Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə321/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   317   318   319   320   321   322   323   324   ...   335

 

NAXÇIVAN AZ

ƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİNIN 

M

ƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ 



927 

 

Cahan  Pəhləvan  və  Zahidə  xatının  qızıdır.  Qızıl  Arslan  hakimiyyətdə  möh-



kəmlənməmiş sultan III Toğrul, İnanc xatın və bir sıra əmirlər ona qarşı çıxır-

lar. Qızıl Arslan qardaşı arvadı İnanc xatınla evlənməklə onun özü və oğlan-

ları ilə barışığa nail ola bilir. Sultan III Toğrul isə Qızıl Arslanın hakimiyyətdə 

olması ilə barışmaq istəmir. Nəticədə, 1188-1190-cı illərdə III Toğrulla əmisi 

Qızıl  Arslan  arasında  qarşıdurma  birincinin  məğlubiyyəti  ilə  qurtarır.  “III 

Toğrulun əl-qolu qandallanıb, Naxçıvan yaxınlığındakı Qəhrəm qalasına salı-

nır” [4, s. 94; 11, s. 110]. Qızıl Arslan İraq sultanlığının müttəfiq hakimi olur. 

Atabəy Azərbaycan, Arran, Həmədan, İsfahan, Rey vilayətlərinə, onlara biti-

şik ərazilərə sahiblik edir, Fars və Xuzistan hakimləri vassal kimi ona tabe 

olur. Qızıl Arslanın mövqeyi möhkəmlənir, ordu onun tərəfinə keçir və haki-

miyyəti az qala əlindən çıxacaq Atabəy o dərəcədə qüvvətlənir ki, artıq ciddi 

rəqib görmürdü [11, s. 89]. Xəlifə ən-Nasirin məsləhəti ilə Atabəy Qızıl Ars-

lan sultan taxtını tutur. İnanc xatın və onun tərəfdarları Qızıl Arslana qarşı sui-

qəsd  hazırlayırlar.  1191-ci  il  sentyabrın  21-də  o,  yatağında  öldürüldü. 

Eldənizlərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfa-

han  onların  asılılığından  xilas  oldu.  Eldənizlərin  əlində,  ancaq  Azərbaycan 

torpaqları qaldı. Azərbaycanda hakimiyyəti Qızıl Arslanın qardaşı oğlu, həm 

də  onun  qəyyumluğu  altında  tərbiyə  olunmuş 

Əbubəkr (1191-1210) ələ ke-

çirdi. 


Əbubəkr tezliklə Naxçıvana gəlir. Əlincəqalaya və xəzinəyə sahib olur 

[4, s. 98]. Atabəy 

Əbubəkrin hakimiyyətə gəlməsi ilə Naxçıvan şəhəri yenidən 

ölkənin  əsas  idarə  mərkəzinə  çevrilir.  Naxçıvanın  və 

Əlincənin  valiləri 

Əbubəkrin ali hakimiyyətini tanıyırlar. Bu işdə analığı Zahidə xatın ona yar-

dımçı olur. “Bütün Azərbaycan və Arran” 

Əbubəkrə tabe olur [12, s. 115]. 

Atabəy 

Əbubəkr  öz  sələflərindən  fərqli  olaraq  hakimiyyətinin  əksər  illərini 



Naxçıvanda  qalır,  yalnız  Azərbaycana  və  Arrana  hakimlik  etməklə  ki-

fayətlənməli olur [3, s. 419]. Ara müharibələri və feodal çəkişmələri, xüsusilə 

də  gürcü  qoşunlarının  Azərbaycan  torpaqlarına  dağıdıcı  yürüşləri  dövlətin 

tənəzzülünü sürətləndirir. 1202-1203-cü illərdə gürcü qoşunları Gəncəni mü-

hasirəyə alır, Dvini işğal və qarət edərək, Naxçıvana doğru istiqamət götürür. 

Gürcülərin Dvini tutduğunu bilən və onların ölkənin içərilərinə soxulacağın-

dan qorxan 

Əbubəkr Naxçıvandan Təbrizə yola düşür [4, s. 110]. Zəif iradəli 

Əbubəkr sələflərinin ənənələrini yaşada bilmədi, təmsil etdiyi sülalənin nüfu-

zunu  zəiflətdi,  dövlətin  süqutunun  qarşısını  ala  bilmədi.  Atabəy 

Əbubəkrin 

ölümündən sonra (1210) ona tabe olan torpaqlar qardaşı Müzəffərəddin Öz-

bəyin ixtiyarına keçdi [2, s. 317]. Onun hakimiyyətinin ilk ilində (1210-1211) 



928 

İSMAYIL HACIYEV 

 

 

gürcü qoşunları yenidən Azərbaycana hücum edirlər. Bu, gürcülərin Azərbay-



cana təşkil etdikləri ən böyük hərbi yürüşlərdən idi. 

Əvvəlcə Naxçıvana hü-

cum edən gürcülər şəhəri ələ keçirə bilmir, Culfaya doğru yönələrək Dəvədüz 

dərəsini keçib Mərəndi talayır və Təbrizi mühasirəyə alırlar [3, s. 426]. Şəhər 

hakimi Zahidə xatın çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri 

dağıntıdan  qurtarır.  Atabəy 

Əbubəkrdən  fərqli  olaraq  Naxçıvanda  deyil, 

Təbrizdə  yaşayan  “...Özbək  Xarəzmşahın  adına  xütbə  oxutdurub  tabeliyinə 

daxil olur” [6, s. 180]. Atabəylərin bütün xəzinəsi Xarəzmşahın əlinə keçir. 

Naxçıvanda isə bu zaman Özbəyin anadangəlmə lal-kar olduğu üçün Xamuş 

ləqəbli oğlu atabəy Qızıl Arslan, yəni əl-Məlik Xamuş hakimlik edirdi. Gürcü 

hücumlarının səngidiyi bu illərdə Naxçıvanda da nisbi əmin-amanlıq hökm 

sürürdü. 1221-ci ilin yanvarında Xorasan və İraq 

Əcəmindən keçərək Azər-

baycan  ərazisinə  soxulan  monqolların  dağıdıcı  və  viranedici  hücumları, 

nəhayət  Naxçıvana  da  yetişdi.  Monqolların  hücumlarının  davam  etdiyini 

görən Özbək “Təbrizi tərk edib, Naxçıvana gedir...” [4, s. 128]. Atabəy Özbək 

Əlincə qalasında gizlənir. Qırğınlar yalnız Atabəyin Naxçıvanın sahibi olan 

oğlu Qızıl Arslan Xamuş monqollara üzrxahlıqla “günahı boynuna götürüb” 

müraciətindən sonra dayandırılır [4, s. 128]. Bununla belə, atabəylərin böyük 

zövqlə  abadlaşdırdıqları  Naxçıvan  şəhəri  və  onun  ətrafı  böyük  dağıntılara 

məruz qaldı, insanları məhv edildi, əsir aparıldı. Atabəy Özbəyin müasiri İbn 

əl-

Əsir onun bir dövlət başçısı kimi bu dövr fəaliyyətini kəskin tənqid etmiş-



dir. Çünki monqollar Azərbaycanı tərk etdikdən sonra Özbək Naxçıvanı tərk 

edərək yenidən Təbrizə qayıtmış, arvadı, III Toğrulun qızı Məleykə xatın isə 

ərinin ölkəsinə hakimlik etmişdir [6, s. 147]. Naxçıvan isə bu zaman Zahidə 

xatının qızı, Özbəyin atabir bacısı məlikə Cəlaliyyənin əlində idi [12, s. 118]. 

Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasəddin Pir-

şah Azərbaycana yürüş etdikdə, bu hücumların qarşısını ala bilməyən atabəy 

Özbək bacısı Cəlaliyyəni ona ərə verir və bu yolla barışıq əldə edir. Beləliklə, 

Naxçıvan  Qiyasəddin  Pirşahın  tabeliyinə  keçir.  Atabəy  Özbək 

Əlincə  qala-

sında  olarkən  arvadı  Məlikə  xatının  Cəlaləddin  ilə  evləndiyini  eşidir.  Bu 

xəbərdən sonra Özbək vaxtını içki içməklə keçirir və 1225-ci ilin ikinci yarı-

sında 


Əlincə qalasında vəfat edir. Atabəy Özbəyin vəfatı ilə dövrün ən qüdrətli 

dövlətlərindən olan Azərbaycan Atabəyləri dövlətinə son qoyuldu.  




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə