204
bütün cahanın aĢiq olduğu gözəllər gözəli
Mahmudun yanına qaçıb gedirsən, əvvəl ağzına o
birini yox, pulu alıb yoxlayır, «qəlpdi» deyib səni
cənnətə bir saatlığa yox, yarım saatlığına aparır.
Venesiya kafiri gördü ki, öz qəlp pulunun belə
faciəli nəticələri var, «Barı Osmanlı qızılının da
qəlpini buraxaq, bunlar yenə baĢa düĢməzlər», –
dedi.
Ġndi qəribə olan vəziyyətə diqqət çəkək.
Artıq bu Venesiya kafiri rəsm çəkəndə rəsm də
çəkmir, sanki rəsm elədiyi Ģeyin həqiqisini yaradır.
Amma pul buraxanda həqiqi pul buraxmır, onun
saxtasını buraxır. Venesiyada dəmir sandıqlara
dolduq, gəmilərə mindik, yırğalana-çalxalana
Ġstanbula gəldik. Özümü bir sərraf dükanında, bir
ustanın sarımsaq qoxuyan ağzında gördüm. Bir az
gözlədik-gözləmədik, qızıl xırdalatmaq istəyən bir
səfeh kəndçi gəldi. Bic oğlu bic, usta sərraf: «Görək
sənin qızılın qəlpdimi, ver diĢimlə yoxlayım», –
deyib kəndçinin qızılını alıb ağzına atdı.
Ağzının içində qarĢılaĢanda gördüm ki,
kəndçininki həqiqi Osmanlı Sultanisidi. Sarımsaq
qoxusu içində məni görəndə: «Sən qəlpsən», – dedi.
Haqlıydı, amma bunu məğrur-məğrur deməsi
kefimi pozduğuna görə mən də yalan söylədim.
«Əsl qəlp sənsən», – dedim.
downloaded from KitabYurdu.org
205
Bu vaxt əbləh kəndçi də: «Mənim qızılım heç
qəlp olarmı?! Mən onu iyirmi il qabaq torpağa
basdırmıĢdım, o vaxt belə əxlaqsızlıqmı vardı», –
deyib öyünürdü.
Mən nə baĢ verəcəyiylə maraqlananda sərraf
ağzından kəndçinin qızılını yox, məni çıxartdı. «Al,
bu, sənin qızılın, alçaq venesiyalı kafirin qəlp
pulunu
istəmirəm»,
–
dedi.
«Sən
heç
utanmırsanmı?» – deyib üstəlik avam kəndçini
danladı. O da bir az cavab verdi, məni də götürüb
getdi. O biri sərraflardan da buna oxĢayan sözlər
eĢidəndə ürəyi qırıldı, məni ucuz qızıl kimi doxsan
ağcaya xırdalatdı. Yeddi ildi əldən-ələ davam
eləyən bitib-tükənməz gəzintilərim bax belə
baĢladı.
Vaxtımın çoxunu ağıllı pulun eləməli olduğu
kimi, Ġstanbulda kisədən kisəyə, qurĢaqdan cibə
köçdüyümü iftixarla söyləyim. Qorxulu yuxum,
küpün içinə girib həyətdə daĢın altında illərlə
basdırılmıĢ halda qalmaq qorxusu da baĢıma gəldi,
amma nədənsə bu sıxıntılı vaxtlar qısa sürürdü.
Məni əlinə alanların çoxu üstəlik qəlp olduğumdan
xəbər tutardısa, tezliklə məndən qurtulmaq
istəyirdi. Qəlp olduğumu deyib ağılsız alıcını
xəbərdar eləyənə hələ rast gəlməmiĢəm. Amma
qəlp olduğumu bilməyib mənə yüz iyirmi ağca
sayanlar hərifləndiklərini baĢa düĢər-düĢməz bir
downloaded from KitabYurdu.org
206
baĢqasını hərifləyib məndən qurtulana qədər qəzəb,
ümidsizlik və səbirsizlik böhranları keçirə-keçirə
vurnuxurdular. Həmin böhran vaxtı özləri də
baĢqalarını hərifləməyə dəfələrlə cəhd elədikləri
halda (tələsiklik və qəzəbdən elə hey uğursuzluğa
düçar olurdular), məni verib onları hərifləyən
adama «əxlaqsız» deyib söyürdülər.
Bu son yeddi il ərzində Ġstanbulda beĢ yüz
altmıĢ əl dəyiĢdirdim, girmədiyim ev, dükan, çarĢı,
bazar, kilsə, sinaqoq qalmadı. Gəzdikcə haqqımda
hesab
elədiyimdən
daha
artıq
dedi-qodu
yarandığını,
əfsanələr
uydurulub,
yalanlar
söylənildiyini gördüm. Artıq məndən baĢqa heç bir
qiymət qalmadığı, qəddarlığım, gözümün kor
olduğu, mənim də pulu sevdiyim, dünyanın, təəssüf
ki, mənim üzərimdə qurulduğu, hər Ģeyi satın ala
biləcəyim, pisliyim, adiliyim, alçaqlığım elə hey
üzümə vuruldu. Qəlp olduğumdan xəbər tutanlar
mənə daha da qəzəbli münasibət göstərib, daha da
yaramaz Ģeylər söylədilər. Həqiqi dəyərim
düĢdükcə məcazi dəyərim artırdı. Amma bütün bu
amansız
məcazlara,
düĢüncəsiz
iftiralara
baxmayaraq, gördüm ki, əhalinin böyük çoxluğu
məni ürəkdən sevir. DüĢünürəm ki, bu sevgisiz bu
da bu qədər səmimi, hətta coşub-daşan sevgimizin
hamımızı sevindirməsi lazımlı bir şeydi.
downloaded from KitabYurdu.org
207
Ġstanbulun hər guĢəsini küçə-küçə, səmt-səmt
gördüm. Yəhudilərdən abazalara, ərəblərdən
minqreliyalılara qədər hamının əlini tanıdım. Bir
dəfə Manisaya gedən ədirnəli bir xocanın kisəsində
Ġstanbuldan qırağa çıxdım. Yolumuz kəsilib,
həramilər də «ya canın, ya malın» qıĢqıranda
zavallı xoca bizi təlaĢla arxa deĢiyinə soxub
gizlətdi. Bura sarımsaq sevən adamın ağzından da
pis qoxuyurdu, çox da rahatsızıydı. Amma dərhal
sonra hər Ģey daha da pis oldu, çünki həramilər «ya
malın, ya canın!» da demədilər, xocaya «ya
namusun, ya anın!» deyib növbəyə durdular. O
kiçik deĢikdə nələr çəkdiyimizi sizə heç
danıĢmayım. Ġstanbuldan qırağa çıxmaqdan da buna
görə heç xoĢum gəlmir!
Ġstanbulda yaman sevildim! Xəyallarındakı
ərĢ kimi gənc qızlar məni öpdülər, məxmər
kisələrdə, yastıq altlarında, iri döĢlərin arasında,
donlarının altında gizləyib, yatanda orada olub-
olmadığımı yoxladılar. Bir hamamda, ocağın
qırağında, çəkmənin içində, çox gözəl iy verən
ətriyyatçı dükanında, kiçik ĢüĢənin dibində, aĢpazın
mərcimək çuvalının gizli cibində gizlədildim. Dəvə
dərisindən
kəmərlərin,
Misir
alacasından
1
1
Rəngli toxuma
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |