Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə324/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   320   321   322   323   324   325   326   327   ...   335

936 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

1982:211-212).  II  Kültəpədən  aşkar  olunan  yumşaq  buğda  (Friticum 



Aestivum)  və  gənəgərcək  (Riqinus  Communis)  toxumlarından  ibarətdir 

(

Алиев, 1991:130).  



Arxeoloji abidələrin gur sulu çayların sahilində yerləşməsi, şübhəsiz ki, 

suvarma  əkinçiliyinin  inkişafına  kömək  etmişdir. 

Ərazinin  relyefi  müəyyən 

dərəcədə  buna  şərait  yaratmışdır.  Bəzi  abidələr  Araza  qovuşan  dağ 

çaylarından çəkilmiş kanallar vasitəsi ilə suvarılmışdır. Bu dövrdə, şübhəsiz 

ki,  dəmyə  əkinçilik  də  geniş  yayılmışdır.  Söz  yox  ki,  ilk  zamanlar  süni 

suvarma olmadan da əkinçilik olmuşdur.  

Naxçıvanın  Kür-Araz  mədəniyyəti  abidələrinin  tədqiqi  zamanı  daş 

toxalar aşkar edilmişdir. Torpağın becərilməsi üçün ilk əvvəl ağac və sümük 

alətlərdən də istifadə olunmuşdur. 

Qoşqu  qüvvəsi  tətbiq  edilməklə  xış  (şumlama)  əkinçiliyi  e.ə.IV 

minillikdə meydana gəlir. Təkər modelləri və öküz fiqurlarının tapılması buna 

sübutdur.  Öküz  fiqurlarına  I  Kültəpə  (

Абибуллаев,  1982:XXV)  və  Maxta 

Kültəpəsində  (Seyidov,  Baxşəliyev  və  b.,  2012:142)  rast  gəlinmişdir. 

Fiqurların hamısının boğazında ikitərəfli dairəvi deşik açılmışdır. Abidələrdən 

təkər  modellərinin  aşkar  olunması  təkərli  nəqliyyatın  da  erkən  meydana 

gəldiyini göstərir. 

Arxeoloji  materiallar  içərisində  dəvəgözü  və  çaxmaqdaşından 

hazırlanmış  oraq  dişləri  də  çoxluq  təşkil  edir  (foto  4).  Dən  daşlarının  və 

həvənglərin təkmil forması əkinçiliyin kifayət qədər inkişaf etmiş səviyyədə 

olduğunu  göstərir.  E.ə.  IV  minilliyin  ortalarına  aid  edilən  tunc  əşyalar 

metalişləmənin inkişafından xəbər verir. Bu mərhələdə metal oraqlardan da 

istifadə edilmişdir.  

Kür-Araz  mədəniyyətinin  orta  və  son  mərhələsinin  biçin  alətləri  də 

qurama oraq dişləri ilə təmsil edilmişdir. Bunu e.ə.III minilliyin əvvəllərinə 

aid  edilən  mis-mışyak  ərintisindən  hazırlanmış  tunc  oraqın  tapılması  sübut 

edir. Arxeoloji material içərisində oraq dişlərinə rast gəlinməsi göstərir ki, ilk 

tunc  dövrünün  bütün  mərhələlərində  qurama  oraqlar  əsas  yer  tutmuşdur. 

Yığılmış  taxıl  ehtiyatları  taxıl  quyularında  və  təsərrüfat  küplərində 

saxlanılmışdır.  Ola  bilsin  ki,  taxılın  yığılması  üçün  xüsusi  anbarlar  da 

olmuşdur.  Taxıl  emalının  sonrakı  mərhələsində  dən  daşlarından  istifadə 




 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



937 

 

edilmişdir. Çörək ikiqatlı sobalarda, yaxud gil tavalarda bişirilmişdir. İkiqatlı 



sobalara 

Kültəpədə 



(

Абибуллаев, 

1982:132; 

Кушнарева, 

Чубинишвили, 1970:108), tava tipli qablara isə əksər Arazboyu bölgələrdə 

rast gəlinmişdir.  

Suvarma  əkinçiliyinin  və  qoşqu  qüvvəsinin  tətbiqi  əkinçilik 

məhsullarının  istehsalını  artırmağa  imkan  vermişdir.  Həmçinin  əmək 

alətlərinin  təkmilləşməsi  taxılın  yığılması  və  emalında  mühüm  rol  oynayır. 

Tunc  dövrünün  inkişaf  etmiş  mərhələsində,  daşdan  hazırlanmış  taxıldöyən 

əmək alətləri var ki, ağır olduğu üçün onlardan yalnız qoşqu qüvvəsi tətbiq 

etməklə istifadə edilmişdir. Onların ön tərəfində qayış bağlamaq üçün nov, ya 

da  deşik  açılmışdır.  II  Kültəpədən  aşkar  olunan  taxıldöyən  alət  e.ə.  XVIII-

XVII əsrlərə aid edir (

Алиев, 1991:129).  

Bu  dövrün  təsərrüfatında  üzümçülük  də  müəyyən  yer  tutmuşdur. 

Tədqiqatlar  zamanı  Azərbaycan  ərazisində  yabanı  üzümlüklərin  olduğu 

müəyyən  edilmişdir.  Bunlara  Ağdam,  Şəki,  Talış,  Zəngilan,  Qarabağ  və 

Naxçıvanda  rast  gəlinmişdir  (

Алиев,  1991:131-132).  Arxeoloji  material 

üzümçülüyün e.ə. III minillikdən gec olmayaraq meydana çıxdığını göstərir. 

Üzərliktəpə abidəsinin e.ə. II minilliyin əvvəlinə aid edilən alt təbəqəsindən 

mədəni  üzüm  çəyirdəyi  aşkar  olunmuşdur.  Bu  üzüm  növü  (Vitis  Uinifera

Cənubi  Qafqaz  və  İranda  ən  qədim  mədəni  bitki  qalıqlarından  biridir 

(Bünyatov, 1964:111). Üzümçülüyün inkişafını göstərən amillərdən biri üzüm 

toxumları ilə yanaşı aşkar olunmuş üzüməzən daşların mövcudluğudur. Belə 

əmək  alətlərinə  muxtar  respublika  ərazisində  çox  rast  gəlinib  (Qarabağlar, 

Qıvraq, II Kültəpə, Şahbuz rayonu və s.). Onlar əhəng və bazalt tipli daşlardan 

hazırlanıb. Müxtəlif həcmli, yuvarlaq planlı, tabaq şəklində olan bu daşların 

içərisindən üzüm şirəsinin axması üçün novlar açılıb. Qalacıq yaşayış yerində 

üzüməzən daşların yaxınlığında üzüm şirəsini saxlamaq üçün nəzərdə tutulan 

dördkünc planlı çənlərə də rast gəlinib. 

Naxçıvan  ərazisində  son  tunc  dövrünün  arxeoloji  abidələrinin  tədqiqi 

zamanı xışlara rast gəlinməməsi heç də o demək deyil ki, bu dövrdə şumlama 

əkinçiliyindən və qoşqu qüvvəsindən istifadə edilməmişdir. Qeyd etdiyimiz 

kimi,  bu  ərazidə  şumlama  əkinçiliyi  hələ  ilk  tunc  dövründən  mövcud 

olmuşdur. Şübhəsiz ki, dağ ətəklərində şumlama əkinçiliyi ilə bərabər dəmyə 

əkinçilikdən də bəhrələnmişlər. Bu dövrdə qoşqu qüvvəsinin tətbiq olunduğu 




938 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

şumlama əkinçiliyi olmadan, iqtisadiyyatın ahəngdar inkişafını təmin etmək 



mümkün  deyildi. 

Əkinçilik  iqtisadiyyatın  digər  sahələrinin  də  inkişafını  da 

təsir göstərmişdir. 

Əkinçiliklə bağlı əmək alətlərinin bir qrupu dən daşları və sürtkəclərdən 

ibarətdir  (foto  5).  Taxılın  üyüdülməsi  üçün  dən  daşlarından  istifadə 

olunmuşdur. Eneolit dövründən istifadə olunmağa başlayan bu alətlər alt və 

üst  daşlarından  ibarət  olmaqla,  formaca  əvvəlki  mərhələlərin  alətlərindən 

fərqlənmirlər. 

Tunc  dövründə  təsərrüfatın  mühüm  sahələrindən  biri  də  maldarlıq 

olmuşdur.  Maldarlığın  meydana  gəlməsi  və  inkişafı  osteoloji  qalıqların  və 

heyvan  fiqurlarının  tədqiqi  ilə  müəyyən  edilmişdir.  Naxçıvanın  Arazboyu 

abidələrindən  xeyli  sayda  osteoloji  qalıqlar  əldə  edilmişdir.  Tapıntılar 

arasında  öküz  (Bos  taurus),  qoyun  (Ovis),  keçi  (Capra),  ev  donuzu  (Sus 

Domestica), it (Savis Famuliaris), dəvə və at (Egus Caballus) sümükləri də 

vardır


Eneolit  və  tunc  dövrünün  erkən  mərhələsində  Naxçıvanda  iribuynuzlu 



heyvan  sümükləri  (75-80  %)  üstünlük  təşkil  etmişdir  (

Сеидов,  1993:121). 

Azərbaycanın  başqa  rayonlarında  da  buna  bənzər  göstəricilər  qeydə 

alınmışdır. Məsələn, Babadərviş yaşayış yerində iribuynuzlu heyvanlar 90 % 

olmuşdur. Q.S.İsmayılovun fikrincə, sürüdə iribuynuzlu heyvanların üstünlük 

təşkil etməsi oturaq həyat tərzi ilə bağlıdır (

Исмаилов, 1978:89).  

Əsasən  qoyun  və  keçi  sümükləri  ilə  təmsil  olunan  xırdabuynuzlu 

heyvanlar tunc dövrünün inkişaf etmiş mərhələsində birinci yeri tutmuşdur. 

Bu, tədqiq edilmiş bütün yaşayış yerlərində özünü aydın şəkildə büruzə verir. 

Gil  qablar  üzərində  xırdabuynuzlu  heyvanlara  aid  buynuzşəkilli  reylef 

ornamentlərin  meydana  çıxması  da  bununla  bağlıdır.  Xırdabuynuzlu 

heyvanların  sayca  artması  yarımköçəri  yaylaq  maldarlığının  inkişafı  ilə 

əlaqədar  olmuşdur.  Yaşayış  yerlərinin  topoqrafiyasına  və  bir  neçə  abidədə 

mədəni təbəqənin az yığılmasına əsasən söyləmək olar ki, yarımköçəri yaylaq 

maldarlığı  Naxçıvanda  artıq  Kür-Araz  mədəniyyətinin  orta  inkişaf 

mərhələsində  mövcud  olmuşdur.  Bu,  e.ə.  IV  və  III  minilliklərin  ayrıcına 

düşür.  Bu  dövrün  sümük  qalıqlarının  təhlili  qədim  tayfaların  həyatında 

                                                      

 Фауна галыглары Д.В. Щаъыйев тяряфиндян тяйин едилмишдир 




Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə