Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə325/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   321   322   323   324   325   326   327   328   ...   335

 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



939 

 

ovçuluğun da müəyyən yer tutduğunu göstərir. Başlıca olaraq, ceyran, maral, 



ayı,  pişik  və  b.  heyvanlar  ovlanmışdır.  Vəhşi  heyvanlara  aid  osteoloji 

qalıqların az olması (10 %) onların təsərrüfatda ikinci dərəcəli yer tutduğunu 

göstərir.  

Görünür,  heyvanlar  yaşayış  yerinin  yaxınlığında  xüsusi  hasarlanmış 

sahədə  saxlanılırmış.  Maldarlığın  inkişafı  təkərli  nəqliyyatın  və  əkinçiliyin 

inkişafına  təkan  vermişdir.  İribuynuzlu  heyvanlardan  taxıl  döyümündə 

istifadə  edilməsi,  əmək  məhsuldarlığını  və  cəmiyyətin  inkişafı  üçün  zəruri 

olan izafi məhsul istehsalını artırmışdır. 

Orta  tunc  dövrü  abidələrinin  tədqiqi  zamanı  əldə  edilən  osteoloji 

materialdan  görünür  ki,  xırdabuynuzlu  heyvanların  sayca  artması  və 

yarımköçəri  yaylaq  maldarlığının  inkişaf  etməsi  sayəsində  yüksək  dağlıq 

zonalarında  və  dağ  ətəklərində  yeni  abidələr  meydana  çıxır.  Naxçıvan 

ərazisində  olan  yaşayış  yerlərinin  tədqiqi,  onların  bir  qismində  həyatın 

mövsümi xarakterdə olduğunu, mədəni təbəqənin yığılmadığını göstərir. Bu 

tip yaşayış yerləri yarımköçəri maldar tayfaların həyat tərzi ilə bağlı olmuşdur. 

Dağlıq  zonalarda  əhalinin  məskunlaşması  orta  və  son  tunc  dövründə  baş 

vermişdir. Bu dövrdə Araz çayı ətrafında, Mil-Qarabağ düzündə, Muğanda, 

Cənub-Şərqi  Azərbaycanda  güclü  maldar  tayfalar  yaşamışlar.  Naxçıvanın 

qayaüstü  təsvirlərinin  öyrənilməsi  də  heyvandarlığın  inkişafı  haqqında 

təsəvvür  yaratmağa  kömək  edir.  Gəmiqayada  orta  tunc  dövrünə  aid  öküz 

qoşulmuş araba təsvirlərinə rast gəlinməsi, bu dövrdə qoşqu qüvvəsinin (öküz 

və at qoşulmuş) inkişafı və bunun maldar tayfaların həyatındakı əhəmiyyəti 

ilə bağlıdır (foto 6). 

Abidələrdən  aşkar  olunan  monoxrom  və  polixrom  boyalı  qabların 

üzərində ilk tunc dövründə olduğu kimi xırdabuynuzlu heyvan təsvirlərinə rast 

gəlinməsi,  heyvandarlığın  orta  tunc  dövründə  təsərrüfatın  mühüm 

sahələrindən  biri  olduğunu  göstərir.  Bu  dövrdə  heyvandarlığın  inkişafını 

yaşayış yerlərindən aşkar olunan nehrələr də sübut edir.  

Maldarlığın  inkişafı  əkinçiliyə  nisbətən  daha  çox  izafi  məhsul  əldə 

edilməsinə,  sərvətin  müəyyən  qrup  adamların  əlində  toplanmasına  imkan 

yaratmışdır. Bu, son nəticədə əmlak bərabərsizliyinə gətirib çıxarmışdır. Belə 

ki,  maldar  tayfaların  əlində  tez  bir  zamanda  çoxlu  var-dövlət  yığılmağa 

başlayır ki, bu da mal-qaranın saxlanması üçün əlavə işçi qüvvəsi cəlb etmək 



940 

ABBAS SEYİDOV – SEVİNC İMANOVA 

 

 

arzusu  doğurur.  Müharibələr  nəticəsində  ələ  keçirilmiş  əsirlərin  əməyindən 



qul  kimi  istifadə  etməyə  başlayırlar.  Bu  isə  sinifli  cəmiyyətin  ilk 

rüşeymlərinin  meydana  çıxmasına  səbəb  olur.  Tayfa  başçılarına  aid  zəngin 

qəbirlərin meydana çıxması da, şübhəsiz ki, bununla bağlıdır. 

Bu  dövrdə  heyvandarlığın  müəyyən  sahəsini  də  atçılıq  təşkil  etmişdir. 

Muğanda 

Əliköməktəpəsindən  aşkar  olunan  at  sümükləri  atın  hələ  eneolit 

dövründə əhilləşdirildiyini göstərir (

Махмудов, Нариманов, 1972:480-481; 

Нариманов,  1987:153).  II  Kültəpə  (Алиев,  1991:135),  Şahtaxtı 

(

Алекперов, 1937:254-255), Qarabulaq kurqanlarından xeyli at sümükləri və 



atla dəfn olunma hallarına rast gəlinib. Qobustan rəsmlərində, Şahtaxtı və II 

Kültəpə boyalı qablarında atlı təsvirləri atçılığın yüksək inkişaf səviyyəsində 

olduğunu və qədim tayfaların həyatında mühüm rol oynadığını göstərir. 

Tədqiqatlar  Arazboyu  tayfaların  həyatında  hələ  tunc  dövrünün  erkən 

mərhələsindən başlayaraq maldarlığın əkinçilikdən ayrıldığını və yarımköçmə 

yaylaq  maldarlığının  formalaşdığını  göstərir.  Tuncun  inkişaf  etmiş 

mərhələlərində isə maldarlıq müstəqil istehsal sahəsi kimi mövcud olmuşdur. 

Bu  dövrə  aid  arxeoloji  abidələrin  tədqiqi,  oturaq  həyat  keçirən  qəbilələrlə 

bərabər,  postoral  həyat  sürən  tayfaların  da  olduğunu göstərir.  Bu  qəbilələrə 

aid  mövsümi  yaşayış  yerlərində  mədəni  təbəqə  olduqca  az  yığılmışdır.  Bu 

dövrə  aid  bir  neçə  nekropolun  yaxınlığında  yaşayış  yerinə  rast  gəlinmir. 

Şübhəsiz ki, bu, insanların köçmə, daha doğrusu yarımköçmə təsərrüfat həyatı 

ilə bağlı olmuşdur.  

Xırdabuynuzlu  heyvandarlığın  inkişafını  həm  də  qayaüstü  təsvirlər, 

heyvan  fiqurları  və  saxsı  qablar  üzərindəki  təsvirlər  sübut  edir.  Son  tunc 

dövrünə  aid  saxsı  qablar  üzərindəki  ov  səhnələrində,  başlıca  olaraq, 

xırdabuynuzlu  heyvanlar  təsvir  edilmişdir.  Şübhəsiz  ki,  bu,  xırdabuynuzlu 

heyvanların maldarlıqda önəmli rolu və insanların məişətində onların böyük 

əhəmiyyəti ilə bağlıdır. 

Bəzi  tədqiqatçılar  yanlış  olaraq  Qafqazda  atın  əhilləşdirilməsinin  hind-

avropalılarla  bağlı  olduğunu  və  onların  gəlişinədək  burada  əhilləşdirilmiş 

atlardan  minik  vasitəsi  kimi  istifadə  edilmədiyini  göstərirlər  (

Погребова, 

1977:46).  Qeyd  etdiyimiz  kimi,  at  Azərbaycanda  qədim  dövrlərdən 

əhilləşdirilmiş  və  şübhəsiz  ki,  ondan  minik  vasitəsi  kimi  də  istifadə 

olunmuşdur.  Paleontoloq  D.H.Hacıyev  at  sümüklərini  iki  qrupa  bölür:  1) 




 

ARAZBOYU Q

ƏDİM NAXÇIVAN TAYFALARININ İQTİSADİ 

H

ƏYATI (E.Ə. V-II MİNİLLİKLƏR) 



941 

 

güclü yedək və ya qoşqu atları; 2) yüngül minik atları. Çoxsaylı at cilovları, 



yüyən-yəhər hissələri, at bəzəkləri və s. buna sübutdur (Cəfərov, 2000:145). 

Atçılığın Azərbaycan ərazisində yerli zəmində meydana gəldiyini və inkişaf 

etdiyini  söyləmək  daha  doğrudur.  Uzaq  səfərlər  zamanı,  hərbdə  və 

tayfalararası mədəni-iqtisadi əlaqələrdə atdan istifadə at totemi, ata sitayişin 

meydana  gəlməsinə  səbəb  olur  və  bunun  nəticəsidir  ki,  zəngin  qəbir 

abidələrində at skeletlərinə də rast gəlinir. 

Son tunc və erkən dəmir dövrünün təsərrüfatında əsas istehsal sahələri ilə 

bərabər,  yardımçı  təsərrüfatların  da  müəyyən  rolu  olmuşdur.  Ovçuluq, 

balıqçılıq,  yığıcılıq  belə  təsərrüfat  sahələrindəndir.  Qayaüstü  rəsmlərdə  və 

saxsı  qablar  üzərindəki  təsvirlərdə  ovçuluğa  geniş  yer  verilməsi,  heç  də 

təsadüfi deyildir. 

İqtisadi həyata təkamül verən əsas sahələrdən biri də sənətkarlıqdır. Hələ 

qədim dövrlərdən meydana çıxan ibtidai sənətkarlığın müəyyən sahələri e.ə. 

V  minillikdən  başlayaraq  daha  da  təkmilləşmişdir.  Arxeoloji  qazıntılardan 

əldə edilən müxtəlif əmək alətləri, təsərrüfat əşyaları o dövrdə sənətkarlığın 

müxtəlif  qollarının–metallurgiya  və  metalişləmə,  dulusçuluq,  daşişləmə, 

sümükişləmə, dəri və gönişləmə, toxuculuğun dinamik şəkildə inkişaf etdiyini 

göstərir. Yuxarıda sadalananlar arasında metallurgiya və metalişləmə aparıcı 

yerlərdən birini tutmuşdur. 

Bütün Cənubi Qafqazda məskunlaşan tayfaların metalla ilk tanışlığı hələ 

eneolit dövründə olmuşdur. Bu dövrə aid abidələrdən xırda metal əşyalar, o 

cümlədən  bəzək  üçün  muncuqlar  tapılmışdır.  Eneolit  dövrü  abidələrindən 

tapılan  metal  əşyaların  əksəriyyətini  yerli  sakinlər  soyuq  döymə  üsulu  ilə 

hazırlamışlar. Metallurgiyanın və metalişləmə sənətinin yerli mənsubiyyətini 

göstərən məmulatlar e.ə.V-İV minilliklərdə özünü göstərir. Xüsusən də tunc 

dövrünün erkən mərhələsi zəngin materialı ilə fərqlənir.  

Tədqiqatçılar  Azərbaycanın  eneolit  dövrü  Kültəpə  və  Şomutəpə 

mədəniyyəti  ilə  ilk  tunc  dövrü  Kür-Araz  mədəniyyəti  arasında  müəyyən 

varisliyin (məs. çiy kərpic tikintilərinin olması, dairəvi planlı evlər, bəzi qab 

nümunələrində forma bənzərliyi) olduğunu söyləyirlər. Ancaq Azərbaycanda 

ilk dəfə bu iki mədəniyyət arasındakı boşluğu dolduran, yeni bir mədəniyyətə 

mənsub Leylatəpə yaşayış məskəninin aşkarlanması və öyrənilməsi məsələyə 

aydınlıq gətirdi. Leylatəpədən əldə edilən məmulatlar göstərdi ki, Kültəpə və 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə