213
uĢaq, zinakar qadını daĢlayan qəddar, ya da əliqanlı
qatil olmağa belə razılıq vermiĢdilər».
«Bu, eynilə, – özümü baĢa düĢməyən kimi
göstərib dilləndim, – qədim Əcəm əfsanələrindən
söhbət açan kitablarda ġah Ġsmayılın taxta
oturmasını görməyimiz kimi bir Ģeydi. Ya da
Xosrovla ġirinin hekayəsində onlardan çox sonra
hökm
sürən
Teymurun
rəsm
edilməsiylə
rastlaĢmağımıza oxĢayır».
Bu məqamda evin içində taqqıltımı vardı?
«Amma o firəng rəsmləri elə bil bizi
qorxutmaq üçün çəkilir», – əniĢtəm sonra dedi.
«Bizi yalnız çəkdirənlərin gücü və var-dövlətiylə
qorxutmurlar. Həm də bu dünyada mövcudluğun
çox gözəl və əsrarəngiz Ģey olduğuna inandırmağa
çalıĢırlar. Bənzərsiz üzləri, gözləri, duruĢlarıyla, hər
qatı kölgə içində olan əlbəsələriylə əsrarəngiz bir
varlıq nümunəsinə çevrilib bizi qorxutmaq
istəyirlər».
Bir dəfə Komo gölü qırağındakı bir varlı
malikanəsində
çılğın
həvəskarın,
krallardan
kardinallara, əsgərlərdən Ģairlərəcən firəng tarixinin
bütün məĢhurlarının üz təsvirlərini topladığı
möhtəĢəm portretlər qalereyasının otaqlarında necə
itdiyindən danıĢdı. «Qonaqsevər ev sahibinin məni
iftixarla gəzdirdiyi evin otaqlarında bir az da öz
istəyimlə gəzməyim məqsədilə məni tək qoyanda, –
downloaded from KitabYurdu.org
214
dedi, – çoxu həqiqi görünən, bəzisi dimdik mənim
gözlərimin içinə baxan bu guya mühüm gavur
Ģəxsiyyətlərinin məhz portretləri çəkildiyinə görə
bu dünyanı daha artıq dolduran Ģəxsiyyətlərə
çevrildiklərini gördüm. Portretlərinin çəkilməsi elə
sehrli bir Ģey yaratmıĢ, onları elə bənzərsiz varlığa
çevirmiĢdi ki, rəsmlər arasında bir anlığa özümü
nöqsanlı və gücsüz hiss elədim. Sanki bu aləmdə
niyə mövcud olduğumu bu üsullarla çəkə bilsəm,
daha yaxşı qavrayacaqdım».
Heratlı qədim nəqqaĢların mükəmməl və
dəyiĢməz elədiyi Ġslam nəqĢinin portret həvəsiylə
baĢa çatacağını dərhal baĢa düĢüb, istəyindən
qorxub. «Amma sanki hamıdan fərqli olduğumu,
baĢqa cür olduğumu, bənzərsiz olduğumu hiss
eləmək də istəyirdim», – dedi. Beləcə, Ģeytanın bizi
günaha sürükləyəcəyi vaxtlarda olduğu kimi,
qorxduğu Ģeyə doğru güclü istəyin cazibəsiylə
sürükləndiyini hiss eləyib. «Necə deyim, bu sanki
günahsayaq istək idi, elə bil Allaha qarĢı
böyüklənməyə, özünü əhəmiyyətli bir Ģey saymağa,
özünü dünyanın mərkəzinə qoymağa oxĢayırdı».
Daha sonra ağlına gəlib ki, firəng
ustadlarının əlində bir cür məğrur uĢaq oyununa
dönən Ģey uca padĢahımıza yönəlsə, bir sehri də
aĢıb, görən hər kəsi təsiri altına alacaq haqlı bir
gücə, dinimizə xidmətə çevriləcək.
downloaded from KitabYurdu.org
215
PadĢahımızın və onu təmsil eləyən Ģeylərin
rəsmlərinin olacağı bir kitab hazırlatmaq fikri elə
həmin vaxt ortaya çıxıb. Çünki Ġstanbula qayıdan
əniĢtəm PadĢahımız həzrətlərinə firəng ustadlarının
üsullarıyla rəsm edilməsinin çox yaxĢı olacağını
söyləyəndə o, əvvəlcə etiraz eləyib.
«Əsl olan hekayədi», – deyib. «Gözəl rəsm
hekayəni
zərifliklə
tamamlayır.
Hekayəni
tamamlayan rəsmi fikirləĢməyə çalıĢanda ağlıma o
rəsmin axırda büt olacağı gəlir. Çünki olmayan
hekayəyə inanmayacağımıza görə onda rəsmə, o
Ģeyə
inanacağıq.
Bu,
Peyğəmbərimiz
sındırtdırmazdan qabaq Kəbədə bütlərə səcdə
eləmək kimi bir Ģeydi. Əgər bir hekayənin parçası
olmayacaqsa, məsələn, bu qərənfili, ya da bu
ədəbsiz cırtdanı necə rəsm eləyəcəksən?»
«Qərənfilin gözəlliyinin onun bənzərsizliyi
olduğunu göstərməklə».
«Sonra da səhifənin tərtibində onu aləmin
düz mərkəzinəmi qoyacaqsan?»
«Qorxdum, – əniĢtəm mənə dedi, –
PadĢahımızın fikirlərinin məni apardığı yerin hara
olduğunu görüb bir anlığa təlaĢa düĢdüm».
ƏniĢtəmin dünyanın, həm də beləcə kağızın
mərkəzinə Allahın niyyətindən başqa bir şeyi
yaraşdırmaqdan qorxduğunu sezdim.
downloaded from KitabYurdu.org
216
«Sonra mərkəzinə cırtdanı qoyduğun rəsmi
divardan asmaq istəyəcəksən», – PadĢahımız
əniĢtəmin qorxduğunu, güman elədiyim kimi,
deyib. «Amma rəsm divardan asılmaz. Çünki
divardan asdığımız rəsmə, məqsədimiz nə olur
olsun, bir müddət sonra səcdə eləməyə də
baĢlayarıq. Gavurların elədiyi sayaq Həzrəti Ġsanın
eyni zamanda – Allah eləməsin – Allah olduğuna
inansaydım, onda Allahın dünyada görünə
biləcəyini, hətta insanda peyda ola biləcəyini də
baĢa düĢəcək, insan rəsmi çəkib divara vurmağı
qəbul eləyəcəksən. Divardan asılan hər rəsmə,
nəhayət, fərqinə varmadan səcdə eləməyə
baĢlayacağımızı baĢa düĢürsən, ya yox?»
«Onu elə yaxĢı baĢa düĢürdüm ki, – əniĢtəm
mənə dedi, – onu baĢa düĢdüyümə görə həm də
birgə düĢündüyümüz Ģeydən qorxurdum».
PadĢahımız: «Buna görə də rəsmimin
divardan asılmasına razı ola bilmərəm», – deyib.
«Amma bunu istəyirdi», – əniĢtəm mənə
Ģeytan kimi gülümsəyə-gülümsəyə pıçıldadı.
Ġndi də qorxmaq növbəsi mənə çatmıĢdı.
PadĢahımız: «Amma firəng ustadlarının
üsullarıyla rəsmimin çəkilməsini də istəyirəm», –
deyib. «Həmin rəsm kitabın səhifələri arasında
gizlədilməlidi. O kitabın hansı kitab olacağını mənə
sən deyəcəksən».
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |