Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə17/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
İqlim dəişmələri 1-6

İstilik elektrik stansiyaları ( İES ) İES –lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir. Azərbaycanın böyük (iri) İES-ləri (1 mln.MVt) Abşeron rayonunda, Mingəçevir şəhəri yaxınlığında (Azərbaycan İES) və Əli – Bayramlı şəhərinin 10 – 15 km – yində (Əlibayramlı İES) yerləşir.Azərbaycanın bütün İES – ri yanacaqla (mazut) və qazla işləyir.Mazutun kükürdlülük dərəcəsi 2% təşkil edir.Tüstü borularından atmosferə sutkada 700- 1000 ton kükürd və azot oksidləri atılır.Azərbaycanın iri İES - nin borularının hündürlüyü 100- 330m, kiçik İES və iri istixana borularının hündürlüyü isə 50-10 m olur. Azərbaycan İES-i ətrafında 3-5km radiusunda havada CO2 - in qatılığı yüksək həddə çataraq 0.4 – 0.6 mq/m3 təşkil etmişdir. Tədqiqatların nəticələri göstərdi ki, kükürd qazının, azot 2- oksidin və tozun qatılığının zonal yayılması qanunauyğun olaraq stansiyanın yerləşdiyi mənbədən 2,5 – 3 km məsafədə maksimum çirklənmə müşahidə edilir. Azərbaycan İES –də (Mingəçevir) qaz işlədilərsə
adambaşına ildə 250 – 300 kq his düşər, mazutdan istifadə zamanı bu rəqəm 5 dəfə yüksək olar.


Alternativ enerji mənbələri (AEM) AEM – nə günəş və külək enerjisi, həmçinin termal suları aid etmək olar. Günəş və külək enerjisi respublikamızda elektrik enerjisini əldə etmək üçün perspektivli və ekoloji cəhətdən səmərəli mənbələrdir. Günəşdən yerə il ərzində 1500 trilyon kilovat saatdan çox enerji gəlir. Bu hazırda planetimizdə istehsal edilən bütün yanacaq növləri enerjisi cəmindən təxminən 150 min dəfə çoxdur. Günəş enerjisinin yalnız 0.2% - i bitkilər tərəfindən udulub fotosintez vasitəsilə enerji mənbəyinə çevrilir. Respublikanın böyük potensial ehtiyatlara malik enerji mənbələrindən biri də termal sulardır. Respublikada termal sulardan istifadəyə yalnız Kürdəmir rayonu ərazisində başlanılmışdır.1980 - ci illərdə neft – qaz axtarışı məqsədilə qazılan quyudan sutkada 6 – 10 min m3 qədər həcmdə, istiliyi 80 - 900 - yə çatan termal su çıxmışdır.İyirmi ildən yuxarı müddət ərzində həmin sular istifadəsiz qalaraq ətraf ərazilərə axmış və xeyli torpaq sahələrini yararsız hala salmışdır.Hazırda həmin sulardan balneoloji məqsədlər üçün istifadə olunur



Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə