Muhəmməd ibn Əbdürrəhim Xoyi
Hədis ravisi idi. Muhəmməd ibn Abdullah Nişapuridən hədis dinləmişdi. Muhəmməd
ibn Əbdürrəhman Xoyi siqa mühəddislərdən Əbü’l-Abbas Muhəmməd ibn Həsən ibn
Quteybə Əsqəlaninin (öl. 922) hədis məclislərində iştirak edir və hədis nəql edirdi. Əbu
Bəkr Muhəmməd İsfəhani bu məcləslərdə iştirak etmiş və onun nəql etdiyi hədislərdən
bəzilərini öz əsərinə daxil etmişdi
1840
. Ölüm tarixi məlum deyil. IX-X əsrlərdə
yaşamışdır.
Qaziü’l-quzat Şəmsəddin Əbu’l-Abbas Əhməd ibn Xəlil ibn Səadə ibn Cə’fər ibn İsa
əş-Şafi’i əl-Bərməki Xoyi
h. 583-cü ilin şəvval ayında (dekabr 1187) anadan olmuşdu. Xorasana getmiş, burada
1841
Fəxrəddin Razinin tələbəsi olmuş, onun yanında kəlam və üsul elmlərini öyrənmişdi.
O, Qütbəddin əl-Misri və Əlaəddin ət-Tavus kimi alimlərdən cədəl, fiqh və hədis
elmlərini öyrənmişdi. Nişapura gedərək burada dövrün tanınmış mühəddislərindən
biri olan Əbü’l-Həsən Muid ibn Muhəmməd ət-Tusidən hədis dərsləri almışdı
1842
.
Dəməşqə getmiş, burada Əbu Abdullah Hüseyn ibnü’z-Zübeydi və Təqiyəddin Əbu
Əmr Osman ibnü’s-Səlah (öl. 1245) kimi mühəddislərdən hədis dinləmiş və hədis
elmlərinə dair bilikləri öyrənmişdi. Tacəddin ibn Əbu Cə’fər, Əbu Əmr ibnü’l-Hacib,
Camal Muhəmməd ibnü’s-Sabuni onun tələbəsi olmuş və ondan müxtəlif elmə
sahələrinə dair bilikləri öyrənmişdiləri. Onun tələbələrindən biri də oğlu, baş qazi
Şihabəddin Muhəmməd Xoyi olmuşdur
1843
.
Şəmsəddin Əhməd Xoyi Qur’an hafizi, fiqh, fiqh üsulu, kəlam, tibb, ərəb dili və
ədəbiyyatı, cədəl kimi elm sahələrində tanınmış alim idi. O, həm də şair idi. Şəmsəddin
Əhməd Xoyi himmət sahibi, mömin insan idi. O, çox namaz qılar və çox oruc tutardı.
Əminiyyə
1844
, Adiliyyə
1845
və Qəzzaliyyə mədrəsələrinin müdərrisi idi. Şam vilayətinin
1840
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 164; ƏBU BƏKR İSFƏHANİ, Mu’cəmü’ş-Şüyux, s. 99-100; BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. II, s. 179.
1841
Ehtimal ki, Şəmsəddin Əhməd Xoyi Əfqanıstanın Heart şəhərində təhsil almışdı. Çünki Fəxrəddin Razi bu
şəhərdə yaşayır və tədrislə məşğul olurdu.
1842
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 40.
1843
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 7-8; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 19.
1844
NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 140.
qaziü’l-quzatlığına təyin olunmuşdu. İbn Nəzif əl-Həməvi onun bu vəzifəyə h. 623-cü
ildə (1226) təyin olunduğunu qeyd etmişdir
1846
. Alim kəlam elmi sahəsində ‚Kitab fi’l-
Üsul‛, ərəb filologiyasına dair ‚Kitab fi’n-Nəhv‛, ərəb ədəbiyyatına dair ‚Kitab fi’l-
Əruz‛, fəlsəfəyə dair ‚Rumuz-u Hökmiyyə‛ adlı əsərlərin müəllifi idi. Qazi Şəmsəddin
Əhməd Xoyi ustadı Fəxrəddin Razinin (öl. 1209) Təfsiri-Kəbir adı ilə tanınan
‚Miftahü’l-Qeyb‛ adlı Qur’an təfsirinə şərh və əlavələr yazmışdır. Qazi Şəmsəddin
Xoyinin bu əsərinin bir nüsxəsi Paris milli kitabxanasında saxlanılır
1847
. Qazi Şəmsəddin
Əhməd Xoyi Suriyada qazilik vəzifəsini icra etmiş həmkarlarının bioqrafiyasına dair
‚Rəvzu’l-Bəssam fi mən Vəlyə Qəzaü’ş-Şam‛ adlı bir əsər də qələmə almışdı
1848
. Onun
bioqrafiyaya dair qələmə aldığı digər bir əsəri isə ‚Əxbarü’l-Əxyar bima Vəcədu ələ’l-
Qübur minə’l-Əş’ar‛ adlanır
1849
. Alim h. 7 şaban 637-ci ildə (3 mart 1240) Dəməşqdə
vəfat etmiş və Qasiyyun dağındakı Səfih qəbristanında dəfn edilmişdi
1850
.
Əbu İshaq İbrahim ibn Safi əl-Müqri Xoyi
Mühəddis idi. Əbu Hatim Muhəmməd ibn İbrahim və digər mühəddislərdən hədis
dinləmişdi. Xoydakı mədrəsələrdən birində hədis dərsləri vermişdi. Xətib Əbu Səid
Əbdürrəhman Xoyi, Əbü’l-Qasım ibn Əsakir kimi tanınmış alimlər onun tələbələri
arasından yetişmişdilər
1851
.
Xətib Əbu Səid Əbdürrəhman ibn İsa ibn Muhəmməd Xoyi
Mühəddis idi. Əbu İshaq İbrahim ibn Safi əl-Müqri Xoyinin tələbəsi olmuş, ondan hədis
dinləmişdi. Xoyda yaşamış, burada hədis dərsləri vermişdi. Tarixçi alim Əbü’l-Qasım
1845
İBNü’s-SABUNİ,
yenə orada.
1846
Əbü’l-Fəzl Muhəmməd İBN NƏZİF əl-Həməvi,
Təlxisü’l-Kəşf və’l-Bəyan fi Həvadisü’z-Zaman, (Hzr. Ə. Dəvdəv), s.
122, Dəməşq 1981.
1847
DE SLANE, həmin əsər, s. 141-142.
1848
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1129. Şəmsəddin Əhməd Xoyidən üç əsr sonra Şəmsəddin Muhəmməd ibn
Əli İbn Tolon Diməşqi (öl. 1546) eyni mövzuya dair əsər qələmə almış və adını da bənzədərək ‚Səğru’l-Bəssam fi
zikri mən vəlyə Qəzaü’ş-Şam‛ qoymuşdu.
1849
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 20.
1850
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 240-241; SÜBKİ, yenə orada; İBN QAZİ ŞUHBƏ, yenə orada; İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. V, s. 670; İBNü’l-ADİM,
Buğyətü’t-Tələb, C. II, s. 121; MƏMMƏDOV,
Orta Əsr Azərbaycan Filosof və
Mütəfəkkirləri, s. 45.
1851
BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. II, s. 180.