736
danlamağını xatırladıq. Ġfrat iĢləməkdən süst
düĢəndə evinə geri yollanan sısqa bir Ģəyirdin
əlində boğçası qapıya gedən vaxt bütün
nəqqaĢxanada eĢidilən ağlartısını xatırladıq. Sonra
gözümüzün qabağına üç nəqqaĢın üzərində altı ay
çalıĢdıqları bir səhifənin (Şirvan yolunda, Qanıq
dərəsi qırağında aclıq təhlükəsi keçirən Osmanlı
ordusunun Ərəşi işğal eləyəndə qarnını doyurması)
üstündə çatlayan tunc hoqqadan ölümcül qırmızının
ağır-ağır tökülməsinə ləzzətlə tamaĢa eləməyimiz
canlandı (çünki heç bizim qəbahətimiz deyildi).
Fəthlərinə, gücünə, var-dövlətinə baxıb, evində
eynilə padĢahımızın ov köĢkündəki kimi tavan
bəzəyi istəyən yetmiĢyaĢlı paĢanın ən gözəl arvadı
çərkəz xanımla üçümüzün birgə seviĢib, birgə ona
aĢiq olmağımızdan nəzakətlə, hörmətlə söz açdıq.
QıĢ səhərləri buxarı kağızı yumĢaltmasın deyə
yarıaçıq qapının kandarında içilən mərcimək
Ģorbasının ləzzətindən də həsrətlə söz açdıq.
Ustadımız məcbur elədiyinə görə uzaq bir yerə
Ģəyirdlik
eləməyə
gedəndə
nəqqaĢxanadakı
dostlardan və ustalardan uzaq düĢməyin hüznündən
də. Bir ara gözlərimin qabağında əziz Kəpənəyin on
altı yaĢındakı o ən Ģirin görkəmi canlandı: bir yaz
günü açıq pəncərədən düĢən gün iĢığı bal rəngli
çılpaq qollarını iĢıqlandıranda əlindəki balıqqulağı
möhrəni sürətlə oynadıb kağız cilalayırdı. Dalğın-
downloaded from KitabYurdu.org
737
dalğın gördüyü bu iĢin yarısında bir anlığa dayanır,
gözlərini kağızdakı nöqsana yaxınlaĢdırıb diqqətlə
saf-çürük eləyirdi. Möhrəni bir-iki cürbəcür
hərəkətlə həmin yerdən keçirəndən sonra yenə
əvvəlki vəziyyətini alıb, əli sürətlə aĢağı-yuxarı
gedib-gələndə xəyallar içində pəncərədən uzaqlara
baxırdı. Heç unutmayacağım, sonralar mənim də
baĢqalarına elədiyim Ģey – yenidən pəncərədən
eĢiyə baxmadan, baxıĢlarını çox qısa müddətə
gözlərimin içinə dikməsiydi. Bu baxıĢın bütün
Ģəyirdlərin bildiyi bircə mənası vardı: xəyala
dalmasan, vaxt heç keçməz.
58. MƏNƏ QATİL DEYƏCƏKLƏR
Məni unutmusunuz, yox? Burada olduğumu
barı artıq sizdən gizlətməyim. Çünki qəlbimdə
getdikcə böyüyən bu səslə danıĢmaq məndən ötrü
qarĢısıalınmaz ehtiyacdır. Bəzən özümü çox
məcbur eləyirəm, buna görə də səsimdəki çatdağın
baĢa düĢüləcəyini ağlıma gətirirəm. Bəzən özümü
əməlli-baĢlı ələ verirəm – onda da ağzımdan o biri
Ģəxsiyyətimə iĢarə eləyən, sizin baĢa düĢəcəyiniz
sözlər çıxır. Əllərimi titrədir, alnıma tər gətirir,
downloaded from KitabYurdu.org
738
dərhal bunların da yeni əlamətlər olduğunu baĢa
düĢürəm.
Beləliklə, burada nə qədər xoĢbəxtəm!
NəqqaĢ qardaĢlarımla oturub, bir-birimizə təsəlli
verib, iyirmi beĢ ilin xatirələrini xatırlayanda
ağlımıza düĢmənçiliklər yox, nəqĢ eləməyin
gözəllikləri və zövqlərigəlir. Dünyanın axırının
çatmasını duya-duya oturub, yaĢlı gözlərlə bir-
birimizi
oxĢayıb,
əvvəlki
gözəl
günləri
xatırlamağımızda hərəm qadınlarına məxsus bir Ģey
də var.
Bu bənzətməni Teymurlu oğullarının tarixini
yazanda
Ģirazlı,
heratlı
qədim
ustadların
hekayələrini də nəql eləyən kirmanlı Əbu Səiddən
götürdüm. Bundan yüz əlli il əvvəl Qaraqoyunlu
hökmdarı Cahan Ģah öz aralarında savaĢan Teymur
soyundan xanların, Ģahların kiçik ordularını və
məmləkətlərini məğlub eləyib, dağıdıb, müzəffər
türkmən ordularıyla bütün Əcəm ölkəsini keçib,
Doğuya gəlmiĢ Teymurun ən axırıncı oğlu
ġahruhun nəvəsi Ġbrahimi Esterabadda yenib,
Gürganı almıĢ, ordularını Herat qalasına doğru
aparmıĢdı. Kirmanlı tarixçiyə görə, yalnız Əcəm
ölkəsinə yox, Hindistandan Bizansa, cahanın
yarısına yarım əsrdi hökm eləyən Teymur soyunun
yenilməz gücünə vurulan bu böyük zərbə elə
fəlakət və dağıntıya səbəb olmuĢdu ki, mühasirə
downloaded from KitabYurdu.org
739
altındakı Herat qalası ağlamalı günə düĢmüĢdü.
Qaraqoyunlu
Cahan
Ģahın
əlinə
keçirdiyi
qalalardakı Teymur soyundan olanların hamısını
rəhmsizcəsinə öldürdüyünü, Ģahların, Ģahzadələrin
hərəmlərindəki qadınları
seçib-sonalayıb
öz
hərəminə qatdığını, nəqqaĢları bir-birindən ayırıb,
rəhmi gəlmədən çoxunu özünün usta nəqqaĢlarına
verdiyini oxucusuna qəribə zövqlə xatırladan tarixçi
Əbu Səid bu məqamda hekayəsini qala bürclərində
düĢməni
geri
oturtmağa
çalıĢan
Ģah
və
əsgərlərindən nəqqaĢxanada qələmlər, boyalar
arasında, mühasirənin artıq çoxdan bəlli olan
dəhĢətli sonunu gözləyən nəqqaĢlara çevirmiĢ,
adlarını bir-bir saydığı, bu gün hamısı unudulmuĢ
nəqqaĢların da eynilə Ģahın hərəmindəki qadınlar
kimi bir-birini qucaqlayıb ağlaĢa-ağlaĢa keçmiĢ
gözəl günləri xatırlamaqdan baĢqa heç bir Ģey eləyə
bilmədikləri barədə yazmıĢdı.
Biz də kədərli hərəm qadınları kimi əvvəldən
padĢahın bizə daha səmimi sevgi göstərdiyindən
bayramlarda ona verdiyimiz bəzəkli rəngbərəng
qutu, güzgü və tabaqları, bəzənmiĢ dəvəquĢu
yumurtalarını, kağızdan kəsib düzəltdiyimiz iĢləri,
təkyarpaq rəsmləri, əyləncəli dəstləri, oyun
kağızlarını və kitabları qəbul eləyəndən sonra bizə
hədiyyə verdiyi xəzli kaftanları, vaxtilə bağıĢladığı
pul dolu kisələri xatırladıq. Ġndi o günlərin çalıĢqan,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |