Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə178/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   174   175   176   177   178   179   180   181   ...   191

 

 

732 



 

rəssamların 

qiyamət 

günü 


cəhənnəmə 

yollanacaqlarıyla  bağlı,  naxıĢ  düĢmənlərinin 

təhdidinə  cavab  kimi  istifadə  olunurdu.  Amma  o 

sehrli  ana  qədər  Kəpənəyin  ağzından  sanki  öz-

özünə tökülən bu sözü qəti istəməmiĢdim. 

        «Mən  kor  və  görənin  bir  olmadığını  göstərən 

rəsm çəkmək istərdim!» 

        «Kor və görən kimdi?» – Qara sadəlövhcəsinə 

dilləndi. 

        «Kor və görən bir olmaz.«Və ma yestevil, əmə 



vəl  basiru»nun  Ģərhidi»,  –  deyə  Kəpənək  dillənib 

davam elədi.  

 

«Qaranlıqla aydınlıq da bir olmaz, 

                                        Kölgəylə isti yer də bir 

olmaz. 

                                        Və dirilərlə ölülər də bir 

olmaz». 

 

         Bir  anlığa  Zərif  əfəndinin,  ƏniĢtənin  və  bu 



axĢam  qətlə  yetirilən  məddah  qardaĢlarımızın 

aqibətindən  titrədim.  O  birilər  də  mənim  kimi 

qorxmuĢdularmı?  Heç  kəs  bir  müddət  yerindən 

tərpənmədi.  Leylək  əlində  mənim  dəftərimi  hələ 

açıq  tuturdu,  amma  çəkdiyim  ədəbsizliyə  hələ 

baxsaq da, sanki onu görmürdü!  

downloaded from KitabYurdu.org



 

 

733 



 

         «Mən  də  qiyamət  gününü  rəsm  eləmək 

istərdim»,  –  Leylək  dedi.  «Ölülərin  dirilməsini, 

günahkarla  günahsızın  bir-birindən  ayrılmasını. 

Amma 

Qurani-Kərimimizi 



niyə  rəsm  eləyə 

bilmirik?»  

         Gənclik  illərimizdə  nəqqaĢxananın  eyni 

otağında  iĢləyəndə  eynilə  ahıl  ustaların  gözlərini 

dincəltmək  üçün  elədiyi  kimi  bəzən  baĢımızı  iĢ 

taxtalarından,  rəhlələrdən  qaldırar,  ağlımıza  gələn 

tamamilə baĢqa bir mövzudan elə-belə söz açardıq. 

Eynilə indi qabağımızda açıq duran dəftərə baxanda 

olduğu  kimi,  o  vaxtlar  da  könlümüzdə  əsən 

Ģeylərdən danıĢanda bir-birimizə baxmazdıq. Çünki 

dincəltmək üçün gözlərimizi açıq pəncərədən eĢiyə 

zilləyirdik. 

XoĢbəxt 

Ģəyirdlik 

illərinin 

bu 


gözəlliyini  xatırlamağın  həyəcanından,  Qurani-

Kərimin  uzun  müddətdi  açıb  oxumadığıma  görə 

həmin 

məqamda 


səmimiyyətlə 

duyduğum 

peĢmanlıq  üzündənmi,  yoxsa  qəhvəxanada  axĢam 

gördüyüm cinayətin dəhĢətindənmi, bilmirəm, artıq 

növbə mənə çatanda fikrim qarıĢdı. Ürəyim təhlükə 

qarĢısında olan kimi sürətlə döyündü, ağlıma baĢqa 

bir Ģey gəlməyəndə belə dedim: 

         «Təxminən  «Bəqərə»  surəsinin  axırında  bu 

mənanı verən ayələr var ki, mən ən çox onları rəsm 

eləmək  istərdim:  Yarəb,  bizi  unutduqlarımıza  və 



xətalarımıza görə sorğu-suala çəkmə. Allahım, bizə 

downloaded from KitabYurdu.org




 

 

734 



 

əvvəlkilər  kimi  qaldıra  bilməyəcəyimiz  yükü 

yükləmə. Bizi, suçlarımızı, günahlarımızı əfv elə və 

bağışla! Bizə mərhəmət buyur, Yarəbbi!» Səsim bir 

anlığa  qırıldı,  heç  gözləmədiyim  halda  axan  göz 

yaĢlarımdan,  bəlkə  də  Ģəyirdlik  illərində  özümüzü 

qorumaq, həssaslığımızı göstərməmək üçün elə hey 

hazır  saxladığımız  lağlağılıqdan  qorxduğuma  görə 

utandım. 

         Güman  eləyirdim  ki,  göz  yaĢlarım  dərhal 

sakitləĢər,  amma  özümü  saxlaya  bilməyib  hıçqıra-

hıçqıra  ağlamağa  baĢladım.  Mən  ağladıqca  onların 

hər  birini  də  qardaĢlıq,  fəlakət  və  kədər  duyğuları 

bürüdüyünü 

hiss 


eləyirdim. 

PadĢahımızın 

nəqqaĢxanasında  artıq  firəng  tərzində  nəqĢ 

ediləcək,  bütün  həyatımızı  sərf  elədiyimiz  üsullar 

və  kitablar  yavaĢ-yavaĢ  unudulacaq,  əslində,  hər 

Ģey  bitəcək  və  ərzurumilər  bizi  sıxıĢdırıb 

boğazlamasalar, 

padĢahın 

iĢgəncələri 

Ģikəst 


eləyəcəkdi...  Amma  ağlayanda  öz  hıçqırıqlarım, 

köks  ötürmələrim  arasında  yağıĢın  hüznlü 

tıqqıltısını  hələ  dinləməyə  davam  elədiyim  kimi, 

beynimin  bir  guĢəsiylə  də  məni  ağladan  Ģeyin 

bunlar olmadığını hiss eləyirdim. O birilər bunu nə 

qədər baĢa düĢürdülər? Həm səmimiyyətlə ağlayır, 

həm də yalandan ağladığıma görə gizli-aĢkar günah 

duyurdum.  

downloaded from KitabYurdu.org



 

 

735 



 

         Kəpənək  mənə  yaxınlaĢdı,  əlini  çiynimə 

qoydu,  saçlarımı  oxĢadı,  yanağımdan  öpdü,  Ģirin 

sözlər  söylədi.  Bu  dostluq  məni  daha  da 

səmimiyyətlə  və  günahkarcasına  ağlatdı.  Üzünə 

baxa bilmirdim, amma nədənsə özümü inandırmağa 

çalıĢırdım ki, o da ağlayır. Ġkimiz də oturduq. 

         NəqqaĢxanaya  necə  eyni  ildə  birgə  Ģəyird 

verildiyimizi,  anamızdan  ayrılıb  baĢqa  həyata 

qəfildən baĢlamaqla keçən qəribliyin hüznünü, hələ 

ilk  gündən  yeməyə  baĢladığımız  Ģillələrin  ağrısını, 

xəzinədarbaĢıdan  gələn  ilk  hədiyyələrin  sevincini, 

qaça-qaça  evə  qayıtdığımız  günləri  elə  bu  ovqatla 

xatırladıq.  Əvvəlcə  yalnız  o  danıĢır,  mən  kədərlə 

dinləyirdim,  amma  sonra  Leylək,  daha  sonra  ilk 

Ģəyirdlik  illərimizdə  bir  ara  nəqqaĢxanaya  gəlib-

gedən  Qara  da  bizə  yoldaĢlıq  eləyəndə,  az  sonra 

ağladığımı  da  unutdum,  mən  də  onlarla  gülüĢə-

gülüĢə danıĢmağa baĢladım. 

         ġəyirdlərin  erkəndən  qalxıb,  nəqqaĢxananın 

ən  böyük  otağındakı  ocağı  yandırıb,  isti  suyla 

döĢəməni sildikləri qıĢ səhərlərini xatırladıq. Bütün 

gündə  ağacın  bir  yarpağını  ancaq  nəqĢ  eləyəcək 

qədər  ilhamsız,  ehtiyatlı  bir  rəhmətlik  qədim 

«usta»nın  o  yarpaq  əvəzinə  açıq  pəncərədən 

görünən  bahar  ağaclarının  yamyaĢıl  yarpaqlarına 

yenə  baxdığımızı  görəndə  «ora  yox,  bura  baxın!» 

deyib,  bizi  döyüb-eləmədən  yüzüncü  dəfə 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə