89
Cəhd eləsəm, Hasana aĢiq ola bilərdim.
Hasan yoxa çıxan ərimdən səkkiz yaĢ kiçik idi,
ərim evdə olanda qardaĢım yerindəydi, bu duyğu da
məni ona yaxınlaĢdırmıĢdı. Ġddiasız, amma utancaq
olmasından, uĢaqlarımla oynamasından, mənə
bəzən sanki o susuzluqdan ölən adam, mən də bir
parç soyuq viĢnə Ģərbəti kimi baxmasından xoĢum
gəlirdi. Amma onu da duyurdum ki, mənə camaĢır
yudurdan, cariyələr – kölələrsayaq çarĢı-bazar
gəzib, alıĢ-veriĢ eləməyimdən xəcalət çəkməyən
adama aĢiq olmaq üçün çox çalıĢmalıyam. Atamın
evinə gedib qazanlara, qab-qacağa, fincanlara baxıb
uzun-uzadı ağladığım, gecələri bir-birimizə ürək-
dirək vermək üçün uĢaqlarla qucaqlaĢıb yatdığımız
həmin günlərdə Hasan mənə o fürsəti vermədi.
Mənim də ona aĢiq olacağıma, evlənməyimiz üçün
zəruri olan bu yeganə yolun gerçəkləĢəcəyinə
inanmadığına, özünə inamı olmadığına görə
ədəbsizliklər elədi. Ərimin daha qayıtmayacağını,
məni öldürəcəyini dedi, təhdidlər yağdırdı, uĢaq
kimi ağladı. Tələskənliyi təlaĢıyla əfsanələrdə təsvir
edilən həqiqi, nəcib eĢqə yaraĢmadığından baĢa
düĢdüm ki, onunla evlənməyəcəyəm.
Bir gecə uĢaqlarla birgə yatdığım otağın
qapısını itələyəndə dərhal qalxdım, uĢaqların
qorxmasına fikir vermədən səsim gəldiyi qədər
qıĢqırıb evə pis cinlərin girdiyini dedim.
downloaded from KitabYurdu.org
90
Qayınatamı oyatdım, hələ ehtirasının Ģiddəti
keçməmiĢ Hasanın niyyətini cin qorxuları və
fəryadlarım arasında atasına agah elədim. Mənim
ayıq-sayıq yatmağım və ipə-sapa yatmayan cin
söhbətlərimin içində ağlı baĢında olan qoca iyrənc
həqiqəti, oğlunun sərxoĢ olduğunu, digər oğlunun
ikiuĢaqlı arvadına ədəbsizcəsinə yaxınlaĢdığını
bildi. Səhərə qədər yatmayacağımı, cinə qarĢı
oğullarımla qapının ağzında oturub gözləyəcəyimi
deyəndə səsini çıxarmadı. Səhər xəstə atama
baxmaq üçün uzun müddətə oğullarımla birgə ata
evinə qayıdacağımı deyəndə yenildiyini qəbul
elədi. Ərimin satmayıb savaĢlardan mənə qənimət
gətirdiyi zəngli macar saatını, ən çılğın ərəb atının
damarından düzəldilmiĢ qamçını, uĢaqların savaĢ
oyunları oynayanda daĢlarından istifadə elədikləri
Təbrizdə düzəldilmiĢ Ģətrənc dəstini, satılmaması
üçün çox dava elədiyim, Naxçıvan savaĢından
qənimət gətirilmiĢ gümüĢ Ģamdanları ailə həyatımın
niĢanələri kimi götürüb ata evinə qayıtdım.
Ġtkin düĢən ərimin evindən çıxıb getməyim,
gözlədiyim kimi, Hasanın mənə olan inadkar,
hörmətsiz eĢqini çarəsiz, amma hörmətəlayiq
yanğıya çevirdi. Atasının ona tərəf çıxmayacağını
bildiyindən məni təhdid eləmək əvəzinə, o,
künclərində quĢların, gözüyaĢlı Ģirlərin və məhzun
ceyranların çəkildiyi eĢq məktubları yollamağa
downloaded from KitabYurdu.org
91
baĢladı. Əgər bir nəqqaĢ və Ģair ruhlu dostu yazıb
rəsm eləməyibsə, Hasanla eyni dam altında
yaĢayanda bələd ola bilmədiyim zəngin xəyal
aləmini göstərən həmin məktubları son vaxtlarda
dönə-dönə oxuduğumu sizdən gizlətməyəcəyəm.
Son məktublarında Hasan məni ev iĢlərinə kölə
eləməyəcəyini, çünki çox pul qazandığını yazırdı.
Onun təmkinli, Ģirin və zarafatcıl dili, uĢaqların
bitib-tükənməz
davalarıyla
istəkləri,
atamın
Ģikayətləri baĢımı qazana döndərdiyinə görə
pəncərəmin pərdəsini sanki dərindən nəfəs almaq
üçün dünyaya geniĢ açmıĢdım.
Xeyriyyə axĢam süfrəsini açmazdan qabaq
atama Ərəbistandan gətirilən ən yaxĢı xurma
çiçəyindən ilıq Ģərbət düzəltdim, içinə bir qaĢıq bal
qoyub azacıq limon suyuyla qarıĢdırdım. Səssizcə
yanına girib, həmiĢə «Kitab-ur Ruh»u oxuyan vaxt
istədiyi kimi, özümü bildirib-eləmədən ruh təki
qabağına qoydum.
«Qar yağırmı?» – deyə elə kədərli və cılız
səslə soruĢdu ki, bu qarın yazıq atamın həyatında
görəcəyi sonuncu qar olduğunu dərhal baĢa
düĢdüm.
downloaded from KitabYurdu.org
92
downloaded from KitabYurdu.org
93
10. MƏN AĞACAM
Mən ağacam, çox tənhayam. YağıĢ yağdıqca
ağlayıram. Allah rizası üçün, bu danıĢacaqlarıma
qulaq verin. Qəhvələrinizi için, yuxunuz qaçsın,
gözləriniz açılsın, mənə cin kimi baxın və sizə niyə
tənha olduğumu söyləyim.
1. Ustad məddahın arxasında ağac rəsmi
olmasını, cilasız qalın kağızda necə gəldi rəsm
edildiyimi deyirdilər. Doğrudur. Ġndi yanımda nə
baĢqa zərif ağaclar, nə yeddiyarpaqlı çöl otları, nə
bəzən Ģeytana və insana oxĢayan qat-qat tutqun
qayalar, nə də göydə qıvrım-qıvrım Çin buludları
var. Bir yer, bir göy, bir mən, bir də üfüq xətti var.
Amma hekayəm daha qarıĢıqdı.
2. Bir ağac kimi, illah da kitabın parçası
olmağım Ģərt deyil. Amma ağac rəsmi təki hər
hansı kitabın səhifəsi olmamağıma görə kefim
pozulur. Bir kitabda bir Ģey göstərmirəmsə, mənə
elə gəlir ki, bütpərəstlər və kafirlərsayaq rəsmim
divardan asılıb, mənə səcdə edilib, sitayiĢ olunacaq.
Ərzurumlu xocanın tərəfdarları eĢitməsinlər,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |