195
tanınmaz meyiti cırıq-cırıq olmuĢ paltarlarından
tanıyıb. Gözümün qabağına qısqanc qardaĢları
tərəfindən quyuya atılan Yusifin midiyalı tacirlər
tərəfindən quyudan çıxarılması gəldi. «Yusif və
Züleyxa»nın həmin məclisini rəsm eləməkdən çox
xoĢum gəlir, çünki həyatda ən əsas duyğunun
qardaşların qısqanclığı olduğunu xatırladır.
Bir anlığa sükut olanda mənə baxdıqlarını
hiss elədim. Ağlayımmı? Amma gözüm Qaraya
sataĢdı. Alçaq hərif hamımızı süzür, özünə ƏniĢtə
əfəndi tərəfindən nəqqaĢlar arasına bu iĢin əslini
araĢdırmaq üçün göndərilən adam görkəmini
verməyə çalıĢır.
«Kim eləyə bilər bu alçaqlığı?» – böyük
qardaĢ bağırdı. «QarıĢqanı incitməkdən çəkinən
qardaĢımıza hansı vicdansız qıya bilər?»
Onun ağlaya-ağlaya verdiyi bu suala mən də
ürəkdən gələn tərzdə qoĢulub öz-özümə cavab
axtardım. Kimdi Zərifin düĢmənləri? Mən
öldürməsəydim, kim öldürərdi onu? Bir vaxtlar –
güman ki, «Hünərnamə»nin hazırlandığı illərdə –
qədim ustaların üsullarına fikir vermir, daha ucuz,
daha cəld təzhib eləmək üçün biz rəssamların nə
qədər əmək sərf elədiyimiz səhifələrin kənarını pis
rənglərlə korladığına görə bəziləriylə dalaĢdığını
xatırlayıram. Kimdi onlar? Amma daha sonra
düĢmənçiliyin bu səbəbdən yox, alt mərtəbədəki
downloaded from KitabYurdu.org
196
gözəl cildçi Ģəyirdin eĢqi üçün olduğu barədə
Ģayiələr çıxmıĢdı, bununla belə, bu çox köhnə
hekayəydi. Bir də Zərifin zərifliyini, incəliyini, o
qadıntəhər tərbiyəli çələbi davranıĢını ürəklərinə
salanlar vardı, amma bunlar baĢqa səbəblərlə
bağlıydı: Zərifin qədim üsullara kölə qədər
bağlılığı, təzhiblə rəsmin rəng uyumunda həddən
artıq vasvası olması, baĢqa nəqqaĢların – xüsusilə
mənim – mövcud olmayan nöqsanlarımızı Ustad
Osmanın hüzurunda kübar çoxbilmiĢliklə xəbər
verməsi kimi... Son davası Ustad Osmanın bir
vaxtlar çox həssas olduğu mövzuyla, saray
nəqqaĢlarının əlaltından qırağa iĢ görməsi, saraydan
kənar xırda-para sifariĢləri gizlicə qəbul eləməsiylə
bağlıydı.
PadĢahımızdan
gələn
diqqət
və
xəzinədarbaĢıdan gələn pullar son illərdə azaldığına
görə bütün nəqqaĢlar görməmiĢ kütbeyin paĢaların
ikimərtəbəli qonaq evlərinə, ən ustaları isə gecələr
ƏniĢtəni ziyarətə getməyə baĢladılar.
ƏniĢtənin uğursuzluq bəhanəsiylə kitabını,
kitabımızı davam etdirməmək barədə qərar
verməsindən heç bir Ģey baĢa düĢmədim. Əlbəttə,
quĢbeyin Zərif əfəndinin kitabını bəzəyən bizlərdən
biri tərəfindən aradan götürüldüyünü təxmin eləyir.
Onun yerində siz olsaydınız, qatili naxıĢ vurmaq
üçün
iki
həftədən
bir
gecələr
evinizə
çağırardınızmı? Yoxsa əvvəlcə əsl qatil kim, ən
downloaded from KitabYurdu.org
197
yaxĢı nəqqaĢ hansı olduğunumu qət eləyərdiniz?
Qısa bir müddətdə evinə gələn nəqqaĢlar arasında
rəng vermədən təzhibə, cədvəlkeĢlikdən rəssamlığa,
üz çəkməkdən səhifə tərtibinə keçə bilən ən
bacarıqlısının kim olduğunu baĢa düĢəcəyinə,
bundan sonra təkcə mənimlə davam eləmək
istəyəcəyinə heç Ģübhəm yoxdu. Mənim əsl bacarıq
sahibi bir nəqqaĢ da yox, sıravi bir qatil olduğumu
düĢünəcək qədər alçalacağını güman eləmirəm.
Yanında gətirdiyi o Qara əfəndini, o səfehi
gözucu izləyirəm. Qəbiristanlıqdan o ikisi birgə
çıxıb dağılan yas camaatıyla Eyyub limanına
enəndə mən də arxalarınca getdim. Onlar limanda
dördavarlı qayığa, mən də daha sonra ölünü və yası
tamamilə unudub aralarında gülüĢən gənc
Ģəyirdlərlə birgə altıavarlıya mindik. Bir ara
Fənərqapı açıqlığında qayıqlarımız bir-birilərinə
yan alan kimi yaxınlaĢdılar, Qaranın ƏniĢtəyə
xısın-xısın bəzi Ģeylər danıĢdığını əməlli-baĢlı
yaxından gördüm, birdən yenə də adam öldürməyin
nə qədər asan olduğu barədə düĢündüm. Allahım,
sən bu ağlagəlməz gücü hamımıza vermisən, amma
həm də bizi qorxudursan ki, istifadə eləməyək.
Bununla belə, insan bir dəfə bu qorxunu
yenib hərəkətə gəlsə, dərhal tamamilə baĢqa adama
çevrilir. Yalnız Ģeytandan yox, içimdəki ən incə
pislik əlamətindən belə ödüm ağzıma gələrdi.
downloaded from KitabYurdu.org
198
Ġndisə pisliyin dözülən Ģey, hətta nəqqaĢ üçün
lazımlı olduğunu da hiss eləyirəm. Cinayətdən
sonra bir neçə gün ərzində əllərimin titrəməsini bir
yana qoysaq, o səfili öldürəndən bəri daha yaxĢı
cızıram, daha parlaq, cəsur rəng çəkirəm, ən
baĢlıcası isə, həyat gücümün möcüzələr yaratdığını
görürəm. Amma nəqĢ elədiyim möcüzələri
bəyənəcək neçə adam var Ġstanbulda?
Cibali açıqlığından, Xalicin lap ortasından
Ġstanbula qəzəblə baxdım. Qarla örtülü qübbələr
birdən çıxan günəĢin altında par-par parıldadı.
Deməli, bu Ģəhər nə qədər böyük və rənglidisə,
suçumuzu və günahımızı gizləyəcəyimiz o qədər
çox guĢəsi, nə qədər tünlükdüsə, suçumuzla
aralarına qarıĢa biləcəyimiz o qədər adamı var.
ġəhərlərin
zəkası
yetiĢdirdiyi
alimlərlə,
kitabxanalar, nəqqaĢlar, xəttatlar və mədrəsələrlə
yox, qaranlıq küçələrində min illər boyu gizlicə
iĢlənmiĢ cinayətlərin çoxluğuyla ölçülməlidi. Bu
məntiqlə Ġstanbulun bütün cahanın ən zəkalı Ģəhəri
olduğuna Ģübhəm yoxdu.
Unqapı limanında Qara və ƏniĢtənin
arxasınca mən də qayıqdan endim. Bir-birilərinə
söykənib yoxuĢları çıxanda onları izləyirdim.
Sultan Mehmet camesinin arxa tərəfindəki yanğın
yerində dayanıb son dəfə də danıĢdılar, sonra bir-
birindən ayrıldılar. ƏniĢtə əfəndi tək qalanda bir
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |