41
birdəfəlik çıxmıĢdı. QarĢımdakının yalnız ağılsız
qorxaq yox, həm də rəzil olduğunu bir kərə
təsdiqləməsi üçün Allaha dua elədim.
«Buradan on iki addım sayıb qazacaqsan», –
dedim.
«Sonra neyləyəcəksiniz?»
«ƏniĢtə əfəndiyə deyərəm, rəsmləri yandırar.
BaĢqa neyləyə bilərik ki? Ərzurumlu Nüsrət
Xocanın camaatı belə bir məsələ olduğunu eĢitsələr,
nə bizi sağ qoyarlar, nə də nəqqaĢxana qalar.
Onlardan tanıdığın varmı? Bu pulu indi sən qəbul
elə ki, bizi onlara satmayacağını baĢa düĢək».
«Pul nəyin içindədir?»
«Köhnə bir turĢu küpünün içində yetmiĢ beĢ
dənə Venesiya qızılı var».
Venesiya dukatlarını baĢa düĢdüm, amma bu
turĢu küpü niyə gəlmiĢdi ağlıma? O qədər süniydi
ki, inandırıcı oldu. Beləcə, Allahın mənim yanımda
olduğunu bir kərə də baĢa düĢdüm, çünki hər il
daha da pulgir olan Ģəyirdlik dostum artıq həvəslə
göstərdiyim istiqamətdə on iki addım saymağa
baĢlamıĢdı.
Həmin məqamda fikrimdə iki Ģey vardı.
Torpağın altında heç Venesiya qızılı-mızılı yoxdur!
Pul verməsəm, bu alçaq ağlıkəm bizi məhv
eləyəcək. Bir anlığa istədim ki, Ģəyirdlik illərimizdə
bəzən elədiyim kimi, o alçaq səfehi qucaqlayıb
downloaded from KitabYurdu.org
42
öpüm, amma illər bizi bir-birimizdən yaman
uzaqlaĢdırmıĢdı! Fikrim torpağın necə qazılacağına
getmiĢdi. Dırnaqlarımızlamı? Bütün bunları
düĢünməyim – buna düĢünmək deyilsə – bir göz
qırpımı qədər çəkdi-çəkmədi.
Quyunun yanındakı daĢı təlaĢla ikiəlli
qapdım. O artıq yeddinci-səkkizinci addımında
olanda özümü yetirib var gücümlə baĢının arxa
tərəfinə endirdim. DaĢ baĢına elə güclü, elə sərt
halda dəydi ki, bir anlığa sanki öz baĢıma dəyən
kimi sarsıldım, hətta yazığım gəldi.
Amma tutduğum iĢə peĢman olacağıma görə
baĢladığım iĢi tez bitirmək istəyirdim. Çünki artıq
yerdə elə çırpınırdı ki, adam istər-istəməz daha da
təlaĢa düĢürdü.
Onu quyunun dibinə atandan çox sonralar da
tutduğum iĢdə nəqqaĢın zərifliyinə qətiyyən
yaraĢmayan kobud cəhət olduğunu ağlıma gətirə
bildim.
downloaded from KitabYurdu.org
43
5. MƏN ƏNİŞTƏNİZƏM
Mən Qaranın ƏniĢtə əfəndisiyəm, amma mənə
baĢqaları da ƏniĢtə deyir. Bir vaxtlar anası Qaranın
məni elə çağırmasını istəyərdi, sonra yalnız Qara
deyil, hamı bu cür çağırdı. Qara evimizə gedib-
gəlməyə bundan otuz il qabaq, biz Ağsarayın
arxasındakı cökə və Ģabalıd ağaclarının kölgə
saldığı həmin qaranlıq və nəmli küçədə məskən
salandan sonra baĢladı. O ev bundan əvvəlki evimiz
idi. Yay ayları mən Mahmud paĢayla səfərə çıxsam
da, payızda Ġstanbula qayıdanda Qaranın anasıyla
bizim evə sığındığını görürdüm. Rəhmətlik anası
bizim rəhmətlik xanımın böyük bacısı idi. Bəzən də
qıĢ axĢamları evə qayıdanda anasıyla mənim
xanımımın bir-birilərini qucaqlamıĢ, gözləri yaĢlı
halda dərdləĢdiklərini görürdüm. Heç birində qərar
tuta bilmədiyi kiçik və ucqar mədrəsələrdə
müdərrislik
1
eləyən atası hövsələsiz idi, qəzəbliydi,
əməlli-baĢlı da içərdi. Qara o vaxtlar altı
yaĢındaydı, anası ağlayanda ağlayar, anası susanda
susar, mənə – ƏniĢtənizə qorxuyla baxardı.
Ġndi onu qarĢımda qətiyyətli, kamala yetmiĢ,
hörmətkar baldızım oğlu kimi görməkdən
1
Müdərrislik – müəllimlik
downloaded from KitabYurdu.org
44
məmnunam. Mənə göstərdiyi hörmət, əlimi
öpməsindəki ehtiyat, hədiyyə gətirdiyi monqol
hoqqasını
2
verəndə «təkcə qırmızı mürəkkəb
üçündür» deməsi, qarĢımda dizlərini diqqətlə
birləĢdirmiĢ halda ağır oturuĢu – bütün bunlar
yalnız onun cəhd elədiyi ağlı baĢında, yetkin adam
olduğunu deyil, mənim də can atdığım ahıl adam
olduğumu özümə bir daha xatırladır.
Bir-iki kərə gördüyüm atasına oxĢayır. Uzun
boyu, incə, bir az əsəbi əl-qol hərəkətləri var, amma
bu, ona yaraĢır. Əllərini dizlərinin üstünə qoyması,
mən vacib bir Ģey söyləyəndə «baĢa düĢürəm,
hörmətlə dinləyirəm» ifadə eləyən baxıĢlarla
gözlərimin düz içinə baxması, sözlərimin vəzninə
uyğun gizli bir məqamla baĢını yırğalaması çox
yerindədir. Bu yaĢıma çatdım, əsl hörmətin ürəkdən
deyil, kiçik təfərrüatlardan və boyun əyməkdən
qaynaqlandığını bilirəm.
Anasının bizim evimizdə oğlunun gələcəyini
gördüyündən hər bəhanəylə onu bura tez-tez
gətirdiyi illərdə kitablardan xoĢu gəldiyini aĢkara
çıxarmağım bizi bir-birimizə bağladı, ev əhlinin
yaraĢdırdığı sözlə, mənə Ģəyirdlik elədi. Ona Ģirazlı
nəqqaĢların üfüq cizgisini rəsmin lap yuxarısına
2
Hoqqa – mürəkkəbqabı
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |