191
ustad bu qərara gəlmiĢdi ki, hərəmiz həftənin bir
günü gələk. Böyük ustad cümə günləri iĢləyər,
cümə ertəsi nəqqaĢxanaya getməzdi. Çox sevdiyi,
bizim kimi Ģəyirdlik eləyən, sonrakı illərdə ona və
hamımıza xəyanət eləyib sənəti atan öz oğlu atasına
sıravi Ģəyird kimi bazar ertəsi günləri yoldaĢ
olurdu. Bir də hamımızdan qabiliyyətli, arıq və
uzun bir PərĢənbə qardaĢımız vardı ki, gənc yaĢında
naməlum xəstəlikdən qızdırma içində ölmüĢdü.
Rəhmətlik Zərif əfəndi çərĢənbələr gəlirdi, buna
görə də ÇərĢənbəydi. Amma sonra böyük ustadımız
adlarımızı Salıdan Zeytuna, Cümədən Leyləyə,
Bazardan Kəpənəyə dəyiĢdirdiyi eĢq və mənayla,
təzhibinin incəliyinə iĢarəylə ona Zərif demiĢdi.
Böyük ustad hamımıza dediyi kimi, ona da bir
müddət hər səhər: «XoĢ gəldin, ÇərĢənbə, görək
necəsən», – deməliydi.
Məni də necə çağırdığını xatırlayanda
gözlərimin yaĢaracağını hesab elədim: Ģəyird
olanda bütün qapazlara baxmayaraq, Ustad Osman
bizi sevdiyinə, nəqĢimizin gözəlliyindən gözləri
sulanıb əllərimizdən, qollarımızdan öpdüyünə, o,
bizi öpdükcə bacarığımız da eĢqlə çiçəkləndiyinə
görə elə bil cənnətdəydik. O vaxtlar bu xoşbəxt
illərə kölgə salan qısqanclığın rəngi belə başqaydı.
BaĢını və əllərini bir ustadın, bədəni və
qiyafələrini baĢqa bir ustanın çəkib boyadığı o
downloaded from KitabYurdu.org
192
insanlar sayaq özümü əməlli-baĢlı ikiyə bölünmüĢ
təki hiss elədiyimi görürsünüz. Mənim kimi
Allahdan qorxanın biri gözlənilmədən qatil olanda
dərhal alıĢammır. Sanki keçmiĢ həyatımın davam
elədiyi kimi davranmaq üçün qatilliyə uyğun ikinci
səs qazandım. Ġndi keçmiĢ həyatımla heç
qarıĢdırmadığım həmin istehzalı və xain ikinci səslə
danıĢıram. Qatil olmasaydım, danıĢacağım o
məlum, tanınan köhnə səsimi də, təbii ki, aradabir,
amma «mən qatiləm» yox, ləqəbimlə eĢidəcəksiniz.
Kimsə bu ikisini birləĢdirməyə cəhd eləməsin,
çünki məni ələ verəcək fərdi üslubum və nöqsanım
yoxdu. Üslubun, nəqqaşın birini digərindən
fərqləndirəcək hər hansı bir şeyin bəzilərinin
öyünə-öyünə dediyi kimi şəxsiyyət yox, nöqsan
olduğuna inanıram.
Amma mənim xüsusi vəziyyətimdə bunun
problem yaratdığını da qəbul eləyirəm. Çünki heç
istəmirəm mənim, ustad Osmanın bizə eĢqlə
verdiyi, ƏniĢtə əfəndimizin də sevə-sevə çağırdığı
qondarma
adlarımızla
desək,
Kəpənəkmi,
Zeytunmu, Leyləkmi olduğumu baĢa düĢəsiniz.
BaĢa düĢsəniz, böyük ehtimalla, dərhal qaça-qaça
məni
bostançıbaĢının
iĢgəncələrinə
təslim
eləyərsiniz.
Buna görə də hər Ģeyi düĢünüb deyə
bilmərəm. Öz-özümə fikirləĢəndə belə, əslində,
downloaded from KitabYurdu.org
193
sizin məni izlədiyinizi bilirəm. Həyatımın məni ələ
verəcək təfərrüatını, qəzəblərimi düĢüncəsizcəsinə
beynindən keçirəmmərəm. Əlif, Be, Cin deyib üç
dənə rəvayət danıĢanda ağlımın bir küncüylə sizin
baxıĢınızı da izləyirdim.
On minlərlə kərə rəsm elədiyim savaĢçılar,
aĢiqlər, Ģahzadələr və əfsanə qəhrəmanları bir
yanlarını rəsm edilən Ģeyə: o əfsanəvi zamanda
savaĢdıqları düĢmənlərə, boğuĢduqları əjdahalara,
göz yaĢları tökdükləri gözəl qızlara çevirirlər.
Amma bir yanlarını və bədənlərinin bir hissəsini də
o möcüzəvi rəsmə tamaĢa eləyən naxıĢsevərlərə
çevirirlər. Üslubum və fərdiliyim varsa, yalnız
nəqşimdə yox, mənim cinayətimdə və sözlərimdə də
gizlənib! Mənim kim olduğumu sözlərimin
rəngindən tapın görək!
Məni yaxalamağınızın yazıq Zərif əfəndinin
bədbəxt
ruhuna
təskinlik
verəcəyini
də
düĢünmürəm. Mən indi ağaclar altında, quĢ
civiltiləri içində, Xalicin qızılı sularına, Ġstanbulun
qübbələrinə tamaĢa eləyib, yaĢamağın yaman gözəl
Ģey olduğunu bir daha dərk eləyəndə onun üstünə
kürək-kürək torpaq atırlar. Yazıq Zərif əfəndi son
vaxtlarda o çatmaqaĢ ərzurumlu vaizin adamlarıyla
oturub-durmağa baĢlayandan sonra məni heç
sevməzdi, amma PadĢahımız üçün kitablar nəqĢ
elədiyimiz bu iyirmi il ərzində özümüzü bir-
downloaded from KitabYurdu.org
194
birimizə yaxın saydığımız vaxtlarımız da olmuĢdu.
Ġyirmi il qabaq, bir ara PadĢahımızın rəhmətlik
atasının salnaməsi üçün çalıĢanda yoldaĢ olduq,
amma ən çox Füzuli «Divan»ına daxil edilən səkkiz
naxıĢlı səhifə üçün iĢləyəndə yaxınlaĢmıĢdıq. O
vaxt onun haqlı, amma məntiqli istəklərinə (nəqqaş
rəsm elədiyi rəsmi ruhunda hiss eləməliymiş)
qoĢulmaq üçün bura gəlmiĢ, bir yay axĢamüstü
qaranquĢ sürüləri üzərimizdə çılğınlıqla uçuĢanda
nümayiĢkaranə tərzdə mənə Füzuli «Divan»ından
oxuduğu misraları səbirlə dinləmiĢdim. O gecədən
yaddaĢımda «mən belə deyiləm, mənim dediyim
sənsən elə» misrası qalıb. Bir də həmin misranın
necə rəsm edilə biləcəyini öz-özümdən soruĢub
düĢündüyüm…
Meyitinin tapıldığını öyrənər-öyrənməz qaça-
qaça getdiyim evində oturub Ģeir oxuduğumuz kiçik
həyətin qar altında qaldığını, illər keçəndən sonra
gördüyümüz bütün həyətlər kimi kiçildiyini hiss
elədim. Yan otaqdan qadınların bir-biriylə yarıĢan
kimi artan səs-küyləri, həddini aĢmıĢ hayqırtıları
eĢidilirdi. Böyük qardaĢı danıĢanda diqqətlə qulaq
asdım: yazıq Zərif qardaĢımızın sifəti az qala parça-
parça olub, baĢı əzilib. Dörd gündən bəri dibində
qaldığı quyudan çıxarılandan sonra qardaĢları onu
tanımağa çətinlik çəksələr də, evdən gətirdikləri
bədbəxt arvadı Qəlbiyyə gecə qaranlığında bu
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |