53
Uzun müddət susduq. Otağın küçəyə baxan və
aĢağı tərəfindəki nəfəsliklərini heç açmadığımız
kiçik pəncərənin mumlanmıĢ qumaĢla basdırdığım
üst hissəsindən içəriyə eĢiyin soyuğu rəngində
ürpədici iĢıq gəlirdi.
«Bir nəqqaĢım vardı, – dedim, – PadĢahımızın
həmin gizli kitabı üçün o biri nəqqaĢlar kimi gizlicə
yanıma gəlir, səhərə qədər iĢləyirdik. Ən yaxĢı
təzhibi o çəkərdi. Yazıq Zərif əfəndi bir gecə
burаdan çıxdı, amma heç evinə çatmayıb. Usta
müzəhhibimizin öldürülməsindən qorxuram».
downloaded from KitabYurdu.org
54
6. MƏN ORXANAM
«Öldürüblərmi?» – Qara dedi.
Bu Qara uzunboylu, arıq, bir az da zəhmliydi.
Onlara doğru gedirdim ki, babam: «Öldürüblər», –
dedi və məni gördü. «Sən neyləyirsən burada?»
Amma mənə elə baxırdı ki, heç çəkinmədən
getdim, qucağına çıxıb oturdum, buna baxmayaraq,
dərhal məni düĢürtdü:
«Qaranın əlini öp», – dedi.
Əlini öpdüm. Qoxusuzuydu.
Qara: «Çox sevimlidi», – dedi, yanağımdan
öpdü. «Böyüyəndə Ģir kimi oğlan olacaq».
«Bu, Orxandı, altı yaĢındadı. Bir də böyüyü
var, ġövkət, yeddi yaĢındadı. O çox inadkardı».
«Ağsaraydakı küçəyə getdim», – Qara dedi.
«Soyuğuydu, hər yer qar-buz içindəydi, amma
sanki heç bir Ģey dəyiĢməmiĢdi».
«Hər Ģey dəyiĢdi, pozuldu hər Ģey», – babam
dedi. «Həm də çox». Mənə sarı döndü. «Böyük
qardaĢın haradadı?»
«Ustanın yanında».
«Sən niyə buradasan?»
«Ustam mənə: «Afərin, sən daha get», –
dedi».
downloaded from KitabYurdu.org
55
«Yolu təkbaĢına gəldin?» – babam dedi.
«Səni böyük qardaĢın gətirməlidi». Sonra
Qaraya dedi ki: «Həftədə iki kərə Quran
məktəbindən sonra getdikləri cildçi dostum var,
Ģəyirdlik eləyir, cildçilik öyrənirlər».
«Baban kimi naxıĢ çəkməyi də sevirsənmi?» –
Qara dedi.
Susdum.
«YaxĢı, – babam dedi, – di get indi».
Manqaldan yayılan istilik o qədər ləzzətliydi
ki, yanlarından heç ayrılmaq istəmədim. Boya və
yapıĢqan qoxusunu iyləyə-iyləyə bir anlığa
dayandım. Qəhvə də qoxuyurdu.
«BaĢqa
cür nəqĢ eləmək baĢqa cür
görməkdimi?» – babam dedi. «Yazıq müzəhhibi
buna görə öldürdülər. Üstəlik o, qədim üsul təzhibi
eləyərdi. Öldürüldüyünü belə bilmirəm, eləcə yoxa
çıxıb. PadĢahımız üçün ustad baĢ nəqqaĢ Osmanın
əmriylə bunlar bir surnamə rəsm eləyirlər. Hamısı
evlərində iĢləyir. Ustad Osman nəqqaĢxanadadı.
Ġstəyirəm əvvəlcə oraya gedib hər Ģeyi öz gözlərinlə
görəsən. O birilərin öz aralarında çəkiĢib bir-birini
öldürmələrindən qorxuram. Neçə illər qabaq
ustaları baĢ nəqqaĢ Osmanın verdiyi qondarma
adlarla – Kəpənək, Zeytun, Leylək... – onları gedib
evlərində görərsən...»
downloaded from KitabYurdu.org
56
Pillələrdən enəndə dalı-dalı geri qayıtdım.
Xeyriyyənin gecələr yatdığı divarın içində dolablı
otaqdan taqqıltı gəlirdi, ora girdim. Ġçəridə
Xeyriyyə yox, anam varıydı. Məni görəndə utandı.
Bədəninin yarısı dolabın içindəydi.
«Haradaydın sən?» – dedi.
Amma harada olduğumu bilirdi. Dolabın
içində deĢik var, oradan babamın naxıĢ otağı, onun
qapısı açıqdırsa, dəhliz, sonra dəhlizin o biri
tərəfində babamın yatdığı otağın içi görünür: təbii
ki, həmin otağın da qapısı bağlı deyilsə.
«Babamın yanındaydım», – dedim. «Ana, sən
neyləyirsən burada?»
«Sənə demədimmi qonaq var, yanına girmək
olmaz?» – qıĢqırırdı. Amma çox uca səslə
qıĢqırmırdı, istəyirdi ki, qonaq eĢitməsin.
«Neyləyirdilər?» – sonra Ģirin səsiylə soruĢdu.
«Oturublar. Amma boyalarla yox. Babam
baĢa salır, o biri qulaq asır».
«Necə oturmuĢdu?»
Birdən hop yerə oturdum, qonağı təqlid
elədim: mən indi çox ciddi bir adamam, bax, ana;
mən indi qaĢlarımı çatıb, babama qulaq asıram,
mövlud dinləyən kimi – baĢımı o qonaq kimi avaza
uyğun ciddi tərzdə tərpədirəm.
«Get aĢağı, – anam dedi, – Xeyriyyəni bura
çağır. Tez».
downloaded from KitabYurdu.org
57
Oturdu, qucağına aldığı yazı taxtasının
üzərindəki kiçik bir kağızda yazmağa baĢladı.
«Ana, nə yazırsan sən?»
«Tez aĢağı get, Xeyriyyəni çağır, demədimmi
sənə?»
Mətbəxə getdim. Böyük qardaĢım gəlmiĢdi.
Xeyriyyə qabağına qonağa biĢirdiyi plovdan bir sini
qoymuĢdu.
«Fırıldaqçı», – böyük qardaĢım dedi. «Məni
ustayla tək qoyub getdin. Bütün döyməni mən
elədim. Barmaqlarım döyənək oldu».
«Xeyriyyə, anam çağırır».
«Yeməyimi qurtaran kimi səni döyəcəyəm»,
– böyük qardaĢım dedi. «Tənbəlliyinin,
bicliyinin cəzasını çəkəcəksən».
Xeyriyyə çıxan kimi böyük qardaĢım
plovunu belə qurtarmadan qalxıb üstümə gəldi.
Qaçmadım. Qolumdan yapıĢdı, biləyimi burmağa
baĢladı.
«Eləmə, ġövkət, eləmə, çox ağrıdır».
«Bir də iĢi atıb qaçacaqsanmı?»
«Qaçmayacağam».
«And iç».
«And içirəm».
«Qurana and iç».
«Qurana and içirəm».
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |