183
bunu sübut eləyir. Hərəkətlərində «on iki ildə
çalıĢdım, adam oldum» mənasını verən bir Ģey var.
Pillələr qurtardı. Mənə nəqqaĢxanada nələr
öyrəndiyimi sonra danıĢsın.
«Sən irəlidə get, bala», – dedim. «Get,
camaata çat».
ÇaĢdı, amma rəngi allanmadı. Təmkinlə
qolumdan çıxıb getməsi hətta xoĢuma gəldi.
Şəkurəni buna versəm, bizimlə bir evdə qalarmı?
Ədirnəqapıdan Ģəhərin kənarına çıxmıĢdıq ki,
lap aĢağılarda, seyrək dumanın içində az qala artıq
gözdən itən tabutu, onu çiyinlərində apara-apara
yoxuĢdan Xalicə doğru sürətlə enən nəqqaĢlar,
xəttatlar, Ģəyirdlər tünlüyünü gördüm. O qədər
sürətlə yerimiĢdilər ki, qarla örtülü vadidən Eyyuba
enən palçıqlı yolun indidən yarısını aĢmıĢdılar.
Sükutun, dumanın içində solda Xanım Sultan
Vəqfinin mumxanasının bacası keflə tüstüləyirdi.
Divarların altında Eyyubdakı rum qəssablar üçün
ara vermədən iĢləyən kəsim evi və dəriçilər vardı.
Buralardan gələn leĢ qoxusu irəlidə açıq-aĢkar
sezilən
Eyyub
camesinin
qübbələrinə
və
qəbiristanlığın sərv ağaclarına qədər uzanan vadiyə
yayılmıĢdı. Bir az gedəndən sonra aĢağıdan,
Balatdakı yeni yəhudi məhəlləsindən çıxıb oyun
oynayan uĢaqların səs-küyünü eĢitdim.
downloaded from KitabYurdu.org
184
Eyyubun düzənliyinə enəndə Kəpənək mənə
tərəf cumdu. HəmiĢəki təki coĢmuĢ vəziyyətdə
söhbətə yaltaqcasına girdi:
«Bu iĢi Zeytunla Leylək elədilər», – dedi.
«Mənim rəhmətliklə aram olmadığını hamı kimi,
onlar da çox yaxĢı bilirdilər; hamının bundan
xəbərdar olduğunu da bilirdilər. Aramızda Ustad
Osmandan sonra nəqqaĢxananın baĢına kimin
keçəcəyi ilə bağlı qısqanclıq, hətta qarĢılıqlı ifadə
edilmiĢ xoĢagəlməz duyğular, düĢmənçilik var. Ġndi
günahın mənim üstümdə qalacağını, ən azı,
xəzinədarbaĢının, onun istiqamətləndirməsiylə də
PadĢahımızın məndən, yox, bizdən uzaqlaĢacağını
güman eləyirlər.
««Biz» dediyin siz kimsiniz?»
«NəqqaĢxanada qədim əxlaqın qalmasını,
Əcəm ustalarının yoluyla gedilməsini, pul xətrinə
hər mövzunun rəsm edilməməsini deyirik.
Kitablarımıza silahların, orduların, əsirlərin,
fəthlərin əvəzinə qədim əfsanələrin, rəvayətlərin,
hekayələrin daxil edilməsini, qədim qəliblərdən
boyun qaçırılmamasını, nadir nəqqaĢların ÇarĢıdakı
dükanlarda üç-beĢ quruĢ üçün hər qarĢısına çıxana
hər mövzunu çəkib səfil Ģeylər eləməməli olduğunu
deyirik. PadĢahımız həzrətləri bizə haqq verir.
«Özünə boĢ-boĢuna iftira eləyirsən», –
söhbəti qısa eləsin deyə dilləndim. «NəqqaĢxanada
downloaded from KitabYurdu.org
185
bu iĢi görəcək tinətdə bir kəsin tapılmayacağına
əminəm. Hamınız qardaĢsınız. Qabaqlar rəsm
edilməmiĢ
beĢ-üç
mövzunun
çəkilməsində
düĢmənçilik ediləcək bir zərər yoxdu».
Eyni anda eyni xəbəri ilk dəfə eĢidəndə
elədiyim kimi, qəti bir gerçəyi qavradım. Zərif
əfəndinin qatili saray nəqqaĢxanasında püxtələĢmiĢ
ustalardan biriydi, həm də qarĢımda qəbiristanlığın
yoxuĢunu çıxan kütlənin içindəydi. Həmin
məqamda qatilin Ģeytanlıq və fəsada davam
eləyəcəyindən, mənim hazırladığım kitaba düĢmən
olduğundan, böyük ehtimalla, evə gəlib kitabım
üçün naxıĢ və rəsm iĢi aldığından da əmindim.
Evimə gəlib-gedən nəqqaĢların, rəssamların çoxu
kimi, Kəpənək də qızıma aĢiqmi olmuĢdu?
Ġddialarını irəli sürəndə mənim bəzi vaxtlar ondan
öz düĢündüklərinin tamamilə əksi olan rəsmlər
istədiyimi unutmuĢdumu, yoxsa ustalıqla sözmü
vururdu?..
Yox, söz vurmaz, bir az sonra fikirləĢdim.
Kəpənəkdə də o biri usta nəqqaĢlarda olduğu kimi
mənə qarĢı açıq-aĢkar bir minnət duyğusu vardı:
savaĢlar və PadĢahımızın etinasızlığı üzündən
xəzinədən nəqqaĢlara verilən pullar, hədiyyələr
kəsiləndə hamısı yeganə ciddi əlavə gəliri bir
müddət mənim kitabım sayəsində qazanmıĢdı.
Məni bir-birilərindən qısqandıqlarını bilirdim, hətta
downloaded from KitabYurdu.org
186
buna görə – yalnız buna görə yox – onlarla
evimizdə ayrı-ayrı tapıĢıb-görüĢürdüm, bu da heç
mənə düĢmənçilik duyacaqları mənasına gəlmirdi.
NəqqaĢların hamısı o qədər yetkin adamlar idi ki,
mənfəətləri üzündən sevməyə məcbur olduqları bir
adamı ağıllı tərpənib-eləyib, daha insani səbəb tapıb
səmimiyyətlə sevməyi bacarardılar.
Sükut
uzanmasın,
eyni
mövzuya
qayıdılmasın deyə: «MaĢallah, eniĢi endikləri
sürətlə tabutu yoxuĢ yuxarı da çıxara bilirlər», –
dedim.
Kəpənək
bütün
diĢlərini
göstərəcək
xoĢagələn bir tərzdə gülümsədi: «Soyuqdan».
«Beynimdən keçirdim ki, indi bu adam
öldürə bilərmi. Məsələn, qısqanclıqdan. Daha sonra
da məni? Bir bəhanə uydurar: bu adam dinimə küfr
eləyir. Amma böyük ustaddı, əsl istedaddı, niyə
öldürsün? Qocalıq təkcə yoxuşlarda çətinə düşmək
deyil, yəqin ki, ölümdən elə də çox qorxmamaqdı:
çarəsizlikdən cariyə qızın yasaq yatağına həyəcanla
yox, savab kimi girməkdi. Ani sevgiylə o anda
verdiyim qərarımı üzünə söylədim:
«Kitabımı artıq davam etdirməyəcəm».
«Necə?» – üzü dönən Kəpənək dilləndi.
«Uğursuzluq var onda. PadĢahımız da pulu
kəsdi. Zeytunla Leyləyə də de».
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |