45
çəkməklə ġirazda yeni bir üsulu ortaya çıxartdıqları
barədə danıĢırdım. Leylisinin eĢqindən dəli olan
Məcnunu hamı çöllərdə pəriĢan rəsm eləyəndə
böyük usta Behzadın necə onu yemək biĢirən,
üfləyib odunları alıĢdırmağa çalıĢan, çadırlar
arasında gəzən qadınların tünlüyü içində, amma
daha da tənha göstərdiyi haqda danıĢırdım.
Xosrovun gecəyarısı göldə çimən çırıl-çılpaq ġirinə
tamaĢa elədiyi anı rəsmə çəkən rəssamların
çoxunun Nizaminin Ģeirini oxumayıb, aĢiqlərin
atlarını və libaslarını ağıllarına gələn rənglərlə
boyamalarının nə qədər gülünc olduğunu söyləyir,
çəkdiyi
mətni
belə
diqqətlə,
ağıllı-baĢlı
oxumayacaq qədər etinasızdırsa, o nəqqaĢın əlinə
qələmi, fırçanı almasının puldan baĢqa heç bir
səbəbi olmayacağı barədə danıĢırdım.
Ġndi Qaranın baĢqa bir təməl biliyi də əxz
elədiyini sevinclə görürəm: əgər nəqş və sənətdə
ümidini itirmək istəmirsənsə, ehtiyatlı ol, onu peşən
kimi qəbul eləmə. Nə qədər bacarığın, qabiliyyətin
olur olsun, pulu və iqtidarı başqa yerlərdə axtar ki,
bacarıq və əməyinin əvəzini almayanda sənətdən
küsməyəsən.
Ġstanbuldakı və səhradakı paĢalara, varlılara
kitablar hazırlatdığı üçün bir-bir tanıdığı Təbrizin
ustad nəqqaĢ və xəttatlarının yoxsulluq, ümidsizlik
içində olduqları haqda danıĢdı. Onun söhbətindən
downloaded from KitabYurdu.org
46
məlum oldu ki, yalnız Təbrizdə deyil, MəĢhəddə,
Hələbdə pulsuzluq və etinasızlıqdan bir çox nəqqaĢ
kitab nəqĢ eləməyin baĢını buraxmıĢ, təkyarpaqlı
rəsmlər cızmağa, firəng səyyahlarını əyləndirəcək
qəribəlikləri rəsm eləməyə, açıq-saçıq rəsmlər
cızmağa baĢlayıblar. ġah Abbasın Təbrizdə barıĢıq
sözləĢməsi bağlayan vaxt PadĢahımıza hədiyyə
verdiyi
kitabın
indidən
hissələrə
ayrılıb
səhifələrinin
baĢqa
kitab
üçün
iĢlənməyə
baĢlandığını eĢidib. Hind padĢahı Əkbər yeni bir
böyük kitab üçün elə pullar verməyə baĢlayıb ki,
Təbriz və Qəzvinin ən parlaq nəqqaĢları əllərindəki
iĢi buraxıb onun sarayına qaçıblar.
Bütün bunları mənə söyləyəndə ləzzətlə araya
baĢqa hekayələr qatır: məsələn, yalançı Mehdinin
əyləncəli hekayəsini, ya da Səfəvilərin barıĢıq
olmasına görə özbəklərə girov verdiyi Ģahzadənin
üç gün içində qızdırıb az qala ölməsi üzündən o
tərəfdə qalxan təlaĢı təsvir eləyir və mənə
gülümsəyir. Amma gözlərinə düĢən kölgədən baĢa
düĢürəm ki, hələ ikimizi də qorxudan o danıĢılması
çətin məsələ qurtarmayıb.
Evimizə gedib-gələn, bizim haqqımızda
danıĢılanları eĢidən, uzaqdan da olsa, onun
varlığından xəbərdar olan hər bir cavan kiĢi kimi,
Qara da, təbii ki, yeganə və gözəl qızım ġəkurəyə
aĢiq olmuĢdu. Gözəllər gözəli qızıma – o vaxtlar
downloaded from KitabYurdu.org
47
çoxu onu heç görmədən aĢiq olduğuna görə bu
bəlkə mənim nəzərimdə diqqət veriləcək təhlükəli
bir Ģey deyildi. Amma Qaranın sevdası evə gedib-
gələn, qəbul və sevgiylə rastlaĢan, ġəkurəni görmək
fürsəti qazanan bir cavanın qara sevdası idi. Belə də
güman eləyirdim, sevdasını içində dəfn eləməyi
bacara bilmədi, qəlbindəki Ģiddətli yanğını
gerçəkdə qızıma açmaq kimi səhv iĢ tutdu.
Buna görə də evimizdən ayağını kəsməyə
məcbur oldu.
Ġstanbuldan çıxıb getməsindən üç il sonra
qızımın ən gözəl yaĢında sipahiylə evləndiyini,
həmin yelbeyin savaĢçının qızıma iki oğlan uĢağı
doğuzdurandan sonra səfərə çıxıb bir daha
qayıtmadığını, dörd ildir ondan kimsənin xəbər belə
almadığını, güman eləyirəm ki, indi Qara da bilir.
Belə dedi-qodu və Ģayiələr Ġstanbulda sürətlə
yayıldığına görə yox, aramızdakı sükut anlarında
gözümün içinə necə baxdığından hər Ģeyi çoxdan
öyrəndiyini sezirəm. Hətta bu anda, rəhlənin
üstündə açıq duran «Kitab-ur Ruh»a nəzər salanda
baĢa düĢürəm ki, evin içində gəzən uĢaqların
səslərinə diqqət kəsilir, bununla da iki ildir qızımın
iki oğluyla birgə ata evinə geri qayıtdığını bilir.
Qara burаda olmayanda tikdirdiyim bu yeni
evdən əvvəlcə heç bir söz açmadıq. Böyük
ehtimalla, sərvət və etibar sahibi olmağı qərara
downloaded from KitabYurdu.org
48
almıĢ istəkli gəncin hiss eləyəcəyi kimi, Qara bu
barədə söz açmağı çox ayıb bir Ģey sayır. Amma
yenə də evə girər-girməz pilləkəndə ikinci
mərtəbənin
həmiĢə
daha
quru
olduğunu,
sümüklərimdəki ağrılara görə yuxarı mərtəbəyə
qalxmağın yaxĢı təsir elədiyini dedim. Ġkinci
mərtəbə deyəndə bir az həya duyurdum. Amma
istəyirəm ki, bunu biləsiniz: məndən çox az sərvəti
olanlar, azacıq mülkü-malı olan sadə sipahilər belə
bu yaxınlarda ikimərtəbəli ev tikdirə biləcəklər.
Biz qıĢ ayları nəqĢ otağı kimi istifadə elədiyim
otaqda idik. Qaranın bitiĢik otaqdakı ġəkurənin
varlığını hiss elədiyini sezdim. Dərhal onu
Ġstanbula çağırmaq üçün Təbrizə yolladığım
məktubda söz açdığım əsl mətləbə keçdim.
«Eynilə sənin Təbrizdəki xəttatlar və
nəqqaĢlara hazırlatdığın kimi, mən də bir kitab
hazırladırdım», – dedim. «Mənim sifariĢçim aləmin
təməli PadĢahımız həzrətləridir. Kitab gizli
olduğundan
PadĢahımız
mənim
üçün
xəzinədarbaĢıdan gizli pul qopartdı. PadĢahımızın
nəqqaĢxanasının ən usta nəqqaĢlarıyla bir-bir
danıĢdım. Onların kimisinə iti, kimisinə ağacı,
kimisinə kənar naxıĢlarıyla üfüqdəki buludları,
kimisinə otları rəsm etdirirdim: çəkdiyim Ģeylərin
eynilə venesiyalı ustadların rəsmlərindəki kimi
PadĢahımızın bütün aləmini əks etdirməsini
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |