Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə179/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   175   176   177   178   179   180   181   182   ...   191

 

 

736 



 

danlamağını  xatırladıq.  Ġfrat  iĢləməkdən  süst 

düĢəndə  evinə  geri  yollanan  sısqa  bir  Ģəyirdin 

əlində  boğçası  qapıya  gedən  vaxt  bütün 

nəqqaĢxanada  eĢidilən  ağlartısını  xatırladıq.  Sonra 

gözümüzün  qabağına  üç  nəqqaĢın  üzərində  altı  ay 

çalıĢdıqları  bir  səhifənin  (Şirvan  yolunda,  Qanıq 

dərəsi  qırağında  aclıq  təhlükəsi  keçirən  Osmanlı 

ordusunun Ərəşi işğal eləyəndə qarnını doyurması) 

üstündə çatlayan tunc hoqqadan ölümcül qırmızının 

ağır-ağır  tökülməsinə  ləzzətlə  tamaĢa  eləməyimiz 

canlandı  (çünki  heç  bizim  qəbahətimiz  deyildi). 

Fəthlərinə,  gücünə,  var-dövlətinə  baxıb,  evində 

eynilə  padĢahımızın  ov  köĢkündəki  kimi  tavan 

bəzəyi  istəyən  yetmiĢyaĢlı  paĢanın ən  gözəl  arvadı 

çərkəz  xanımla  üçümüzün  birgə  seviĢib,  birgə  ona 

aĢiq  olmağımızdan  nəzakətlə,  hörmətlə  söz  açdıq. 

QıĢ  səhərləri  buxarı  kağızı  yumĢaltmasın  deyə 

yarıaçıq  qapının  kandarında  içilən  mərcimək 

Ģorbasının  ləzzətindən  də  həsrətlə  söz  açdıq. 

Ustadımız  məcbur  elədiyinə  görə  uzaq  bir  yerə 

Ģəyirdlik 

eləməyə 

gedəndə 


nəqqaĢxanadakı 

dostlardan və ustalardan uzaq düĢməyin hüznündən 

də. Bir ara gözlərimin qabağında əziz Kəpənəyin on 

altı  yaĢındakı  o  ən  Ģirin  görkəmi  canlandı:  bir  yaz 

günü  açıq  pəncərədən  düĢən  gün  iĢığı  bal  rəngli 

çılpaq  qollarını  iĢıqlandıranda  əlindəki  balıqqulağı 

möhrəni  sürətlə  oynadıb  kağız  cilalayırdı.  Dalğın-

downloaded from KitabYurdu.org




 

 

737 



 

dalğın gördüyü bu iĢin yarısında bir anlığa dayanır, 

gözlərini  kağızdakı  nöqsana  yaxınlaĢdırıb  diqqətlə 

saf-çürük  eləyirdi.  Möhrəni  bir-iki  cürbəcür 

hərəkətlə  həmin  yerdən  keçirəndən  sonra  yenə 

əvvəlki  vəziyyətini  alıb,  əli  sürətlə  aĢağı-yuxarı 

gedib-gələndə  xəyallar  içində  pəncərədən  uzaqlara 

baxırdı.  Heç  unutmayacağım,  sonralar  mənim  də 

baĢqalarına  elədiyim  Ģey  –  yenidən  pəncərədən 

eĢiyə  baxmadan,  baxıĢlarını  çox  qısa  müddətə 

gözlərimin  içinə  dikməsiydi.  Bu  baxıĢın  bütün 

Ģəyirdlərin  bildiyi  bircə  mənası  vardı:  xəyala 



dalmasan, vaxt heç keçməz. 

 

 



 

58. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

 

         Məni  unutmusunuz,  yox?  Burada  olduğumu 



barı  artıq  sizdən  gizlətməyim.  Çünki  qəlbimdə 

getdikcə  böyüyən  bu  səslə  danıĢmaq  məndən  ötrü 

qarĢısıalınmaz  ehtiyacdır.  Bəzən  özümü  çox 

məcbur eləyirəm, buna görə də səsimdəki çatdağın 

baĢa  düĢüləcəyini  ağlıma  gətirirəm.  Bəzən  özümü 

əməlli-baĢlı ələ verirəm – onda da ağzımdan o biri 

Ģəxsiyyətimə  iĢarə  eləyən,  sizin  baĢa  düĢəcəyiniz 

sözlər  çıxır.  Əllərimi  titrədir,  alnıma  tər  gətirir, 

downloaded from KitabYurdu.org



 

 

738 



 

dərhal  bunların  da  yeni  əlamətlər  olduğunu  baĢa 

düĢürəm. 

         Beləliklə,  burada  nə  qədər  xoĢbəxtəm! 

NəqqaĢ  qardaĢlarımla  oturub,  bir-birimizə  təsəlli 

verib,  iyirmi  beĢ  ilin  xatirələrini  xatırlayanda 

ağlımıza  düĢmənçiliklər  yox,  nəqĢ  eləməyin 

gözəllikləri  və  zövqlərigəlir.  Dünyanın  axırının 

çatmasını  duya-duya  oturub,  yaĢlı  gözlərlə  bir-

birimizi 

oxĢayıb, 

əvvəlki 


gözəl 

günləri 


xatırlamağımızda hərəm qadınlarına məxsus bir Ģey 

də var. 


         Bu  bənzətməni  Teymurlu  oğullarının  tarixini 

yazanda 


Ģirazlı, 

heratlı 


qədim 

ustadların 

hekayələrini  də  nəql  eləyən  kirmanlı  Əbu  Səiddən 

götürdüm.  Bundan  yüz  əlli  il  əvvəl  Qaraqoyunlu 

hökmdarı Cahan Ģah öz aralarında savaĢan Teymur 

soyundan  xanların,  Ģahların  kiçik  ordularını  və 

məmləkətlərini  məğlub  eləyib,  dağıdıb,  müzəffər 

türkmən  ordularıyla  bütün  Əcəm  ölkəsini  keçib, 

Doğuya  gəlmiĢ  Teymurun  ən  axırıncı  oğlu 

ġahruhun  nəvəsi  Ġbrahimi  Esterabadda  yenib, 

Gürganı  almıĢ,  ordularını  Herat  qalasına  doğru 

aparmıĢdı.  Kirmanlı  tarixçiyə  görə,  yalnız  Əcəm 

ölkəsinə  yox,  Hindistandan  Bizansa,  cahanın 

yarısına yarım əsrdi hökm eləyən Teymur soyunun 

yenilməz  gücünə  vurulan  bu  böyük  zərbə  elə 

fəlakət  və  dağıntıya  səbəb  olmuĢdu  ki,  mühasirə 

downloaded from KitabYurdu.org



 

 

739 



 

altındakı  Herat  qalası  ağlamalı  günə  düĢmüĢdü. 

Qaraqoyunlu 

Cahan 


Ģahın 

əlinə 


keçirdiyi 

qalalardakı  Teymur  soyundan  olanların  hamısını 

rəhmsizcəsinə  öldürdüyünü,  Ģahların,  Ģahzadələrin 

hərəmlərindəki  qadınları 

seçib-sonalayıb 

öz 


hərəminə  qatdığını,  nəqqaĢları  bir-birindən  ayırıb, 

rəhmi  gəlmədən  çoxunu  özünün  usta  nəqqaĢlarına 

verdiyini oxucusuna qəribə zövqlə xatırladan tarixçi 

Əbu Səid bu məqamda hekayəsini qala bürclərində 

düĢməni 

geri 


oturtmağa 

çalıĢan 


Ģah 

və 


əsgərlərindən  nəqqaĢxanada  qələmlər,  boyalar 

arasında,  mühasirənin  artıq  çoxdan  bəlli  olan 

dəhĢətli  sonunu  gözləyən  nəqqaĢlara  çevirmiĢ, 

adlarını  bir-bir  saydığı,  bu  gün  hamısı  unudulmuĢ 

nəqqaĢların  da  eynilə  Ģahın  hərəmindəki  qadınlar 

kimi  bir-birini  qucaqlayıb  ağlaĢa-ağlaĢa  keçmiĢ 

gözəl günləri xatırlamaqdan baĢqa heç bir Ģey eləyə 

bilmədikləri barədə yazmıĢdı. 

        Biz  də  kədərli  hərəm  qadınları  kimi  əvvəldən 

padĢahın  bizə  daha  səmimi  sevgi  göstərdiyindən 

bayramlarda  ona  verdiyimiz  bəzəkli  rəngbərəng 

qutu,  güzgü  və  tabaqları,  bəzənmiĢ  dəvəquĢu 

yumurtalarını,  kağızdan  kəsib  düzəltdiyimiz  iĢləri, 

təkyarpaq  rəsmləri,  əyləncəli  dəstləri,  oyun 

kağızlarını və kitabları qəbul  eləyəndən sonra bizə 

hədiyyə verdiyi xəzli kaftanları, vaxtilə bağıĢladığı 

pul dolu kisələri xatırladıq. Ġndi o günlərin çalıĢqan, 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə