63
hazırladıb dəyərləndirməsi, əlbəttə, qoca ustad baĢ
nəqqaĢ Osmanla aralarını pozacaqdı.
UĢaqlığımı xatırlayıb diqqətimi evin içindəki
əĢyalara verdim. Yerdəki mavi Kula kilimini, mis
sürahini, qəhvə sinisini və qəhvədanı, ta Çindən,
Portəgizdən keçib gəldiyini rəhmətlik xalamın neçə
kərə iftixarla söylədiyi qəhvə fincanlarını on iki il
əvvəldən də xatırlayırdım. Bu əĢyalar eynilə
qıraqdakı sədəf naxıĢlı rəhlə, divardakı rəflər,
yumĢaqlığını xatırlayıb, toxunduğum məxmər
yastıq kimi ġəkurəylə uĢaqlığımızı keçirdiyimiz
Ağsaraydakı evdən qalmaydı, o evdəki xoĢbəxtlik
və rəsm günlərinin iĢıltısından hələ bəzi Ģeylər
saxlayırdılar.
Xoşbəxtlik və rəsm. Ġstəyirəm ki, hekayəmə və
kədərimə diqqət göstərəcək sevgili oxucularım
bunları mənim aləmimin başlanğıc nöqtəsi kimi
həmiĢə yadında saxlasın. Bir vaxtlar burada
kitablar,
qələmlər,
rəsmlər
arasında
çox
xoĢbəxtiydim. Sonra aĢiq oldum və bu cənnətdən
qovuldum. Gəncliyimdə həyatı, dünyanı tamam-
kamal mənimsəmədiyimdən eĢq sürgünlüyü
keçirdiyim illərdə ġəkurəyə və ona olan eĢqimə çox
Ģey borclu olduğum barədə xeyli fikirləĢmiĢəm.
UĢaq sadəlövhlüyü ilə onu alacağıma Ģübhəm
olmadığıma görə həddən artıq arxayınıydım,
dünyanı da arxayınlıqla qəbul eləyib gözəl bir yer
downloaded from KitabYurdu.org
64
sayırdım. Kitabları, əniĢtəmin o vaxtlar mənə dərs
dediyi Ģeyləri, mədrəsədə öyrədilənləri, nəqĢi və
rəsm eləməyi elə həmin arxayınlıqla mənimsəyib
sevdim. Təhsilimin iĢıqlı, sevincli bu ilk, zəngin
yarısını ġəkurəyə duyduğum eĢqə borclu olduğum
qədər, onu bərbad eləyən tutqun biliklərimi də rədd
eləməyə
borcluyam:
buz
kimi
gecələrdə
karvansaray otaqlarında ocağın sönən alovuyla
birgə yox olub getmək istəyim, seviĢəndən sonra
yuxularımda tez-tez yanımdakı qadınla birgə dibsiz
uçuruma düĢdüyümü görməyim, «beĢ qəpiyə
dəyməz hərifin biriyəm» fikri ġəkurədən mənə
miras idi.
«Ölümdən sonra, – əniĢtəm xeyli sonra dedi,
– ruhlarımızın bu dünyada yataqlarında mıĢıl-mıĢıl
yatmaqda
olanların
ruhlarıyla
qovuĢacağını
bilirdinmi?»
«Bilmirdim».
«Ölümdən sonra uzun səfər var, buna görə də
ölməkdən qorxmuram. Qorxduğum PadĢahımızın
kitabını bitirmədən ölməkdir».
Ağlımın bir tərəfi özümü əniĢtəmə görə daha
güclü, daha ağlı baĢında və sağlam sayanda, digər
yanı da on iki il əvvəl qızının mənimlə evlənməsinə
izin verməyən bu adamın yanına gələndə aldığım
kaftanın bahalığına, pilləkəndən indi enib, axurdan
downloaded from KitabYurdu.org
65
çıxarıb minəcəyim atın gümüĢ üzəngisinə, iĢləməli
yəhər dəstinə getmiĢdi.
NəqqaĢlar arasında öyrəndiyim hər Ģeyi ona
çatdıracağımı dedim. Əlini öpdüm, pilləkəndən
endim, həyətə çıxdım, qar-soyuğu üz-gözümdə hiss
elədim, nə uĢaq, nə də yaĢlı adam olduğumu
xatırladım:
dünyanı
xoĢbəxtliklə
canımda
duyurdum. Axurun qapısını örtəndə külək əsdi.
DaĢlıqdan həyətə keçəndə qantarğasından tutub
çəkdiyim ağ atım mənimlə birgə diksindi: onun iri
damarlı güclü ayaqlarını, səbirsizliyini, çətin ram
edilən vəziyyətini özümünkü saydım. Küçəyə
çıxar-çıxmaz elə bir həmlədə atımın belinə atılıb,
bir daha bura qəti qayıtmayacağını söyləyən
nağılvarı atlı kimi dar küçələrdən yox olacaqdım ki,
haradan çıxdığını heç baĢa düĢmədiyim gonbul
qadın, baĢdan-ayağa qara geymiĢ bir yəhudi əlində
boğçası üstümə gəldi. O qədər yekəpər və enliydi
ki, dolaba oxĢayırdı. Amma qıvraq, canlı, hətta
üstəlik iĢvəliydi.
«Aslanım,
dəliqanlım,
sən,
həqiqətən,
dedikləri
qədər
yaraĢıqlısanmıĢ»,
–
dedi.
«Evlisənmi, subaysanmı, gizli sevgilin üçün
Ġstanbulun ən birinci boğçaçısı Esterdən ipək yaylıq
alarsanmı?»
«Yox».
«Atlazdan qızılı qurĢaq?»
downloaded from KitabYurdu.org
66
«Yox».
«Yox, yox, demə, baxarıq! Çətin ki, sənin
kimi bir aslanın niĢanlısı, gizli sevgilisi heç
olmasın! Neçə gözüyaĢlı qız sənin üçün korun-
korun yanır, kim bilir?»
Bir anda bədəni canbazın zərif bədəni kimi
uzanıb heyrət doğuran çevikliklə mənə yanaĢdı.
Eyni anda yoxdan var eləyən hoqqabazın
bacarığıyla əlində məktub peyda oldu. Məktubu
qaĢla göz arasında qapdım, illər boyu bu an üçün
hazırlaĢan kimi cəld qurĢağımın altına soxdum.
Qalın məktub idi, qurĢağımın altında, belimlə
göbəyimin arasında, buz kimi bədənimin üstündə
indidən onu atəĢ təki hiss eləyirdim.
«Atına min, onu rəvan sür», – boğçaçı Ester
dedi. «Bu divar boyunca sağ küçəyə dön, kefini heç
pozmadan get, amma nar ağacının yanına çatanda
dön, çıxdığın evin qarĢındakı pəncərəsinə bax...»
Yoluna davam eləyib bir anda yox oldu. Ata
mindim: amma həyatında ilk dəfə ata minən naĢı
kimi. Ürəyim elə döyünürdü, elə bil yerindən
oynayacaqdı, ağlım təlaĢa düĢmüĢdü, əllərim atın
yüyənini necə tutacağını unutmuĢdu, amma
ayaqlarım atın gövdəsini möhkəm sıxanda atıma və
mənə sağlam ağıl hakim oldu, Esterin dediyi kimi,
ağıllı atım lap eləcə rəvan yeridi. Kef içində sağ
küçəyə döndük!
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |