbaycanın  şimal  torpaqlarına  İran 

malları,  əsasən  Naxçıvan  vasitəsilə  daxil  olurdu.  Eyni  zamanda  xanlığın 

daxilində  də  Naxçıvanı  və  Ordubadı  ayrı-ayrı  yerlərlə  birləşdirən  karvan 

yolları  mövcud  idi.  XIX  əsrin  başlanğıcında  burada  daxili  ticarətin  illik 

dövriyyəsinin  160.000  manata  çatması  həmin  yolların  kifayət  qədər  işlək 

olduğunu göstərirdi” (6, s. 124). 

Nəqliyyatın  vəziyyəti  ticarətin  inkişafı  ilə  sıx  bağlı  idi.  Naxçıvanda 

xanlığın son dövründə baş verən siyasi hadisələr və 1826-1828-ci illər Rus–

İran  müharibəsi  ticarət  həyatına  mənfi  təsir  göstərmişdi.  Bu  özünü  daxili 

ticarətdə  daha  kəskin  şəkildə  birüzə  verirdi.  Tədqiqatçıların  yazdığına  görə 

“Daxili ticarətdən fərqli olaraq Naxçıvan xanlığında gəlmə tacirlərin hesabına 

xarici ticarətdə nisbətən canlanma hiss olunurdu. Xarici ölkələrdən, xüsusilə 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə