Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə175/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   171   172   173   174   175   176   177   178   ...   190

 

 

726 



 

çağlarında  yediyi  şillələrin  altında  qalıb  əzilənlər. 

«Onlar  həmiĢə  əzik  qalırlar»,  –  rəhmətlik  anam 

deyirdi. Çünki tələb olunduğu kimi, Ģillə içlərindəki 

Ģeytanı öldürür. Bir də həmin Ģillələrdən içlərindəki 



şeytanı öldürmədən, ancaq qorxudub, tərbiyə eləyib 

çıxan  bəxtəvərlər  var.  Onlar  da  uĢaqlarının  bu  pis 

xatirəsini heç unuda bilməzlər, amma  – «bunu heç 



kəsə söyləmə», anam demişdi, – Ģeytanla keçinməyi 

öyrəndiklərinə  görə  hiyləgər  olmağı,  naməlumu 

bilməyi,  dost  qazanmağı,  düĢməni  tanımağı, 

arxalarında  iĢlənən  hiylələri  vaxtında  sezməyi, 

birini  də  mən  deyim,  nəqĢ  eləməyi  hamıdan  yaxĢı 

bacarırlar.  Ustad  Osman  bir  ağacın  budaqlarını 

ahənglə  çəkmədiyimə  görə  mənə  elə  Ģillə  vurardı 

ki,  gözümdən  əzab  yaĢları  axanda  gözlərimin 

qabağında  meĢə  canlanırdı.  «Səhifənin  ən 

axırındakı  nöqsanı  görmürsən»,  –  deyib  baĢımı 

hiddətlə  yumruqlamasından  dərhal  sonra  güzgünü 

eĢqlə  əlinə  götürür,  göz  vərdiĢindən  xilas 

olmağımıza görə səhifənin üzərinə qoyur, yanağını 

yanağıma dayayıb, güzgünün içindəki tərs səhifədə 

birdən  gözə  görünən  nöqsanları  mənə  bir-bir  elə 

eĢqlə göstərirdi ki, mən nə o eĢqi, nə də o əndamı 

heç unuda bilmədim. Hamının qabağında danlayıb, 

əlimə  xətkeĢlə  vurduğuna  görə  yatağımda 

ağladığım  gecənin  səhəri  əllərimi  elə  sevgiylə 



 

 

727 



 

öpərdi  ki,  bir  gün  əfsanəvi  nəqqaĢ  olacağıma 

həvəslə inanardım. O atı mən çəkməmiĢəm». 

        «ƏniĢtəmi  öldürən  məlunun  oğurladığı  son 

rəsmi  biz  –  Leyləyi  nəzərdə  tuturdu  –  təkkədə 

axtaracağıq. Sən o son rəsmi görmüĢdünmü?» 

        «Nə  padĢahımızın  qədim  ustadlarla  bağlı  biz 

nəqqaĢların,  nə  də  dininə  bağlı  müsəlmanın  qəbul 

eləyəcəyi Ģeydi»,  –  deyib susdum. 

        Bu sözüm onu daha da iĢtahalandırdı. Leyləklə 

birgə  təkkənin  altını  üstünə  çevirib  axtarmağa 

baĢladılar. Bir-iki dəfə məhz iĢlərini asanlaĢdırmaq 

üçün yanlarına getdim. ĠĢarə elədim ki, tavanı axan 

dərviĢ  otaqlarının  birində  yerdəki  çuxura  həm 

yaxınlaĢmasınlar,  həm  də  istəyirlərsə,  axtarsınlar. 

Otuz  il  ərzində  təkkənin  dilənçiləri  bəktaĢilərə 

qarıĢıb dağılandan bəri Babanın qaldığı kiçik otağın 

yoğun açarını verdim. Həvəslə girdikləri otaqda bir 

divarın  olmadığını,  yağıĢın,  doğrudan  da,  içəri 

yağdığını görəndə otağı belə axtarmadılar. 

         Kəpənəyin  onlarla  birgə  olmaması  xoĢuma 

gəlmiĢdi,  amma  məni  günahlandıracaq  dəlil 

tapılanda  onun  da  o  biri  ikisinə  qoĢulacağını 

sezirdim. Ustad Osmanın bizi iĢgəncələrin öhdəsinə 

verməsindən  qorxub,  onun  qarĢısında  bir-birimizə 

kömək  eləməyimizi,  xəzinədarbaĢının  qabağına  bu 

güclə  çıxmalı  olduğumuzu  söyləyən  Qara  və 

Leylək  əməlli-baĢlı  yaxınlaĢmıĢdılar.  Qaranı 




 

 

728 



 

yönləndirən  Ģeyin  yalnız  əniĢtəsinin  qatilini  tapıb, 

gözəl  ġəkurəyə  həqiqi  toy  hədiyyəsi  vermək  yox, 

Osmanlı  nəqqaĢlarını  firəng  ustadlarının  yoluna 

salmaq, beləcə də ƏniĢtənin kitabını PadĢahımızdan 

gələcək yeni pullarla, firəng ustalarını təqlid eləyə-

eləyə (bu küfrdən çox gülünclükdü) baĢa çatdırmaq 

olduğunu  baĢa  düĢmüĢdüm.  Bu  hiylənin  axırında, 

əlbəttə,  baĢ  nəqqaĢ  olmağı  arzulayan  (çünki  Ustad 

Osmanın  Kəpənəyi  istəyəcəyini  hamı  təxmin 

eləyirdi),  bəxt  üçün  hər  Ģeyi  sınaqdan  keçirməyə 

hazır olan Leyləyin bizdən, hətta Ustad Osmandan 

qurtulmaq istəməsini də baĢa düĢürdüm. 

        Bir  anlığa  fikrim  dolaĢdı.  YağıĢın  səsini 

dinləyə-dinləyə  uzun-uzadı  fikirləĢdim.  Sonra  at 

belində  keçən  hökmdara  və  baĢ  vəzirə  kütlənin 

arasından  çıxıb  diləkçəsini  verməyə  çalıĢan  adam 

kimi,  amma  böyük  həvəslə  Leylək  və  Qaraya 

yaxınlaĢdım.  Onları  qaranlıq  dəhlizdən,  geniĢ 

qapıdan  keçirib,  bir  vaxtlar  mətbəx  olan  qorxulu 

yerə  apardım.  Dağıntı  içində  bir  Ģey  tapıb-

tapmadıqlarını  soruĢdum,  təbii  ki,  tapmamıĢdılar. 

Bir  vaxtlar  qəribə  və  yoxsula  yemək  biĢiriləndə 

istifadə 

olunan 

qazanlardan, 



qab-qacaqdan, 

körüklərdən iz belə yox idi. Hörümçək torları, toz, 

palçıq,  it-piĢik  pisliyi  və  dağıntıyla  örtülü  bu 

diksindirici 

yeri 

heç 


təmizləməyə 

belə 


giriĢməmiĢəm.  Ġçəridə  həmiĢəki  kimi  mənbəyi 


 

 

729 



 

məlum  olmayan  güclü  külək  fırlanıb  lampanın 

iĢığını  zəiflədir,  kölgələrimizi  gah  soldurub,  gah 

qaraldırdı.  

        «Axtardınız,  amma  gizli  xəzinəmi  tapa 

bilmədiniz», – dedim. 

        VərdiĢlə  əlimin  yanını  süpürgə  kimi  istifadə 

eləyib  açdım.  Otuz  il  əvvəl  ocaq  olan  xarabalığın 

içindəki külləri ortaya çıxan fırının dəmir qapağının 

qulpundan  tutub  cırıldada-cırıldada  çəkdim. 

Lampanı fırının kiçik ağzına tutdum. Qaradan əvvəl 

Leyləyin  hücum  eləyib  içəridəki  meĢin  torbaları 

qapmasını  heç  unutmayacağam.  Onları  dərhal  elə 

oradaca,  fırının  ağzında  açacaqdı,  amma  mən 

böyük  otağa  geri  qayıtdığıma,  Qara  da  burada  tək 

qalmaqdan  qorxub  arxamca  gəldiyinə  görə  Leylək 

nazik, uzun ayaqlarıyla bizi izlədi. 

         Təmiz  yun  corablarımın,  Ģalvarımın,  qırmızı 

donumun,  ən  kübar  uzunqol  köynəyimin,  ipək 

köynəyimin, 

ülgücümün, 

darağımın, 

digər 

əĢyalarımın  torbadan  çıxdığını  görəndə  bir  anlığa 



tərəddüd  keçirdilər.  Qaranın  açdığı  o biri  torbadan 

əlli  üç  Venesiya  qızılı,  son  illərdə  nəqqaĢxanadan 

oğurladığım  qızıl  təbəqələr,  hamıdan  gizlətdiyim 

nümunə dəftərim, səhifələrin arasında oğurluq qızıl 

təbəqələr,  bir  hissəsini  özüm  çəkib,  bir  hissəsini 

sağdan-soldan  yığıb-yığıĢdırdığım  ədəbsiz  rəsmlər, 

sevimli anamdan yadigar qalan əqiq qaĢlı üzük, bir 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə