49
istəyirdim. Amma bunlar venesiyalıların çəkdikləri
kimi malın-mülkün deyil, təbii ki, iç zənginliyinin,
PadĢahımızın
aləmindəki
sevinclərinin
və
qorxularının rəsmi olacaqdı. Pulu çəkdirməyim
ehtiyat üçündür, Ģeytanı və ölümü qorxuduruq», –
deyib izah elədim. «Bilmirəm dedi-qodular nə
deyir. Ġstədim ki, ağaclarının ədəbiliyi, atlarının
yorğunluğu,
itlərinin
arsızlığı
PadĢahımız
həzrətlərini və onun aləmini əks etdirsin. Leylək,
Zeytun, Zərif və Kəpənək kimi qondarma adlı
nəqqaĢların da kefləri istəyən mövzu seçmələrini
istədim. Ən soyuq, ən uğursuz qıĢ gecələri belə
PadĢahımın nəqqaĢlarından biri kitab üçün rəsm
elədiyi Ģeyi göstərmək məqsədilə gizlincə yanıma
gəlirdi.
Necə rəsmlər çəkirdik, niyə belə çəkirdik, onu
indi yerli-yataqlı söyləyə bilmərəm. Səndən ona
görə
gizlətmirəm
ki,
söyləyə
bilmərəm,
gizlətməyimin səbəbi rəsmlərin nədən söz açdığını
sanki mənim də doğru-dürüst bilməməyimdi.
Amma onların necə rəsmlər olacağını bilirəm».
Qaranın mənim məktubumdan dörd ay sonra
Ġstanbula qayıtdığını köhnə evimiz yerləĢən
küçədəki bərbərdən eĢitmiĢ, onu evə mən
çağırmıĢdım.
Hekayəmdə
bizi
bir-birimizə
bağlayacaq dərd və xoĢbəxtlik vədi olduğunu
bilirdim.
downloaded from KitabYurdu.org
50
«Hər rəsm bir hekayə danıĢır», – dedim.
«Oxuduğumuz kitabı gözəlləĢdirmək üçün nəqqaĢ
hekayənin ən gözəl məclisini çəkir. AĢiqlərin bir-
birini ilk dəfə görməsi, qəhrəman Rüstəmin Ģeytani
canavarın baĢını kəsməsi, öldürdüyü yad adamın öz
oğlu olduğunu baĢa düĢən Rüstəmin kədəri;
eĢqindən ağlını itirən Məcnun insan yaĢamayan,
vəhĢi təbiətin qoynunda, aslanlar, qaplanlar,
marallar, çaqqallar arasında; Ġsgəndərin savaĢdan
qabaq quĢlardan gələcəyi öyrənmək üçün getdiyi
meĢədə öz Ģahininin qoca bir qartal tərəfindən
parçalandığını görəndə qəmə batması... Əgər
hekayədə
ağlımızın
və
xəyal
gücümüzün
canlandırmaqda çətinlik çəkdiyi bir Ģey varsa, rəsm
dərhal imdada yetiĢir. Rəsm hekayənin rənglərlə
çiçəklənməsidir. Kimsə hekayəsi olmayan rəsm
fikirləşə bilməz».
«FikirləĢə bilməyəcəyini güman eləyirdim, –
sanki peĢmanlıqla dilləndim, – amma bu ola
bilərmiĢ. Ġki il qabaq PadĢahımızın elçisi kimi
növbəti kərə Venesiyaya getmiĢdim. Orаda italyan
ustadlarının çəkdikləri üz rəsmlərinə baxırdım.
Rəsm edilənin hansı hekayənin hansı məclisi
olduğunu bilmirdim, amma dərk eləməyə, hekayəni
qurmağa çalıĢırdım. Günün birində saray divarında
bir rəsmlə qarĢılaĢanda tutulub qaldım.
downloaded from KitabYurdu.org
51
Rəsm, hər Ģeydən çox, bir adamın, mənim təki
bir nəfərin rəsmi idi. Kafir idi, əlbəttə, bizim kimi
adam deyildi. Amma baxdıqca ona oxĢadığımı hiss
eləyirdim. Üstəlik mənə qətiyyən oxĢamırdı.
Sümüksüz, yumru üzü var idi, almacıq sümükləri
heç sezmirdi, bunun əvəzində mənim iri çənəmdən
onda qəti yox idi. Mənə heç oxĢamırdı, amma
nədənsə baxdıqca elə bilirdim ki, mənim
rəsmimdir, ürəyimi oynadır».
«Məni sarayda gəzdirən venesiyalı bəydən
divardakı rəsmin onun dostunun, özü kimi bir əsil-
nəcabətli bəyin rəsmi olduğunu öyrəndim.
Həyatında özü üçün vacib nə varsa, hamısını öz
rəsminə qoydurmuĢdu: arxadakı açıq pəncərədən
görünən mənzərədəki tarla, kənd və rəngləri bir-
birinə qarıĢıb həqiqiyə oxĢayan meĢə. Qabağındakı
masanın üstündəki saat, kitablar, zaman, pislik,
həyat, qələm, xəritə, kompas, qutular, onların içində
qızıl pullar, baĢqa Ģeylər, xırda-xuruĢ, kim bilir, bir
çox rəsmdə olduğu kimi baĢa düĢmədiyim və
sezdiyim Ģeylər... Cinin, Ģeytanın kölgəsi və sonra
atasının yanında gözəllər gözəli, yuxu kimi bir qız.
Bu
rəsm
hansı
hekayəni
bəzəmək,
tamamlamaq üçün çəkilmiĢdi? Rəsmə baxanda baĢa
düĢürdüm ki, o rəsmin hekayəsi özüdür. Rəsm bir
hekayənin ardı da deyildi, özü üçün bir Ģey idi.
downloaded from KitabYurdu.org
52
QarĢısında bu cür çaĢıb-qaldığım rəsm heç
ağlımdan getmədi. Saraydan çıxıb qonaq qaldığım
evə qayıtdım, bütün gecəni həmin rəsm barədə
fikirləĢdim. Mən də elə rəsm çəkmək istərdim.
Xeyr, mənim həddim deyil, PadĢahımız elə rəsm
edilməlidir! PadĢahımızı sahib olduğu Ģeylərlə,
aləmini göstərən və açan hər Ģeylə birgə
çəkməliyəm. Bu fikirlə bir kitab rəsm eləməyin
mümkünlüyü haqda fikirləĢdim.
Ġtalyan ustadı venesiyalı bəyin rəsmini elə
Ģəkildə çəkmiĢdi ki, həmin rəsmin o bəyin rəsmi
olduğunu dərhal baĢa düĢürdüm. O adamı heç
görməmisən, tünlük içindən həmin adamı tap
desələr, minlərlə adam arasından o rəsm sayəsində
onu tapıb çıxara bilərdin. Ġtalyan ustadları hər hansı
adamın birini digərindən qiyafələri və niĢanlarıyla
deyil, üzünün Ģəkliylə ayıracaq tərzdə rəsm
eləməyin üsullarını və qüvvəsini tapıblar. Portret
dedikləri şey budur.
Üzün bircə kərə də rəsm edilibsə, artıq heç kəs
səni unutdura bilməz. Sən çox uzaqlarda olanda
belə rəsminə bir dəfə baxan elə hesab eləyir ki,
sanki yanındasan. Həyatında səni heç görməyənlər
belə sənin ölümündən illər keçəndən sonra elə bil
qarĢılarında olan kimi gözlərini sənin gözlərinə
zilləyə bilirlər».
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |