67
Həqiqətən, yaraĢıqlı olduğumu bəlkə də onda
hiss elədim. Nağıllardakı kimi hər pərdənin, hər
barmaqlığın arxasından məhəlləli bir qadın mənə
tamaĢa eləyirdi, mən də yenidən eyni yanğıyla
yanmaq üzrə olduğumu duyurdum. Buydumu
istədiyim? Neçə illik xəstəliyə gerimi dönürdüm?
Birdən günəĢ çıxdı, özümü itirdim.
Nar ağacı haradadı? Yoxsa bu kədərli, cılız
ağacdımı? Əlbəttə, odu! Atımın belində astaca geri
çevrildim: düz qarĢımda bir pəncərə varıydı, amma
orada kimsə yox idi! Qoca Ester məni aldatdı!
Elə bunu deyirdim ki, buzla örtülmüĢ pərdə
partlayan sayaq açıldı, orada, gün iĢığında par-par
parıldayan pəncərənin çərçivəsi içində gözəl
sevgilimi gördüm: on iki il sonra gözəl üzü qarlı
budaqlar arasındaydı. Qaragözlüm mənəmi baxırdı,
məndən o yandakı baĢqa bir həyatamı?
Hüznlüydümü, gülümsəyirdimi, baĢa düĢəmmədim.
Axmaq atım, ürəyimə uyma sən, yavaĢısana! Yenə
də yəhərimin üstündə etinasızlıqla geri çevrildim,
axıra qədər – əsrarəngiz, zərif və arıq üzü ağ
budaqların arxasında yox olanacan gözümü
çəkmədən həsrətlə baxdım.
Mənim atımın belində, onun da pəncərədə
duruĢumuzun – Xosrovun ġirinin pəncərəsi altına
getdiyi o min dəfələrlə rəsm edilmiĢ məclisə
downloaded from KitabYurdu.org
68
(aramızda, amma arxada bir ağac da vardı) nə qədər
də çox oxĢadığını xeyli sonra, mənə verdiyi
məktubu açanda, içindəki rəsmi görüb baĢa düĢəndə
– sevdiyimiz, heyran olduğumuz o kitablarda rəsm
edildiyi kimi eĢqdən korun-korun yanırdım.
downloaded from KitabYurdu.org
69
8. MƏNİM ADIM ESTERDİR
Qaraya verdiyim məktubda nələr yazıldığının
hamınızı maraqlandırdığını bilirəm. Bu, məndə adət
olduğuna görə hamısını öyrəndim. Ġstəyirsiniz,
özünüzü elə göstərin ki, guya hekayənizin
səhifələrini geri vərəqləyirsiniz, görün mən o
məktubu ona verməzdən daha əvvəl nələr oldu, onu
danıĢaq.
Ġndi axĢamüstündəyik, Xalicin çıxıĢındakı,
bizim yəhudi məhəlləciyimizdəki evimizdə ərim
Nəsimlə otururuq, biz iki ahıl adam ocağa of-püflə
odun atıb, qızınmağa çalıĢırıq. Ġndi özümə ahıl
deməyimə baxmayın, ipək köynəklərin, əlcəklərin,
mələfələrin, Portəgiz gəmisindən çıxma rəngli
köynəkliklərin arasına həm bahalısından, həm
ucuzundan, üzük, sırğa, gərdənlik kimi, arvadları
həyəcanlandıracaq mur-muncuq da qoydummu,
boğçamı qolumdan asaram. Ġstanbul qazan, Ester
çömçə, girmədiyim küçə qalmaz. Qapıdan qapıya
aparmadığım məktub, dedi-qodu yoxdu, bu
Ġstanbulun
qızlarının
yarısını
da
mən
evləndirmiĢəm, amma indi bu sözü öyünmək üçün
açmamıĢdım. Deyirdim ki, axĢamüstü otururduq,
tıq-tıq, qapı döyüldü, getdim, açdım, qarĢımdakı o
baĢıboĢ cariyə Xeyriyyədi. Əlində də məktub var.
downloaded from KitabYurdu.org
70
Soyuqdanmı, həyəcandanmı, baĢa düĢəmmədim,
titrəyə-titrəyə mənə ġəkurəmin nə istədiyini danıĢır.
Əvvəlcə həmin məktubun Hasana çatacağını
hesab eləyib çaĢdım. Gözəl ġəkurənin savaĢdan
gəlib çıxmayan əri – mənə qalsa, o bəxtsiz çoxdan
qurd-quĢa yem olub – var axı. Hələ evinə
qayıtmayan savaĢçı ərin bir gözü qızmıĢ qardaĢı da
var. Hasandı adı. Amma baĢa düĢdüm ki, ġəkurənin
məktubu Hasana yox, bir baĢqasınaymıĢ. Nə yazır
məktubda? Ester maraqdan quduracaq. Axırda
məktubu oxumağı bacardım.
Sizlərlə də elə çox tanıĢ deyilik. Açığı, birdən
utanıb sıxıldım. Məktubu necə oxuduğumu sizə
deməyəcəyəm. Bəlkə mənim marağımı – siz də
sanki hər Ģeyə, ən azı, bərbərlər qədər maraq
göstərmirsiniz – ayıb sayar, mənə xor baxarsınız.
Sizə təkcə məktubu mənə oxuduqları vaxt
eĢitdiyimi söyləyəcəyəm. Belə yazmıĢdı Ģirin
ġəkurə:
«Qara əfəndi, atamla olan yaxınlığını bəhanə
eləyib evimə gəlirsən. Amma zənn eləmə ki, məndən
hər hansı bir işarə alacaqsan. Sən gedəndən bəri
çox şey baş verdi. Ərə getdim, iki şir kimi uşağım
var. Biri Orxandı, bir az qabaq içəri girib,
görübsən. Mən dörd ildi, ərimi gözləyirəm, başqa
bir şey də fikirləşmirəm. Özümü iki uşaq və qoca
atayla kimsəsiz, çarəsiz, gücsüz hiss eləyə bilərəm,
downloaded from KitabYurdu.org
71
bir kişinin gücünə, himayəsinə ehtiyacım ola bilər,
amma kimsə bu vəziyyətdən istifadə eləyəcəyini
ağlına gətirməsin. Buna görə də, zəhmət olmasa,
bir də qapımızı döymə. Bir kərə elə biabır
eləyibsən, onda atamın nəzərində özümü təmizə
çıxarmaq üçün nə qədər sınaqdan keçməli
olmuşdum. Sənə bu məktubla birgə yelbeyin gənc
olanda nəqş eləyib mənə yolladığın rəsmi də geri
göndərirəm. Ona görə ki, heç bir ümid
bəsləməyəsən, heç bir səhv işarə almayasan.
İnsanların rəsmə baxıb, aşiq ola biləcəklərini zənn
eləmək yalanmış. Ayağın evimizdən kəsilsin, ən
yaxşısı budu».
Yazıq ġəkurəciyim, kiĢi, bəy, paĢa deyil ki,
altına niĢanlı möhürünü vursun! Kağızın aĢağısına
adının ilk hərfini ürkək quĢ kimi atıb, vəssalam.
Möhür dedim. Mənim həmin möhürlü
məktubları necə açıb-bağladığımla maraqlanırsınız.
Məktublar möhürlü deyil ki. Əziz ġəkurəm
fikirləĢir ki, «Bu Ester cahil yəhudidi, bizim
yazımızı açmaz». Doğrudu, mən sizin yazınızı
oxuya bilmirəm, amma baĢqasına oxuduram.
Məktubunuzusa özüm çox gözəl oxuyuram.
Fikriniz qarıĢdımı?
Belə izah eləyək ki, ən kütbeyininiz də baĢa
düĢsün.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |