94
bununla gizlincə öyünürəm, sonra da abırla çox
qorxuram.
3. Tənhalığımın əsl səbəbisə hansı hekayənin
parçası olduğumu mənim də bilməməyimdi.
Bir hekayənin parçası olacaqdım, amma
orаdan yarpaq kimi düĢdüm. Onu danıĢım:
AĞACDAN DÜŞMÜŞ YARPAQ KİMİ
HEKAYƏMDƏN DÜŞMƏYİM BARƏDƏ
ƏHVALAT
Həm Osmanlının baĢ düĢməni, həm də cahanın
ən naxıĢsevər padĢahı olan Əcəm Ģahı Təhmasib
bundan qırx il əvvəl ağlını itirməyə baĢlayanda, hər
Ģeydən qabaq, əyləncədən, eyĢ-iĢrətdən, musiqidən,
Ģeirdən, naxıĢdan – bunların hamısından soyudu.
Qəhvəni də atan kimi beyni dayandı, sallaqsifət,
kədərli
qocaların
təkidləriylə
Osmanlının
əsgərindən uzaq olsun deyə paytaxtını o zaman
Əcəm mülkü olan Təbrizdən Qəzvinə köçürdü.
Daha da yaĢlaĢanda bir gün cin vurmasıyla böhrana
düĢüb, Ģəraba, uĢaqbazlığa və nəqĢ eləməyə
tövbələr tövbəsi dedi ki, bu, uca Ģahın qəhvə
zövqündən sonra ağıl-kamalını da itirdiyinin gözəl
isbatıdır.
Beləcə, iyirmi ildən bəri Təbrizdə cahanın ən
böyük möcüzələrini yaradan möcüzə əlli cildçilər,
downloaded from KitabYurdu.org
95
xəttatlar, müzəhhiblər, nəqqaĢlar quĢ balası kimi
Ģəhər-Ģəhər dağıldılar. Bunların ən parlaqlarını ġah
Təhmasibin qardaĢı oğlu və kürəkəni Sultan
Ġbrahim Mirzə vali olduğu MəĢhədə çağırdı. Onları
nəqqaĢxanasında yerləĢdirib, Teymur zamanında
Heratda ən böyük Ģair olan Caminin «Həft
Əvrəng»inin yeddi məsnəvisini yazdırıb, naxıĢlı,
rəsmli misilsiz bir kitab hazırlatmağa baĢladı. Ağıllı
və yaraĢıqlı qardaĢı oğlunu həm sevən, həm
qısqanan, qızını ona verdiyi üçün peĢmanlıq duyan
ġah Təhmasib həmin möcüzəli kitab barədə
eĢidəndə həsəd apardı. Qəzəblə qardaĢı oğlunu
MəĢhəd valiliyindən Kain Ģəhərinə, sonra yenə
qəzəblə daha kiçik Səbzavər Ģəhərinə sürgün elədi.
MəĢhəddəki xəttatlar və nəqqaĢlar da beləcə baĢqa
Ģəhərlərə, baĢqa məmləkətlərə, baĢqa sultanların,
Ģahzadələrin nəqqaĢxanalarına dağıldılar.
Amma möcüzə nəticəsində Sultan Ġbrahim
Mirzənin misilsiz kitabı yarıda qalmadı; çünki əsl
bir kitabdarı vardı. Həmin adam atına minir, ən
yaxĢı təzhibi çəkən usta orаda olduğuna görə ġiraza
gedir, orаdan ən zərif nəstəliq xətti salan xəttat
üçün iki səhifəni götürüb Ġsfahana aparır; sonra
dağları aĢıb, düz Buxaraya çatıb özbək xanının
yanında nəqĢ vuran ustad nəqqaĢa rəsmin tərtibini
elətdirir, adamlarını cızdırır; Herata enib bu dəfə
yarıkor
qədim
ustadlardan
birinə
otların,
downloaded from KitabYurdu.org
96
yarpaqların qıvrım-qıvrım qıvrılmasını əzbərdən
nəqĢ etdirir; Heratda baĢqa bir xəttatın yanına
gedib, rəsmdəki qapının üstündə çəkilmiĢ lövhədə
yazını qızıl suyu ilə yazdırıb, ya Allah, yenə
Güneyə, Kainə gedir; altı ay səfər eləyib, yarıya
çatdıra bildiyi səhifəni Sultan Ġbrahim Mirzəyə
göstərib, «afərin»i alırdı.
Bu gediĢlə kitabın heç bitməyəcəyini baĢa
düĢüb tatar qasidlər tutdular. Hər birinin əlinə
üzərinə iĢlənib, yazılacaq səhifəylə birgə sənətçiyə
tələb olunanı izah eləyən məktub verdilər. Beləcə,
bütün Əcəm ölkəsinin, Xorasanın, Özbək
məmləkətinin, Mavərənnəhrin yollarından kitab
səhifələrini aparan qasidlər keçdilər. Qasidlər kimi,
kitabın hazırlanması da sürətləndi. Bəzən əlli
doqquzuncu səhifəylə altmıĢ ikinci səhifə qarlı bir
gecə qurd ulartılarının eĢidildiyi bir karvansarayda
qarĢılaĢardı. Yaxınlıq eləyənlər eyni kitab üçün
çalıĢdıqlarını baĢa düĢüb, otaqlarından çıxarıb
gətirdikləri səhifələrin hansı məsnəvinin harasına
düĢdüyünü, bir-birilərinə görə yerlərini dərk
eləməyə çalıĢırdılar.
Bu gün baĢa çatdırıldığı barədə kədərlə xəbər
tutduğum həminkitabın bir səhifəsində də mən
olacaqdım. Bədbəxtlikdən, soyuq bir qıĢ günü məni
aparıb qayalıq keçidlərdən adlayan tatar qasidin
yolunu həramilər kəsdilər. Əvvəlcə yazıq tatarı
downloaded from KitabYurdu.org
97
döydülər, sonra hərami üsuluyla soydular,
namusuna toxunub, imansızlıqla öldürdülər. Bu
səbəbdən hansı səhifədən düĢdüyümü mən də
bilmirəm. Sizdən xahiĢim mənə baxıb bunu
deməkdi: görəsən, çoban libası geyinib Leyliyə
çadırında baĢ çəkən Məcnunun kölgəsimi
olacaqdım? Ümidsiz imansızın ruhundakı zülməti
baĢa salmaqdan ötrü gecənin içinəmi qarıĢacaqdım?
Mən isə bütün cahandan keçib, dənizlər aĢıb
quĢlarla, meyvələrlə dolu bir adada zövq alan iki
sevgilinin xoĢbəxtliyinə Ģahidlik eləmək istərdim!
Diyari-hindi fəth eləyəndə gün vurub, günlərlə
burnu qanaya-qanaya ölən Ġsgəndərin son anlarına
kölgə olmaq istərdim. Yoxsa oğluna eĢq və həyat
nəsihətləri verən atanın gücünü-yaĢını niĢan
verməyəmi yarayacaqdım? Hansı hekayəyə məna
və zəriflik qatacaqdım?
Qasidi öldürüb, məni götürüb dağ-Ģəhər
demədən gəzdirən həramilərdən biri aradabir
qiymətimi bilir, ağac rəsminə baxmağın ağaca
baxmaqdan daha xoĢ olduğunu baĢa düĢəcək qədər
incəlik göstərirdi. Amma həmin ağacın hansı
hekayənin parçası olduğunu bilmədiyindən tez-tez
məndən xəcalət çəkirdi. ġəhər-Ģəhər gəzdirəndən
sonra qorxduğum kimi o quldur məni cırıb atmadı,
bir karvansarada nəcib bir adama bir kuzə Ģəraba
satdı. Həmin yazıq nəcib adam gecələr bəzən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |