Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə183/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   179   180   181   182   183   184   185   186   ...   190

 

 

758 



 

– 

əməlli-baĢlı 



inanmıĢdı. 

Mənə 


qalsa, 

hazırladığımız kitabda nə zərərli bir cəhət vardı, nə 

də  dinə  sığmayan  bir  Ģey...  PadĢahın  xüsusi 

icazəsiylə  belə  bir  Ģey  eləmək  ondan  ötrü  firəng 

ustadlarına 

heyranlıq 

qədər 

əhəmiyyətliydi. 



Divardan  asılacaq  rəsm  çəksək,  əlbəttə,  günahkar 

olardıq.  Amma  o  kitab  üçün  nəqĢ  elədiyimiz 

rəsmlərin heç birində mən dinə zidd bir Ģey, asilik, 

kafirlik, hətta bəlkə gizli qadağa qorxusu belə hiss 

eləmədim. Siz hiss elədinizmi?» 

         Gözlərim  gücünü  müəyyən  qədər  itirmiĢdi, 

amma, Ģükür, sualımın onları çox qıcıqlandırdığını 

baĢa düĢəcək qədər görə bilirdim. 

         «Qərar verə bilmirsiniz, yox?»  – zövq ala-ala 

dedim.  «NəqĢ  elədiyimiz  rəsmlərdə  açıq-aĢkar 

günah  fikri,  dinsizlik  kölgəsi  olduğunu  gizlincə 

fikirləĢsəniz  belə,  bunu  qətiyyən  qəbul  eləyib 

dilinizə  gətirə  bilməzsiniz.  Çünki  bu,  sizi 

günahlandıran 

ərzurumi 

düĢmənlərinizə, 

xurafatçılara  haqq  qazandırar.  O  biri  tərəfdən, 

mələk  kimi  tərtəmiz  olduğunuzu  da  qətiyyətlə 

söyləyə  bilməzsiniz,  çünki  bu  gizli,  sirli,  qadağa 

bəzi  Ģeylər  eləməyin  baĢgicəlləndirən  qürurundan, 

təĢəxxüs satmaqdan əl  çəkmək  demək  olardı.  Mən 

də  belə  əzəmət  göstərdiyimi  necə  baĢa  düĢdüm, 

bilirsinizmi?  Zərif  əfəndini  gecəyarısı  bu  təkkəyə 

gətirməklə!  Onu  guya  küçələrdə  gedə-gedə 




 

 

759 



 

soyuqdan  donduğumuza  görə  bura  gətirmiĢdim. 

Əslində,  kafir  bir  qələndəri  tör-töküntüsü,  daha  da 

pisi,  onun  oxĢarı  olduğumu  görməyi  xoĢuma 

gəlirdi.  Oğlanbazlıq,  nəĢəxorluq,  sərsərilik  və  hər 

cür  iyrəncliyi  eləyən  dağıdılmıĢ  təriqətin  son 

yolçusu  olduğumu  görəndə  sanki  bədbəxt  Zərif 

əfəndi  məndən  daha  da  qorxacaq,  mənə  daha  çox 

hörmət  eləyəcək,  bəlkə  də  qorxudan  ağzını 

yumacaqdı.  Təbii  ki,  bunun  tamamilə  əksi  oldu. 

Buradan  heç  xoĢu  gəlmədiyinə  görə  quĢbeyin 

uĢaqlıq  yoldaĢımız  dərhal  qərara  gəldi  ki, 

əniĢtəndən  öyrəndiyi  dinsizlik  günahlandırmaları 

yerindədi.  Beləcə,  əvvəlcə  «mənə  kömək  elə, 

cəhənnəmə  getməyəcəyimizə  məni  inandır  ki,  bu 

gecə  rahat  yata  bilim»,  deyən  sevimli  Ģəyird 

yoldaĢımız  təhdidkar  tərzdə  «bunun  axırı pis olar» 

deməyə  baĢladı.  Son  rəsmdə  PadĢahımızın 

rəsmlərindən  çox  uzaqlaĢdırılmasını,  PadĢahımızın 

bunu  bağıĢlamayacağını,  dedi-qoduların  ərzurumlu 

vaiz  xocanın  qulağına  çatacağını  deyirdi.  Az  qala 

onu 


hər 

Ģeyin 


yerli-yerində 

olduğuna 

inandırmağıma  imkan  qalmamıĢdı.  ƏniĢtənin  ağla 

batmayan  davranıĢlarını,  «dinə  küfr  edilir,  Ģeytan 

sevimli  göstərilir»  eyhamlarını  ĢiĢirdib,  ərzurumlu 

vaizə uymuĢ o quĢbeyin dostlarına baĢa salacağını, 

onların da bu iftiralara inanacaqlarını baĢa düĢdüm. 

PadĢahımızın  yaxın münasibətinə nail olduğumuza 




 

 

760 



 

görə  yalnız  toxucu  sənətkarlar  bölüyündəkilərin 

yox,  bütün  sənətkarların  bizi  necə  qısqandığını 

bilirsiniz.  Ġndi  hamısı  birgə,  həm  də  ləzzətlə: 

«NƏQQAġLAR  DĠNSĠZLĠK  ELƏYĠRLƏR»,  – 

deyəcəkdilər.  Üstəlik  ƏniĢtəylə  Zərif  əfəndinin 

iĢbirliyi  üzündən  bu  iftira  düz  də  çıxacaqdı.  Ġftira 

deyirəm, çünki Zərif qardaĢımın kitab və son rəsm 

haqqında  dediklərinə  heç  inanmırdım.  Hələ  onda 

mən  rəhmətlik  ƏniĢtənin  qətiyyən  arxasını  yerə 

vermirdim.  Hətta  PadĢahımızın  rəğbətinin  Ustad 

Osmandan  ona  doğru  yönəlməsini  çox  yerində 

sayır, firəng ustadları və onların rəsmləri haqqında 

mənə  uzun-uzadı  danıĢdığı  Ģeylərə  onun  qədər 

olmasa  da,  mən  də  inanırdım.  Biz  Osmanlı 

nəqqaĢları  Ģeytanla  heç  bir  alıĢ-veriĢimiz  olmadan 

firəng  üsullarını  orasından-burasından  könlümüz 

istədiyi,  səyahətlərdə  gördüyümüz  qədər  əməlli-

baĢlı  götürə  biləcəyimizi,  bunların  da  baĢımıza 

qətiyyən 

bəla 

olmayacağını 



səmimiyyətlə 

düĢünürdüm.  Həyat  çətin  idi,  rəhmətlik  əniĢtən 

mənim  üçün  Ustad  Osmandan  sonra  bu  yeni 

həyatda yeni ataydı». 

         «Hələ  ora  gəlmə»,  –  Qara  dedi.  «Əvvəlcə 

Zərifi necə öldürdüyünü danıĢ». 

        «Bu    iĢi,  –  «öldürmək»  kəlməsindən  istifadə 

eləmək istəmədiyimi baĢa düĢə-düĢə dedim, – bu iĢi 

yalnız bizə görə, özümüzü qurtarmaqdan ötrü yox, 



 

 

761 



 

bütün 


nəqqaĢxananın 

salamatlığı 

məqsədilə 

gördüm. Zərif əfəndi əlinə təhdid silahı keçirdiyini 

baĢa düĢmüĢdü. Ulu Allaha dualar eləyib yalvardım 

ki, mənə bu alçağın nə qədər səfil bir Ģey olduğunu 

göstərsin. Allahım dualarımı qəbul eləyib, iyrəncin 

iyrəncliyini göstərdi. Ona pul təklif elədim. Ağlıma 

bu qızıllar gəldi, amma Allahdan gələn kimi  yalan 

uydurdum,  «Qızıllar  burada,  təkkədə  deyil,  onları 

baĢqa  yerdə  gizlətmiĢəm»,  –  dedim.  EĢiyə  çıxdıq. 

BoĢ  küçələrdə,  ucqar  məhəllələrdə  hara  üz 

tutacağımı  heç  götür-qoy  eləmədən  məqsədsiz 

getdik. Nə eləyəcəyimi heç bilmirdim; həm də çox 

qorxurdum.  Məqsədsiz  və  səmtsiz  gediĢimizin 

axırında  bir  dəfə  keçdiyimiz  küçədən  bir  də 

keçəndə bütün həyatını təkrara və boy-buxuna həsr 

eləmiĢ  müzəhhib  Zərif  əfəndi  qardaĢımız 

Ģübhələndi.  Amma  Allah  da  qarĢımıza  boĢ  yanğın 

yeri,  lap  onun  yaxınlığında  da  susuz  quyu 

çıxarmıĢdı. 

        Bu yerdə gerisini danıĢmayacağımı baĢa düĢüb 

onlara dedim.  

        «Siz  də  mənim  yerimdə  olsaydınız,  bütün  o 

biri  nəqqaĢ  qardaĢlarınızın  salamatlığını  düĢünər, 

eyni Ģeyi eləyərdiniz», – cəsarətlə dilləndim. 

        Mənə  haqq  verdiklərini  eĢidəndə  ağlamaq 

istədim.  Haqqım  çatmayan  Ģəfqət  qəlbimi 

yumĢaltdığına  görə  deyəcəkdim,  demiĢəm.  Bədəni 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə