748
canlarını qurtarardılar. Yeganə ümidim Ustad
Osmanın baĢqa adamı, baĢqa hədəfi niĢan
verməsiydi, amma, görəsən, onun haqqında
Qaranın dedikləri doğruydumu? Burada məni
öldürə, sonra günahı üstümə yıxa bilərdilərmi?
Xəncəri xirtdəyimə dayadılar. Dərhal Qaranın
bundan heç gizləyə bilmədiyi zövq aldığını da
gördüm. Sifətimə bir Ģillə vurdular Xəncər
kəsirdimi? Bir Ģillə də vurdular.
Amma bu məntiqi də çıxara bildim: heç nə
deməsəm, heç şey olmaz! Bu, mənə güc verdi. Artıq
bütün həyatı boyu çox açıq-aydın ən yaxĢı boyanı
sürtmüĢ, ən gözəl cizgini çəkmiĢ, ən yaxĢı naxıĢı
salmıĢ məni qısqandıqlarını gizlətmirdilər. Məni bu
qədər qısqandıqlarına görə sevinirdim. Sevimli
dostlarıma gülümsədim.
Biri – istəmirəm ki, bu iyrəncliyi hansının
elədiyini biləsiniz – uzun müddətdən bəri həsrətini
çəkdiyi sevgilisini öpən kimi məni odlu-odlu öpdü.
O birilər yaxınlaĢdırdıqları qəndilin iĢığında
baxırdılar. Mən də sevgili qardaĢımın bu öpüĢünün
əvəzini verdim. Hər Ģeyin axırına gəliriksə, ən yaxĢı
naxıĢı mənim saldığım bilinsin. Mənim səhifələrimi
tapın, baxın.
ÖpüĢə öpüĢlə cavab verməyim elə bil onu çox
hiddətləndirmiĢdi, qəzəblə məni döyməyə baĢladı.
Amma o birilər onu tutdular. Qətiyyətsizlik
downloaded from KitabYurdu.org
749
göstərdilər. Aralarında itələĢmə-qapıĢma olması
Qaranı qəzəbləndirdi. Sanki mənə yox, həyatlarının
getməkdə olduğu səmtə qəzəb duyur, buna görə də
intiqamlarını bütün cahandan və hamıdan almaq
istəyirdilər.
Qara qurĢağından bir Ģey çıxartdı: bir ucu çox
iti, uzun iynəydi. Bir anda gözümə yaxınlaĢdırdı:
elə hərəkət elədi ki, elə bil gözümə soxa bilərdi.
«Ustadlar ustadı böyük Behzad bundan
səksən il əvvəl Herat yaxınlığında hər Ģeyin baĢa
çatdığını baĢa düĢdü, kimsə onu baĢqa cür nəqĢə
məcbur eləməsin deyə Ģərəflə özünü kor elədi», –
dedi. «Bu tuğ iynəsini öz gözünə ağır-ağır soxub
çıxarandan sonra Allahın möhtəĢəm qaranlığı
sevimli bəndəsinə, o möcüzə əlli nəqqaĢa ağır-ağır
endi. Artıq kor və sərxoĢ Behzadla birgə Heratdan
Təbrizə keçən iynə ġah Təhmasib tərəfindən
PadĢahımızın atasına o əfsanəvi «Şahnamə»ylə
birgə hədiyyə göndərildi. Ustad Osman əvvəlcə
bunun niyə göndərildiyini baĢa düĢmədi. Amma bu
gün bu zalım hədiyyənin arxasındakı pislik diləyini,
haqlı məntiqi də gördü. PadĢahımızın da artıq öz
rəsmini firəng ustadları tərzində nəqĢ etdirmək
istədiyini, övladından çox sevdiyi sizlərin də ona
xəyanət elədiyinizi görəndən sonra dünən gecə
xəzinə otağında eynilə Behzad kimi bu iynəni öz
gözünə soxdu. Ġndi bütün ömrünü həsr eləyib
downloaded from KitabYurdu.org
750
qurduğu nəqqaĢxanasını süquta sürükləyən sən
məlunu mən kor eləsəm, necə olar?»
«Məni kor eləsən də, eləməsən də, artıq burada
özümüzə yer tapmayacağıq», – dedim. «Ustad
Osman həqiqətən kor olar, ya da ölər, biz də
firənglərin təsiriylə qəlbimizdən gəldiyi kimi, bütün
nöqsanlarımız, Ģəxsiyyətimizlə nəqĢ eləyib üslub
sahibi olsaq, özümüzə oxşayacağıq, ancaq özümüz
olmayacağıq. Yox, qədim ustadlar kimi ancaq onlar
kimi nəqĢ eləsək, özümüz olarıq desək, Ustad
Osmana belə arxa çevirən PadĢahımız bizim
yerimizə baĢqasını tapacaq. Artıq bizə kimsə belə
baxmayacaq,
yalnız
yazıqları
gələcək.
Qəhvəxanaya hücum edilməsi də bütün bunlara
əlavə olunacaq: çünki bu hadisənin yarısı, təbii ki,
vaiz əfəndiyə böhtan atan biz nəqqaĢların üstünə
düĢəcək».
Bir-birimizlə düĢmən olmağın heç iĢimizə
yaramayacağını dil töküb baĢa salmağa çalıĢsam da,
çox fayda vermədi. Məni dinləməyə niyyətləri yox
idi: təlaĢ içindəydilər, səhərə qədər səhv-düz
fikirləĢmədən aralarından bir nəfərin günahkar
olduğuna tələm-tələsik qərar verərlərsə, canlarını
qurtaracaqlarına, iĢgəncəyə məruz qalmayacaqları
kimi, nəqqaĢxanada da hər Ģeyin əvvəlki təki illərlə
davam eləyəcəyinə inanırdılar.
downloaded from KitabYurdu.org
751
Amma yenə də Qaranın gözlərimi çıxarmaqla
məni hədələməsi o birilərin xoĢuna gəlmirdi. Bəs
baĢqasının günahkar olduğu aĢkara çıxsa, məni də
əbəs yerə kor elədikləri PadĢahımızın qulağına
çatsa? Qaranın Ustad Osmanla yaxınlığı, ondan
tərbiyəsizliklə söz açması da onları qorxudurdu.
Qaranın gözünü qan örtmüĢ qəzəblə gözlərinin lap
qabağında tutduğu iynəni uzaqlaĢdırmağa çalıĢdılar.
Qara bizim aramızda sözləĢib əlindən tuğ
iynəsini almağımızdan qorxub təlaĢa düĢdü.
ĠtələĢmə-qapıĢma baĢ verdi. Gözlərimin lap
qabağındakı iynəli mübarizədən qaçmaq üçün
ancaq çənəmi qaldırıb baĢımı arxaya ata bilirdim.
Sonra hər Ģey o qədər cəld baĢ verdi ki, bir
anlığa nə olduğunu heç baĢa düĢə bilmədim: sağ
gözümdə kəskin, amma məhdud ağrı duydum, bir
anlığa Ģüurumu itirdim. Sonra hər Ģey öz əvvəlki
vəziyyətinə qayıtdı, amma artıq qəlbimə dəhĢət də
çökmüĢdü. Lampa uzaqlaĢmıĢdı, bununla belə,
yenə də o birinin qətiyyətlə iynəni bu dəfə sol
gözümə soxmasını açıq-aĢkar gördüm. Qaranın
əlindən iynəni, yəqin, qapıb almıĢdı, bu dəfə daha
ehtiyatlı, daha qəzəbliydi. Ġynənin bir anda girdiyini
baĢa düĢəndə heç qımıldanmadım, eyni yanğını hiss
elədim. Alnımdakı uyuĢma sanki bütün baĢıma
yayıldı, iynə çıxanda kəsildi. Ġndi gah mənim
gözlərimə, gah da iynənin ucuna baxırdılar. Sanki
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |