744
Öz kabuslarımız qədər yaxın və qorxunc olan qanlı
savaĢları təsəvvürümüzə gətirdik, ikiyə bölünmüĢ
savaĢçıları, zirehləri qana batmıĢ atları, bir-birilərini
xəncərləyən gözəl, qədim insanları, baĢ verənə
pəncərənin arasından tamaĢa eləyən kiçik ağızlı,
kiçik əlli, qıyıq gözlü, boynu bükük qadınları...
Məğrur, məmnun gözəl oğlanları, yaraĢıqlı Ģahları,
xanları, onların çoxdan yıxılıb getmiĢ dövlətlərini
və saraylarını xatırladıq. Eynilə həmin Ģahların
hərəmxanasında ağlaĢan qadınlar kimi, özümüzün
də həyatdan xatirəyə köçdüyümüzü artıq bilirdik,
amma onlar təki tarixdən əfsanəyə köçürdükmü?
Ölüm qorxusundan da dəhşətli olan unudulmaq
qorxusunun kölgəsi bizi vahiməyə salmasın deyə
bir-birimizdən ən çox hansı ölüm məclislərini
sevdiyimizi soruĢduq.
Dərhal Dəhhakın Ģeytan tərəfindən öyrədilib
atasını
öldürməsi
xatırlandı.
«Şahnamə»nin
əvvəlində söhbət açılan o əfsanə vaxtında aləm hələ
yeni-yeni yaradıldığına görə hər Ģey o qədər
sadəydi ki, heç bir Ģeyi izah eləmək lazım gəlmirdi.
Süd istəsəydin, keçini sağıb içərdin; at desəydin,
belinə minib gedərdin; pislik desəydin, Ģeytan gəlib
səni atanı öldürməyin gözəlliklərinə inandırardı.
Dəhhakın ərəb mənĢəli atası Mərdası öldürməsi
həm beləcə səbəbsiz olduğuna görə, həm də cinayət
gecəyarısı möcüzə saray bağında qızıldan ulduzlar
downloaded from KitabYurdu.org
745
sərvlərlə rəngbərəng bahar çiçəklərini açıq-aĢkar
iĢıqlandıranda iĢləndiyinə görə gözəldi.
Sonra əfsanəvi Rüstəmin düĢmən ordularına
əmr verən oğlu Söhrabla üç gün vuruĢandan sonra
oğlu olduğunu bilmədən öldürməsini xatırladıq.
Qılınc zərbəsiylə sinəsini param-parça elədiyi
Söhrabın öz oğlu olduğunu neçə illər əvvəl anasına
verdiyi qolbaqdan tanıyan Rüstəmin göz yaĢları
içində çırpınmasında hamımızın qəlbinə iĢləyən bir
Ģey vardı.
Nəydi o Ģey?
YağıĢ
təkkənin damında hələ kədərlə
tappıldayanda var-gəl eləyirdim, belə dedim:
«Ya atamız, ustadımız Osman xəyanətlə bizi
öldürtdürəcək, ya da biz xəyanətlə onu».
Dediyim səhv olduğuna görə yox, düz
olduğuna görə dəhĢətə gəlib susduq. Var-gəl
eləyəndə hər Ģeyi əvvəlki halına salmaq təlaĢıyla
özümə belə deyirdim: Əfrasiyabın SiyavuĢu
öldürməsindən danıĢsaq, mövzu dəyiĢər. Amma o
elə xəyanətdi ki, ondan qorxmuram. Xosrovun
öldürülməsini danıĢ. YaxĢı, amma Firdovsinin
«Şahnamə»də yazdığı təhərmi, Nizaminin «Xosrov
və Şirin»də bəhs elədiyi kimimi? «Şahnamə»də
kədərləndirici Ģey qatil otağa girəndə Xosrovun
gələnin kim olduğunu göz yaĢlarıyla baĢa
düĢməsidi! Son çarə kimi yanındakı oğlanı: «Mən
downloaded from KitabYurdu.org
746
namaz qılım, get mənə su, sabun teli, təmiz paltar
və səccadəmi gətir», – deyib yollayır, amma
sadəlövh oğlan ağasının onu yardım çağırmağa
yolladığını da baĢa düĢmür, istənənləri, doğrudan
da, gətirməyə gedir. Xosrovla otaqda tək qalanda
qatil
əvvəlcə
qapını
içəridən
kilidləyir.
«Şahnamə»nin sonundakı bu məclisdə hiyləgərlərin
tapdığı qatili Firdovsi ikrahla təsvir eləyir: pis
qoxuludu, qıllı, göbəklidi. Var-gəl eləyəndə beynim
sözlərlə doluydu, amma yuxudakı kimi səsim heç
çıxmırdı.
Yuxudakı
kimi o birilərin aralarında
pıçıldaĢdıqlarını, məndən düĢməncəsinə söz
açdıqlarını onda hiss elədim.
Birdən üçü birgə üstümə atıldı. Üzərimə
yıxılanda ayaqlarımı yerdən elə sürətlə üzdülər ki,
dördümüz birlikdə yerə yuvarlandıq. Yerdə
itələĢmə-qapıĢma, boğuĢma oldu, ancaq çox
çəkmədi. Mən arxası üstə yerdə qaldım, onlar da
üstümə çıxdılar.
Biri dizlərimin, digəri sağ qolumun üstündə
oturdu.
Qara iki dizini qollarımla çiyinlərimin
birləĢdiyi yerə dayadı, qıçını mədəmlə sinəmin
arasına güclə yerləĢdirib üstümdə oturdu. Bu
vəziyyətdə heç qımıldana bilmirdim. Hamımız
çaĢıb-qalmıĢdıq. Bunu xatırladım:
downloaded from KitabYurdu.org
747
Rəhmətlik əmimin məndən iki yaĢ böyük
iyrənc bir oğlu vardı, ümidvaram ki, karvan
basanda yaxalanıb, baĢı çoxdan kəsilib. Həmin
xudpəsənd adam mənim ondan çox bildiyimi, daha
ağıllı və nəzakətli olduğumu hiss elədikcə bir
bəhanəylə dava salır, salmasa «güləĢək» deyir,
məni qısa müddətdə altına alanda dizlərini eyni
Ģəkildə çiyinlərimə qoyub, gözlərini Qaranın indi
elədiyi kimi, gözlərimin içinə dikir, dodaqlarının
arasından tüpürcək sallayır, getdikcə böyüyən
tüpürcək ağır-ağır gözlərimə doğru sallanarkən mən
«indi düĢəcək» deyə ikrahla baĢımı sağa-sola
qaçırmağa çalıĢanda çox əylənirdi.
Qara dedi ki, heç bir Ģeyi gizlətməyim. Son
rəsm haradadı? Etiraf eləyim!
Ġki Ģeydən boğucu kədər və qəzəb duyurdum:
aralarında sözləĢdiklərini əvvəlcədən baĢa
düĢməyib, əbəs yerə dil tökdüyümə görə.
Qısqanclığın bura qədər gələ biləcəyi barədə heç
düĢünməyib əvvəlcədən qaçmadığıma görə.
Qara dedi, son rəsmi çıxarıb verməsəm,
xirtdəyimi üzəcək.
Gülünc
Ģeydi.
Dodaqlarımı
bərk-bərk
sıxmıĢdım, elə bil ağzımı açsam, içindən həqiqət
qaçacaqdı. Bir yandan da əlimdən heç nə
gəlmədiyini fikirləĢirdim. Aralarında sözləĢib
mənim qatil olduğumu xəzinədarbaĢıya bildirsələr,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |