Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə185/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   182   183   184   185   186   187   188   189   190

 

 

766 



 

olmazdan  qabaq  nə  qədər  vaxtım,  günüm,  həftəm 

vardı?  Kölgəmlə  mən  dayandıq,  mətbəxin 

qarabasmaları 

içində 

tozlu 


dolabın 

təmiz 


küncündən  kağızları  götürüb  sürətlə  geri  qayıtdıq. 

Qara  tədbirli  olmaq  üçün  məni  tək  buraxmamıĢdı, 

amma 

xəncəri  özüylə 



götürməmiĢdi.  Kor 

olmamıĢdan  qabaq  xəncəri  götürüb  onu  da  kor 

eləmək istəyirdimmi? 

         «Kor  olmamıĢdan  bunu  bir  də  gördüyümə 

görə  məmnunam»,  –  qürurla  dilləndim.  «Ġstəyirəm 

ki, bunu siz də görəsiniz. Baxın». 

         Beləcə

ƏniĢtəni  öldürən  gün  evdən 

götürdüyüm  son  rəsmi  qəndil  iĢığında  onlara 

göstərdim. Əvvəlcə iki səhifə böyüklüyündə rəsmə 

maraq  və  qorxuyla  baxmalarına  tamaĢa  elədim. 

Dönüb  onlarla  birgə  rəsmə  baxanda  xəfif-xəfif 

titrəyirdim.  Ya  gözümə  tuğ  iynəsi  girdiyi,  ya  da 

cazibəyə düĢdüyümə görə hərarətim qalxmıĢdı. 

         Son  bir  ildə  bu  iki  səhifənin  müxtəlif 

guĢələrində hamımızın çəkdiyimiz ağac, at, Ģeytan, 

ölüm, it, qadın rəsmləri ƏniĢtənin bacarıqsızlıqla da 

olsa,  hazırladığı  istif  üsuluna  görə  böyüklü-kiçikli 

elə  yerləĢdirilmiĢdi  ki,  artıq  mərhum  Zərif 

əfəndinin  təzhib  və  çərçivələri  bizə  kitabın  bir 

səhifəsinə baxdığımızı yox, pəncərədən bütün aləmi 

gördüyümüzü  hiss  etdirirdi.  O  aləmin  mərkəzində, 

PadĢahımızın  portreti  olacağı  yerdə  mənim  bir 



 

 

767 



 

anlığa  qürurla  tamaĢa  elədiyim  öz  portretim  vardı. 

Günlərlə  silib-pozub  güzgüyə  baxa-baxa  əzab-

əziyyətə  qatlaĢıb,  özümə  çox  az  oxĢada  bildiyimə 

görə bir az sıxılırdım; amma rəsm, səhifə bütün bir 

aləmin  mərkəzinə  məni  qoyduğuna  görə  yox,  izah 

eləyə  bilmədiyim  Ģeytani  bir  səbəbdən,  məni 

olduğumdan daha çox dərin, dolaĢıq və sirli elədiyi 

üçün  baĢ  aça  bilmədiyim  həyəcan  da  duyurdum. 

Ġstəyirdim  ki,  nəqqaĢ  qardaĢlarım  bu  həyəcanımı 

görsünlər,  baĢa  düĢsünlər,  mənimlə  bölüĢsünlər. 

Həm  padĢah,  yaxud  kral  kimi  hər  Ģeyin 

mərkəzindəydim,  həm  də  özüm  idim.  Bu  vəziyyət 

həm  mənə qürur verir, həm də həya eləyirdim. Bu 

iki 

duyğu 


bir-birini 

tarazlaĢdırıb 

məni 

sakitləĢdirdiyinə görə rəsmdəki yeni mövqeyimdən 



baĢgicəlləndirici  zövq  ala  bilirdim.  Amma  bu 

zövqün  tam  olmasından  ötrü  firəng  rəssamlarının 

bacarığıyla  üzümdəki,  paltarlarımdakı  bütün 

qırıĢlar, kölgələr, sızanaq və çibanlar, saqqalımdan 

parçanın toxunuĢuna qədər hər Ģey – bütün rəngləri 

ən  kiçik  təfərrüatlarıyla  mükəmməl,  nöqsansız 

olmalıydı. 

          Rəsmə  baxan  köhnə  dostlarımın  üzündə  isə 

qəribə qorxu və heyrətlə hamımızı yeyib-tükədən o 

qaçılmaz  duyğunu,  qısqanclığı  görürdüm.  BaĢdan-

ayağa  günaha  batmıĢ  adama  duyacaqları  qəzəbli 

diksintiylə yanaĢı, qorxa-qorxa qibtə də eləyirdilər. 




 

 

768 



 

          «Burada  qəndil  iĢığında  bu  rəsmə  baxdığım 

gecələr  də  ilk  dəfə  Allahın  məni  atdığını, 

tənhalığımda ancaq Ģeytanın mənimlə dostluq eləyə 

biləcəyini  duydum»,  –  dedim.  «Doğrudan  da, 

dünyanın  mərkəzində  olsaydım,  –rəsmə  hər 



baxanda  bunu  çox  da  istəyirdim  –  ətrafımdakı 

bütün  bu  sevdiyim  Ģeylərə,  hətta  gözəl  ġəkurəyə 

oxĢayan qadına və dərviĢ dostlarıma, rəsmə hakim 

olan  qırmızının  gözəlliyinə  baxmayaraq,  özümü 

daha  da  tənha  hiss  eləyəcəkdim.  ġəxsiyyətim  və 

özünəməxsusluğumun  olmasından,  baĢqalarının 

mənə  səcdə  eləməsindən  qorxmuram,  tamamilə 

əksinə, bunu istəyirəm». 

          «Yəni  peĢman  deyilsənmi?»  –  Leylək  cümə 

moizəsindən yeni çıxmıĢ adam ədasıyla dedi. 

          «Ġki  adamı  öldürdüyümə  görə  yox,  belə  bir 

rəsmimin çəkildiyinə görə  özümü Ģeytan kimi hiss 

eləyirəm.  O  iki  nəfəri  bu  rəsmi  çəkməkdən  ötrü 

öldürdüyümü 

fikirləĢirəm. 

Amma 


yeni 

vəziyyətimin  tənhalığı  həm  də  məni  qorxudur. 

Onların  bacarığını  əldə  eləyə  bilmədən  firəng 

ustadlarını təqlid nəqqaĢı daha da kölə vəziyyətinə 

salır.  Bu  vəziyyətdən  qaçmaq  istəyirəm.  Əslində, 

ikisini  də  nəqqaĢxanada  hər  Ģeyin  əvvəlki  kimi 

davam  eləməsinə  görə  öldürdüyümü  siz  də  baĢa 

düĢdünüz. Əlbəttə, Allah da baĢa düĢüb». 




 

 

769 



 

          «Amma bu, hamımızın baĢımıza daha böyük 

dərdlər açacaq», – canım Kəpənək dedi. 

          Hələ  rəsmə  baxan  səfeh  Qaranın  biləyindən 

bir  anda  yapıĢdım,  var  gücümlə  dırnaqlarımı  da 

ətinə keçirib sıxdım, biləyini burdum. BoĢ tutduğu 

xəncəri əlindən düĢdü. Onu yerdən götürdüm.  

          «Üstəlik  artıq  dərdlərinizdən  məni  iĢgəncəyə 

təslim eləməklə qurtula bilməyəcəksiniz», – dedim. 

Xəncərin çox iti ucunu Qaranın gözünə soxan kimi 

yaxınlaĢdırdım. 

         «Tuğ iynəsini ver». 

         Salamat  əliylə  çıxarıb  verdi,  qurĢağıma 

soxdum.  Nəzərlərimi  quzu  kimi  baxan  gözlərinə 

dikdim. 

         «Axırda  səninlə  evlənməkdən  baĢqa  çarəsi 

qalmadığına  görə  gözəl  ġəkurəyə  çox  yazığım 

gəlir»,  –  dedim.  «Sizi  bəladan  qurtarmaqdan  ötrü 

Zərif  əfəndini  öldürməyə  məcbur  olmasaydım, 

mənimlə  evlənəcək,  xoĢbəxt  olacaqdı.  Atasının 

hamımıza  danıĢdığı  firəng  ustadlarının  nağıllarını 

və  qabiliyyətlərini  ən  yaxĢı  mən  baĢa  düĢmüĢəm. 

Ona görə bu son sözlərimə yaxĢı qulaq asın. Burada 

bacarığı  və  Ģərəfiylə  yaĢamaq  istəyən  biz 

nəqqaĢlara  artıq  yer  yoxdu,  bunu  baĢa  düĢdüm. 

Əgər rəhmətlik əniĢtənin və padĢahın istədiyi kimi 

firəng  ustadlarını  yamsılamağa  baĢlasaq,  Zərif 

əfəndi kimilər və ərzurumilər olmasa da, içimizdəki 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə