81
açıq pəncərə qabağında görsəydi, yaxud Qara at
belində qayıdıb qarĢımdan keçsəydi, nə deyəcəkləri
vecimə deyildi. Həftədə bir kərə gülə-oynaya
hamama getdiyim Zivər paĢanın qızlarından – o
həm elə hey gülən, əylənən, həm də ən gözlənilməz
vaxtda ən heyrətamiz söhbət eləyəni idi – Məsrurə
bir dəfə mənə demiĢdi ki, insanın özü heç vaxt nə
barədə fikirləşdiyini əməlli-başlı bilmir. Mən belə
düĢünürəm: bəzən bir Ģey deyirəm, onu
fikirləĢdiyimi deyəndə baĢa düĢürəm, amma baĢa
düĢdüyüm vaxt tamamilə əksi barədə əminliklə
düĢünürəm.
Atamın
evə çağırdığı, hamısını bir-bir
sınadığımı sizdən gizlətməyəcəyim nəqqaĢlardan
yazıq Zərif əfəndinin ərim kimi yoxa çıxmasına
kədərləndim. NəqqaĢların arasında ən yaramaz və
yoxsul ruhlusu da o idi. Pərdəni örtdüm, otaqdan
çıxıb aĢağı, mətbəxə endim.
«Ana, ġövkət sənə qulaq asmadı», – Orxan
dedi. «Qara axurdan atını çıxaranda mətbəxdən
çıxıb deĢikdən ona baxdı».
«Nə olsun!» – ġövkət əlini havaya qaldırıb
dedi. «Anam da ona dolabın içindəki deĢikdən
tamaĢa eləyirdi».
«Xeyriyyə», – dedim. «AxĢama bunlara
badam əzərsən, azacıq yağda Ģirin çörək
qızardarsan».
downloaded from KitabYurdu.org
82
Orxan ayağını yerə vurub sevindisə, ġövkət
heç səsini çıxarmadı. Pilləkənlərlə yuxarı qalxan
vaxt ikisi də qıĢqıra-qıĢqıra arxamdan çatıb
qəhqəhəli nəĢəylə yanımdan keçəndə mən də
qəhqəhə çəkə-çəkə: «YavaĢ, yavaĢ, – dedim, – kor
olmuĢlar». Bir-bir zərif kürəklərinə ləzzətli yumruq
endirdim.
«AxĢamüstü evdə uĢaqlarla olmaq nə qədər
gözəldi!» Atam dinməzcə fikrini kitabına
yönəltmiĢdi.
«Qonağınız getdi», – dedim. «Ümidvaram,
sizi yormayıb».
«Yox, – dedi, – məni əyləndirdi. HəmiĢə
olduğu kimi əniĢtəsinə hörməti var».
«Çox gözəl».
«Amma həm də ehtiyatlı və sərhesabdı».
Bunu mənim etirazımı ölçməkdən çox, Qaranı
alçaldan tərzdə mövzuya son qoymaq üçün
demiĢdi. BaĢqa vaxt olsaydı, iti dilimlə cavab
verərdim. Bu dəfə hələ atının belində getdiyini hiss
elədiyim o adam barədə fikirləĢib titrədim.
Sonra dolablı otaqda necə oldu, bilmirəm,
gördük ki, Orxanla bir-birimizi qucaqlamıĢıq.
ġövkət də cumdu, bir anlığa aralarında itələĢdilər.
DalaĢdıqlarını güman elədiyim vaxt bir də baxdıq
ki, döĢəməyə yuvarlanmıĢıq. Onları it küçükləri
kimi əzizlədim, baĢlarının arxasından, saçlarından
downloaded from KitabYurdu.org
83
öpdüm, sinəmə basdım, ağırlıqlarını döĢlərimin
üstündə hiss elədim.
«Hınnn», – dedim. «Saçlarınız iy verir, sabah
Xeyriyyəylə hamama gedərsiniz».
«Mən artıq Xeyriyyəylə hamama getmək
istəmirəm», – ġövkət dilləndi.
«Çoxmu böyüyübsən», – dedim.
«Ana, niyə bu gözəl bənövĢəyi köynəyini
geydin?» – ġövkət soruĢdu.
Ġçəri otağa getdim, bənövĢəyi köynəyi
soyundum. HəmiĢə geydiyim solğun yaĢıl rəngli
köynəyi əynimə keçirdim. Geyinəndə üĢüdüm,
titrədim, amma bədənimin od kimi olduğunu,
üstəlik gövdəmin canlılığını, diriliyini hiss elədim.
Yanaqlarımda bir parça allıq vardı, uĢaqlarla
itələĢib-öpüĢəndə silinib dağılmıĢdı, amma onu da
tüpürüb, ovcumun içiylə əməlli-baĢlı yaydım.
Bilirsinizmi,
yaxın
qohumlar,
hamamda
rastlaĢdığım qadınlar məni görən kimi deyir ki,
iyirmi dörd yaĢında ikiuĢaqlı, vaxtı ötmüĢ qadın
yox, on altı yaĢlı gənc qıza oxĢayıram. Ġstəyirəm
onlara inanasınız. Siz də inanasınız, baĢa
düĢdünüzmü? Yoxsa heç nə danıĢmayacağam.
Sizinlə
söhbətimizi yaddan çıxarmayın.
Atamın kitablarındakı rəsmlərə neçə illərdi baxır,
aralarında ancaq qadınları, gözəlləri axtarıram.
Seyrək də olsa, belələri var: həyalı, utancaq, adətən,
downloaded from KitabYurdu.org
84
qabaqlarına, ən çox üzr diləyən sayaq bir-birilərinə
baxırlar. KiĢilər, savaĢçılar və padĢahlar kimi
baĢlarını qaldırıb dimdik dünyaya baxdıqlarını heç
görməzsən. Amma tələsik naxıĢlanmıĢ ucuz
kitablarda rəssamın diqqətsizliyi üzündən bəzi
qadınların gözləri yerə, hətta rəsmin içindəki baĢqa
bir Ģeyə, deyək ki, qədəhə, sevgiliyə də baxmır, düz
oxucuya baxır. Hey baxdıqları o oxucunun kim
olduğunu fikirləĢirəm.
Lap Teymur zamanından qalma ikiyüzillik
kitablarla, həvəskar gavurların qızılları verib düz
məmləkətlərinəcən aparıb çıxardıqları cildləri
yadıma düĢəndə titrəyirəm: bəlkə mənim bu
hekayəmi elə o uzaqlardakı adam bir gün
dinləyəcək. Kitablara köçmək istəyi bu deyilmi,
bütün padĢahlar, vəzirlər özlərindən danıĢan,
özlərindən bəhs eləyən kitabları yazanlara kisələr
dolu qızılı bu titrəyiĢ üçün vermirlərmi? Bu titrəyiĢi
öz içimdə duyanda mən də eynilə bir gözü kitabın
içindəki həyata, bir gözü də kitabın eĢiyinə baxan o
gözəl qadınlar kimi mənə, kim bilir, daha hansı
yerdən və zamandan tamaĢa eləyən sizlərlə də
söhbət eləmək istərdim. Mən gözələm, ağıllıyam,
mənə tamaĢa eləməyiniz də xoĢuma gəlir. Aradabir
bir-iki yalan söyləsəm də, bu, mənim haqqımda
səhv fikrə düĢməməyinizə görədir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |