Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə179/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   175   176   177   178   179   180   181   182   ...   190

 

 

742 



 

         PadĢahımızın  ustad  nəqqaĢları  evlərində 

iĢlətməsinin  bir  baĢqa  xəta  olduğundan  söz  açdıq. 

Erkən  düĢən  qıĢ  axĢamlarında  qəndil  və  Ģam 

iĢığında, göz ağrıları içində iĢləyəndən sonra saray 

mətbəxindən  gələn  nəfis  isti  halvadan  söz  açdıq. 

Titrətmə  xəstəliyinə  tutulub,  əlinə  kağız-qələm  ala 

bilməyən  ahıl,  əldən  düĢmüĢ  naxıĢ  ustasının  ayda 

bir  dəfə  nəqqaĢxanaya  baĢ  çəkəndə  gətirdiyi, 

qızının  biz  Ģəyirdlər  üçün  qızartdığı  loğma 

Ģirniyyatı  göz  yaĢlarıyla  gülümsəyə-gülümsəyə 

xatırladıq.  Ustad  Osmandan  əvvəlki  baĢ  nəqqaĢ 

böyük ustad Qara Məminin yasından sonra günlərlə 

boĢ qalan otağı əldən yoxlananda rəhmətlik ustadın 

günortalar  üstündə  dincəlmək  üçün  sərdiyi 

Ģiltəsinin  altından  çıxan  cildbənddəki  kağızlar 

arasından tapılmıĢ öz möcüzə səhifələrindən söhbət 

etdik. 


        Eynilə Ustad Qara Məmi kimi, bizim də qürur 

duyduğumuz,  üzü  köçürülmüĢ  də  olsa,  aradabir 

çıxarıb  baxmaq  istəyəcəyimiz  səhifələrin  hansılar 

olduğu  barədə  danıĢdıq,  saydıq:  «Hünərnamə» 

üçün  rəsm  edilmiĢ  saray  rəsminin  üst  hissəsindəki 

göyün  qızıl  suyuyla  boyananda  qızılın  özündən 

yox,  kübar  bir  rəsmdə  olduğu  kimi  rəngindən, 

qübbələr,  qüllələr  və  sərvlər  arasında  dünyanın 

sonunu xatırladan mənzərə çıxdığından danıĢdıq. 



 

 

743 



 

        Peyğəmbərimiz 

həzrətlərini 

minarənin 

baĢından  hər  qolunda  bir  mələk  göyə  ucalan  vaxt 

mələklərin  onun  qoltuqlarının  altından  tutmasını 

Peyğəmbərimizin yadırğayıb qıdıqlanması elə ciddi 

rənglərlə  çəkilib  ki,  balaca  uĢaqların  belə  bu 

mübarək  mənzərəni  görüb  əvvəlcə  inanıb 

qorxduqları,  sonra  özləri  də  qıdıqlanan  kimi 

hörmətlə  güldükləri  barədə  danıĢdılar.  Bundan 

əvvəlki  baĢ  vəzir  paĢamızın  dağlara  qalxmıĢ 

üsyançıları  məhv  eləyəndə  kəsdiyi  baĢları  nəqĢ 

elədiyim  səhifənin  qırağına  incə  tərzdə,  hörmətlə 

düzdüyüm,  kəsik  boyunlarına  qırmızı  sürtdüyüm 

kəllələrin  ölümə  çatılmıĢ  qaĢlarını,  həyatın 

mənasını  soruĢan  kədərli  dodaqlarını,  çarəsizliklə 

son  nəfəs  çəkən  burunlarını,  həyata  yumulmuĢ 

gözlərini  bir-bir  səylə,    firəng  portretçisinin 

çəkəcəyi kimi, hər birini adi ölü baĢı kimi də yox, 

digərlərindən  fərqli  surət  təki  zövqlə  çəkdiyim, 

beləcə,  kəllələrdən  rəsmə  dəhĢətli  sirr  havası 

yaydığım barədə danıĢdım. 

         Ən  sevdiyimiz  eĢq  və  savaĢ  məclislərini,  ən 

misilsiz  gözəlləri  və  gözyaĢardıcı  incəlikləri  bu 

yolla  xatırlayıb,  onlardan  unudulmaz,  əlçatmaz 

xatirələrimiz 

kimi 


həsrətlə 

bəhs 


elədik. 

Gözlərimizin 

qabağından 

ulduzlu 


gecələrdə 

aĢiqlərin  tapıĢdığı  zülmət  və  sirli  bağçalar,  bahar 

ağacları,  əfsanəvi  quĢlar,  dayanmıĢ  zaman  keçdi... 



 

 

744 



 

Öz kabuslarımız qədər yaxın və qorxunc olan qanlı 

savaĢları  təsəvvürümüzə  gətirdik,  ikiyə  bölünmüĢ 

savaĢçıları, zirehləri qana batmıĢ atları, bir-birilərini 

xəncərləyən  gözəl,  qədim  insanları,  baĢ  verənə 

pəncərənin  arasından  tamaĢa  eləyən  kiçik  ağızlı, 

kiçik  əlli,  qıyıq  gözlü,  boynu  bükük  qadınları... 

Məğrur,  məmnun gözəl oğlanları, yaraĢıqlı Ģahları, 

xanları,  onların  çoxdan  yıxılıb  getmiĢ  dövlətlərini 

və  saraylarını  xatırladıq.  Eynilə  həmin  Ģahların 

hərəmxanasında  ağlaĢan  qadınlar  kimi,  özümüzün 

də  həyatdan  xatirəyə  köçdüyümüzü  artıq  bilirdik, 

amma  onlar  təki  tarixdən  əfsanəyə  köçürdükmü? 

Ölüm  qorxusundan  da  dəhşətli  olan  unudulmaq 

qorxusunun  kölgəsi  bizi  vahiməyə  salmasın  deyə 

bir-birimizdən  ən  çox  hansı  ölüm  məclislərini 

sevdiyimizi soruĢduq. 

        Dərhal  Dəhhakın  Ģeytan  tərəfindən  öyrədilib 

atasını 

öldürməsi 

xatırlandı. 

«Şahnamə»nin 

əvvəlində söhbət açılan o əfsanə vaxtında aləm hələ 

yeni-yeni  yaradıldığına  görə  hər  Ģey  o  qədər 

sadəydi ki, heç bir Ģeyi izah eləmək lazım gəlmirdi. 

Süd  istəsəydin,  keçini  sağıb  içərdin;  at  desəydin, 

belinə minib gedərdin; pislik desəydin, Ģeytan gəlib 

səni  atanı  öldürməyin  gözəlliklərinə  inandırardı. 

Dəhhakın  ərəb  mənĢəli  atası  Mərdası  öldürməsi 

həm beləcə səbəbsiz olduğuna görə, həm də cinayət 

gecəyarısı  möcüzə  saray  bağında  qızıldan  ulduzlar 




 

 

745 



 

sərvlərlə  rəngbərəng  bahar  çiçəklərini  açıq-aĢkar 

iĢıqlandıranda iĢləndiyinə görə gözəldi.     

        Sonra  əfsanəvi  Rüstəmin  düĢmən  ordularına 

əmr verən oğlu Söhrabla üç gün vuruĢandan sonra 

oğlu  olduğunu  bilmədən  öldürməsini  xatırladıq. 

Qılınc  zərbəsiylə  sinəsini  param-parça  elədiyi 

Söhrabın öz oğlu olduğunu neçə illər əvvəl anasına 

verdiyi  qolbaqdan  tanıyan  Rüstəmin  göz  yaĢları 

içində çırpınmasında hamımızın qəlbinə iĢləyən bir 

Ģey vardı. 

         Nəydi o Ģey?  

         YağıĢ 

təkkənin  damında  hələ  kədərlə 

tappıldayanda var-gəl eləyirdim, belə dedim: 

         «Ya  atamız,  ustadımız  Osman  xəyanətlə  bizi 

öldürtdürəcək, ya da biz xəyanətlə onu». 

         Dediyim  səhv  olduğuna  görə  yox,  düz 

olduğuna  görə  dəhĢətə  gəlib  susduq.  Var-gəl 

eləyəndə  hər  Ģeyi  əvvəlki  halına  salmaq  təlaĢıyla 

özümə  belə  deyirdim:  Əfrasiyabın  SiyavuĢu 

öldürməsindən  danıĢsaq,  mövzu  dəyiĢər.  Amma  o 

elə    xəyanətdi  ki,  ondan  qorxmuram.  Xosrovun 

öldürülməsini  danıĢ.  YaxĢı,  amma  Firdovsinin 



«Şahnamə»də yazdığı təhərmi, Nizaminin  «Xosrov 

və  Şirin»də  bəhs  elədiyi  kimimi?  «Şahnamə»də 

kədərləndirici  Ģey  qatil  otağa  girəndə  Xosrovun 

gələnin  kim  olduğunu  göz  yaĢlarıyla  baĢa 

düĢməsidi!  Son  çarə  kimi  yanındakı  oğlanı:  «Mən 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə