85
Bəlkə sezmisiniz, atam məni çox sevir.
Məndən əvvəl üç oğlu olub, amma Allah onların
canını bircə-bircə alıb, mən qıza da toxunmayıb.
Atam üstümdə əsirdi, amma mən onun seçdiyi
adamla evlənmədim, özüm görüb, bəyəndiyim
sipahiyə getdim. Atama qalsa, məni verəcəyi adam
həm ən böyük alim olacaq, həm nəqĢdən, sənətdən
baĢ çıxaracaq, həm güc, iqtidar sahibi, həm də
Harun kimi varlı olacaqdı ki, bu cür adamın onun
kitablarında belə olmayacağına görə mən illərlə
evdə oturub gözləyəcəkdim. Ərimin yar-yaraĢığı
dillərdə dastan idi, özünü də vasitəçilərlə xəbər
göndərib, fürsət tapıb, hamamdan qayıdanbaĢ
qarĢıma çıxanda gördüm; gözlərindən od tökülürdü,
dərhal aĢiq oldum. Əsmərdi, dümağ dərili,
yaĢılgözlü gözəldi, güclü qolları vardı, amma,
əslində, yatıb qalmıĢ uĢaq kimi çox məsum və sakit
idi. Bəlkə də bütün gücünü savaĢlarda adam öldürə-
öldürə, qənimət toplaya-toplaya tükətdiyindən
mənə elə gəlirdi ki, o, açıq-aĢkar qan qoxuyur.
Amma evdə xanım təki yumĢaq və sakit dururdu.
Atamın «yoxsul savaĢçıdı» deyə əvvəl istəmədiyi,
məni «özümü öldürəcəyəm» dediyimə görə
verməyə razı olduğu həmin adam savaĢdan savaĢa
qəhrəmancasına gedib, ən böyük igidlikləri
göstərib, on iki min ağcalıq mülk sahibi
olduğundan hamı bizi qısqanırdı.
downloaded from KitabYurdu.org
86
Dörd il qabaq Səfəvilərlə savaĢdan qayıdan
orduyla birgə geri dönməməsinə fikir vermədim.
Çünki savaĢdıqca ustalaĢır, özbaĢına iĢlər görür,
daha böyük qənimətlər gətirir, daha böyük
basqınlara gedir, daha çox əsgər yetiĢdirirdi.
Ordunun hərəkətdə olan qolundan ayrılıb, öz
adamlarıyla birgə dağlara doğru getdiyini söyləyən
Ģahidlər də vardı. Əvvəllər hey ümid elədim ki,
«indi qayıdacaq», amma iki ildə yavaĢ-yavaĢ
yoxluğuna alıĢdım, Ġstanbulda mənim kimi əri yoxa
çıxan nə qədər çox savaĢçı arvadı olduğunu baĢa
düĢəndə vəziyyətimlə barıĢdım.
Gecələr yatağımızda uĢaqlarla bir-birimizi
qucaqlayıb ağlaĢırdıq. AğlaĢmasınlar deyə onlara
yalan söyləyərdim: məsələn, filankəs deyib ki,
sübutu var, atanız baharacan qayıdacaq. Daha sonra
mənim yalanım onların ağzından baĢqalarının
qulağına da çataraq aləmi dolaĢıb, mənim üstümə
«müjdə ver»lə geri gələndə hamıdan qabaq özüm
inanırdım.
Ərimin gün görməmiĢ, amma nəcib ruhlu
abaza atası və onun kimi yaĢılgözlü qardaĢıyla
birgə ÇarĢıqapıdakı kirayə evində yaĢayırdıq. Evin
dayağı olan ərim yoxa çıxan kimi sıxıntılar baĢladı.
Qayınatam o yaĢdan sonra böyük oğlunun savaĢa-
savaĢa varlanması üzündən atdığı güzgü düzəltmə
iĢinə geri qayıtdı. Ərimin gömrükdə iĢləyən subay
downloaded from KitabYurdu.org
87
qardaĢı Hasan gətirib evə qoyduğu pul çoxaldıqca
kiĢilik göstərməyə baĢladı. Ev iĢlərini görən cariyə
qızı kirayəni verə bilməməkdən qorxduqları bir qıĢ
tələm-tələsik Əsir bazarına aparıb satdılar, məndən
onun gördüyü mətbəx iĢlərini görməyi, camaĢırı
yumağı, hətta çarĢı-bazara çıxıb alıĢ-veriĢlə məĢğul
olmağı tələb elədilər. «Mən bu iĢləri görəsi
qadınammı?» –demədim, ürəyimə daĢ basıb
hamısını gördüm. Amma artıq gecələr otağına
aparılmalı cariyəsi olmayan qaynım Hasan mənim
qapımı itələməyə baĢlayanda neyləyəcəyimi
bilmədim.
Əlbəttə, dərhal bura – atam evinə qayıda
bilərdim. Ancaq qazıya görə, ərim hüquqən
yaĢadığından, onları acıqlandırsam, məni uĢaqlarla
birgə zorla qaynımın yanına, yəni ərimin evinə geri
aparmaqla kifayətlənməz, bu zaman məni də, mənə
qahmar çıxan atamı da cəzalandırıb təhqir eləyə
bilərdilər. Əslinə qalsa, ərimdən də insanpərvər və
ağıllı saydığım, təbii ki, mənə əməlli-baĢlı aĢiq
olduğunu sezdiyim Hasanla seviĢə bilərdim. Amma
bunu düĢüncəsizcəsinə eləmək axırda məni onun
arvadı yox, Allah eləməsin, cariyəsi olmağa
aparardı. Çünki mirasdan payımı istəmək fikrinə
düĢəcəyimdən, hətta bəlkə də onları atıb atamın
yanına qayıdacağımdan qorxduqlarından ərimin
qazının nəzərində öldüyünü heç onlar da qəbul
downloaded from KitabYurdu.org
88
eləməyə razı deyildilər. Ərim, qazıya görə,
ölməyibsə, təbii ki, Hasanla evlənməzdim. Amma
baĢqa adamla da evlənə bilməyəcəyimə, bu
vəziyyətin məni o evə və o evliliyə bağladığına
görə ərimin «yox» olmasıyla baĢlayıb davam
eləyən belə qeyri-müəyyən vəziyyət onlardan ötrü
aradan qaldırılası məsələydi. Çünki unutmayın,
onların ev iĢlərini, yeməklərindən camaĢırlarınacan
hər iĢlərini görürdüm, biri də mənə dəli kimi aĢiq
idi.
Qayınatam və Hasandan ötrü ən yaxĢı çıxıĢ
yolum Hasanla evlənməyim idi, amma onda bunun
üçün əvvəlcə Ģahidləri tapmaq, sonra kəbini ləğv
eləmək lazım gəlirdi. Onda itkin düĢən ərimin ən
yaxınları olan atası və qardaĢı da razı olduqlarına
görə onun artıq ölmüĢ sayılmasına qarĢı bir kəs
qalmırdı. Qazı da «biz bu adamın savaĢda öldüyünü
gördük» deyən yalançı Ģahidlərə üç-beĢ ağca
müqabilində bu iĢə guya inanacaqdı. Ən böyük
müĢkül onu dul qalandan sonra evdən çıxıb
getməyəcəyimə, miras haqqı, ya da evlənmək üçün
pul istəməyəcəyimə, daha vacibi, öz istəyimlə
Hasana ərə gedəcəyimə inandırmaq idi. Bu
məsələdə əmin eləmək üçün onunla seviĢməli, həm
də bunu boĢanmaq üçün yox (inandırıcı görünəcək
tərzdə), ona aĢiq olduğuma görə eləməli olduğumu,
əlbəttə, baĢa düĢmüĢdüm.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |