740
cəfakeĢ, aza qail olan ahıl nəqqaĢları haradaydılar?
Necə elədiyini görmələrinin qısqanclığından, qırağa
iĢ gördüklərinin bəlli olması təlaĢından evdə duruĢ
gətirməz, hər gün nəqqaĢxanaya gələrdilər. Bütün
həyatını rəsmlərdəki saray divarlarının zərif
bəzəklərini, hər birinin digərindən fərqli olduğunu
ancaq uzun müddət baxanda baĢa düĢəcəyim
sərvlərin yarpaqlarını, səhifələrin boĢ yerlərini
doldurub yeddiyarpaqlı çöl otlarını çəkməyə
təvazökarlıqla
həsr
eləmiĢ
ahıl
nəqqaĢlar
haradaydılar? Allahın kimiyə yalnız bacarıq və
qabiliyyət verəndə kimiyə də yalnız səbir və
təvəkkül verməsinin də hikməti və ədaləti olduğunu
qəbul eləyib, qətiyyən qısqanclıq eləməyən ortabab
ustadlar haradaydılar? Bəziləri donqar və daim
gülümsəyən, bəziləri xəyalpərvər və sərxoĢ, bəziləri
də heç kəsə ərə verə bilmədiyi qızını bizə sırımaqda
maraqlı olan həmin ustad əmiləri xatırladıqca
Ģəyirdlik və ilk ustalıq illəri nəqqaĢxanasının
unudulmuĢ təfərrüatlarını gözlərimiz qarĢısında
canlandırmağa çalıĢdıq.
Yadındadı, cədvəl çəkəndə, dilini yanağına –
cizgi səhifənin sağına yaxınlaşsa, sol yanağa,
soluna yaxınlaşsa, sağ yanağa – dayayan bir Ģəhla
cədvəlkeĢ vardı. Boyanı qaçıranda «ya səbir, səbir,
səbir» deyib xırda kihkihlərlə özünə gülən cılız,
arıq nəqqaĢ vardı. Alt qatdakı cildçi Ģəyirdləriylə
downloaded from KitabYurdu.org
741
saatlarla söhbət eləyən, alnına sürtülsə qırmızı
mürəkkəbin yaĢlanmağı dayandırdığını iddia eləyən
yetmiĢ yaĢında naxıĢ ustası vardı. Boyanın cizgisini
görmək üçün sürtdüyü öz əllərinin dırnaqları
dolanda Ģəyirdlərin birini, hətta rastına çıxan hər
hansı birini saxlayıb dırnağına boya sürtən əsəbi
ustad vardı. NaxıĢdan artan qızıl tozlarını yığmaq
üçün istifadə edilən tüklü dovĢan ayaqlarıyla
saqqallarını oxĢadıqca bizi güldürən ĢiĢman nəqqaĢ
vardı, yadındadı, haradaydılar?
Ġllərlə
istifadə
oluna-oluna
Ģəyirdlərin
vücudunun bir parçasına çevrilən, sonra da bir
tərəfə atılan möhrə taxtaları, Ģəyirdlərin qılınc
oynaya-oynaya zədələdikləri uzun kağız bükülüləri,
dəyiĢik düĢməmək üçün böyük ustadların adları
iĢlənmiĢ yazı taxtaları, çini mürəkkəbinin müĢk
qoxusu, sükutda eĢidilən qəhvədanların tıqqıltısı,
hər yaz balalarının qulaqlarının içindəki və
boyunlarının ardındakı tüklərdən cürbəcür fırça
düzəltdiyimiz boz piĢiyimiz, boĢ durmayıb xəttatlar
kimi qaralama eləməyə görə bol-bol verilən vərəq-
vərəq hind kağızları, böyük xətalar buraxanda
bütün nəqqaĢxanaya ibrət olsun deyə baĢ nəqqaĢın
icazəsiylə istifadə olunan polad saplı ibrətlik xəta
qələmyonanı və həmin xətaları törədənlər
haradaydılar indi?
downloaded from KitabYurdu.org
742
PadĢahımızın ustad nəqqaĢları evlərində
iĢlətməsinin bir baĢqa xəta olduğundan söz açdıq.
Erkən düĢən qıĢ axĢamlarında qəndil və Ģam
iĢığında, göz ağrıları içində iĢləyəndən sonra saray
mətbəxindən gələn nəfis isti halvadan söz açdıq.
Titrətmə xəstəliyinə tutulub, əlinə kağız-qələm ala
bilməyən ahıl, əldən düĢmüĢ naxıĢ ustasının ayda
bir dəfə nəqqaĢxanaya baĢ çəkəndə gətirdiyi,
qızının biz Ģəyirdlər üçün qızartdığı loğma
Ģirniyyatı göz yaĢlarıyla gülümsəyə-gülümsəyə
xatırladıq. Ustad Osmandan əvvəlki baĢ nəqqaĢ
böyük ustad Qara Məminin yasından sonra günlərlə
boĢ qalan otağı əldən yoxlananda rəhmətlik ustadın
günortalar üstündə dincəlmək üçün sərdiyi
Ģiltəsinin altından çıxan cildbənddəki kağızlar
arasından tapılmıĢ öz möcüzə səhifələrindən söhbət
etdik.
Eynilə Ustad Qara Məmi kimi, bizim də qürur
duyduğumuz, üzü köçürülmüĢ də olsa, aradabir
çıxarıb baxmaq istəyəcəyimiz səhifələrin hansılar
olduğu barədə danıĢdıq, saydıq: «Hünərnamə»
üçün rəsm edilmiĢ saray rəsminin üst hissəsindəki
göyün qızıl suyuyla boyananda qızılın özündən
yox, kübar bir rəsmdə olduğu kimi rəngindən,
qübbələr, qüllələr və sərvlər arasında dünyanın
sonunu xatırladan mənzərə çıxdığından danıĢdıq.
downloaded from KitabYurdu.org
743
Peyğəmbərimiz
həzrətlərini
minarənin
baĢından hər qolunda bir mələk göyə ucalan vaxt
mələklərin onun qoltuqlarının altından tutmasını
Peyğəmbərimizin yadırğayıb qıdıqlanması elə ciddi
rənglərlə çəkilib ki, balaca uĢaqların belə bu
mübarək mənzərəni görüb əvvəlcə inanıb
qorxduqları, sonra özləri də qıdıqlanan kimi
hörmətlə güldükləri barədə danıĢdılar. Bundan
əvvəlki baĢ vəzir paĢamızın dağlara qalxmıĢ
üsyançıları məhv eləyəndə kəsdiyi baĢları nəqĢ
elədiyim səhifənin qırağına incə tərzdə, hörmətlə
düzdüyüm, kəsik boyunlarına qırmızı sürtdüyüm
kəllələrin ölümə çatılmıĢ qaĢlarını, həyatın
mənasını soruĢan kədərli dodaqlarını, çarəsizliklə
son nəfəs çəkən burunlarını, həyata yumulmuĢ
gözlərini bir-bir səylə, firəng portretçisinin
çəkəcəyi kimi, hər birini adi ölü baĢı kimi də yox,
digərlərindən fərqli surət təki zövqlə çəkdiyim,
beləcə, kəllələrdən rəsmə dəhĢətli sirr havası
yaydığım barədə danıĢdım.
Ən sevdiyimiz eĢq və savaĢ məclislərini, ən
misilsiz gözəlləri və gözyaĢardıcı incəlikləri bu
yolla xatırlayıb, onlardan unudulmaz, əlçatmaz
xatirələrimiz
kimi
həsrətlə
bəhs
elədik.
Gözlərimizin
qabağından
ulduzlu
gecələrdə
aĢiqlərin tapıĢdığı zülmət və sirli bağçalar, bahar
ağacları, əfsanəvi quĢlar, dayanmıĢ zaman keçdi...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |