Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə178/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   174   175   176   177   178   179   180   181   ...   190

 

 

738 



 

dərhal  bunların  da  yeni  əlamətlər  olduğunu  baĢa 

düĢürəm. 

         Beləliklə,  burada  nə  qədər  xoĢbəxtəm! 

NəqqaĢ  qardaĢlarımla  oturub,  bir-birimizə  təsəlli 

verib,  iyirmi  beĢ  ilin  xatirələrini  xatırlayanda 

ağlımıza  düĢmənçiliklər  yox,  nəqĢ  eləməyin 

gözəllikləri  və  zövqlərigəlir.  Dünyanın  axırının 

çatmasını  duya-duya  oturub,  yaĢlı  gözlərlə  bir-

birimizi 

oxĢayıb, 

əvvəlki 


gözəl 

günləri 


xatırlamağımızda hərəm qadınlarına məxsus bir Ģey 

də var. 


         Bu  bənzətməni  Teymurlu  oğullarının  tarixini 

yazanda 


Ģirazlı, 

heratlı 


qədim 

ustadların 

hekayələrini  də  nəql  eləyən  kirmanlı  Əbu  Səiddən 

götürdüm.  Bundan  yüz  əlli  il  əvvəl  Qaraqoyunlu 

hökmdarı Cahan Ģah öz aralarında savaĢan Teymur 

soyundan  xanların,  Ģahların  kiçik  ordularını  və 

məmləkətlərini  məğlub  eləyib,  dağıdıb,  müzəffər 

türkmən  ordularıyla  bütün  Əcəm  ölkəsini  keçib, 

Doğuya  gəlmiĢ  Teymurun  ən  axırıncı  oğlu 

ġahruhun  nəvəsi  Ġbrahimi  Esterabadda  yenib, 

Gürganı  almıĢ,  ordularını  Herat  qalasına  doğru 

aparmıĢdı.  Kirmanlı  tarixçiyə  görə,  yalnız  Əcəm 

ölkəsinə  yox,  Hindistandan  Bizansa,  cahanın 

yarısına yarım əsrdi hökm eləyən Teymur soyunun 

yenilməz  gücünə  vurulan  bu  böyük  zərbə  elə 

fəlakət  və  dağıntıya  səbəb  olmuĢdu  ki,  mühasirə 




 

 

739 



 

altındakı  Herat  qalası  ağlamalı  günə  düĢmüĢdü. 

Qaraqoyunlu 

Cahan 


Ģahın 

əlinə 


keçirdiyi 

qalalardakı  Teymur  soyundan  olanların  hamısını 

rəhmsizcəsinə  öldürdüyünü,  Ģahların,  Ģahzadələrin 

hərəmlərindəki  qadınları 

seçib-sonalayıb 

öz 


hərəminə  qatdığını,  nəqqaĢları  bir-birindən  ayırıb, 

rəhmi  gəlmədən  çoxunu  özünün  usta  nəqqaĢlarına 

verdiyini oxucusuna qəribə zövqlə xatırladan tarixçi 

Əbu Səid bu məqamda hekayəsini qala bürclərində 

düĢməni 

geri 


oturtmağa 

çalıĢan 


Ģah 

və 


əsgərlərindən  nəqqaĢxanada  qələmlər,  boyalar 

arasında,  mühasirənin  artıq  çoxdan  bəlli  olan 

dəhĢətli  sonunu  gözləyən  nəqqaĢlara  çevirmiĢ, 

adlarını  bir-bir  saydığı,  bu  gün  hamısı  unudulmuĢ 

nəqqaĢların  da  eynilə  Ģahın  hərəmindəki  qadınlar 

kimi  bir-birini  qucaqlayıb  ağlaĢa-ağlaĢa  keçmiĢ 

gözəl günləri xatırlamaqdan baĢqa heç bir Ģey eləyə 

bilmədikləri barədə yazmıĢdı. 

        Biz  də  kədərli  hərəm  qadınları  kimi  əvvəldən 

padĢahın  bizə  daha  səmimi  sevgi  göstərdiyindən 

bayramlarda  ona  verdiyimiz  bəzəkli  rəngbərəng 

qutu,  güzgü  və  tabaqları,  bəzənmiĢ  dəvəquĢu 

yumurtalarını,  kağızdan  kəsib  düzəltdiyimiz  iĢləri, 

təkyarpaq  rəsmləri,  əyləncəli  dəstləri,  oyun 

kağızlarını və kitabları qəbul  eləyəndən sonra bizə 

hədiyyə verdiyi xəzli kaftanları, vaxtilə bağıĢladığı 

pul dolu kisələri xatırladıq. Ġndi o günlərin çalıĢqan, 



 

 

740 



 

cəfakeĢ, aza qail olan ahıl nəqqaĢları haradaydılar? 

Necə elədiyini görmələrinin qısqanclığından, qırağa 

iĢ gördüklərinin bəlli olması təlaĢından evdə duruĢ 

gətirməz,  hər  gün  nəqqaĢxanaya  gələrdilər.  Bütün 

həyatını  rəsmlərdəki  saray  divarlarının  zərif 

bəzəklərini,  hər  birinin  digərindən  fərqli  olduğunu 

ancaq  uzun  müddət  baxanda  baĢa  düĢəcəyim 

sərvlərin  yarpaqlarını,  səhifələrin  boĢ  yerlərini 

doldurub  yeddiyarpaqlı  çöl  otlarını  çəkməyə 

təvazökarlıqla 

həsr 


eləmiĢ 

ahıl 


nəqqaĢlar 

haradaydılar?  Allahın  kimiyə  yalnız  bacarıq  və 

qabiliyyət  verəndə  kimiyə  də  yalnız  səbir  və 

təvəkkül verməsinin də hikməti və ədaləti olduğunu 

qəbul eləyib, qətiyyən qısqanclıq eləməyən ortabab 

ustadlar  haradaydılar?  Bəziləri  donqar  və  daim 

gülümsəyən, bəziləri xəyalpərvər və sərxoĢ, bəziləri 

də heç kəsə ərə verə bilmədiyi qızını bizə sırımaqda 

maraqlı  olan  həmin  ustad  əmiləri  xatırladıqca 

Ģəyirdlik  və  ilk  ustalıq  illəri  nəqqaĢxanasının 

unudulmuĢ  təfərrüatlarını  gözlərimiz  qarĢısında 

canlandırmağa çalıĢdıq.  

        Yadındadı,  cədvəl  çəkəndə,  dilini  yanağına  – 

cizgi  səhifənin  sağına  yaxınlaşsa,  sol  yanağa, 

soluna yaxınlaşsa, sağ yanağa – dayayan bir Ģəhla 

cədvəlkeĢ vardı. Boyanı qaçıranda «ya səbir, səbir, 

səbir»  deyib  xırda  kihkihlərlə  özünə  gülən  cılız, 

arıq  nəqqaĢ  vardı.  Alt  qatdakı  cildçi  Ģəyirdləriylə 




 

 

741 



 

saatlarla  söhbət  eləyən,  alnına  sürtülsə  qırmızı 

mürəkkəbin yaĢlanmağı dayandırdığını iddia eləyən 

yetmiĢ yaĢında naxıĢ ustası vardı. Boyanın cizgisini 

görmək  üçün  sürtdüyü  öz  əllərinin  dırnaqları 

dolanda  Ģəyirdlərin  birini,  hətta  rastına  çıxan  hər 

hansı  birini  saxlayıb  dırnağına  boya  sürtən  əsəbi 

ustad  vardı.  NaxıĢdan  artan  qızıl  tozlarını  yığmaq 

üçün  istifadə  edilən  tüklü  dovĢan  ayaqlarıyla 

saqqallarını oxĢadıqca bizi güldürən ĢiĢman nəqqaĢ 

vardı, yadındadı, haradaydılar?  

         Ġllərlə 

istifadə 

oluna-oluna 

Ģəyirdlərin 

vücudunun  bir  parçasına  çevrilən,    sonra  da  bir 

tərəfə  atılan  möhrə  taxtaları,  Ģəyirdlərin  qılınc 

oynaya-oynaya zədələdikləri uzun kağız bükülüləri, 

dəyiĢik  düĢməmək  üçün  böyük  ustadların  adları 

iĢlənmiĢ  yazı  taxtaları,  çini  mürəkkəbinin  müĢk 

qoxusu,  sükutda  eĢidilən  qəhvədanların  tıqqıltısı, 

hər  yaz  balalarının  qulaqlarının  içindəki  və 

boyunlarının  ardındakı  tüklərdən  cürbəcür  fırça 

düzəltdiyimiz boz piĢiyimiz, boĢ durmayıb xəttatlar 

kimi qaralama eləməyə görə bol-bol verilən vərəq-

vərəq  hind  kağızları,  böyük  xətalar  buraxanda 

bütün  nəqqaĢxanaya  ibrət olsun deyə  baĢ nəqqaĢın 

icazəsiylə  istifadə  olunan  polad  saplı  ibrətlik  xəta 

qələmyonanı  və  həmin  xətaları  törədənlər 

haradaydılar indi?  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə