Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə323/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   319   320   321   322   323   324   325   326   ...   335

934 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

Araz  çayı  Naxçıvan  Muxtar  Respublikasının  cənub  hissəsindən 



keçməklə, İran (düz xətlə-163 km, qıvrılma ilə-184 km) və Türkiyə (düz xətlə-

11 km, qıvrılma ilə-13 km) ilə sərhədləri müəyyən edir (foto 1). Çayın axdığı 

ərazidə onlarla neolit, eneolit və tunc dövrlərinə aid abidə qeydə alınıb. Həmin 

abidələrin bir neçəsi tərəfimizdən arxeoloji qazıntılarla öyrənilib. Məlumdur 

ki, ibtidai insanların əsas təsərrüfat sahəsi əkinçilik və maldarlıq olub ki, buna 

görə də qədim yaşayış yerləri şirin su mənbələri, həm də suvarma üçün yararlı, 

münbit  torpaqlar  olan  ərazilərdə  salınıb.  Burada  sənətkarlığın  müxtəlif 

sahələrinin inkişafını da yaddan çıxarmaq olmaz.  

Tərəfimizdən 40 ilə yaxındır ki, Arazboyu qədim yaşayış məskənlərindən 

Şərur  rayonu  ərazisində  yerləşən 

Ərəbyengicədə  1984,  2008  və  2013-cü 

illərdə,  Maxta  Kültəpəsində  1986-cı  ildə,  Xələcdə  1982-1983  və  2009-cu 

illərdə,  Şortəpədə  1986  və  2012-ci  illərdə,  Aşağı  Daşarxda  2011-2012-ci 

illərdə  (Seyidov,  Baxşəliyev  və  b.,  2012:41-213),  Babək  rayonu  ərazisində 

yerləşən  II  Kültəpədə  Vəli 

Əliyevin  rəhbərliyi  altında  1978-1987-ci  illərdə 

(

Сеидов,  1993:20-42),  I  Qaraçuğ  nekropolunda  1985-ci  ildə,  Sədərəkdə 



2010-cu  ildə  (Seyidov,  Baxşəliyev,  2011:15-54)  arxeoloji  qazıntı  işləri 

aparılmış,  qədim  tayfaların  iqtisadi  həyatına  dair  qiymətli  materiallar 

toplanmışdır.  

Arazboyu  məkanda  məskunlaşmış  qədim  Naxçıvan  tayfalarının  oturaq 

həyat sürməsi, iqtisadi həyatın əsasını təşkil edən əkinçilik və maldarlıq kimi 

təsərrüfat sahələri ilə məşğul olması çoxsaylı maddi dəlillərlə sübuta yetirilib. 

Qafqazda  həqiqi  eneolit  dövrü  abidəsi  ilk  dəfə  XX  əsrin  50-ci  illərində 

O.H.Həbibullayev tərəfindən Kültəpədə aşkar edilib öyrənilmişdir. Bu dövrdə 

əkinçiliyin yüksək inkişafı burada təbii şəraitlə bağlı olub. Abidələrdən yabanı 

taxıl  bitkilərinin,  iri  təsərrüfat  küplərinin,  taxıl  quyularının  aşkar  olunması 

göstərir  ki,  Naxçıvan  ərazisində  yumşaq  və  bərk  buğda,  çoxcərgəli 

butulkaşəkilli arpa  və  digər  taxıl növlərindən  istifadə  edilmişdir.  E.ə. V-IV 

minilliklərdə şübhəsiz ki, dəmyə əkinçilik geniş yayılmışdır. İlk zamanlar süni 

suvarma olmadan da əkinçilik mövcud olmuşdu.  

Cəmiyyətin  inkişafının  sonrakı  mərhələsi-İlk  tunc  dövrü  Kür-Araz 

mədəniyyəti  Naxçıvan  ərazisində  e.ə.IV  minilliyin  ortalarından  e.ə.III 

minilliyin  ikinci  yarısınadək  davam  etmişdir. 

Ərazinin  münbit  torpaqları, 

dağətəyi və dağlıq zonaları, Araz, Arpaçay, Cəhriçay, Naxçıvançay, Gilançay 



 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



935 

 

və  s.  su  mənbələri  hələ  eneolit  dövründən  (e.ə.VI-V  minilliklərdən)  burada 



təsərrüfatın  müxtəlif  sahələrinin,  xüsusilə  əkinçilik  və  maldarlığın  inkişafı 

üçün  zəmin  yaratmışdır.  Qeyd  edək  ki,  bu  günə  qədər  Cənubi  Qafqaz 

ərazisində  arxeoloji  qazıntılarla  öyrənilmiş  qədim  əkinçi-maldar  tayfaların 

təsərrüfat həyatını əks etdirən abidələrin sayı üç yüzü ötüb. 

Təsərrüfat  sahəsində  baş  vermiş  əsas  əlamətlərdən  biri  iribuynuzlu 

heyvanlardan qoşquda istifadə olunmasıdır. Gildən düzəldilmiş öküz fiqurları 

(foto  2)  və  diskvari  araba  təkərlərinin  (foto  3)  ilk  tunc  dövrü  abidələrindən 

tapılması bunu təsdiq edir. Eneolit dövrü abidələrindən əldə edilən çoxsayda 

sümük, buynuz və çox güman ki, ağacdan (ağac material çürüyüb, qalmayıb) 

hazırlanmış  toxalara  tunc  dövrü  abidələrində  də  rast  gəlinir.  Kür-Araz 

mədəniyyəti  dövründə  Azərbaycan  ərazisində  yaşayan  tayfalar  xış 

əkinçiliyinə  keçməklə,  qoşquda iribuynuzlu  heyvan  olan  öküz  qüvvəsindən 

istifadə etmiş və geniş sahələri becərərək, bol ərzaq məhsulu əldə etmişlər.  

Maldarlıq  sahəsində  də  çox  böyük  irəliləyşilərin  olmasını  arxeoloji 

material  təsdiq  edir.  İribuynuzlu  heyvan  olan  öküzün  qoşquda  istifadə 

olunması dağa-arana köçmə maldarlığının başlanması deməkdir. Bu dövrdən 

etibarən  nehrələr  meydana  çıxır  və  yağ  istehsal  edilir.  Tunc  dövründə 

təsərrüfatın  əkinçilik  və  maldarlıq  kimi  sahələrində  xüsusi  irəliləyiş  nəzərə 

çarpır. 

Arazboyu zonalarda əkinçiliyin dövrünə görə yüksək inkişafı yalnız təbii 

şəraitlə  deyil,  həmçinin  burada  yabanı  taxıl  bitkilərinin  olması  ilə  bağlı 

olmuşdur.  Naxçıvan  ərazisində  yumşaq  və  bərk  buğda,  çoxcərgəli 

butulkaşəkilli arpa və digər taxıl növlərinə rast gəlinmişdir. İlk tunc dövründə 

becərilən taxıl qalıqları I Kültəpə və II Kültəpədən (

Сеидов, 1993:117-121), 

tapılmışdır.  Azərbaycanın  bu  dövrə  aid  arxeoloji  qazıntı  işləri  aparılmış 

abidələrinin  əksəriyyətində  taxıl  quyularına  və  taxıl  qalıqlarına  rast 

gəlinmişdir. I Kültəpədən hətta noxud və darı dənləri də aşkar olunmuşdur. I 

Kültəpədən  dörd  növ  taxıl  qalıqları:  yumşaq  buğda  (Friticum  Sativum  L.), 

bərk  buğda  (Friticum  Compactum  Dest),  kiçik,  cırtdan  buğda  (Friticum 



Compactum Hest), yumru buğda (Friticum steriococum), həmçinin qılcıqsız 

(Hordeum sativum L.) və butılkaşəkilli (Hordeum laqunculiforme Bacht) arpa 

növləri  tapılmışdır.  Bu  abidədən  Azərbaycan  ərazisində  indiyədək  qeydə 

alınmayan paxla növlü (Gicor archinum L) bitki də tapılmışdır (

Абибуллаев, 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə