Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə31/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   27   28   29   30   31   32   33   34   ...   335

 

S

ƏLCUQLAR DÖVRÜNDƏN BƏHS EDƏN TARİXİ ROMANLARDA 



TARİX V

Ə MÜASİRLİK PROBLEMİ 

73 

 

bəhs edən yazıçı Nizami obrazını dövrün reallıqları fonunda yetişdirir, Nizami 



obrazını  real  cizgilərlə  bəzəməklə  sənətkarı  Azərbaycan  oxucusuna  fərdi, 

insani  keyfiyyətləri  ilə  sevdirməyə  çalışır.  Nizaminin  gənclik  illəri,  sevgisi, 

iztirabi  real  boyalarla  əks  olunduqca  oxucu  obrazın  sehrinə  düşür.  Bu 

səhnələrdə yazıçının təxəyyül imkanlarının genişliyi də diqqətdən yayınmır.  

Üçüncü  bölmədə  Makedoniyalı  İsgəndərin  xəzinəsinin  izinə  düşülərək 

müəyyən yol gedilir ki, bu yolda da yazıçı Nizami ideyalarının işığında fikir 

və mülahizələrini bəzən müəllif fikri adı altında oxucunun diqqətinə çatdıra 

bilir. Eyni zamanda bu məqamlarda intibah dövrünün təsəvvüf düşüncəsində 

özünəməxsus yeri olan 

Əxilik, Əlmut şeyxləri(İsmaililər) haqqında müəyyən 

informasiyalar  verir.  Qeyd  edək  ki,  bu  informasiyaların  bir  qismi  yazıçı 

fantaziyasına dayansa da müəyyən hissələri dövrə aid tarixi və ədəbi mətnlər 

də  təsdiqləməkdədir.  Sonda  isə  Nizaminin  “İsgəndərnamə”  poemasının 

işığında  axtarılan  xəzinə-”qızıl  şir  dəfinəsi”  ilə  bağlı  məqamlar,  Nizaminin 

qocalığı,  ömrünün  sonları,  oğlu  Məhəmmədlə  bağlı  epizodlar,  dahi  şairin 

qayğıları geniş .əkildə əksini tapır.  

Səlcuqlar dövründən bəhs edən maraqlı tarixi nəsr nümunələrindən biri 

də janrın görkəmli nümayəndələrinin yaradıcısı Məmməd Səid Ordubadinin 

“Qılınc  və  qələm”  romanıdır.  Romanda  Azərbaycan  intibahının  görkəmli 

nümayəndəsi, dahi şair Nizami Gəncəvinin həyatı, dövrü mövzu alınmış, eyni 

zamanda  Nizaminin  yaşadığı  dövrlərdə  hakimiyyətdə  olan  Səlcuqlar  və 

Atabəylər  dövlətinin  bölgədəki  rolu,  idarəçilik  sistemi  tarixi  qaynaqlara 

dayanaraq 

qələmə 


alınmışdır.  Roman  haqqında  olan  fikirlərini 

ümumiləşdirərək  ədəbiyyatşünas  Yaşar  Rzayev  yazır:  “

Əsərdə  zəngin 

macəraçılıq sujetinin, kəskin saray intiriqalarının fonunda konkret tarixi dövr, 

tarixi şəxsiyyətlər durur. Bu tarix Azərbaycanın dövlətçilik tarixidir” (Rzayev, 

2010: 351).  

Ordubadinin  “Qılınc  və  qələm”  romanında  bəzi  səhnələrdə  Naxçıvanla 

bağlı məlumatlar verildiyi kimi bir qisim hadisələr Naxçıvanda cərəyan edir. 

Romanda  Atabəy  Məhəmməd  Cahan  Pəhləvanın  Gəncə  üsyançılarını 

cəzalandırması xəbəri eşidildikdə Seyid 

Əlaəddinin dəstəsi Naxçıvan qalasını 

almalı, Fəxrəddinin əskərləri cənubdan gələn dəstənin önündə durmalı idi. Bu 

səhnələrdə Naxçıvan qalasının müdafiəsi işindən qısa da olsa məlumat verilir 

(Ordubadi, 1966: 23-35).  




74 

ALİ HAŞİMOV 

 

 

Azərbaycan ədəbiyyatında tarixi mövzuda romanlar yazıldığı kimi povest 



və hekayələr də qələmə alınmışdır. Belə ki, tarixi mövzulu povestlərin uğurlu 

nümunələrindən  sayılan 

Əzizə  Cəfərzadənin  “Cəlaliyyə”  əsəri  də  maraq 

doğurur. 

Əsərdə Səlcuqlar, Atabəylər dövründən bəhs olunmaqla tarixi dövr 

qaynaqlara uyğun şəkildə canlandırılır. Atabəy Məhəmməd Cahan Pəhləvanın 

qızı,  Naxçıvan  hökmdarı  Cəlaliyyənin  həyatı,  Naxçıvanın  müdafiəsi 

uğrundakı fəaliyyəti mövzu olaraq seçilmişdir. Atabəylər dövlətinin idarəçilik 

sistemi, Naxçıvanın dövlətin paytaxtı kimi mövqeyi, inkişafı məsələlərindən 

bəhs  olunmaqla  yanaşı  Səlcuqların  bölgədəki  yeri  və  rolu  da  diqqət 

mərkəzində  saxlanılmışdır. 

Əsərdə  Cəlaliyyə  xatun  dövlərin  son  hökmdarı 

Özbəyə  atası  Məhəmməd  Cahan  Pəhləvanın  vəsiyyətini  xatırladaraq  onu 

doğru yola sövq edir.  

Cahan  Pəhləvan  1175-ci  ildə,  ölümündən  az  əvvəl  Naxçıvanı  qızı,  on 

yaşlarında Cəlaliyyəyə bağışlayır, idarəçilik səlahiyyətləri verir, özünün sadiq 

əskərlərindən olan Aydoğmuşu ona kömçi verir. Cəlaliyyə Naxçıvanı əmisi 

Qızıl Aslanın (1187-1194), ögey qardaşı 

Əbu Bəkin (1194-1210) və Özbəyin 

(1210-1225) hakimiyyəti illərində cəsarət və qüdrətlə idarə edir. Cəlaliyyənin 

atasının vəsiyyətində deyilirdi: “

Əminiz Qızıl Aslana tabe olun. Onun ağıllı 

və müdrik tövsiyyələrinə qulaq asın” (Cəfərzadə, 1983: 463). 

Cəlaliyyə  Naxçıvanın  igid  oğlu  “Cəlallı  Cəmşidlə”  ailə  qurur,  Hilat 

hakimi Hacib 

Əlinin hucumları nəticəsində Cəmşid həlak olsa da, oğlu olan 

gün dünyadan köçür. O mətin dayanır, oğlunu nəsillərinin adına laiq şəkildə 

yetişdirir, nənəsi Möminə Xatunun, anası Zahidə xatunun ənənələrini davam 

etdirir, onlardan aldığı əxlaq, babasından aldığı cəsarət və igidliklə Naxçıvanı 

idarə  edir,  şəhəri  abadlaşdırır,  mədəniyyətin,  ədəbiyyatın  inkişafına  diqqət 

göstərir.  Xəyalında  əmisi  Qızıl  Aslanla  dahi  Nizaminin  görüşünə  getdiyi 

məqamı canlandırır. Özbəyin təhriki ilə Xarəzmşah Cəlaləddinlə ailə həyatı 

qurmasının səbəbi isə budur: “sahibsiz taxtını yel alar” Müslimə övrət sahibsiz 

ölə də bilməz, namazını da qılmazlar....”(Cəfərzadə, 1983: 112) deyir. Tarixi 

faktlarla müəyyən qədər səsləşməsə də yazıçı təxəyyül gücünə ədəbi cəhdlər 

edir.  Cəlaliyyə  yeganə  olğundan  keçir  amma  naxçıvandan  keçmir,  dahi 

Nizaminin  fikirlərini  əlində  bayraq  edərək  deyir  ki,  “Aslanın  erkəyi,  dişisi 

olmaz”. Güclü düşmən qüvvələri qarşısında duruş gətirə bilməyən cəlaliyyə 

Naxçıvanın alınmazlıq  rəmzi  olan 

Əlincə  qalaya  sığınır. Tarixi  mənbələrdə 

Naxçıvan  və  digər  Azərbaycan  torpaqlarında  qırğınlar  törədən  Xarəzmşah 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə