72
Məktub deyəcəyini yalnız yazıyla demir.
Məktub eynilə kitab kimi, qoxulana-qoxulana,
toxuna-toxuna, əllənə-əllənə də oxunur. Buna görə
də ağlı olanlar deyirlər, «oxu, görək məktub nə
deyir». Səfehlər deyirlər, «oxu, görək nə yazırlar».
Ustalıq təkcə yazını deyil, bütöv məktubu
oxumaqdadı. Dinləyin, görək ġəkurə baĢqa nə
deyib:
1. Deyir ki, məktubu gizlicə yollasam da,
məktub daşımağı iş və xasiyyət eləmiş Esterlə
yollamaqla elə bir gizlilik məqsədim yoxdu.
2. Kağızın gözmuncuğu kimi dönə-dönə
qatlanması da gizlilik və sirr mənasına gəlir. Onun
məktubusa açıqdı. Üstəlik yanında iri bir rəsm var.
Məqsəd guya budu ki, «amandı, sirrimizi hamıdan
gizlədək». Bu da eşqi rədd eləmək məktubundan
çox, eşqə dəvət məktubuna oxşayır.
3. Elə məktubun qoxusu da bunu təsdiqləyir.
Əlinə alanın tərəddüd eləyəcəyi qədər adi (yoxsa
bilərəkdənmi qoxu sürtülüb?), amma laqeyd
qalmayacağı qədər cəlbedici (bu, ətir qoxusudumu,
yoxsa onun əlinin qoxusudumu?) olan bu qoxu
məktubu mənə oxuyan yazığın ağlını başından
almağa yetdi. Hesab eləyirəm, Qaranın da eyni cür
ağlını başından alacaq.
4. Mən oxuyub-yazmağı bacarmayan Esterəm,
amma xəttin axışından, bu qələmin «amandı,
downloaded from KitabYurdu.org
73
tələsirəm, əhəmiyyət vermədən, diqqətsiz yazıram»
deməsinə baxmayaraq, hərflərin hamısının birgə
şirin küləyə düşən kimi zərifanə titrəyişindən lap
ürəkdən tamamilə əksini söylədiyi başa düşülür.
Orxandan söz açanda «bir az qabaq» deyib indi
yazıldığına
eyham
vurmasına
baxmayaraq,
məlumdu ki, arxayınlıqla yazılıb, çünki hər sətirdə
səliqə sezilir.
5. Məktubla yollanan rəsm mən yəhudi
Esterin belə bildiyi əfsanədəki gözəl Şirinin
yaraşıqlı Xosrovun rəsminə baxıb aşiq olmasından
söhbət açır. İstanbulun xəyalpərvər qadınlarının
hamısı bu hekayəyə heyran olurlar, amma ilk dəfə
rəsminin yollandığını görürəm.
Siz oxuyub-yazmağı bacaran xoĢbəxtlərin tez-
tez baĢına gəlir: oxuya bilməyən adam yalvarır ki,
ona gəlmiĢ məktubu oxuyasınız. Yazılanlar o qədər
sarsıdıcı, narahatedicidi ki, məktub sahibi öz
məhrəmliyinə ortaq olmağınızdan da əlavə, utana-
sıxıla məktubu bir daha oxumanızı rica eləyir. Yenə
oxuyursunuz. Axırda məktub o qədər oxunur ki,
ikiniz də əzbərləyirsiniz. Bundan sonra məktubu
alır, sizdən soruĢur ki, «bu söhbəti buradamı eləyir,
bunu buradamı deyir», oradakı hərfləri baĢa
düĢmədən sizin barmağınızın ucuyla göstərdiyiniz
nöqtəyə baxırlar. Oxuya bilmədikləri, amma
əzbərlədikləri hərflərin qıvrılmasına baxanda bəzən
downloaded from KitabYurdu.org
74
elə riqqətə gəlirəm ki, özümün də oxumaq-yazmaq
bilmədiyimi unuduram, ürəyimdən məktublara
gözyaĢı tökən bu oxumaq-yazmaq bacarmayan
qızları öpmək keçir.
Bir də bu uğursuzlar var, ehtiyatlı olun, onlara
oxĢamaqdan çəkinin. Qız məktubunu alıb, ona
yenidən toxunmaq, harada hansı sözün deyildiyini
baĢa
düĢmədən
baxmaq
istəyəndə
ona
«neyləyəcəksən, oxuya bilmirsən, daha nəyə
baxacaqsan?» deyən o heyvanların bəzisi qızın
məktubunu geri belə vermirlər. Sanki özlərinindi,
onlarla dalaĢıb, məktubu geri almaq mənə – Esterə
qalır. Bax mən Ester belə bir yaxĢı arvadam, sizi
sevsəm, sizə də kömək elərəm.
downloaded from KitabYurdu.org
75
downloaded from KitabYurdu.org
76
9. MƏN ŞƏKURƏYƏM
Qara ağ atının belində düz qarĢımdan keçəndə
mən niyə orada, pəncərənin qabağındaydım? Lap o
anda fəhmlə niyə pərdəni açmıĢdım, qarlı nar
budaqlarının arasından onu görəndə elə uzun-uzadı
baxmıĢdım? Bunları sizə əməlli-baĢlı deyə
bilmərəm. Xeyriyyəylə Esterə mən xəbər
göndərdim; Qaranın oradan keçəcəyini, əlbəttə,
bilirdim. Nar ağacına baxan gömmə dolablı otağa
həmin məqamda təkcə sandıqdakı mələfələrə
baxmaqdan ötrü çıxmıĢdım. Pərdəni sövq-təbii
həmin an qızğın tərzdə bütün gücümlə itələyəndə
əvvəlcə otağa günəĢ doldu: pəncərənin qabağında
dayanıb günəĢdən gözlərim qamaĢan kimi Qarayla
göz-gözə gəldim; çox gözəliydi.
Böyüyüb, yetkinləĢib, gəncliyindəki o sarsaq
laübalı halını üzərindən atıb, həm də yaraĢıqlı olub.
Bax, ġəkurə, ürəyim mənə dedi, Qara təkcə
yaraĢıqlı deyil, gözlərinin içinə bax, ürəyi uĢaq
ürəyinə oxĢayır, nə qədər təmiz, nə qədər tənhadı.
Evlən onunla. Amma mən ona bunun tamamilə
tərsini yazdığım məktubu göndərdim.
Məndən
on iki yaĢ böyük olmasına
baxmayaraq, on iki yaĢımda ondan daha yetkin
olduğumu bilirdim. Onda qarĢımda kiĢi kimi
dimdik durub «onu eləyəcəyəm, bunu eləyəcəyəm,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |