Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə15/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
İqlim dəişmələri 1-6

botanika (Köppen, Berg);


  • hidroloji (Voeikov);
  • torpaq (Dokuçayev);


  • genetik.

    Genetik yanaşmada təsnifatlar atmosfer sirkulyasiyası (Brownov, Alisov) və aktiv torpaq qatının istilik balansı (Budyko, Qriqoryev) əsasında fərqlənir. Ancaq yuxarıda müzakirə edilən yanaşmalar ən çox populyarlıq qazandı. Onların ən ağlabatan olduğuna inanılır. Bu və ya digər şəkildə,
    hər hansı bir yanaşma ilə, iqlimin təsnifatında çətinliklər yaranır. Onun müxtəlifliyini təsvir etmək çətindir.


    MÜHAZİRƏ 4


    ATMOSFERİ HAVASINI ÇİRKLƏNDİRƏN ƏSAS MƏNBƏLƏR. QLOBAL İSTİLƏŞMƏNİN SÜBUTLARI. DƏYİŞƏN İQLİMİN DOLAYI GÖSTƏRİCİLƏRİ. PROKSİ TEMPERATURUN ÖLÇÜLMƏSİ.


    Havanın təbii çirklənmə mənbələri.


    Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir. ( azot, oksigen, karbon qazı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur . Beləliklə, hava areozol və ya dispers sistem halında olur . Bu çirkləndiricilər havaya biosferdən daxil olur. Ona görə ki, hər şeydən əvvəl hava biosferin bir hissəsidir, orada rast gəlinən bərk və maye hissəciklər havanın biosferin digər komponentləri, yəni su, torpaq və canlı orqanizimlərlə qarşılıqlı əlaqəsinin nəticəsidir (təzahürüdür). Təbiətdə baş verən təbii proseslər dispers hissəciklərlə havanın təchiz ediciləridir .Güclü vulkan püskürmələri zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km - dən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Vulkan püskürmələri zamanı havaya CO 2 –dən başqa CO , H2, SO 2 , H 2S , karbohidrogen qazları və s. buraxılır . Akad . V.İ.Vernadski göstərirdi ki , atmosfer tozu planetin kimyasında olduqca böyük rol oynayır . Hər il Amerika , Afrika , Avstraliya və dünyanın başqa ölkələrində yüzlərlə baş verən meşə yanğınları nəticəsində tüstünün xırda bərk hissəcikləri 10 və 100 km – lə ərazilərdə yayılır . Bozqır və torf yanğınları da mineral tozların əmələ gəlməsinə səbəb olur. Dağ süxurlarının aşınması və dağılması , torpaq eroziyası və onunla əlaqədar baş verən qum tufanları zamanı da hava xeyli miqdarda xırda hissəciklərlə dolur . Xüsusən karbonatlı süxurların aşınması zamanı onun tərkibindən CO 2 ayrılır və atmosferə daxil olur. Sahili çırpan dalğalar zamanı dəniz «tozları» bir neçə km – lərlə havaya qaxır, havada quruyaraq orada dəniz duzları qalır. Hətta dənizlər arasında qalan Tasmaniya adalarında atmosferdə dəniz səthindən 2000 m yüksəkliyə qədər xırda hissəciklərə təsadüf olunur. Onların tərkibində müxtəlif elementlər, o cümlədən mis müşahidə olunmuşdur . Sutka ərzində Yer səthinə 10 min tonlarla kosmik tozlar düşür. Kosmosdan gələn bu tozların mənşəyi hələ o qədər məlum deyil. Ola bilər ki , Günəşin fəalliyyəti nəticəsində əmələ gəlmişdir. Bu tozlar meteoritlərin yanmış qalıqları da ola bilər. Havada üzvi tozlara da rast gəlinir. Bu tozlar atmosferdə yaşayan aeroplanktonlardan , bakteriyalardan , göbələklərin sporlarından , bitkilərin tozcuqlarından , bitki və heyvanların çürümə, qıcqırma və parçalanması məhsullarından ibarətdir . Bitkilərin böyüməsi, çiçəkləməsi zamanı da havaya tozcuqlar buraxılır.



    Yüklə 264,32 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   11   12   13   14   15   16   17   18   ...   31




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə