208
astarların, içi qumaĢla örtülmüĢ ayaqqabıların,
rəngarəng Ģalvarların gizli künclərində bütün
Ġstanbulu dolaĢdım. Saat ustası Petro məni kəfgirli
saatın gizli hissəsinə, bir rum baqqalı əsl qoyun
pendirinin içinə qoydu; möhürlər, zinət əĢyaları və
açarlarla birgə qumaĢ parçalarına bükülüb
bacaların, ocaqların içində, pəncərə eĢiklərinin
altında, qaba samandan döĢəklərin arasında, yer
dolablarının və sandıqlarının gizli yerlərində
gizlədildim. Yemək süfrəsindən qalxıb «hələ
gizlətdiyim yerdədimi» deyə ikidəbir gəlib baxan
atalar, heç lazım olmadığı halda məni ağızlarına
alıb soran qadınlar, qoxulaya-qoxulaya burun
deĢiklərinə soxan uĢaqlar, meĢin kisədən çıxarıb
gündə yeddi dəfə baxmamıĢ rahatlıq tapmayan bir
ayağı gorda olan qocalar gördüm. ġıltaq, çərkəz
arvad vardı, bütün günü evi silib-süpürəndən sonra
bizi kisədən çıxarıb taxta fırçayla silərdi. Təkgözlü
sərraf elə hey bizdən qüllələr düzəldər, xanıməli
qoxuyan bir hambal və müzəhhib də – adı lazım
deyil – axĢamlar bizi elə hey cürbəcür formalarda
düzərdi. Taxta səndəllərlə gəzdim, saraya girib-
çıxdım, Herat iĢi olan cildlərin arasında, gül
qoxuyan ayaqqabıların dabanında gizlədildim.
Yüzlərlə kirli, qıllı, gonbul, yağlı, yaĢlı, titrək əl
gördüm.
NəĢə
çəkilən
məclislərin,
mum
emalatxanalarının, siyənək basdırmalarının, bütün
downloaded from KitabYurdu.org
209
Ġstanbulun tər qoxusu indi üstümdədi. Bütün bu
həyəcan və hərəkətin içindən keçəndən sonra gecə
qaranlığında qurbanını boğazlayıb məni kisəsinə
atan alçaq quldur xaraba evində «tfu, hamısı sənin
üzündəndir» deyə üstümə tüpürəndə elə inciyirdim
ki, az qala yox olmaq istəyirdim.
Amma mən olmasam, nəqqaĢın yaxĢısıyla
pisini kimsə bir-birindən ayıra bilməyəcəyinə, buna
görə də nəqqaĢlar bir-birinə qəsd eləməyə
baĢlayacağına görə yox da olmadım, ən bacarıqlı,
ən ağıllı nəqqaĢın kisəsinə girib bura gəldim.
Ondan daha yaxşı nəqqaşsınızsa, məni əldə
eləyin.
downloaded from KitabYurdu.org
210
20. MƏNİM ADIM QARADI
Atası ġəkurəylə bir-birimizə yolladığımız
məktublardan nə qədər xəbərdardı? ġəkurənin
məktubundakı atasından çox qorxan o ürkək qız
ədasına baxsaydım, aralarında mənimlə bağlı heç
bir sözün belə olmaması barədə nəticə çıxarmalı
olacaqdım, amma vəziyyətin belə olmadığını
sezirdim. Boğçaçı Esterin baxıĢlarındakı biclik,
ġəkurənin pəncərədə peyda olmasındakı sehr,
əniĢtəmin
məni
nəqqaĢlarının
yanına
downloaded from KitabYurdu.org
211
yollamasındakı qətiyyət, bu səhər üçün çağıranda
onda hiss elədiyim çarəsizlik əhvalımı pozurdu.
Səhər əniĢtəm məni üzbəüz oturdar-oturtmaz
Venesiyada gördüyü portretlərdən danıĢmağa
baĢladı. Cahanpənah PadĢahımızın elçisi sifətiylə
bir çox saraya, varlı evinə, kilsəyə girib-çıxıb.
Minlərlə portretin qarĢısında günlərlə durub gərili
kətanın, taxtanın üzərinə, çərçivənin içinə, divarlara
rəsm edilmiĢ saysız-hesabsız üz görüb. «Hamısı
bir-birindən fərqli, ayrı, bənzərsiz insan üzləridi!» –
dedi. Bunların müxtəlifliyindən, rənglərindən,
üzlərinə çıxan iĢığın yumĢaqlığı, xoĢluğu, hətta
sərtliyindən, gözlərinin içindəki mənadan sərxoĢ
olub.
«Sanki xəstəliyə yoluxmuĢ kimi hamısı öz
portretini çəkdirirdi», – dedi. «Bütün Venesiya
çəkdirirdi. Pulu və gücü olanlar həm öz həyatından
yadigar, xatirə olsun deyə, həm də sərvətlərinin,
güclərinin,
iqtidarlarının
iĢarəsi
kimi
öz
portretlərini çəkdirirdilər. Elə orada, qarĢımızda
durmaq, mövcud olduqlarını bir-birilərinə hiss
etdirmək, hamıdan fərqli, baĢqa cür olduqlarını
təlqin eləmək üçün».
Sanki qısqanclıqdan, hikkədən, acgözlükdən
söz açan kimi, sözləri alçaldıcıydı, amma
Venesiyada gördüyü portretlərdən söz açanda üzü
downloaded from KitabYurdu.org
212
bəzən bir anlığa uĢaq sifəti kimi iĢıqlanıb həyatla
dolurdu.
Rəsm hamisi olan varlılar, prinslər, böyük
ailələr hər fürsət düĢəndə üzlərini rəsm etdirməyi
sanki yoluxucu xəstəliyə çevirmiĢdilər. Hətta
kilsələrin divarlarına Ġncildən, dini rəvayətlərdən
səhnələr rəsm etdirəndə belə həmin gavurlar Ģərt
qoyurdular ki, öz üzlərinin rəsmi də o səhnələrə
salınsın. Beləcə, məsələn, müqəddəs Stefanın
basdırılmasını göstərən rəsmə baxanda bir də
görürdün aa, qəbrin qırağında ağlaĢanlar arasında
sarayının divarlarındakı rəsmləri nəĢə dolu, Ģən-
Ģaqraq, öyünə-öyünə sənə göstərən prins də var.
Sonra Müqəddəs Pyotrun xəstələri kölgəsiylə
sağaltdığını göstərən divar rəsmində, qıraqda əzab
içində qıvrılan bəxtsiz xəstənin nəzakətli ev
sahibinin donuzdan da sağlam qardaĢı olduğunu
bilib dinib-danıĢmadan xəyala dalırdım. Ertəsi gün
də bu dəfə ölülərin dirilməsini göstərən bir rəsmdə
bir az əvvəlki günorta yeməyində, əməlli-baĢlı
tıxdığını gördüyüm süfrə qonĢumun ölüsünə tamaĢa
eləyirdim.
«Bəziləri iĢləri elə irəli aparıblar ki, –
əniĢtəm sanki Ģeytanın çəkilməsindən söz açan
kimi, qorxuyla dedi, – məhz rəsmə düĢmək üçün
rəsmin qələbəliyi içində qədəhlərə içki dolduran
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |